267
Ağbabalı ilə son görüş 1988-ci il noyabrın 4-də Balıqlı kəndinin klubunda olmuşdu.
Ustad s
ənətkarın bu məclisində iki yüz nəfərdən çox adam iştirak etmiş, ətraf
k
əndlərdən də aşığın görüşünə gəlmişdilər [7].
Şərqi Anadoluda aşıq sənətinin inkişafında qəhvəxanaların təsirli rolu
olmuşdur. Bu bölgədə qış mövsümündə və Ramazan gecələrində “qəhvəxanada
hekay
ə anlatmaq, daima yeni-yeni səhnələr göstərən, mürəkkəb, incə bir sənət
göst
əricisidir. Bu, mərkəzində hekayəçi-aşığın olduğu bir tamaşadır. Hekayənin nağıl
edilm
əsi müddətində fəal olan yalnız odur. Amma bu məclislər eyni zamanda saz və
söz m
əclisləridir [179, 86]”.
Çağdaş dövrümüzdə bu ənənəni Aşıq Murad Çobanoğlunun yaratdığı
“Çobanoğlu Aşıqlar Qəhvəsi” yaşatmaqdadır. “Zamanın Türkiyədəki yeganə aşıqlar
q
əhvəsi olma ünvanını daşıyan bu “Aşıqlar Qəhvəsi” hələ fəaliyyətini davam
etdirm
əkdədir. Sonrakı illərdə Ərzurum, Sivas, İstanbul, Ankara kimi bir çox
şəhərimizdə də buna bənzər aşıqlar qəhvəsi açılmışdır” [200, 120]. Bu ənənə Güney
Az
ərbaycan aşıq mühitlərində də mühafizə olunur.
T
əbriz aşıq mühitində Təbrizdə beş, Əhərdə üç [201, 39]; Urmiya aşıq
mühitind
ə Xoyda üç, Urmiyada üç, Miyandapda iki [201, 113-114]; Sulduz-
Qarapapaq aşıq mühitində iki [201, 161] aşıqlar qəhvəsinin fəaliyyət göstərdiyi
m
əlumdur.
Çıldırlı Aşıq Şenliyin milliyyətcə erməni olan Aşıq İzani ilə qarşılaşıb
deyşməsi, onu məğlub etməsi Ərdahanda qəhvəxanaların birində olmuşdu [224, 73].
Toy-
düyün, nişan, elçilik və digər mərasimlərin aşıq olmadan keçirilməsini
Ağbaba-Çıldır aşıq mühitində təsəvvür etmək mümkün deyildir. XX əsrin 80-cı
ill
ərinə - sonuncu deportasiyayadək Ağbaba bölgəsində əsgərliyə gedən və
əsgərlikdən qayıdanların şərəfinə keçirilən şənlik məclislərinə aşıqlar dəvət olunurdu.
Aşıq İsgəndər Ağbabalı, Aşıq Paşa, həvəskar aşıqlar Aftandil Nəbiyev, Qəzənfər
Əhmədov və başqaları bu məclislərdə fəal iştirak edərdilər. Hazırda müxtəlif
şənliklərdə bu ənənəni Aşıq İsgəndərin oğlu Aşıq Faxfur davam etdirir.
Toy-
düyün şənlikləri aşığın sənətkarlığını, ifaçılıq məharətini, peşəkarlığını
nümayiş etdirmək üçün ən əlverişli mərasimdir. “Kitabi-Dədə Qorqud”da xanlar xanı
268
xan Bayandırın ildə bir kərə toy edib Oğuz bəylərini qonaqlaması toy mərasiminin
əski adət-ənənələrlə bağlı olduğunu göstərir. Bu qədim mərasimin icrasında şübhəsiz
ki, aşığın xüsusi rolu olmuşdur. M.Özarslan “Ərzurum aşıqlıq gələnəyi” əsərində
toylarda aşıqlara xalqın bəslədiyi hörmət və etibarı nəzərdə tutaraq yazır: “Doğu
Anadolu bölg
əsi içində aşıqlıq sənətinin icra zəminlərindən biri olan düyünlər,
aşıqların çağırdıqları, etibar gördükləri ortamlardır” [223, 90].
Alim bu m
əsələ ilə əlaqədar öz fikirlərini davam etdirərək yazır ki, aşıqların
şənlik məclislərində iştirakı haqqında ən əski məlumat Aşıq Summaninin hicri 1309-
cu ild
ə Ərzurumun Şəkərli kəndində bir sünnət toyuna dəvət edilməsi ilə bağlıdır.
Şənlik zamanı evin damının çökməsi üzündən altmış beş nəfər həlak olmuş, toy yasa
dönmüşdü. Bundan çox təsirlənən Aşıq Summani otuz iki bəndlik bir mənzumədə
h
əmin hadisəni təsvir etmişdir. “Yetişdim” rədifli mənzum dastanın başlanğıcında
Aşıq Summani dəvət aldığı sünnət toyunda məclisdəkilərin nəşə və sevincini, şux
ovqatı təsvir etdikdən sonra yığcam epik cizgilərlə faciənin dəhşətlərini qələmə
almışdır. Uçqunun altında qalan insanların fəryadı, sonsuz kədər və iztirab real
hadis
ələrin bədii görüntüləri kimi oxucunun və dinləyicinin yaddaşında dərin iz
buraxır:
Kimi der: “G
əlməyə iqtidarım yox”,
Kim der: “H
əmşirəm, kimi yarım yox”
Kimi der: “Valid
əm, can-ciyərim yox”,
“Can qurtarın”-deyən cana yetişdim. [223, 92]
Aşıq Summaninin şahidi olduğu hadisəni təfərrüatları ilə qələmə alması
etnoqrafik m
ərasimin müəyyən detallarını əks etdirməklə yanaşı, həm də əhvalatın
poetik tarixç
əsi kimi yadda qalır. Başqa sözlə, toy və yas mərasimləri arasında
yaratdığı bədii təzad aşığın yüksək sənətkarlığını göstərir.
Ağbaba-Çıldır aşıq mühitində ifa olunan saz havaları Azərbaycan aşıq
s
ənətinin ənənəvi musiqi repertuarını özündə cəmləşdirməklə bərabər, özünəməxsus
saz havacatları ilə də səciyyələnir. Mühitin havacat repertuarı dairəsində sufi
havalarının, nanayların mövcud olması, digər mühitlərdə ifa olunmayan saz
havalarının Ağbaba-Çıldır bölgəsində geniş yayılması bu qədim aşıq mühitinin özəl
269
s
ənət göstəricisi kimi diqqəti çəkir. Çox təəssüf ki, həmin saz havaları vaxtında lentə
köçürülm
ədiyindən bir qismi unudulmuş, yaddaşlardan silinmişdir.
Aşıq mühitlərində ifa olunan bir sıra saz havalarının variantlılığı, onların
arasındakı musiqi, ritm oxşarlığı, melodik yaxınlıq və s. səbəblər üzündən
Az
ərbaycan aşıq musiqisi əhatəli şəkildə öyrənilməmiş, elmi-filoloji ədəbiyyatda saz
havası anlayışı ilə kifayətlənilmişdir. Professor A.Ozan (Kərimli) Azərbaycan aşıq
s
ənətinin musiqi repertuarı ilə bağlı tədqiqatlarında yazır ki, “araşdırmalar aşıq
m
əktəbləri və coğrafi bölgələr üzrə aparılmalıdır, çünki saz havalarının müxtəlif
yerl
ərdə müxtəlif adlar daşıması həllini gözləyən məsələlərdən birincisidir” [98, 80].
Ağbaba-Çıldır aşıq mühitində musiqi repertuarını incələyib araşdırmaq
olduqca ağrılı bir problemdir. Çünki zor gücünə sıradan çıxarılmış bu mühitin
Ağbaba, Axıska, Qızılqoç bölgələri işğal olunub digər dövlətlərin tərkibinə
qatıldığından mühitin yalnız Çıldır hissəsində Azərbaycan aşıq sənətinə daxil olan
saz havaları mühafizə olunmuşdur. Bu mühitdə “dəyişiklik daha çox ifaçılıq
prinsipl
ərində nəzərə çarpır” [106, 202].
Çağdaş dövrümüzdə Azərbaycanda mühitin musiqi havalarının müəyyən
qismi Aşıq Faxfurun, Aşıq Qəzənfərin (Çorlu Məhəmmədin nəticəsi), el şairi Sultan
Orucoğlunun (Aşıq Nəsibin çolpası Orucun oğlu) və başqa sənətkarların
repertuarında qorunub saxlanmaqdadır. Ağbaba aşıq havalarını T.Qurbanov təsnif
etm
əyə səy göstərmişdir. O, bölgə aşıqlarının repertuarındakı saz havalarını şərti
olaraq dörd yer
ə bölmüşdür: a) el sənətkarlarının adı ilə adlananlar; b) yer-yurd adı
il
ə bağlı olanlar; c) etnik adla bağlı olanlar; d) nanayı saz havaları [114, 32]. Qeyd
ed
ək ki, bölgü şərti səciyyə daşısa da, qüsurlu və natamamdır. Çünki onlarla hava bu
t
əsnifatdan kənarda qalır. Məsələn, “Gözəlləmə”, “Köşəbaşı”, “Təcnis”, “Hicrani”,
“Dübeyti” v
ə s. kimi havaları bölgünün heç bir başlığına aid etmək mümükün
deyildir. Dig
ər tərəfdən, təsnifat dar bir çevrəni əhatə etdiyindən bir növ Azərbaycan
aşıq havalarından təcrid olunmuş əlahiddə bölgü təsirini bağışlayır.
Ağbaba-Çıldır aşıq mühiti həm də bəstəçi bir mühit kimi özünəməxsus
ifaçılıq-havacat ənənələrinin zənginliyi ilə seçilir. Azərbaycan aşıq sənəti daxilində
ümumi c
əhətlər, mühitin özünəməxsus sənət keyfiyyətləri nəzərə alınmaqla Ağbaba-
Dostları ilə paylaş: |