Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə30/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   26   27   28   29   30   31   32   33   ...   100

 
90 
t
ərənnüm olunmuşdur. “Qarslı Aşıq Hasan 1724-cü ildə Osmanlılar Gəncəni son dəfə 
ölk
ələrinə qatarkən, oradakı bir aşıq məclisində məmləkətini bu dastanla öymüşdür: 
B
əylər, tərif edim sizə, 
L
əl-gövhərdir daşı Qarsın. 
B
ənzər səkkiz qat cənnətə
H
əm içi, həm dışı Qarsın. [214, 819] 
Aşıq  Hasan  səkkiz bəndlik bu gəraylının  bütün  misralarında  doğma  yurda 
övlad sevgisini yüks
ək vətənpərvərlik hissi ilə ifadə edir. Şeirdə Qarsın özünəməxsus 
füsunkar t
əbiəti  obrazlı  ifadələrin, silsilə  epitetlərin, orijinal təşbehlərin zərif 
biçimind
ə təsvir olunur. Aşıq Qarsın təbii gözəlliklərini türkün hünər və qüdrəti ilə 
v
əhdətdə  təsvir edir. Peyzaj lirikasının  görüntüləri etno-milli  duyğularla  çulğaşaraq 
daha  da  dolğunlaşır.  Bu  dolğunluğu  türk-müsəlman  düşüncəsindən  doğan  poetik 
cizgil
ər daha da zənginləşdirir,  Qarsın  obrazı  yeni  bədii çalarlarla tamamlanaraq 
t
əqdim olunur: 
Qalaları laçın əylər, 
Düşmənləri zəbun eylər, 
Adını bir cahan söylər 
Dastandır hər işi Qarsın. [214, 819] 
Aşıq  Hasanın  torpağını  sürmə  kimi vəsf  etdiyi  Qarsın  hünər dolu tarixi 
müxt
əlif dövrlərdə  yaşayıb-yaratmış  saz-söz sənətkarlarının  şeirlərində  sonsuz 
m
əhəbbətlə tərənnüm olunur. Aşıq Sabit Müdaminin “Qarsın tarixi dastanı” adlı on 
doqquz b
əndlik şeirində Qarsın şanlı tarixinə poetik nəzər salınır. Bu qədim diyarda 
Oğuzların at oynatdığını, igilik ənənələrini qürur hissi ilə ifadə edir: 
Qazan xanlar oynatmış at, 
B
əy Beyrəyin soyu Baqrat. 
Pasin, Karsak, h
əm çinçavat 
Bakı ulus - eli Qarsın. [202, 61] 
Sabit Müdami şeirdə bir sıra tarixi şəxsiyyətlərin – Şah Abbasın, Nadir şahın 
v
ə  başqalarının  adını  çəkməklə  bu yurda göz dikənlərin daim geri çəkildiklərini 
göst
ərir.  Qarsın  məğlubedilməzliyi,  qanlı-qadalı  qovğalardan  həmişə  qalib  çıxması 


 
91 
türkün m
ətin iradəsini, onun döyüşkənlik əzmini nümayiş etdirən milli keyfiyyətlər 
kimi poetik misralarda gerç
ək  əksini  tapır.  “Dastan”  adlandırdğı  digər  bir  şeirində 
Aşıq  Müdami  Vətən, millət  uğrunda  canını  fəda edənləri “özləri getsə  də  yadigarı 
qalmışdır” – deyə böyük ehtiramla yad edir. Yüksək vətənpərvərlik hissləri əxlaqi-
m
ənəvi keyfiyyətlərlə  qovuşaraq  oxucunun  qəlbində  vətən məhəbbətini, millət 
sevgisini alovlandırır: 
Müdami, aç gözün, dalma uyğuya, 
Aç gözünü g
ərək qulağın duya. 
Bunca Qazi, bunca Şəhid, Övliya, 
Bu V
ətən uğruna, millət uğruna. [197, 192] 
Qarsın qəhrəmanlıq ənənələrinə, mübarizlik əzminə, döyüşkənlik ruhuna həsr 
olunmuş  “Dastan”  adlanan  şeirlərdə  dərin vətəndaşlıq  duyğuları,  millətin  azadlıq 
arzuları  ilə  yanaşı,  düşmənə  sonsuz nifrət hissləri,  yağıların  törətdikləri  qanlı 
f
əlakətlərin, dəhşətli  qırğınların  təsviri də  mühüm  yer  tutur.  Qoşma  və  gəraylı 
şəklində olan bu şeirlərdə aşıqların və el şairlərinin müdrikliyi, geniş dünyagörüşü, 
el-
obaya qırılmaz tellərlə bağlılığı diqqəti cəlb edir. Diqqəti çəkən cəhətlərdən biri də 
rus-erm
əni əlbirliyinin cəsarətli ifşasıdır. Müasirlik ruhu, xalq poeziyasına xas olan 
gülüş,  milli-dini  duyğular,  real  həyatı  lövhələr bu səpkili  şeirlərin estetik 
m
əziyyətlərini  daha  effektli  edir.  Bardızlı  Aşıq  Nihami  “Döndü”  rədifli  şeirində 
Qarsın düşmən əsarətindən azad edilməsini içdən gələn duyğularla dilə gətirir: 
Şad olur İslamda olsa bu hulus, 
Eld
ə salamatdır erbabi-namus, 
Biz
ə qurşun atan “Boğos”, “Bediros” 
Dava
rın qurd yemiş çobana döndü. [168, 309] 
Keç
ən  əsrin 20-ci illərində  “Bardızlı  Aşıq  Nihaninin  çox  sevilən və  yayğın 
olan  bu  dastanında”  siyasi  proseslərin təsviri, ictimai hadisələrə  müdrik sənətkar 
münasib
əti, Vətənin gələcəyinə  və  sonrakı  qələbələrə  böyük  inam  hissi  maraqlı 
detallarla ifad
ə olunur: 
İndilik daş dikdik Arpaçayına, 
Oradan ordumuz bu yana döndü. [168, 309] 


 
92 
Milli qürur hissini t
əcəssüm etdirən  bu  misralarda  aşıq  “daş  dikmək”  [daş 
dik
əltmək] ifadəsi ilə regionda geniş yayılmış hüquqi-sosial bir adətə işarə etmişdir. 
Qars,  Çıldır,  Axıska,  Ağbaba,  Ərzurum  və  başqa  bölgələrdə  sərhədləri 

əyyənləşdirmək üçün sərhəd xəttində torpağa hündür bir daş basdırır, həmin daşı 
“sinır  daşı”  adlandırırdılar.  “İndilik  daş  dikdik  Arpaçayına”  misrasında  aşıq  həmin 
hüquqi-sosial ad
əti  yada  salmaqla  yanaşı,  Sovetlər Birliyinin ərazisinə  qatılan 
Arpaçayın  sağ  sahilindəki  əzəli  türk  torpaqlarının  –  Ağbaba-Şörəyel bölgəsinin 
haçansa öz doğmalarına qovuşacağı inamını ifadə etmişdir. 
Qarsın  qurtuluşu  ilə bağlı  yaranmış  aşıq poeziyası örnəklərinə  nəzər salsaq, 
bu  şeirlərdə  Atatürkün,  Kazım  Qarabəkir  Paşanın,  Xalid  Paşanın  və  digər tarixi 
şəxsiyyətlərin adlarının sıx-sıx işləndiyini görərik. Saz-söz sənətkarları türk xalqının 
tarixind
ə  böyük rol oynayan bu görkəmli insanların  müdrik  əməllərini,  doğma 
mill
ətinə sədaqətini, babaların igidlik ənənələrini inamla yaşadıb davam etdirdiklərini 
t
ərənnüm edirlər. Aşıq Qəhrəman “Var” rədifli şeirində milli qürur hissini, sevincini 
əski türk-oğuz təxəyyülündən gələn bədii deyimlərlə ifadə edir: 
Bizim adımıza şanlı Türk derlər, 
Ac qurd kimi dalar düşmənə əskər, 
Kafiri m
əhv edər, əzər sər ta sər, 
P
əncəsi poladdan arslan bizdə var. 
 
Kamal Paşa məclis başında durur, 
Xalid Paşa öndən çevirir, vurur. 
Qara Kazım Paşa sərdardır, yürür, 
Düşməni alt edən mərdan bizdə var. [168, 310] 
Aşıq Qəhrəmanın, Kazım Qarabəkirə və Xalid Paşaya həsr olunmuş digər bir 
g
əraylısı dini-mifoloji motivlərin zənginliyi, müasirlik ruhunun, milli-etnik duyğula-
rın  səmimiliyi ilə  seçilir. Gəraylıda  işlənmiş  İdris,  Övliya, cənnət  xınası,  minkir, 
z
əmzəm və  sair söz və  ifadələr  aşığın  geniş  dini  dünyagörüşə  malik  olduğunu 
göst
ərir. Digər tərəfdən bu cür sözləri, ifadələri poetik vasitəyə çevirməklə sənətkar 
öz fikirl
ərini daha sərrast və obrazlı şəkildə ifadə edir. Birinci şeirdə olduğu kimi, bu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə