Anar İsayev Ramil Rəhimov



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/120
tarix23.11.2017
ölçüsü5,01 Kb.
#12008
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   120

 
44 
 
Qədim Roma 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Qədim İtaliyanın təbiəti və əhalisi 
Roma  dövləti  Avropanın  cənubunda,  yunanların  İtaliya  adlandırdığı  Balkan  yarımadasının  qərbində  Apennin 
yarımadasında  yaranmışdır.  Apenin  yarımadasını  şimalda  Avropanın  qalan  hissəsindən  Alp  dağları  ayırır.  Yunanlar  Aralıq 
dənizində  üzərkən  Apennin  yarımadasının  cənub  hissəsinin  zəngin  otlaqlarını  görmüş  və  buran;  «Buzovlar  ölkəsi» 
adlandırmışlar. Sonralar bu ad bütün yarımadaya verilmişdir. Apennin yarımadasından cənubda Siciliya adası yerləşir. 
Roma  dövlətinin  yaranmasından  hələ  xeyli  əvvəl  Apennin  yarımadasında  müxtəlif  tayfa  və  xalqlar  yaşayırdılar. 
Onlardan  ən çox inkişaf etmiş tayfalar etrusklar  latınlar idi. 
Etrusklar: 

 
Yüksək keyfiyyətli sənətkarlıq məhsulları istehsal edirdilər. 

 
Gəmiçilik və dənizçiliklə məşğul olurdular. 

 
10 minə qədər yazı işarəsindən istifadə edirdilər. 
Latınlar: 

 
Dilləri bütün İtaliyanın ümumi dilinə çevrilmişdi.
 
 

 
Əvvəllər Apenin yarımadasının mərkəzi hissəsində Kiçik  
Latsiya vilayətində yaşayırdılar. 
 
Roma tarixinin dövrləşməsi 
Tədqiqatçılar qədim Roma tarixini üç dövrə bölürlər: 
1.
 
Padşahlıq dövrü - e.ə 753 – e.ə 509-cu illəri əhatə edir. 
2.
 
Respublika dövrü - e.ə. 510 - e.ə. 30-cu illəri əhatə edir.  
3.
 
İmperiya dövrü - e.ə. 30 – e. 476-cı illəri əhatə edir.  
 
Roma dövlətinin yaranması. 
Romada padşahlıq dövrü (e.ə 753 – e.ə 509) 
Rəvayətə  görə,  Roma  şəhərinin  əsası  e.ə.  753-cü  ildə  iki  qardaş  -  Romul  və  Rem  tərəfindən  qoyulmuşdur.  Şəhər 
Romulun adı ilə adlanmışdır. Padşahlıq dövrü Roma şəhəri yaranandan e.ə. 509-cu ilə qədər davam etmişdir.  Bu dövrdə Roma 
dövlətini padşah və Senat («Ağsaqqallar şurası»)  idarə edirdi.  
 
 
 
 
 


 
45 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Romada əhalinin sosial təbəqələri 
Parşahlıq dövründə Romanın azad əhalisi  iki yerə bölünürdü: 
1.
 
Patrisilər (latınca «pater» ata deməkdir). 
2.
 
Plebeylər (azad əhalinin yoxsul təbəqəsi idi). 
 
 
 
Romada respublika dövrü (e.ə 509 – e.. 30) 
 
Roma respublikasının yaranması 
E.ə  509-cu  ildə  Romanın  sonuncu  padşahı  çox  qəddar  olduğu  üçün  romalılar  ona  qarşı  üsyan  qaldırdı.  Üsyan 
nəticəsində: 

 
Romada padşahlıq idarə üsulu ləğv edildi. 

 
Romada respublika quruluşu yaradıldı.
 
 
Respublika dövründə ali hakimiyyət orqanı olan  Xalq yığıncağı  hər il patrisilərin sırasından Romanı idarə etmək üçün 
iki konsul və məmurları seçirdi. Konsullar:
 
 

 
Bir il Romanı idarə edirdilər.   

 
Müharibə zamanı orduya komandanlıq edirdilər. 
Respublika dövründə böyük hüquqa malik olun Senat aşağıdakı işləri həll edirdi: 

 
Maliyyə işlərinə baxır, müharibə və sülh məsələlərini həll edirdi. 

 
Xalq yığıncağında səsə qoymaq üçün qərarlar hazırlayırdı
QEYD:
  Müəyyən  müddətə  seçilən  adamlar  tərəfindən  idarə  olunması  e.ə  V  əsrdə  Afinanın  və  Romanın  idarə 
quruluşunda oxşarlıq təşkil edir. 
 
 
 
 
Patrisilər 
 
 
  Plebeylər 
 

 
Romanın ən qədin sakinləri hesab olunurdu. 

 
Torpaq və otlaqlar yalnız onlara məxsus idi. 

 
Torpaqlarını plebeylərə icarəyə verirdilər. 

 
Onların «Ağsaqqallar şurası»
 
var idi. 

 
«Ağsaqqallar  şurası»  onların  sıralarından  bir 
nəfəri ömürlük padşah seçirdilər. 
 

 
Romaya köçüb gəlmiş insanların nəsilləri idi. 

 
Yüksək  vəzifələrə  seçilmək  hüququna  malik 
deyildilər. 

 
Orduda  xidmət  etsələr  də  torpaq  payına  malik 
deyildilər. 

 
Onlar torpağı varlılardan icarəyə götürürdülər. 
 
 
 
 
Rem və Romul, onları bəsləyən ana 
canavarla
 
 
Roma şəhərinin salınması haqqında tarixi rəvayət 
 
Əfsanəyə  görə,  latın  şəhərlərindən  birinin  şahı  öz  qardaşı 
qızının  əkiz  doğulmuş  iki  oğlunu  -  Romulu  və  Remi  Tibr  çayına 
atmağı  əmr  edibmiş.  O  qorxurdu  ki,  uşaqlar  böyüdükdən  sonra 
onu taxtdan məhrum edərlər. Lakin  içərisində uşaqlar olan səbət 
ağacın  budağına  ilişib  qalır. Uşaqlar  xilas  olurlar.  Bir  dişi 
canavar onları öz südü ilə bəsləyir, sonra isə uşaqları bir çoban 
tapıb tərbiyə edir. Qardaşlar böyüyüb güclü və cəsarətli döyüşçü 
olurlar. Onlar şaha qarşı üsyan qaldırıb, onu öldürürlər. 
 
Bundan  sonra  Romul  və  Rem  şəhər  salmaq  qərarına  gəlirlər,  lakin  şəhərin  harada  salınması  və  gələcəkdə 
oranı kimin idarə edəcəyi haqqında mübahisə edib dalaşırlar. Qəzəblənən Romul Remi  öldürür. O, çobanın 
onları  tapdığı  yerdə  şəhər  salır  və  orada  şahlıq  etməyə  başlayır.  Bu  şəhəri  Romulun  adı  ilə  Roma 
adlandırırlır.  Romalılar il hesabını öz şəhərlərinin salındığı əfsanəvi ildən - e.ə. 753-cü ildən hesablayırdılar. 
Romada Kapitoli təpəsində dişi canavarın heykəli qoyulmuşdu.
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə