258
“Yaralı top” aşığın digər dastanlarına nisbətən zəif təsir bağışlasa da, “bir xalq
əfsanəsinin bir xalq şairinə ilham verməsi baxımından dəyərlidir” [190, 357]. Digər
t
ərəfdən mifik motivlərin zənginliyi (növbətçi əsgərin yuxulaması, topun yoxa
çıxması, əsgərin qudsal sirri açdığına görə ölümü və s.) müasir məzmunlu bu dastanı
q
ədim dövrlərlə bağlayır.
XVI-XVII
əsrlər Azərbaycan xalq dastançılığının intibah dövrü sayılır.
“XVIII-XIX yüzillikl
ərdə dastan yaradıcılığı əvvəlki tempini yavaş-yavaş azaltmış və
dastan ifaçılığına diqqət artırılmışdır. Dastanların ayrı-ayrı aşıq mühitlərində
d
əyişikliklərə məruz qalaraq variantlaşması prosesi də əsasən
bu tarixi mərhələdə
getmişdir...Bu tarixi mərhələdə ayrı-ayrı aşıqlar bir sıra dastanlar yaratsalar da, onlar
lokal-m
əhəlli mövcudluq keçirmiş, kütləvilik qazanmadığından aşıq repertuarında
möhk
əmlənməmişdir” [34, 627].
Bu elmi q
ənaət nə qədər tarixi-mədəni gerçəkliyi əks etdirsə də, Ağbaba-
Çıldır sənətkarlarının dastan yaradıcılığını Azərbaycan xalq dastançılığı kontekstində
araşdıranda qeyd olunan fikrin ikinci tərəfi ilə razılaşmaq çətindir.
N
əzərə almaq lazımdır ki, “dastanların yaranması ağır gedişli və ləngərli
prosesdir” [15, 49]. Folklorşünas M.Allahmanlı dastan yaradıcılığının inkişaf
prosesind
ən bəhs edərkən əhvalatçılığın dastançılıq ənənəsində səciyyəvi
cəhət kimi
n
əzərə çarpdığını göstərərək XIX əsrdən etibarən güclənən istiqamətdə müşahidə
olunduğunu yazır. Alim Aşıq Ələsgər, Aşıq Alı, Aşıq Mirzə və başqa sənətkarların
deyişmələrində əhvalatçılığın olduğunu müşahidə edir və haqlı olaraq bu qənaətə
g
əlir ki, bütün bunlar “dastanların yaranma prosesinin dayanması da demək deyil”
[15, 49].
T
əhlilini verdiyimiz dastanlar, xüsusilə Aşıq Şenliyin “Lətif şah”, “Salman
b
əy” dastanları Ağbaba-Çıldır aşıq mühitində dastan yaradıcılığının dayanmadığını
v
ə bu prosesin ağır və ləngərli bir şəkildə davam etdiyini söyləməyə əsas verir.
İfaçılıq: improvizə və bəstəçilik məsələləri
Az
ərbaycan aşıq sənətinin
tarixi-mədəni, etno-genetik köklərindən qidalanan
Ağbaba-Çıldır aşıq mühitinin ifaçılıq və bəstəçilik ənənələri şifahi yaddaşın
259
özün
əməxsus prinsipləri əsasında formalaşıb inkişaf etmişdir. Bu mühitin bir çox
s
ənət problemləri kimi ifaçılıq və sənətkarlıq, bəstəçilik, improvizasiya ənənələri, bu
ənənələrin icra yerləri və zamanları məsələləri indiyə qədər elmi-nəzəri səviyyədə
araşdırılmamışdır. Bu, bir tərəfdən
problemin mürəkkəbliyi, daha doğrusu, genişliyi
v
ə çoxcəhətliliyi ilə bağlıdırsa, digər tərəfdən Ağbaba-Çıldır aşıq mühitinin
Az
ərbaycan folkloşünaslığının diqqət mərkəzindən kənarda qalması ilə əlaqədar
o
lmuşdur.
Qeyd edildiyi kimi, Ağbaba-Çıldır aşıq mühiti Anadolu və Azərbaycan
aşıqlığının xüsusiyyətlərinin birləşdirsə də, Azərbaycan aşıq sənətinin ifaçılıq
ənənələri bu mühitdə daha geniş yayılmışdır. Ağbaba-Çıldır aşıqlarının təksazlı
ifaçılığa və təsəvvüfə güclü meyli mühitin ozançılıq ənənələrinə, bəlkə də,
ozançılıqdan daha qədim sənət sisteminə bağlı olduğunu ehtimal etməyə imkan verən
amill
ərdən biridir. Tədqiqatçı T.İsabalı qızı Borçalı aşıq mühitini araşdırarkən ifaçılıq
ənənəsinin aşıq yaradıcılığında mövqeyinə ayrıca diqqət yetirir: “Hər hansı aşıq
mühitinin özün
əməxsus ifaçılıq və sənətkarlıq məsələlərinin öyrənilməsi aşıq sənəti
v
ə yaradıcılıq tədqiqinin, bəlkə də çətin və mürəkkəb sahələrindəndir. Məsələnin
ç
ətinliyi predmetin mürəkkəbliyi ilə şərtlənir. Belə ki, aşıq sənəti poetik yaradıcılıq,
saz-
ifaçılıq, musiqi-bəstəkarlıq, aktyor-ifaçılıq və s. sənətkarlıq yönlərini özündə
qovuşduran sinkretik (qovuşuq) hadisədir. Bu baxımdan əslində ifaçılıq və
s
ənətkarlıq məsələlərinə elmi yanaşmanın imkanları çox genişdir” [92, 105].
Göst
ərilənlərdən əlavə, aşıq mühitinin tarixi-mədəni coğrafiyası, dinləyici
auditoriyası, aşıq ocaqları, bu ocaqların sənət ənənələri və s.
məsələlər də predmetə
t
ədqiqi yanaşmanın çox istiqamətliyinə daxildir. Problemə bu anspektdən yanaşdıqda
Ağbaba-Çıldır aşıq mühitində təsəvvüfə meyilliyin davamlı olaraq ifaçılıq ənənəsində
mü
əyyən yer tutduğunu görərik. Fikrimizcə, Aşıq Nöqsani (XVIII yüzillik), Sofu
D
ədə (XVIII yüzillik), Aşıq Əmrah (1780-1860), Aşıq Şenlik (1850-1913), Aşıq
Zülali (1873-
1959), el şairi Rəcəb Hifzi (1893-1918), Aşıq Nəsib (1870-1944) və
başqa saz-söz sənətkarlarının yaradıcılığında sufi ideyalarının dərin kök salması adı
ç
əkilən aşıqların ifaçılıq tərzinə təsir göstərən mühüm amillərdən biridir. İfaçılıq
ənənəsindəki bu özünəməxsusluq aşıq qarşılaşmalarında qabarıq şəkildə özünü hiss
260
etdirir. Aşıq Summani-Aşıq Şenlik-Aşıq Zülali üçlü qarşılaşmasında bir-birini sənət
imtahanına çəkən bu sənətkarların məclis aparmasının, ifaçılıq formasının ilk öncə
t
əsəvvüf motivlərinə, türk-islam mifoloji düşüncəsinə əsaslandığını görərik. Türk
folklorşünası O.Özbək həmin qarşılaşmanı belə təsvir edir: “Aşıq Summani eşqinə
dayana bilm
ədiyi Gülpərinin dərdindən diyar-diyar gəzməkdə, getdiyi yerlərdə
tapmayınca ah-zar çəkməkdə idi. Əhməd adlı qardaşı ilə gedə-gedə Qarsın Posof
q
əzasına gəldilər. Orada Aşıq Zülalinin evinə müsafir oldular. Aşıq Zülalinin evində
bir müsafir daha vardı. Bu, Çıldırlı Şenlikdi... Öncə sözə çox
uzaqlardan gəlmiş
Summaninin başlaması uyğun görüldü .
Aldı Summani:
Ad
əmi-Seyfullah məqami-pedər,
C
ənnətdən iğvaya bir kərə düşdü.
“Sürün”-dedi-R
əbbim, təqdiri-qədər,
C
ənnətdən dünyaya bir kərə düşdü.
Aldı Şenlik:
Hişmı nar içində gülüstan gözlü,
İbrahim Səfaya bir kərə düşdü.
İsmayıla gələn qoç qurban quzu,
C
ənnətdən Minaya bir kərə düşdü.
Aldı Zülali:
Turabdan bir ovuc haqq aldı qaddəs,
Bu z
əmin lərzəyə bir kərə düşdü.
Beytullah yerin
ə beytül
müqəddəs,
Quruldu K
əbəyə bir kərə düşdü. [224, 50]
Qeyd ed
ək ki, bu deyişmə kiçik imla fərqləri nəzərə alınmazsa, E.Aslanın bizə
m
əlum əsərində də eynidir. Müxtəlif dini ifadə və rəvayətlər, çətin müəmmalar, eyni
qafiy
ə üzərində rəqibinə cavab vermək və sair bu üç aşığın sənətkarlığını, ifaçılıq
qüdr
ət və bacarığını müəyyənləşdirən özəl cizgilərdir. Bu
cizgilər özlüyündə Ağbaba-
Çıldır aşıqlarının təsəvvüf poeziyasının sufi mərasimlərinə uyğun ifasını tələb edən
s
ənət göstəricisi kimi dəyərləndirilməlidir.