Avqust benton



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə80/101
tarix21.02.2022
ölçüsü1,74 Mb.
#83973
1   ...   76   77   78   79   80   81   82   83   ...   101
Benton PDF.çapı

İranda  yeni  sistem
.  İranlılar  tərəfindən  nigaran  deyildim. 
Çünki onların türkləri təqlid etməyəcəklərindən və mənim qoşunu 
yenidən qurmağıma əngəl törətməyəcəklərinə əmin idim. Çünki, 
ordudakı dəyişikliklər və yeni təşkilatlanmalar, xüsusən də, kim-
sənin mənafeyinə qarşı deyildi. Bununla belə, intizamlı ordudan 
anlayışı olmayan bir qrup komandirlər dəyişiklərdən sonra öz və-
zifə və rütbələrinin təhlükəyə məruz qalacağını düşünərək niga-
ran ola bilərdilər. Ona görə də, mənim təklif etdiyim dəyişiklik-
lərə kiminsə etiraz edəcəyini gözləmirdim. Mənim işimin böyük 
çətinliyi bu insanların davranışlarındakı qeyri-sabitlik və yeniliyə 
qarşı səbirsizlikləri idi. Onlar balaca uşaqlar kimi oynamaq xati-
rinə dərsdən qalırdılar. Başqa sözlə desəm, mühüm məsələləri sa-
də və əyləncəli bir tapşırığa görə qurban verirdilər. Hətta Şahzadə 


98 
belə  bütün  məziyyətlərinə  baxmayaraq,  bu  eybdən  xali  deyildi. 
Bir  dəfə  piyada  tapşırığına  böyük  həvəs  göstərməsinə  rəğmən, 
onu 8 gün  yubatdı  və mənim  bir qalanın  maketini  hazırlamamı 
gözlədi. Maketin hazırlanması barədə mənə göstəriş verəndən 15 
dəqiqə  sonra  məndən  soruşdu  ki,  maket  hazırdır?  Halbuki  bu 
müddət ərzində mən ancaq bir qədər kağız və digər vasitələr ha-
zırlaya bilmişdim. Mənim bütün səylərimə baxmayaraq, bu iş bi-
tənə qədər gündə 10 dəfə onunla bağlı suallar verirdi. 
Ayın 16-da Əhməd xandan ayrıldım. Şahzadə onu Şahın hü-
zuruna göndərdi ki, ruslara hücum etməkdən ötrü icazə alsın. Əh-
məd  xan  xidmətçilərindən  bir  qrupunu  mənə  xidmət  üçün  ayır-
mışdı. 
Həmin  gün  Şahzadə  mənə  30  türkmən  atı  göndərmişdi  ki, 
onlardan iki ən yaxşısını özüm üçün seçim. Mən bütün günü bu 
işlə məşğul oldum və seçimimdən çox məmnun qaldım. Seçdiyim 
hər iki atın mütənasib və iri gövdələri vardı. Onların gözləri ahu 
gözləri kimi gözəl idi. Onlar güclü və əhliləşdirilmiş idilər. 
Ayın 18-də qoşuna baxış keçirilirdi. Mənim çadırımın qapı-
sını açdılar. Qoşun komandirləri iki cərgə düzülmüşdülər. Əsgər-
lər də başqa bir sırada düzlənmişdilər. Onlar böyük bir dördbuca-
ğı təşkil edirdilər. Mən böyük bir vüqarla çadırımın qarşısında əy-
ləşib onların salamına cavab verdim. Həmin axşam vəzir mənim 
şərəfimə mükəmməl bir şam verdi. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   101




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə