Avtandil ağbaba



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/100
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#31569
1   ...   32   33   34   35   36   37   38   39   ...   100

 
109 
Alim fikrin
ə  davam edərək göstərir  ki,  Atillanın  ölüm  mərasimində, 
“düdükl
ərin, davulların sədaları altında şairlərin söylədikləri nəğmələrlə birlikdə bu 
dastanı,  şeirləri tərtib edən  şairlər,  heç  şübhəsiz,  daha  sonrakı  saz  şairlərimizin 
d
ədələridir” [217, 158]. F.Köprülünün elmi qənaətinə görə, bir sıra türk dövlətlərində 
əsgəri musiqinin  olduğu  nəzərə  alınsa  “türklərdə  islamiyyətdən  əvvəl  xalq  şair-
musiqişünaslarının fəaliyyət göstərdikləri asanlıqla anlaşılır” [217, 159]. 
Aşığın  tarixi  funksiyasının  mühüm  istiqamətini  bahadırlıq  və  mərdlik 
n
əğmələrinin təşkil etməsi, göründüyü kimi, tarixi-genetik ənənələrə söykənir. Orta 
əsrlərdə hərbi-siyasi məzmunlu aşıq mahnılarının, döyüş ruhlu saz havalarının geniş 
yayılması və dinamikası məhz həmin sənət ənənəsinin nəticəsi kimi sonrakı dövrlərdə 
d
ə bu və ya digər dərəcədə mühafizə olunmuşdur. “İstər Osmanlı, istərsə də Səfəvi 
ordularında dövlət tərəfindən himayə olunan xüsusi aşıqlar dəstəsi saxlanılırdı. Onlar 
ovqat yaradan c
əng  havaları  çalaraq  və  döyüş,  qələbə  ruhlu  mahnılar  oxuyaraq 
ordunun vuruş əzmini, zəfər eşqini daha da gücləndirirdilər” [106, 160]. 
Ağbaba-Çıldır  aşıq  mühitində  qəhrəmanlıq  nəğmələri,  türkçülük  düşüncəsi 
milli s
ərhədlərin hüdudlarından uzaqlarda yaşayıb-yaradan türk xalqını haqq-ədalət, 
milli  özgürlük  uğrunda  mübarizəyə  səsləyən amillərdən biri kimi diqqəti cəlb edir. 
Bu b
axımdan  Aşıq  Mövlud  İhsaninin  “Kıbrısda”  (“Kiprdə”) rədifli  qoşması  milli 
hissl
ərin, qəhrəmanlıq duyğularının əlvanlığı ilə seçilir: 
Getdik özgürlüy
ə, getdik barışa, 
Köhl
ən atlar hazırladıq yarışa, 
Bu torpaq Türkündür ta başdan başa, 
Şəhidim Kıbrısda, qazim Kıbrısda. 
 
İşarət vermişdir peyğəmbərimiz, 
Şəhid qanı ilə axdı tərimiz, 
Sayısız, minlərlə, çox əsərimiz, 
Camil
ər, türbələr, izim Kıbrısda. [223, 175] 
Aşıq Reyhani bahadırlıq və cəngavərlik ovqatını sosial-siyasi və milli birlik 
ideyalarının  poetik  ahəngində  ifadə  edir. Milli bərabərlik və  birlik  uğrunda  “edam 


 
110 
g
ərəkirsə  mənə  fərman ver” –  deyən sənətkarın  iç  duyğularının  coşqunluğu  və 
əzəməti Vətənin, doğma yurdun taleyini düşünən türk övladına güc və təpər verir: 
Mill
ət, millət olsun, ordu da ordu, 
Bel
ə qurtararıq Vətəni, yurdu, 
Tör
ə də, yasa da belə buyurdu, 
Milli b
ərabərlik, milli bütünlük. [223, 175] 
Genetik  yaddaşın  və  bədii təxəyyülün  harmoniyasında  məna və  məzmun 
tutumunu gerç
əkləşdirən Aşıq Yaşar Reyhani poeziyasının başlıca ideyası türkçülük, 
milli  özünüd
ərk və  vətənpərvərlikdir.  Çağdaş  dövrümüzdə  bu  əqidə  ilə  yaşayıb-
yaradan aşığın “Tərcümanıyam” rədifli qoşmasından gətirdiyimiz aşağıdakı misralar 
fikrimizi t
əsdiqləyir: 
M
ən Azəri türkəm, əski soydanam, 
M
ən şəhid üstünə doğan aydanam. [217, 196] 
Qeyd olunan milli-m
ənəvi keyfiyyətlərin  obrazlı  ifadəsi  Ağbaba-Çıldır  aşıq 
mühitind
ə nə qədər güclü və kəsərlidirsə, türkün özünəməxsus milli atributlarından 
uzaqlaşmaq  qorxusu,  mənəvi dəyərlərə  biganə  münasibət,  yabançı  adət-ənənələrə 
uymaq hissi bir o q
ədər  kədərli və  yandırıcıdır.  Bu  duyğu  və  düşüncələr  Aşıq 
Reyhani, Aslan Usta, Aşıq Hüseyn Tellioğlu, Aşıq İsgəndər Ağbabalı, Aşıq Mövlud 
İhsani, Bayram Dənizoğlu, Aşıq Erol Erkaninin və digər sənətkarların yaradıcılığında 
t
əşvış  və  qəmli hisslərlə  qələmə  alınır.  Aşıq  Çingiz  Yarani  (1950)  Avropanın 
“m
ədəni” həyatına  aldanıb  türkün  müqəddəs adət-ənənələrindən  uzaqlaşan,  Qərbin 
t
əsiri altına düşən Vətən övladlarını özünüdərkə səsləyir: 
Avropa dedik qovrulduq, 
Kehaneti (Kahinliyi) öyr
ətdilər. 
Bihud
ə yandıq sovrulduq, 
X
əyanəti öyrətdilər. 
 
Yarani gerç
ək yazıyor, 
Avropa bizi süzüyor, 
Nataşalar qol gəziyor, 


 
111 
Ticar
əti öyrətdilər. [217, 203-204] 
XXI 
əsrin real təsviri olan bu gerçəkliklər yad meyillərə  uyan vətən 
övladlarının milli faciəsi kimi oxucunu düşünməyə sövq edir. XX əsrin əvvəllərində 
görk
əmli sənətkarımız C.Məmmədquluzadə “Anamın kitabı” tragikomediyasında bu 
problemi  böyük  ustalıqla  təsvir edərək, yad təsirlərin Vətəni  parçaladığını,  milli 
birliyi  dağıtdığını  əks  etdirmişdi.  Ağbaba-Çıldır  aşıqlarının  bu  problemə  həssas 
münasib
əti bir tərəfdən dövlətçilik ənənələri, milli özünüdərklə, sənətkar təfəkkürü və 
f
əhmi ilə bağlıdırsa, digər tərəfdən real tarixi təcrübə, ulu babaların müdrikliyi, yağı 
düşmənin fitnəkar  əməllərinin  əsil mahiyyəti ilə  əlaqədardır.  Bu  baxımdan türk 
mill
ətini hiyləgər düşmənin fitnələrinə aldanmamağa çağıran Bilgə Kağanın vəsiyyəti 
olduqca m
ənalıdır:” Ey türk milləti! Dadlı sözlərə və yumşaq ərməğanlara aldandın 
v
ə  bir  çoxlarımız  öldü.  Yenə  yanılıb  və  Güneydəki  Çoqay  ormanına  ,  Töqültün 
düz
ənliyinə gedib yerləşsən, ey türk milləti, öləcəksən!” [131, 112]. 
Göründüyü kimi, türk mill
ətinin  milli  birliyini  pozmağa  çalışan  düşmənin 
fitn
ə-fəsadlarının  kökü  çox-çox qədim dövrlərə  gedib  çıxır.  Bilgə  kağanın  bir 
s
ərkərdə  və  rəhbər  kimi  narahatçılığı,  millətinə  müraciəti, milli birliyi qoruyub 
saxlamaq üçün göst
ərdiyi yol, etdiyi nəsihət bu səbəblərdən  doğur:  “Ey  Ötükənin 
xoşbəxt milləti! Getdiniz!  Doğuya  varanınız  oldu.  Batıya  varanınz  oldu.  Vardığın 
yerl
ərdə xeyrin o oldu ki, qanın su kumu axdı. Sümüklərin dağ kimi  yığılıb yatdı” 
[131, 114]. Mövlud İhsaninin “A bəylər” rədifli qoşması müdrik bir sənətkarın milli-
qlobal d
ərdləri  əks etdirən faciəli monoloq təsirini  bağışlayır.  Eyni  sıxıntı  və 
nigarançılığı  keçirən sərkərdə  (VIII  əsr) və  aşığın  (XXI  əsr) min üç yüz illik bir 
zaman k
əsimində duyğu və düşüncələri yaxından səsləşərək ali bir məqamda – milli 
birlik m
əqamında  birləşir.  Aşıq  türkün  qədim və  şanlı  tarixini  xatırlatmaqla  onu 
özün
ə dönməyə, özünün əzəli və əbədi milli atributlarını mühafizə etməyə çağırır: 
Üç qit
ədə at oynatdıq, savaşdıq, 
Erkenekon dastanında cağ aşdıq, 
Bozqurd il
ə irmaq keçdik, dağ aşdıq, 
Hızımızı qeyb etdik, a bəylər. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə