Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   120

 
52 
 
Xristianlığın meydana gəlməsi və Romada hakim dinə çevrilməsi 
Dünyanın təkallahlılıq dinlərindən biri də Xristianlıqdır. Xristianlıq dininə aiddir 

 
I əsrdə o zaman Romanın əyaləti olan Fələstində meydana gəlmişdi. 

 
Banisi İisus Xristos olmuşdur. 

 
Roma imperiyasında hakim dinə çevirilmişdi. 

 
İmperator Konstantin tərəfindən dövlət dini kimi qəbul olunmuşdu. 
Xristianların dini kitabı “İncil” adlanır. 
 
Romalılara görə, xristianlığın peyğəmbəri 
İsanın nitqləri Fələstində Roma hakimiyyətini sarsıtmağa yönəlmişdi. Ona görə də İsanı 
tutdular və ağacdan düzəldilmiş xaç üzərində çarmıxa çəkdilər. Rəvayətə görə, İsa üç gün 
sonra  dirilərək  göyə  qalxmışdı.  Bir  müddət  sonra  o,  şagirdlərinin  yanına  gələrək  vəd 
etmişdi ki, diriləri və ölüləri mühakimə etmək üçün bir gün yerə qayıdacaqdır.  
Romadan  sonra  yəhudilər,  yunanlar,  misirlilər,  qallar  və.b  xalqlar  da 
xristianlığı  qəbul  etmişdilər.  Xristianlar  icmalarda  birləşərək  birlikdə  ibadət  edir,  öz 
bayramlarını  keçirirdilər.  Xristian  icmalarını  birləşdirən  və yepiskoplar tərəfindən  idarə 
olunan xristian təşkilatı - kilsə yarandı. 
Vahid tanrını tanıdıqlarına, imperatorlara sitayiş etməkdən boyun qaçırdıqlarına 
görə Romanın hakim dairələri xristianların yığıncaqlarını qadağan edirdi.  
Romada  xristianlıq  IV  əsrin  əvvəllərində  imperator  Konstantinin  dövründə 
geniş  yayılmağa  başladı.  313-cü  ildə  Konstantin  xristianlara  açıq  ibadət  etməyə  və 
məbədlər  tikməyə  icazə  verdi.  Konstantin  ölümqabağı  özü  də  xristianlığı  qəbul  etdi. 
Xristian dininin yüksəlişindəki xidmətlərinə görə xristianlar onu müqəddəs elan etdilər. 
 
Roma imperiyasının parçalanması (395) 
Roma imperatoru Konstantin hakimiyyəti dövründə: 

 
313-cü ildə xristianlara açıq ibadət etməyə  məbədlər tikməyə icazə verdi. 

 
E.ə 330-cü ildə Roma imperiyasının paytaxtını Vizantiyə (Bizansa) köçürdü. 
 Avropadan Asiyaya, Aralıq dənizindən Qara dənizə gedən su yolları üzərində  yerləşən Vizanti  imperator Konstantinin 
şərəfinə Konstantinopol adlandırıldı.  
395-ci  ildə  Roma  imperatoru  I  Feodosi  ölüm  qabağı  Roma  imperiyasını  iki  oğlu  arasında  bölüşdürdü  və  Roma 
imperiyası iki hissəyə parçalandı.: 
1.
 
Qərbi Roma imperiyasına – bura İtaliya, Avropa, Afrikanın qərb vilayətləri daxil idi. 
2.
 
Şərqi Roma (Bizans) impesiyasına – bura Balkan yarımadası, Misir, Romanın Asiyadakı torpaqları daxil idi. 
Şərqi Roma imperiyasının paytaxtı Konstantinopol şəhəri,  Qərbi Roma imperiyasının paytaxtı isə Roma şəhəri oldu.  
 
 German tayfalarının Qərqi Roma imperiyasına hücumları 
Qərbi Roma imperiyası son illərini yaşayarkən barbar tayfalarının əlində oyuncağa çevrilmişdi. Artıq zəifləmiş Qərbi 
Roma imperiyası  V əsrin əvvəlində german tayfaları olan qotların  və  vandalların  hücumuna məruz qaldı.
 
V əsrin ortalarında hunlar Romaya yürüş etdilər. Roma Papası hunların başçısı Atilladan Romanı öz himayəsi altına 
almasını xahiş etdi. Atilla bu təklifi qəbul edib, ordusu ilə geri çəkildi.  
 
Qərbi Roma imperiyasının süqutu (476) 
Vandallar  bir  sıra  Avropa  ölkələrini  tutaraq,  oradan  Afrikaya  köç 
etmiş, Romanın Afrikadakı əyalətində Vandal krallığı yaratmışdılar. 455-ci 
ildə  vandallar  Afrikadan  İtaliyaya  keçərək  Roma  şəhərinə  hücum  etdilər. 
Vandalların Romaya yürüşü nəticəsində: 

 
Roma şəhərini asanlıqla tutularaq  iki həftə qarət edildi. 

 
On minlərlə romalı öldürüldü və ya qul edildi. 
Vandallar heykəlləri sındırır, kitabları  məhv edir, evləri  yandırırdılar. 
Vandalların  törətdiyi  qırğınlar  o  qədər  dəhşətli  idi  ki,  o  vaxtdan  vandalizm 
sözü  işlədilir.  Ona  görə  də  romalılar  “vəhşi,  mədəniyyət  abidələrini  və 
şəhərləri dağıdan” qəddar adamları vandalizm adlandırırdılar. 
476-cı  ildə  german  tayfalarının  baçılarından  biri  Qərbi  Romanın 
sonuncu imperatoru Romul Avqustu taxtdan saldı. Bununla da Qərbi Roma 
imperiyası süqut etdi. 476-cı ildə Qərbi Roma imperiyasının süqut etməsi ilə: 

 
Qərbi Avropada quldarlıq quruluşu dağıldı. 

 
Qədim dünya tarixi sona çatdı və Orta əsrlər dövrü başlandı. 
 
İncilin ilk nəşrlərindən biri 
 
 
 
Konstantinin xristianlara ibadət 
etməyə və məbəd tikməyə icazə 
verməsi (qədim şəkil) 
K
o
n
s
t
a
n
t
i
n
i
n
 
x
r
i
s
t
i
a
n
 
d
i
n
i
n
i
 
q
ə
b
u
l
 
e
t
m
 
 
 
Barbarl tayfalarının Romaya hücumu. 
Roma imperiyasının süqutu 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə