102
epik cizgil
ərlə aşıq Səməd bəylə onun dəstəsinin milli təəssübkeşliyini, türkə güllə
atmadıqlarını hərarətli misralarla ifadə edir:
S
əməd bəy deyilən zəhmi ağıdı,
İsmayıl da ruslar üçün yağıdı,
Çavuşoğlu yüz kazağı dağıdı,
Qıymadılar qırmızı fəsə, əfəndim. [173, 65]
“Qırmızı fəs” ifadəsi ilə aşıq Anadolu türkünü nəzərdə tutmuşdur. Aşıq
Hüseyn Saraclının repertuarında xüsusi yer tutan “Aşıq Şenliyin Borçalı səfəri” adlı
dastan-r
əvayərdə də həmin məqam paşa ilə Aşıq Şenliyin dialoqunda əks
olunmuşdur. Səməd bəylə onun dəstəsini tutmağa gələn paşanın “bəs nasıl oldu ki,
heç
əsgər vurmadılar?” - sualına Aşıq Şenlik yuxarıdakı bəndlə cavab vermişdir.
Adı çəkilən dastan-rəvayətdə Səməd bəyin Osmanlıda məşhur olan Cəlalı
Kürd
ə hücum etməsi kiçik bir epizodda təsvir olunur. “Bu tərəfdə-Ağrı dağının
dalında Cəlali Kürd var. Bir mahaldı, nə İrana xarc verif, nə Osmanlıya. Get onu çal-
çap g
əti sən də ye, biz də.
S
əməd bəy dedi:
-
Uşaxlar atdarı hazırlayın.
Atdandılar. On doqquz atdı işıxlanar-işıxlanmaz Calalinin torpağına çatdılar”
[20, 94].
“Rusun baş düşməni, türkün candan dostu” sayılan Səməd bəylə Cəlalı Kürd
arasındakı bu əhvalatı Aşıq Şenlik bu cür təsvir:
Alosman ölk
əsində bir az qaldılar,
C
əlali Kürdünə qılınc çaldılar,
İran ölkəsindən xərac aldılar,
Şahı da qoydular yasa, əfəndim [173, 65].
Ümumiyy
ətlə, Aşıq Şenliyin çoxşaxəli poeziyasının əsas istiqamətlərindən
birini t
əşkil edən türkçülük məfkurəsi onun şagirdlərinin-Aşıq Nəsib, Aşıq Gülüstan,
oğlu Aşıq Qasım və başqa sənətkarların yaradıcılığında da yüksək ilhamla tərənnüm
olunmuşdur.
103
“Zaman-zaman t
əmiz dili və canlandırma qabiliyyəti ilə çağdaşlarından
ayrılan Aşıq Yusif Zülali” [232, 109] həm xalq (qoşma, gəraylı, divani və s.), həm də
klassik poeziyanın müxtəlif şəkillərində (qəzəl, müxəmməs, müsəddəs və s.) şeirlər
yazmışdır. Aşığın yaradıcılığı formaca rəngarəng olduğu kimi, məzmunca da
dolğundur. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, onun şeirlərində qürbət
sıxıntısı, yurd həsrəti, nisgil və ayrılıq motivləri geniş yer tutur ki, bu da aşığın
keçdiyi h
əyat yolu, uzun illər doğma yurdundan uzaq düşməsi ilə bağlıdır. “Bizi”,
“Ey f
ələk”, “Gəl”, “Düşdüm”, “Mən” və sair qoşmalarında Zülali qürbətdə keçirdiyi
günl
ərin ağrılarını, çəkdiyi həyəcan və iztirabları təsirli misralarla ifadə edir. Bu
şeirlərdə özünün poetik inikasını tapan, içdən gələn səmimi duyğular aşığın doğma
yurda n
ə qədər bağlı olduğunu göstərir:
Doymadım, Sillədə qaldı nəzərim,
Əsən yellər ilə namə yazaram,
Qürb
ət eldə qaldım vətən gəzərəm,
Bilm
əm röyamıdır, yoxsa xəyaldır. [17, 70]
Zülalinin şeirlərində Konya, Afyon, Bursa, Batum və digər yerlər qürbət
sıxıntısının poetik ifadəsinə çevrilir. Uşaqlığının və gəncliyinin keçdiyi Posof, Sillə,
Susqap tez-tez d
ərin həsrətlə xatırlanır, ənənəvi poetik obrazlar yeni biçimdə, nisgilli
hissl
ərin axarında məna tutumunu daha da genişləndirir.
Aşıq Zülalinin də poetik yaradıcılığında türkçülük məfkurəsi, milli-etnik
duyğuların tərənnümü, yüksək vətənpərvərlik hissləri başlıca yer tutur. Vətənin əbədi
nem
ətləri, təbii gözəllikləri onun şeirlərində əlvan poetik çalarları, dərin fəlsəfi-
estetik mahiyy
əti ilə diqqəti cəlb edir. Dolğun və mənalı peyzajlar fəlsəfi–didaktik
m
əzmunla üzvi vəhdət təşkil edərək oxucunu və dinləyicini düşündürür:
Anama, atama yurd ver
ən sənsən,
Qoyuna, quzuya ot ver
ən sənsən,
Yavrucuqlarıma süd verən sənsən,
S
əndə doğar, böyər övladım, vətən. [17, 64]
104
Bu
əxlaqi-fəlsəfi düşüncə XX asrin ustad ozanı Aşıq Veysəlin “Qara torpaq”
şeirində xalq müdrikliyinin zərif obrazlılığında, təptəzə və yeni bir poetik görüntüdə
ifad
ə olunur:
Qoyun verdi, quzu verdi,süd verdi,
Yem
ək verdi, çörək verdi,ət verdi,
Qazma il
ə döyməyincə qıt verdi,
M
ənim sadiq yarımqara torpaqdı. [154, 48]
Doğma torpağa aydan arı, sudan duru övlad məhəbbətinin bu cür poetik
ifad
əsi hər iki sənətkarı ən dərin milli köklərə bağladığı kimi, eyni zamanda yüksək
b
əşəri ucalığa qaldırır.
Aşıq Zülalinin “Vətən”, “Çıldır”, “Bizə ah etdilər”, “Vətən bağı nə gözəldir”
v
ə digər qoşmaları, “Yoxdur”, “Türkoğluyuq” şeirləri, bir sıra bayatıları vətəndaşlıq
duyğularını əks etdirən poetik örnəklər kimi diqqəti çəkir. Onun şeirlərində qürbət
motivl
əri nə qədər güclü olsa da, bədbin duyğulara təslim olmur, yurd-yuva
ayrılığının ağır sıxıntısında belə ümidini itirmir, dərdlərə sinə gəlir:
Q
əhrindən virandır bunca binalar,
Zülmünd
ən ağlar ata-analar,
Qürb
ətdəmi qoydu abü-danələr,
D
ərd eləmək gəlməz əlimdən, fələk. [195, 281]
“V
ətənin xalqına yadigar üçün” canını qurban etməyə hazır olan aşıgın
poeziyasında vətənpərvərlik hissləri müqəddəs idealların təsdiqi kimi
ümumil
əşdirilir, milli-etnik duyğular türkün qəhrəmanlıq ənənələrindən doğan bir
ruhda ifad
əsini tapır:
Türkoğluyuq, ərlərik,
Kims
əyə baş əymərik.
Bir damla suyumuzu
Düşmənlərə vermərik.
Ağ dəniz, Qara dəniz,
Bizi unutmayın siz. [17, 82]
105
Eyni döyüşkən ruh və poetik ovqat Zülalinin “Ərdahan”, “Gördüm”, “Əzəl
bahar g
əldi” və digər şeirlərində milli qürur və özgürlük hissi ilə ifadə olunur:
Qarsın qalasına asdıq ay-ulduz,
Qaranlıq gecələr oldu güpgündüz,
Düşmən dura bilməz, türkoğlu türküz,
Tarixd
ə şahiddir babalarımız. [17, 85]
Gözünü açandan ata-
anasını, ulu babalarını azad və müstəqil bir məmləkətdə
yaşayıb-yaradan görən el sənətkarı çar Rusiyasının işgalçılıq siyasəti ilə barışa bilmir,
Anadolu torpaqlarının işğalçılardan azad olmasını böyük sevinclə qarşılayır. “Zülmət
qalxdı məscid ilə minbərdən”-deyən aşığın şeirlərində milli duyğularla yanaşı dini
hissl
ər də çox güclüdür. Maraqlıdır ki, bu cür şeirlərdə Zülalinin lirik “mən”i türkün
q
əhrəmanlıq və islam dininin müqəddəs ənənələrinin daşıyıcısı kimi çıxış cdir.
Milli qürur,
əzmkarlıq və mübarizlik aşıq yaradıcılığında ortaq türk
düşüncəsinin, əski qəhrəmanlıq ənənələrinin poetik güzgüsü, Metedən, Atilladan
üzüb
əri gələn özgürlük idealının başlıca fəlsəfi mahiyyətidir. Aşıq Veysəlin
poeziyasından bir nümunəyə diqqət yetirsək bu idealın poetik vüsətini və genişliyini
aydın görərik:
Türkük, türkl
ər yoldaşımız,
Hesaba g
əlməz yaşımız!
Harda olsa savaşımız,
Türkük, türkü oxuyuruq. [154, 66]
Türkçülük m
əfkurəsi, azadlıq və müstəqillik duyğuları saz-söz sənətkarlarının
çoxşaxəli yaradıcılığının bu mühitdə həmişə ilkin təməlini, mayasını təşkil etmişdir.
İçtimai-siyasi motivlər Azərbaycan aşıq poeziyasının ayrıca bir istiqamətini
mü
əyyənləşdirir. “Vətənə məhəbbət xalq yaradıcılığının, aşıq poeziyasının, klassik,
müasir
ədəbiyyatın şah mövzusu olmuş, belə olaraq da qalır” [62, 71]. Azərbaycan
folklorşünaslığında vətən məhəbbətinin tərənnümü haqqında ümumi elmi qənaət,
əsasən, belədir. Lakin vətən və vətənpərvərlik duyğularının xalqımızın bədii-estetik
düşüncəsində ifadəsindən bəhs olunarkən bir qayda olaraq təbiət və onun
göz
əliklərini tərənnüm edən şeirlər təhlil obyektinə çevrilmişdir. “Vətən anlayışı
Dostları ilə paylaş: |