231
gətirdilər verdilər nənənin əlinə. Nənə sazın telinə toxundu barmağıynan. Necə ki,
telin səsi çıxdısa, Lətif şah gözünü açdı, dedi:
-
Nənə, sənin o iman dağarcığına qurban olum. Bir o sazı mənə ver” [181,
31].
Göründ
üyü kimi, Lətif şahın buta alması onu aşiqə, aşiqliyi isə aşığa çevirir.
“Qurbani”, “Novruz”, “Şahzadə Əbülfəz” və s. dastanlarımızda da əsərin
qəhrəmanları “buta alma” yuxusundan ayılan kimi, öz dərdlərini ancaq “bir başı
nimçə, bir başı çömçə” ilə - sazla anlada bilirlər. “Novruz” dastanında nümunə üçün
qeyd etdiyimiz motivə diqqət yetirsək, eyni mifoloji əhvalatın şahidi olarıq: “Novruz
düz on bir gündən sonra özünə gəldi. Baxdı ki, atası, anası, qohum-əqrəbası - hamı
onun başına yığılıb. Novruz dedi:
-
Mən dərdimi dilnən desəm, dilim yanar. Mənə bir saz gətirin” [29, 171].
Aydın görünür ki, dastan qəhrəmanlarının buta alması, aşiqliyi və aşıqlığı
təsəvvüfi düşüncədən, ilkin təsəvvürlərdən doğan bir zərurətdir. Bu zərurət
qəhrəmanı ürfan yoluna aparır, bu yolda o, heç nədən, hətta ölümdən belə çəkinmir.
Ona görə də Lətif şah “əcəl köynəyini geyər gəlirəm” - deyə bu yoldan
çəkinməyəcəyini bildirir.
Dastanda diqqəti çəkən maraqlı cəhətlərdən biri də əski türk düşüncəsi ilə
müsəlman əxlaq normalarının, islami davranışların bir-biri ilə bağlılığıdır. Bəllidir ki,
Lətif şah dəryada gəzməyə çıxarkən fırtına qopur və onu fars padşahının ölkəsinə
aparır. Padşahın qoşununu qırdığına, kürəkəni İsfəndiyar pəhləvanı öldürdüyünə görə
Lətif şahı dar ağacından asarkən fars padşahının qızı Əsmər xanım (bəzi variantlarda
Əsma] onun gözəlliyinə vurulub Lətif şahı ölümdən xilas edir. Fikrimizcə, həmin
məqama diqqət yetirib incələməyə ehtiyac vardır. Əsmər xanımın təkidinə
baxmayaraq Lətif şah onunla evlənmək istəmir, çünki o, Telli Mehribana butalıdır,
Lətif şahın çəkdiyi bütün əzab-əziyyətlər Telli Mehribana qovuşmaq, onun vüsalına
çatmaq üçündür. Buna görə də Əsmər xanımın təklifinə belə cavab verir: “Tək məni
götürgünən Mehriban sultana cariyə olum” [181, 43].
Göründüyü kimi
, Lətif şah sevgilisinə qovuşmaq üçün hər şeyə, hətta qul
olmağa hazırdır. Əsirlikdən qurtardıqdan sonra Mehriban sultana yenidən qovuşan
232
Lətif şah uzun müddət mənəvi böhran keçirir, əsil həqiqəti açıb ona deyə bilmir.
Yalnız Əsmər xanımdan gələn məktubu Telli Mehriban gizlicə oxuyub həqiqəti
biləndən sonra Əsmərlə Lətif şahın evlənməsinə razılıq verir və Lətif şah böhrandan
xilas olur. Diqqət edilsə, bu epizodda əski türk-oğuz ənənəsi ilə, müsəlman əxlaq
davranışı arasındakı müəyyən ayrı-seçkilik təsəvvürü nəzərə çarpır. Buta alıb
Mehriban xanımdan başqa heç kəslə evlənmək istəməyən, “bir müşgülün babalına
batmışam” - deyən Lətif şah çətin bir vəziyyətdə qalmışdır: bir tərəfdən o, öz
butasına sədaqətini göstərməlidir, digər tərəfdən isə Mehriban xanıma qovuşmaq
üçün onu ölümdən xilas edən fars padşahının qızı Əsmərin şərtinə əməl etməlidir:
Bir müşgülün babalına batmışam,
Heç kimsə dərdimdən xəbərdar deyil.
Pünhan-
pünhan yar atəşi çəkirəm,
Aça bilməm, söylənəcək sirr deyil. [181, 46]
Bu çətin situasiyadan çıxış yolunu Telli Mehriban göstərir: Lətif şah Əsmər
xanımla da evlənməlidir, çünki “iki şikar bir igidə ar deyil”. Bu epizodda Lətif şahın
qadına, öz sevgilisinə böyük sayğısı ilə yanaşı, həm də Mehriban xanımın
alicənablığı, ailə münasibətlərində oynadığı rol, sədaqəti diqqəti çəkir.
“Kitabi-
Dədə Qorqud”un “Bamsı Beyrək” boyunda da Bayburd qalasında on
altı illik əsirlikdən düşmən qızının köməkliyi ilə Bamsı Beyrəyin xilas olması təsvir
olunur. Görünür ki, “Kitabi-
Dədə Qorqud”dakı bu epizod sonralar bir sıra nağıl və
dastanlarımıza transformasiya olunmuşdur. Düşmən qızının hami-xilaskar rolunda
çıxış etməsi Bamsı Beyrəyin onunla evlənməsi şərti ilə gerçəkləşir. Maraqlıdır ki,
“Lətif şah” dastanında da xilaskarlıq funksiyasını düşmən qızı Əsmər xanım yerinə
yetirir. Ana kitabımızın Drezden nüsxəsinin sözü gedən boyunda dustaqlıqdan
qurtarandan sonra Beyrəyin düşmən qızı ilə evlənməsinə dair simvolik, yaxud da real
bir işarə yoxdur. O, Baybecanın qızı Banıçiçəklə evlənir. Dastanın Vatikan
nüsxəsində isə Beyrək düşmən qızını alır. “Lətif şah” dastanında isə (eləcə də
dastanın digər variantlarında) Lətif şah yuxarıda qeyd etdiyimiz kimi, Mehriban
xanımdan başqa, düşmən qızı Əsmər xanımla da evlənir. Aydın görünür ki, daha
233
arxaik motiv dastanda müsəlman dünyagörüşü və şəriət qanunu əsasında yeni hüquqi
funksiya qazanaraq özünün bədii-məntiqi həllini tapır.
Dastanda hadisələrin cərəyan etdiyi coğrafi areal orta əsr dastançılıq
ənənələrinə uyğun olaraq geniş hüdudları əhatə edir. Yəməndə doğulub elmlərin
sirrini öyrənən Lətif şah butasının arxasınca Hindistana yollanır. Telli Mehribanı
zorla almaq istəyən fars padşahının qoşununa və məşhur pəhləvanı İsfəndiyara qalib
gəldikdən sonra butasına qovuşsa da, o daha bir sınaqdan çıxmalı olur. Dənizdə
fırtınaya düşən Lətif şah tutularaq fars padşahlığına gətirilir. Ölüm təhlükəsi ilə
üzləşən qəhrəman qeyd etdiyimiz kimi, Əsmər xanımın yardımı ilə ölümdən xilas
olur. Bundan sonrakı hadisələrin coğrafi arealı əks istiqamətdə - Fars padşahlığı -
Hindistan -
Yəmən istiqamətini əhatə edir. Lətif şahın dənizdə qərq olması hadisəsini
də təsadüfi saymaq olmaz. Fikrimizcə, su burada mifik səciyyə daşıyır. Bir çox nağıl,
dastan və əfsanələrdə əsərin qəhrəmanının suda qərq olması, yaxud sandığa
qoyularaq suya atılması motivlərinə sıx-sıx rast gəlmək olur. Məsələn, “Tahir və
Zöhrə” dastanında Hatəm Soltanın əmri ilə Tahiri bir sandığa qoyub dəryaya atırlar.
“Tahir Mirzə qırx gün dəryada üzəndən sonra çıxdı Həştərxan vilayətinə. Dəryadan
paşalıq bağçasına bir böyük sərdəhnə axırdı. Sandıq bu dəhnə ilə buruldu bağa tərəf.
Qəzadan o gün paşanın qızı Sona xanım qırx incə qızınan bağa səyahətə çıxmışdı.
Gördülər bir şey su ilə qarala-qarala gəlir. Sandıq gəlib yetişdi. Sandığı tutub
çıxartdılar qırağa” [31, 156]
Oxşar epizod “Lətif şah və Telli Mehriban”da bu cür nağıl olunur: “Bunu
dərya vura-vura götürdü. Fars padşahının gəmisinə rast gəldi. Gəmiçilər baxdı ki,
suyun üstündə bir qaraltı gəlir. Gəmiyi əylətdilər. Bu gəminin yanına ki gəldi qayıq,
qarmaq atdılar, bunu gəminin içinə aldılar” [181, 41]. Bizə elə gəlir ki, ağır
situasiyalarda dastan qəhrəmanlarının suda qalması magik bir sınaqdır və bu magik
sınaq bir qayda olaraq xoşbəxt sonluqla nəticələnir. Görünür ki, suyun həyatın
başlanğıcı sayılması, ona inam bəslənməsi dastan yaradıcılığında bütün dövrlərdə
aktual olmuşdur. Bu sakrallıq qeyd etdiyimiz dastanlarda öz izlərini bu və ya digər
dərəcədə mühafizə etməkdədir. Xalqımızın, o cümlədən bir sıra dünya xalqlarının
mifoloji düşüncəsində suyun kainatın yaradılışında, xaosun nizama salınmasında
Dostları ilə paylaş: |