255
M
əlumdur ki, folklorumuzun müxtəlif janrlarında milli adət-ənənələrin,
xalqımızın məişət
tərzinin, etnoqrafik mərasimlərin təsviri mühüm yer tutur. Belə
m
ərasimlərdən biri də toy mərasimidir. Toyun keçirilməsi qədimdən bəri müxtəlif
ad
ətlərlə müşayiət olunmuşdur. Elçilik, nişan, xınayaxdı və sair törənlərlə yanaşı gə-
lin köç
ən qıza cehiz verilməsi əski rituallarla bağlı olmuşdur və indi də bu
adət özünü
mühafiz
ə etməkdədir. Prof. B.Abdulla mərasimlərdən bəhs edərkən “digər ictimai ha-
dis
ələrdən zənginliyi ilə fərqlənən toyların” xalqımızın məişət tarixini, etnoqrafik mə-
d
əniyyətini, mifik görüşlərini öyrənmək üçün zəngin bir mərasim olduğunu xüsusi
qeyd edir. Alim toyun ayrı-ayrı mərhələlərinə, o cümlədən qıza cehiz verilməsi məsə-
l
əsinə diqqət yetirərək yazır: “Qızın rəfiqələri və qohumları, demək olar ki, hər axşam
onlara yığışırlar. Qız üçün yorğan-döşək və digər məişət avadanlıqları hazırlayırlar”
[4, 90]. Bu baxımdan “Lətif şah” dastanında bir epizodun üzərində dayanmağı vacib
bilirik. Hindistan şahı öz qızı Mehriban Sultanla fars padşahının bacısı Əsmər xanıma
qırx gün, qırx gecə toy çaldırıb onları Lətif şaha verdikdən sonra Əsmər Sultan qərib
olduğu üçün “cehizi ona nə istəsə özü verəcəyini” vəd edir. Əsmər Sultanın Hindistan
padşahından cehiz istəməsi milli-etnik adət-ənənənin bədii ifadəsi kimi diqqəti çəkir:
S
əxavət kanısan, şahım,
M
ənim mehrimə hər iş yaz.
Ənam qıl xəzinəni əmlak,
M
ən beş desəm sən on beş yaz.
S
əksən köhlən
qələmə al,
S
əksən nər dəvə, dörd yüz mal,
S
əksən top da kişmiri şal,
An annına yüz altmış yaz. [164, 336]
Az
ərbaycanın müxtəlif bölgələrində gəlinin cehizi ilə bağlı bir sıra
m
ərasimlər keçirilir, mahnılar ifadə olunur. Naxçıvanda toyun sabahı bəy evinin
adamları gəlinin başına toplaşaraq duvaqqapma mərasimi keçirir, xorla oxuyub
g
əlinin cehizinə xeyir-dua verirlər:
Qızlar xoru:
256
G
əlin gəldi nə gətdi?
Aparıcı: Yorğanla döşək gətdi.
Qızlar xoru:
Yerind
ə-yurdunda qayım-gədim olsun.
Qızlar xoru:
G
əlin gəldi nə gətdi?
Aparıcı: Yaxşı qab-qacaq gətdi.
Qızlar xoru:
D
əsturxanı açıq, nehrəsi yağlı olsun.
Qızlar xoru:
G
əlin gəldi nə gətdi?
Aparıcı:
Özüyl
ə ruzu gətdi
Ayağı sayalı olsun. və s. [37, 28-29]
Prof. E.Aslan xalq dastanlarının nəzm hissəsindən
bəhs edərkən onu saz-söz
s
ənətkarlarının yüksək ustalığı kimi qiymətləndirir: “Aşıq Şenliyin “Lətif şah” və
“Salman b
əy” dastanlarında təsbit edilən və özəlliklə Şərqi Anadolu dastançılığında
sıx istifadə olunan bu təsvirin şeir texnikası baxımından son dərəcə düzgün olduğu
görünm
əkdədir” [167, 323].
