Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə76/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   72   73   74   75   76   77   78   79   ...   101
Benton PDF.çapı

İranlılardakı xurafat
. Bir gün Əhməd xanın yanına gedən-
də  gördüm  ki,  Qalienin
55
  tərcüməsini  vərəqləyir  və  oxuyur  ki, 
əziyyət çəkdiyi ishala qarşı bir vasitə tapsın. O, bunun üçün sən-
dəl  ağacının  dəmləməsini  tapdı  və  əmr  etdi  ki,  ondan  bir  qədər 
gətirsinlər. Bu dəmləməni mənə də təklif etdi; onun xoş dadı yox 
idi, ancaq isidici təsirə malikdi. Əhməd xan dəmləməni içmədən 
öncə dua oxuya-oxuya təsbehin dənələrini çevirməyə başladı. Bu-
nunla  da  o,  müəyyən  etmək  istəyirdi  ki,  bu  dərman  ona  kömək 
edəcək, yoxsa yox? Sonunda o, aydınlaşdırdı ki, dəmləmə ona kö-
mək edəcəkdir və onu içdi. Göründüyü kimi, iranlılar çox xura-
fatçıdırlar. Az iranlı tapılar ki, qərar qəbul etməmişdən qabaq say-
ları çox olan münəccimlərdən məsləhət almamış olsun. Hətta əhə-
miyyətsiz hallarda belə təsbehlə fal tutulur. Belə məlum olur ki, 
təsbeh ibadət üçün deyil, istixarə üçündür. 
İranda əgər fal uyğun gəlməsə, ən mühüm işlərdən çəkinir-
lər. Bəzən şah, yaxud böyüklərdən biri səfərdə, yaxud ovda olan-
da evə geri dönməkdən ötrü fal açır. Fal zamanı uyğun göstərmə-
sə, onun evdə vacib işi olsa da, o, evə geri dönmür, evin kənarında 
çadır qurur və orada qalır. Səfərə çıxmaqdan ötrü də həmin min-
valla istixarə edilir və yalnız uyğun günlərdə evdən çıxırlar. İran-
da  bəzi  günlər  düşər-düşməz  hesab  olunur.  Məsələn,  burada  III 
                                                           
55
 Qalien (210-?)-mühüm kəşflərə imza atmış yunan anatomiyaçısı 


95 
gün heç bir mühüm işə başlamazlar. Mən bəzi iranlıları gördüm 
ki, köynəklərinin üzərində Quran ayələri yazdırmışlar və inanırlar 
ki, bu ayələr onu güllədən qoruyacaqdır. Hətta köynək üzərində 
bir neçə güllənin yerinə mənə göstərmişlər ki, güllə isabət etsə də, 
bədənə daxil olmamışdır. İranlıların etiqadına görə, firuzə daşı da 
faydalıdır.  O,  insanı  bəladan  qoruyur.  İranda  birinə  firuzə  daşı 
vermək dərin dostluğun ifadəsidir. İranlılar buna çox ciddi əməl 
edirlər. İranlılardakı xurafat onların gündəlik yaşayışında, xüsu-
sən, xəstələnən zaman onlara çox çətinliklər törədir. Ötən əsrlərdə 
İranda tibb geniş inkişaf etməmişdir. İranlılar yalnız bəzi möcü-
zəvi  dərmanlara  və  sirli  məcunlara  inanırlar.  Onlar  belə  hesab 
edirlər ki, əgər qismətdirsə, onlar xəstəyə şəfa bağışlayacaqdır. 
Ordunun Camda qaldığı 5 gün müddətində elə bir diqqətəla-
yiq  hadisə  baş  vermədi.  Yusif  Paşanın  yanına  qasid  gedirdi  və 
mən fürsətdən istifadə edib dostlarıma yazdığım  məktubları onun 
vasitəsi ilə İstanbula göndərdim. Bu arada mən və müsyo Nərisa 
ordugahın ətrafında gəzib dolaşırdıq. Ordugahın yerləşdiyi  çölün 
bir tərəfində bir dağ vardı. Dağın qəhvəyi rəngli təpəsində çaxmaq 
daşları,  onların  arasında  isə  xara  daşlarının  parçaları  görünürdü. 
Belə məlum olurdu ki, orada böyük dəyişikliklər və çevrilmələr baş 
vermişdi. Dağın başından görünən çölün mənzərəsi qəribə idi; o, 
tamamilə quru və kələ-kötürdü, onda nə bir əkin, nə bir ağac, nə də 
bir  həyat  əlaməti  yoxdu.  Yalnız  bəzən  bəzi  elatlara  məxsus  qara 
çadırlar gözə dəyirdi. Hər yerdə dağların özünəməxsus formaları 
vardı. Sanki, onlar bir-birinin üstündə qərar tutmuşdular. 
İrəvandan Tehrana qədər 400 fərsəxlik bir məsafədə yerləşən 
bütün dağlar bu cürdür. Əlbəttə, mən bunun səbəbini bilmirəm, 
ancaq  belə  görünür  ki,  bu  region  zamanla  qurumuşdur,  yəni  nə 
zamansa o, su ilə örtülü olmuşdur. 
Günlərin  birində  gəzməkdən  gec  qayıdanda  ordugahın  do-
lanbaclarında  yolu  azdıq.  O  anda  mən  qərara  gəldim  ki,  uyğun 
vaxtda ordugahdakı çadırların bir xətt üzərində qurulması barədə 
göstəriş verim, ancaq bu qərarım həyata keçmədi. Çünki həmin 
günün sabahısı bəzi dəyişikliklər baş verdi və qərar təxirə salındı. 


96 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə