83
Ağbaba-Çıldır aşıq mühitinin tarixi- mədəni özünəməxsusluğunu, lokal
coğrafi arealını, etno-genetik köklərini mühitin regional xüsusuiyyətlərini ətraflı
şəkildə öyrənməklə müəyyənləşdirmək olar. Problemin bu yönümdən araşdırılması
ümumtürk aşıq yaradıcılığı kontekstində Ağbaba-Çıldır aşıq mühitinin tədqiqi
tarixin
ə konkret elmi tezislərlə yanaşmağa imkan yarada bilər.
84
AĞBABA-ÇILDIR AŞIQ POEZİYASINDA TARİXİ YADDAŞ
PROBLEMİ
Azərbaycan aşıq sənəti bütün dövrlərdə xalqın həyatında baş verən mühüm
sosial-
siyasi və tarixi hadisələrin poetik salnaməsi olmuşdur. Zülm və haqsızlığa,
hərc-mərcliyə və özbaşınalığa, ictimai ədalətsizliyə qarşı həmişə barışmaz mövqe
tutan xalqımızın mübarizlik əzmi, milli-etnik duyğuları, gücü və qüdrəti aşıq
yaradıcılığında xüsusi kəsər, dolğun məzmun və əlvan bədii boyalarda öz əksini
tapmışdır. Mürəkkəb ictimai-siyasi və tarixi-mədəni şəraitdə təşəkkül tapıb
formalaşan Ağbaba-Çıldır aşıq mühitinin sosial sənətkar statusu türkün azadlıq
ideallarının, milli-mənəvi qüdrətinin, türkçülük məfkurəsinin poetik ifadəsində
müəyyənləşir. Bu mühitin elə bir saz-söz sənətkarı yoxdur ki, yaşayıb-yaratdığı
dövrün hadisələrinə, cəmiyyətdə baş verən dəyişikliklərə, ictimai ağrılara öz
münasibətini bildirməsin. Bu da tamamilə təbiidir. Çünki “həyatın, zamanın bütün
hadisələrini dərk etmək, qavramaq və onu əks etdirmək yazılı ədəbiyyat üçün zəruri
olduğu kimi, şifahi ədəbiyyat üçün də zəruruidir. Bu mənada klassik Azərbaycan aşıq
poeziyasının gücü və ölməzliyi ondadır ki, o, həmişə öz zəmanəsinin ictimai-siyasi
hadisələrini əks etdirmiş, onu dildə-dodaqda nəğmələrə çevirərək tarixin salnaməsi
kimi dövrümüzə qədər yaşatmışdır" [85, 244].
Türkün q
əhrəmanlıq ənənələri, yaşam tərzinin qədimdən bəri özgürlüyü,
sosial
ədaləti həyatının ən böyük və ali prinsipinə çevirməsi, həqiqəti başlıca amal
hesab etm
əsi Xəstə Hasanın, Həsən Şirəklinin, Aşıq Qaraninin, Aşıq Şenliyin, Aşıq
Zülalinin, Koravelli Kamil Erdoğanın, Aşıq Nəsibin, Aşıq İsgəndərin və başqalarının
yaradıcılığında poetik biçimli şeirlərin axarında sonsuz milli qürur və iftixar hissi ilə
ifad
ə olunmuşdur.
Poeziyada mil
li kimlik düşüncəsi
Mühitin tarixi-
coğrafi hüdudlarında baş verən bir sıra hadisələr, qanlı
qovğalar, işğalçılara və əsarətə qarşı mübarizə, xüsusilə çar Rusiyası ilə aparılan
müharib
ələr bölgə aşıqlarının yaradıcılığında ictimai- siyasi lirikanın inkişafına güclü
85
t
əsir göstərmişdir. Digər tərəfdən, əsarət və məhkumluğun türkün milli
psixoloğiyasına, türk düşüncəsinə tamamilə yabançı olması Azərbaycan aşıq
ədəbiyyatında ictimai motivləri, türkçülük məfkurəsini müəyyənləşdirən başlıca amil
kimi d
əyərləndirilməlidir. Xüsusi olaraq qeyd etmək istərdik ki, bu cəhət mühitin aşıq
poeziyasında ayrıca bir istiqaməti təşkil edir. Bu cür şeirlərdə bir tərəfdən türkün
yenilm
əzliyi, fədakarlığı və şücaəti tərənnüm olununrsa, ikinci bir tərəfdən yağıların
işğal etdiyi Vətən torpaqlarının ayrılığı, bu ayrılıqdan doğan həsrət və iztirablar,
amansız düşmənə nifrət hissi poetik çalarlarla ifadə edilir. Qarsın, Axıskanın,
Axırkələyin, Ərdahanın və digər türk torpaqlarının düşmən əlinə keçməsi və bu işğala
döz
ə bilməyən xalqın yurd sevgisi, əzmkarlığı və mübarizliyi XIX əsrdə yaranmış bir
sıra şeirlərin başlıca mövzusudur. Türkün qəhrəmanlıq simvolu, “Anadolunun bel
sümüyü sayılan Qars” bu şeirlərin mərkəzində dayanır, türk xalqının mənəvi
qüdr
ətinin poetik səciyyəsi kimi səciyyələnir. Xüsusilə rus imperiyasının bölgədə
yürütdüyü işğalçılıq siyasəti, bu siyasət nəticəsində baş verən qanlı müharibələr və
f
əlakətlər bəzən bədbin boyalarla əks olunsa da, bütövlükdə türkün şücaəti və
mübarizliyi h
əmin şeirlərdə üsyankar bir ruhla ifadə edilir. Bu poetik ifadəni təkcə
ədəbi ənənə ilə bağlamaq, dövrün ictimai həyatından yaranan hadisələrin bədii
m
ənzərəsi kimi səciyyələndirmək yanlış olardı. Bu, min illərdən bəri türkün qanında,
iliyind
ə yaşayan qəhrəmanlığın, azadlıq ehtirasının ifadəsidir:
G
əlmə, Moskov, gəlmə Qarsa,
C
ənnət küfrə mal olurmu?
Cahan biz
ə qarşı dursa,
Əsla burdan yol olurmu? [168, 92]
Etno-
milli yaddaşı, milli-mənəvi duyğuları qabarıq şəkildə əks etdirən bu
misralarda türkün özgürlüyü, hürr v
ə azad yaşamaq istəyi ifadə olunur.
Qars v
ə qarslıların qəhrəmanlıq ənənələrinin, çar Rusiyası ilə aparılan qanlı
müharib
ələrdə göstərdikləri şücaət və fədakarlığın yazılı və şifahi xalq ədəbiyyatında,
o cüml
ədən aşıq yaradıcılığında geniş səpkidə təsvirinin, dərin məhəbbətlə tərən-
nümünün özün
əməxsus ictimai-siyasi səbəblərinə ayrıca diqqət yetirmək gərəkdir.
Çünki bunsuz Ağbaba-Çıldır aşıq mühitində Qars mövzusunun ətraflı elmi şərhi
86
mümkün deyildir. M
əhz bu baxımdan “üç il sürən 1853-1855 Türk-Rus müharibə-
l
ərinin ən qanlısı və bizim üçün də ən şanslısı olan bu Qars zəfəri, əhəmiyyəti ilə
müt
ənasib olaraq ədəbiyyatımızda da dərin izlər buraxmışdır.” [213, 208].
Dig
ər tərəfdən tarixdən bəllidir ki, ermənilərin xəyanətkarlığından istifadə
ed
ən çar Rusiyası Qarsı ələ keçirmək üçün məkrli təbliğatlar aparır, əhali arasında
çaxnaşma yaratmağa çalışırdı. Bu cəhətə diqqət yetirən və onu incələyən F.Kırzıoğlu
yazır: “Bu kimi təbliğatlar o qədər çoxalmışdı ki, bir-birindən ayrı yerdə bulunan
Qarslı xalq şairlərimiz, bu kimi düşmən hay-küyünə mənzum cavablar verərək,
toyda-düyünd
ə və məclislərdə sazları ilə tərənnümə başladıqları bu milli
qocaqlamalarla qonşuları oyandırmaq lüzumunu duydular” [213, 56].
Aşıq Şenliyin, Şörəyelli Aşıq Qulunun, Qarslı Aşıq Bəhrinin və bir çox saz-
söz s
ənətkarlarınını poeziyası coşqun vətənpərvərlik hisslərinin, milli qürur və
döyüşkənlik duyğularınını obrazlı ifadəsi ilə diqqəti çəkir:
Çox da t
ərif etmə sarı Moskofu,
Dayansın üstünə Al-Osman gəlir.
S
əksən min atlıdır, səksən min yayan,
S
əksən min də sərhəng, balaman gəlir.
Sıpqız ilan kimi elatımız var,
Niz
əli, cidalı həm köhlən süvar,
S
əksən min atlıdır əlində təbər,
Şikar etmiş qaynağında qan gəlir.
Qulu dey
ər badə içdim Pirimdən,
Xorasanda qurşanmışam belimdən,
Neç
ə komandanlar qalxıb yerindən,
Ankara, İstanbul, külli Van gəlir. [213, 56]
Türkiy
ə folkorşünaslığında qoçaqlama adlanan bu cür şeirlər döyüşkən ruhu,
mübariz m
əzmunu ilə seçilir. Şörəyelli Aşıq Qulunun “Gəlir” rədifli bu qoşması
türkün yenilm
əzliyini, azadlıq duyğularını poetik şəkildə əks etdirir. F.Kırzıoğlunun
Dostları ilə paylaş: |