|
Avqust bentonBenton PDF.çapıTürkiyə xəbərləri
. Ayın 14-də gecə qar yağdı və səhərisi
hava çox soyudu. Həmin gün 1 nəfər türk Yusif Paşa tərəfindən
məni görməyə gəldi. Bu şəxsi görüş məni çox sevindirdi, sanki,
bir həmvətənimlə görüşürdüm. Onun davranışı çox nəzakətli və
təbii idi, halbuki, iranlılarda bu xüsusiyyət yoxdur. Yusif Paşanın
nümayəndəsi bir neçə xoşagəlməz xəbər də gətirmişdi. O cümlə-
dən, məlum oldu ki, Sultan Səlim taxtdan uzaqlaşdırılıb. Onun
yerinə Mustafa adlı birisi keçib. Türkiyədə yeni üsulu bərqərar
edən bir neçə siyasi xadim də qətlə yetirilmişdi. Səxavətli və nə-
cib Sultan Səlimin taxtdan endirilməsi çox sarsıdıcı idi. Çünki
bundan sonra bizim Türkiyə ilə münasibətimiz müşkül, ya da qey-
ri-mümkün oacaqdı.
Dostları ilə paylaş: |
|
|