Ənənə və novatorluq, milli-məhəlli, regional xüsusiyyətlər və s. məsələlər
Aşıq Şenliyin dastanlarında canlı xalq danışıq dilinin incə deyimlərində özünü büruzə
verir. Ağbaba-Çıldır camaatının leksikasına daxil olan sözlər (yeznə, qada, hancarı,
haqos, ürcah v
ə s.), müxtəlif etnoqrafik cizgilər Aşıq Şenliyin dastanlarının regional
öz
əlliklərini xeyli gücləndirir. Bu cəhət Azərbaycan folklor arealı üçün xarakterik
olan söz v
ə ifadələrdə obrazlı inikasını tapır. “Gülşahın nur topu kimi bir oğlu oldu”,
“düşdülər şəhərə elə bir cadugər tapdılar ki, iman dağarcığına bir fisgə (çırtma)
vursan
tozu göy
ə çıxar”, “üç yüz altmış damarı od tutub yanmağa başladı”, “ac qurd
qoyuna gir
ən kimi Tehran şahın qoşununa daldı”, “payız xəzəli kimi titrəməyə
başladı”, “yeddi yerdən dizinin qələmi qırıldı” və s. ifadələr buna nümunə ola bilər.
257
Qeyd olunduğu kimi, Ağbaba-Çıldır dastan yaradıcılığı zəngin və davamlı
s
əciyyə daşımışdır. Diqqət edilsə klassik ənənə XIX və XX yüzilliklərdə də
əhəmiyyətini saxlamışdır. “Yaralı Mahmud”, “Əşrəf bəy” (Aşıq Tüccar), “Ərzincan
bağları”, “Kirmanşah” (Üzeyir Fəqiri), “Əlişir ilə Gül”, “Yaralı top”, “Öksüz vəzir”
(Aşıq Sabit Müdami) və digər dastanlar yalnız regional xüsusiyyətləri
ilə deyil, əski
eposçuluq
ənənələrinin, dini-ürfani motivlərin, mifoloji
elementlərin zənginliyi və
tamlığı ilə seçilir. Prof. İ.Abbaslı erməni mənbələrinə istinad edərək Aşıq Tüccarın
dastan yaradıcılığı haqqında yazır ki, “bir gün türk paşası Tüccarı yanına çağırıb
ondan indiy
ədək söylənməmiş bir nağıl danışmasını tələb etmişdir. Aşıq iki gün
ərzində şagirdi ilə birlikdə “Əşrəf və Zöhrə” dastanını düzəltmişdir. Dastan paşaya
d
ərindən təsir etmiş, hətta onu ağlatmışdır. Bu səhnədən təsirlənən aşığın özü də
ağlamışdır. Şagirdinin:- “Axı bu yalandır, özün uydurmusan, bəs
nə üçün
ağlayırsan?”-sualına Tüccar:- “Onun üçün ağlayıram ki, nağılın dalını necə
düz
əldəcəyəm”-deyə cavab vermişdir [2, 104]. Bu rəvayət olsa da, bölgədə dastan
yaradıcılığının özünəməxsusluğunu göstərir.
Aşıq Sabit Müdaminin “Əlişir ilə Gül” dastanının mövzusu böyük özbək şairi
Əlişir Nəvai ilə (1441-1501) onun sevgilisi Gül haqqındakı rəvayətlərdən
götürülmüşdür. Məlumdur ki, Əlişir Nəvai ilə bağlı özbək xalq ədəbiyyatında çoxlu
r
əvayətlər mövcuddur [66]. Aşıq Müdami bu rəvayətlərdən bəhrələnərək Əlişirlə
Gülün m
əhəbbətindən, Hüseyn Bayqaranın özü də bilmədən onların eşqini nakam
qoymasından, Gülün faciəli ölümündən bəhs edən maraqlı bir dastan yaratmışdır.
Aşıq dastanın döşəmə hissəsində əsərin düzülüb qoşulmasının səbəbkarı kimi
folklorşünas N.Boratavı nişan verib “bir yadigar qalsın hekayətimiz”-deyə qəmli bir
m
əhəbbət dastanı yaratmışdır. Dastan dərin lirizmi ilə diqqəti cəlb edir [198, 111-
117].
“Yaralı top” dastanını Aşıq Müdami prof. Ş.Elçinin təklifi ilə
“Qaraoğlan”əfsanəsi əsasında yaratmışdır. Həcmcə çox
da böyük olmayan bu
dastanda hadis
ələr Ərzurum istehkamlarının birində Balkan müharibəsi dövründə
c
ərəyan edir. Növbətçi əsgər, minbaşı və üç döyüş topu arasında baş verən əhvalata
aşıq mifik don geyindirmiş, əfsanənin məzmununu poetik şeirlərlə süsləmişdir.