261
Aşıq Şenliyin oğlu və şagirdi Qasımla qarşılaşıb deyişməsi də bu baxımdan
maraq doğurur. Qeyd edək ki, ata-oğulun deyişməsi haqqında iki əhvalat mövcuddur.
Bu dastan-r
əvayətlərin birində Qasımın bir məclisdə camaat tərəfindən qızışdırılaraq
atası Şenliklə deyişməyə sövq edilməsidir. Deyişmə Qasımın məğlubiyyəti və Aşıq
Şenliyin onu bağışlaması ilə başa çatır.
İkinci dastan-rəvayət isə təsəvvüf məzmunludur. Əgər birinci dastan-
r
əvayətdə hərbə-zorba, bir-birini üstələmək cəhdi özünü göstərirsə, ikincidə
yaradanın qüdrəti, dünyanın sirləri, dini-mənəvi dəyərlərin tərənnümü və sair sual-
cavab şəklində əsas yer tutur. Deyişmənin bir mərhələsinə diqqət yetirsək bunu aydın
gör
ərik:
Şenlik:
Birinci aşıqsan sözün mənası,
Yer altda üvezin varmı anası?
Donu n
ədən bilsən, nədir binası,
Cismi d
ə nə yerdə heyyət bulufdu?
Qasım:
Birinci aşığam sözün mənası,
Yer altda üvezin yox
dur anası.
Donu sarı zəfərandan binası,
C
ənnəti-əlada xitam bulufdu. [164, 90]
Söz yoxdur ki, bu cür deyişmələrdə çalınan saz havaları da özünəməxsus
s
əciyyə daşıyır. Əgər birinci deyişmədə hərbə-zorbanın ruhuna, məclisin ahənginə
uyğun saz havaları (məs: “Divani”, “Şahsevəni” və s.) ifa olunursa, ikinci qarşılaşma
dini-
ürfani, sufi havaları tələb edir. Ağbaba-Çıldır aşıq mühitində “Qurdoğlu”,
“Ürfani”, “Ağam hey” və sair sufi havaları olmuşdur. Təəssüf ki, bu havaların
əksəriyyəti günümüzə gəlib çatmamışdır. Aşıq Şenliklə Qasımın bu deyişməsinin sırf
dini-ürfani m
əzmunda olması məclisi də həmin ovqata kökləyir. Digər tərəfdən bu
deyişmənin tələbi də maraq doğurur. Prof.E.Aslanın verdiyi məlumata görə, Aşıq
Şenliklə oğlu Qasım Gölənin Zahan kəndində Murad ağa adlı bir nəfərin evində
qonaq olurlar. K
əndin imamı bunu eşitdikdə Murad ağanın evinə gedib saz çalmağın
262
günah olduğunu söyləyir. İmamın bu hərəkətinə cavab olaraq Aşıq Şenliklə oğlu
Qasım özlərinin dini-ürfani biliklərini nümayiş etdirirlər. Məqsəd sazın-sözün günah
olmadığını, kainatı yaradanın qüdrətinin sazda da təcəlla etdiyini göstərməkdir.
Fikrimizc
ə, Aşıq Qərib Hasan, Aşıq Şenlik, Aşıq Summani, Aşıq Əmrah,
Aşıq Ürfani kimi saz-söz sənətkarlarının dini təriqətlərlə bağlı olmaları onların
musiqi r
epertuarında sufi havaların xüsusi yer tutmasına təsir göstərmişdir. Ağbaba-
Çıldır aşıqlarının bardaş quraraq çalıb-oxumaq ənənəsinin təsəvvüflə bağlı olduğunu
söyl
əmək mümkündür. XX əsrdə də bu mühitin yetrimələrinin poeziyasında və
ifaçılığında sufi terminlərindən olan “hu” ifadəsinin tez-tez işlənməsi fikrimizi təsdiq
edir.
Yaşlıların dediklərinə və Aşıq İsgəndər Ağbabalıdan aldığımız məlumata
gör
ə, Aşıq Nəsib bir qayda olaraq 10-15 metr olan otaqda məclis aparar və beş-altı
d
əfə məclisdə dövrə vura-vura çalıb-oxuyarmış. Dövrə edərək çalıb oxumaq, çox
güman ki, s
əmavi rəqslərdən gələn ənənə kimi Aşıq Nəsibin sənətkarlığında özünü
mühafiz
ə etmişdir.
Aşıq Nəsibi görənlər danışırlar ki, o çalıb-oxuyarkən cuşə gəlir, “Leyla-
Leyla” dey
ə məclisdə fırlanırdı. Belə anlarda aşıq üzünü göyə tutaraq uca səslə bir
neç
ə dəfə “hu, hu” nidası çəkər, sazını boynunun dalına qaldıraraq çalardı. Ustad
s
ənətkarın çəkdiyi “hu” nidaları 4-5 kilometrlik məsafədə aydın eşidilərmiş. XVIII
əsrin ortaları XIX əsrin əvvəllərində yaşayıb yaratmış Dədə Dərbədərinin haqqında
da maraqlı söhbətlər mövcuddur. Sufi havalarının yaradıcısı və mahir ifaçısı olan bu
ustad aşığın repertuarından bu günümüzə müəllif olduğu “Dərbədəri” saz havası,
Aşıq Qərib Hasanla deyişməsi və iki dastanın adı (“Aybəniz-Gündoğan”,
“Qaracaoğlan”) gəlib çatmışdır. Deyilənlərə görə, Dədə Dərbədəri Göydağda Taya
qayanın yaxınlığındakı Dədəpiri ziyarət edərkən ona buta verilmişdir “Gözlərini göyə
dikib dolana-
dolana oxumaq, coşmaq da Dədə Dərbədəridən qalıb. Dədə Dərbədəri
coşanda beləcə bir neçə saat dolanar, səsi zəifləmək əvəzinə getdikcə güclənər, daha
h
əvəslə oxuyarmış” [114, 52]. Əldə edə bildiyimiz bu faktlar onu göstərir ki, Ağbaba-
Çıldır aşıqlarının ifaçılığında həm rəqs, həm çalıb-çağırma mərasimləri, həm də
263
t
əsəvvüf elementləri güclü olmuşdur və bu özünəməxsusluq son dövrlərədək özünü
qoruyub saxlamışdır.
Ağbaba-Çıldır aşıqlığında ifaçılıq ənənəsindən danışarkən saz-söz sənətkarı
il
ə dinləyici auditoriyası arasındakı münasibətə ayrıca diqqət yetirmək lazım gəlir.
B
əllidir ki, aşıqlar qədimdən bəri elin-obanın dərdlərinin tərcümanı olmuş, həqiqəti
xalqa çatdırmış, nəcib əxlaqi keyfiyyətləri təbliğ etmişlər. Onlar “tərki-vətən olub”
m
əclis apardıqları yerlərdə möcvud şəraitdən asılı olaraq dinləyici auditoriyası ilə
ünsiyy
ət bağlamış, onların arzu və istəklərini yerinə yetirmişlər. “Kənddən kəndə,
m
əclisdən məclisə gəzən aşıq həqiqi mənada xalqın təsəllivericisi idisə, xalq və onun
h
ər hansı bir müvəffəqiyyəti aşığın ilham mənbəyi idi. Xalq aşığın simasında özünün
sevinc v
ə kədərinin həqiqi tərənnümçüsünü görür, aşıq da öz növbəsində xalqa
arxalanır, ondan qüvvət alır” [135, 45].
Aşıq ədəbiyyatında el-obanın xahişi ilə elin igid oğullarının, gözəl qızlarının
t
ərənnümünə həsr olunmuş şeirlər, yaramaz adamların həcvi və sair haqqında kifayət
q
ədər nümunələr vardır. Eləcə də dastan gecələrində, etnoqrafik mərasimlərdə xalqın
ür
əyindən keçənləri duyaraq, saz-söz sənətkarları söylədikləri əhvalatları ixtisarlarla
v
ə yaxud da müəyyən artırmalarla nağıl etməyi məqsədəuyğun saymışlar. Məclis
aparark
ən bəzən aşığın yersiz hərəkətləri, söylədikləri, ifaçılığındakı qüsurlar və s.
m
əclislərdə qanqaralıq yarada bilər. Məlumdur ki, Aşıq Şenlik çox ötkəm və sözü üzə
şax deyən sənətkar olmuşdur. Onun ölümü ilə bağlı rəvayətlərin birində deyilir ki,
İrəvanda Mehdi ağanın məclisində ağanın özü və məclisdəki aşıqlar haqqında ağır
sözl
ər işlətdiyinə görə onu qəsdən zəhərləmişlər.
Folklorşünas N.Pertev Boratavın yazdığına görə, Qars və onun ətrafında
m
əclis keçirən aşıqların söylədikləri dastanlarda sevgililər bir-birinə qovuşmaz, aşıq
dastanı bədbin sonluqla bitirərdi. Bəzən dinləyicilərlə aşıqlar arasında dava-dalaş
düşər, bədbin sonluğa görə döyülüb-söyülən, hətta öldürülən aşıqlar olmuşdur.
Aşıqlar bu cür əhvalatlardan sonra bir yerə toplaşaraq dinləyici auditoriyasının
ist
əyinə uyğun bütün dastanların sonluğunu dəyişdirib, sevgililəri bir-birinə
qovuşdurmağı qərara almışlar. Bu qərardan sonra bütün dastanların finalı xoşbəxt
sonluqla bitmiş, sevgililər vüsala qovuşmuşdur.
Dostları ilə paylaş: |