264
Ağbaba-Çıldır aşıq mühitində bir çox aşıqların həyatında bu cür maraqlı
halların baş verdiyi müşahidə olunur. Aşıq Sabit Müdaminin babası Süleyman Usta
“Əsli və Kərəm” dastanının finalını nikbin sonluqla bitirmiş, əsərin qəhrəmanlarını
bir-birin
ə qovuşdurmuşdur. Bunun da səbəbi məclisdə bir nəfərin “Əgər Aşıq Kərəm
il
ə Əslini bir-birinə qovuşdursa yüz lirə verəcəyəm, yox əslində olduğu kimi
öldürürs
ə, alnına bir güllə sıxacağam” -deməsi olmuşdur . Bunu duyan Süleyman
Usta dastanı xoşbəxt sonluqla bitirmiş, beləliklə özü ilə dinləyici arasındakı
münasib
əti ustalıqla nizamlamışdır [180, 69].
Qeyd ed
ək ki, bəzi mənbələrdə bu əhvalatın Sabit Müdaminin babasının yox,
onun özünün başına gəldiyi göstərilir [223, 98]. Aşıq Şenliyin sənət şəcərəsinin
layiqli davamçılarından olan Aşıq Murad Çobanoğlunun söylədikləri də bu baxımdan
ibr
ətamizdir: “Qars aşıqları qəhvəsində hekayə [dastan] anlatdığım zaman Trabzonlu
biri g
əlmiş, arabasını (maşını) çəkmiş qaraja. İrana yük götürüb dönmüş “Bir gün
Qarsda aşıqları dinləyib gedim” -demişdir. Qarsa gəldiyində bayrama on gün varmış.
Hardasa m
əni bir həftə dinləmiş. Ertəsi gün gedəcək, dedi ki, “aşıq, bu hekayəni
bitir
əcənmi? Yoxsa mən səni öldürərəm, mən bunun sonunu alıb gedim” [223, 98].
Prof. E.Aslan Aşıq Şenliyin dastan ifaçılığı və dinləyici auditoriyası ilə bağlı
olaraq yazır: “Şenliyin dastan anlatdığı məclisdə olmaq, onun anlatdığı dastanları
dinl
əmək önəmli bir olay sayılırdı. Şenlik dastana başladıqdan sonra məclisdə dərin
bir s
əssizlik olurdu. Məclisdən çölə çıxmaq və ya gec gəlmək olmazdı. Dastanlarını
içd
ən gələn bir coşquyla və həyəcanla danışırdı. Hər danışanda dastana yeni ünsürlər
qatır, onları bəzəyir, gözəlləşdirirdi” [164, 76].
Bunlar Ağbaba-Çıldır aşıq mühitində saz-söz ustalarının peşəkar ifaçılığının
v
ə sənətkarlığının göstəricilərini işarələməklə yanaşı, eyni zamanda dastançı aşıqların
klassik s
ənət ənənələrinə yüksək tələbkarlıqla, sənətkar məsuliyyəti ilə
yanaşdıqlarının regional-coğrafi cizgiləri kimi də maraq doğurur.
Qeyd ed
ək ki, Ağbaba-Çıldır aşıq mühitində dastan ifaçılığı son dövrlərdə
z
əifləsə də, 80-ci illərədək dastan ustaları əski ifa və sənətkarlıq ənənələrini mühafizə
ed
ə bilmişdir. “Posoflu Aşıq Müdaminin babası Süleyman Usta “Kərəm ilə Əsli”
hekay
əsini (dastanını) qırx gecəyə söyləyirmiş. Murad Çobanoğlunun da üç, yeddi,
265
on, iyirmi bir v
ə otuz gecəlik dastanlar söylədiyi [188, 360] haqda maraqlı bilgilər
mövcuddur. Aşıq Nəsib yeddi, on gecə dastan danışarmış. Aşıq İsgəndər Ağbabalının
üç gec
ə “Lətif şah” dastanını nağıl etdiyinin 1970-ci illərdə şahidi olmuşuq.
Yeri g
əlmişkən xatırlatmaq yerinə düşər ki, Ağbaba-Çıldır aşıqlarının dastan
repertuarı bu mühitin ən qədim ənənələrini, yaradıcılıq və ifaçılıq prinsiplərini əks
etdirir. Biz f
əslin “Dastan repertuarı” bölməsində bu barədə ətraflı bəhs etdiyimizə
gör
ə, burada ifaçılıq və sənətkarlıq məsələləri ilə bağlı qısaca söhbət açmağı lazım
bilirik. B
əllidir ki, məhəbbət dastanları bir qayda olaraq, ustadnamələrlə başlayıb
duvaqqapma il
ə bitir. Ağbaba-Çıldır aşıq mühitində də bu ənənə başqa şəkildə
gözl
ənmişdir. Şərqi Anadolunun, o cümlədən Çıldır, Qars, Ərzurum aşıqlarının
ifasında dastanlar bir qayda olaraq “döşəmə” adlanan folklor mətnləri ilə başlanır.
Prof. E.Aslanın anlatdığına görə Aşıq Gülüstan (Aşıq Şenliyin şagirdi) ustadının
dastanlarını aşağıdakı döşəmə ilə başlayırdı. “Eşqi ixtilaf, zövq edək söhbət, seyri
m
əşqulat, vəsfi hekayət, izzət iltifatnan, haqqı payınıza ifadə edim ki, göz ilə
görm
əmişik. Amma bizdən əvvəlki ustadlardan dildən eşidib belə bəlləmişik” [164,
417].
Aşıq Hasanın (XVII əsrin sonu, XVIII əsrin əvvəli) “Qars dastanı” adlı
m
ənzum dastanına prof. Ş.Elçinin qələmə aldığı döşəmə əxlaqi-fəlsəfi mahiyyəti ilə
D
ədə Qorqudun kəlamlarını xatırladır: “İştə belə ağalar, bəylər, ərgənin boş xəyalını
evlinin xoş ağlı endi. Haqq sözə axan su durur, hər kəs uyarını bulur. Qısa boyu çəkib
uzatmaq olmaz, çirkini geydirib b
əzətmək olmaz. Ustadlar döşəməyi üç demişlər, bal
il
ə qaymaq yemişlər. Biz də bunu deyək üç, düşmənimiz olsun puç” [190, 454].
Müşahidə etdiklərimizdən bu qənaətə gəlmək olar ki, Çıldır aşıqlarının
ifaçılığındakı bu ənənə Anadolu aşıq sənətinin təsiri nəticəsində olmuşdur.
Az
ərbaycan aşıq sənətində olduğu kimi, Ağbaba-Çıldır aşıq mühitində
keçmişdə dastan gecələri, yığıncaqlar bir qayda olaraq ağa, bəy evlərində, xanlarda
[karvansaralarda] keçirilmişdir. Aşıq Şenliyin Gölədə Murad ağanın, İrəvanda Mehdi
ağanın, Aşıq Nəsibin Axırkələyin Sağamoy kəndində Alı ağanın, Gümrüdə Əliqulu
ağanın, İbişdə Hacı Abbas oğlunun evində bir qayda olaraq məclis keçirməsi
m
əlumdur.
266
Ağbaba-Çıldır bölgəsində Qars, Gümrü, Ərzurum və digər şəhərlərdə çoxlu
sayda xanlar/hanlar (karvansaralar) olmuşdur. XX əsrin 60-70-ci illərinədək fəaliyyət
göst
ərən xanlar, əsasən ticarət məqsədilə ətraf kəndlərdən şəhərə gələn kəndlilərə
xidm
ət üçün tikilmiş böyük binalar idi. Texnikanın inkişaf etmədiyi bir dövrdə
istehsal olunan m
əhsulu, satlıq qoyun-quzu və mal-qaranı, qoşqu heyvanlarını
yandakı tövlələrdə saxlayan, özləri isə qonaq otaqlarında gecələyən kəndlilər
vaxtlarını mənalı keçirmək üçün burada aşıqlara qulaq asır, məclis aparan saz-söz
s
ənətkarlarına hörmət və ehtiramlarını ifadə edirdilər. “Bu xanların hamısı öncəliklə
şəhərin ticarətində, bununla bərabər böyük əksəriyyəti aşıqlıq gələnəyinin
formalaşma və inkişafında, gələnəyin icra məkanı olmaları baxımından önəmli rol
oynamışdır” [223, 75]. Ərzurumda Mavi xan, Hacılar xanı, Öməroğlu xanı, Gümrüdə
R
əhim ağanın xanı, Papaqçı xanı və digər xanlarda ağır məclislər keçirilmişdir.
Yaşlılardan aldığımız məlumatlara görə, Gümrüdə Türk məhəlləsinin yaxınlığında
yerl
əşən xan 1960-cı illərədək fəaliyyət göstərmişdir. Gümrüdəki xanlarda Aşıq
Əbdülün, Aşıq Nəsibin, Aşıq Məhərrəmin tez-tez məclis keçirmələri haqqında
m
əlumatlar mövcuddur. Bu cür məclislərin keçirilməsində, “aşıq ədəbiyyatının
formalaşmasında hanların və karvansarayların rolu olmuşdur” [171, 36].
Dövr d
əyişdikcə, cəmiyyətdə baş verən ictimai-siyasi və tarixi-mədəni
prosesl
ər aşıq repertuarına, ifaçılıq sənətinə də təsir göstərmişdir. İri şəhərlərdə xanlar
sıradan çıxdıqca aşıq məclisləri, əsasən qəhvəxana və çayxanalarda keçirilmişdir. Bu
ənənə Şərqi Anadoluda indi də yaşamaqdadır. “XVII-XVIII yüzilliklərdə göründüyü
kimi İstanbul Tavukbazarında bunların Lonçaları (ticarətçilər lojası), eşikağaları
olurdu. B
əylər, paşalar deyil, vəzirlər, padşahlar belə onlara iltifat edirdilər.
İstanbulda sonralar, Səmai Qəhvələri adını alacaq olan Aşıq Qəhvələri
Türkiy
ə imperatorluğunun hər yerində saz şairlərinə qonaq və məskən olurdu. Hər
çeşid törə və gələnəkləri qurulmuş olan bu qəhvələrdə saz və sözdən anlayan
dinl
əyicilər olur, gələn müsafir şairlər ağırlanırdı” [200, 119].
Ağbabada aşıq məclisləri keçən əsrin 60-cı illərinin əvvəllərinədək bir qayda
olaraq şəxsi evlərdə - geniş və hündür otaqlarda keçirilirdi. Sonrakı dövrlərdə bu
m
əclislər kənd mədəniyyət evlərində və klublarda keçirilməyə başladı. Aşıq İsgəndər
Dostları ilə paylaş: |