237
Var olsun ulusum, elim,
Şenlikdən ərməğan sizə. [164, 470]
Aşıq Şenliyin bu dastanı düzüb-qoşması ilə bağlı maraqlı rəvayətlər
mövcuddur. Deyil
ənlərə görə, “Lətif şah” və “Sövdəgər bəy” dastanlarını yaratdıqdan
sonra bölg
ədə çox məşhur olan Aşıq Tüccarinin, “Yaralı Mahmud” dastanı qədər bu
dastanların tanınmadığını görən Şenlik bundan bərk əndişələnir və “Salman
b
əy”dastanını yaradır. Bu rəvayət bir tərəfdən Aşıq Şenlik kimi iddialı və tündməcaz
bir s
ənətkarın xarakteri ilə uyğunluq təşkil edir və həmin əhvalatın doğruluğu barədə
mü
əyyən mülahizələr yürütməyə imkan verirsə, digər tərəfdən xalqın Aşıq Şenliyə
olan sonsuz m
əhəbbətini və sevgisini özündə əks etdirir.
“Salman b
əy” müəyyən qəhrəmanlıq motivlərini və döyüş səhnələrini iki
g
əncin sevgi macəraları axarında əks etdirən bitkin bir məhəbbət dastanıdır. Bu
baxımdan dastanın “Dədə Qorqud”, “Koroğlu”, “Şah İsmayıl”, “Aşıq Qərib”
dastanları və bir sıra nağıllarımızla oxşarlıq təşkil edən edən məqamları çoxdur. Hər
şeydən əvvəl qeyd etmək lazımdır ki, Aşıq Şenliyin digər əvvəlki iki dastanında
olduğu kimi “Salman bəy” dastanı qəhrəmanın anadan olması ilə deyil, onun buta
alması ilə başlanır Azərbaycan məhəbbət dastanları içərisində “Aşıq Qərib”, “Qul
Mahmud” v
ə sair dastanların ekspozisiyası da bu cür başlanır.
“Q
əddi növcavan, cəngi qəhrəman, hər bir mərifətdə mahir” Salman bəyin
yuxuda buta almasının magik semantikası dastançılıq ənənəsinin səciyyəvi əlamətləri
il
ə yuxuda baş verir: “Salman bəy o vaxt səadətdə...dünyadan beyhəvər yatdığı yerdə
bir mübar
ək cümə axşamı, gecənin nisfi şəb müddətində üçlərdən, beşlərdən,
qırxlardan mərdin dizinin dirəyi, namərdin gözünün tığı[qılıncı, xəncəri] bir nurani
D
ərviş özünü yetirdi Salman bəyin baravarına...Dedi ki, ey Salman bəy, bu badəyi
əvvəla səni məni yaradan, bütün mükavanatı (kainatı) yoxdan var edən Allahı niyət
eliyib iç
əcəksən. İkincisi Adəmdən Hatəmə qədər yüz iyirmi dörd min peyğəmbər
g
əldi keçdi. Müsenniflər yüz iyirmi dörd min də irvayat etdilər. Üç yüz on üçünə
C
əbrayıl xitabı icra endirdi, iyirmi səkkizinə nəbi dedilər. Üzeyir, Loğman,
Zülq
ərneyn ixtilafa çıxandan sonra iyirmi beşi şübhəsiz qaldı. Onlar Allahı
Ezimüşşanın dərgahında çox sevgili ənbiyadırlar. Sureyi aləmdə zikr olurlar. Bu
238
badeyi iki cahanın günəşi Məhəmməd peyğəmbəri niyət eliyib, iyirmi dörd mürsəlin
eşqinə içəcəksən. Üçüncü badəyi Havaran ölkəsinin Hatəm şəhərində mürəssəp
şahının qızı Durnatel xanımın eşqinə. Dərviş Salman bəyə ənam elədi” [164, 417-
418].
Mü
əyyən ixtisarlarla örnək aldığımız bu epizodda Aşıq Şenliyin dini
bilgil
ərinin zənginliyi üzə çıxır. Salman bəyə buta verildiyi kimi həmin gecə Durnatel
xanım da buta alır. “Salman bəyə badeyi verən dərviş eyni gecənin nisfi şəb
müdd
ətində Durnatel xanımı da eşq oduna salaraq onu da Salman bəyə aşiq elədi.
Durnatel xanımın da cisminə od tüşüf yanmağa başladı” [164, 419].
Biz
əvvəlki fəsildə bu barədə bəhs etdiyimizə görə onu əlavə edə bilərik ki,
buta anlayışının telepatik, intuisiya, psixoloji və s. elmi-nəzəri əsasları ilə yanaşı, bu
əsasların fövqündə duran qeyri-adi bir qüvvə ilə bağlılığı da mövcuddur. Dastan
q
əhrəmanlarının möcüzəli şəkildə doğuluşu, buta verilməsi, çətin səfərlər, mövcud
t
əhlükəni duyub ondan xilas olmaq və sair epizodlar qeyri-adi qüvvənin aşiq və
m
əşuqa bəxş etdiyi vergidir. Məhz bu keyfiyyət dastanlarımızın dini-mifoloji, ürfani-
t
əsəvvüf məzmun-mündəricəsini müəyyənləşdirir. Görkəmli saz-söz sənətkarlarının
özl
ərinin də həyatında bu cür hadisələrin olduğu məlumdur. Məsələn, Aşıq
Summaninin Gülp
əri ilə, Aşıq Sabit Müdaminin Şəmsinurla butalandığı barədə
maraqlı əhvalatlar mövcuddur. Yüksək poetik istedad və bədii təxəyyül, güclü
intuisiya v
ə ilahi vergi ustad aşıqların ədəbi şəxsiyyətinin mühüm atributları olduğu
kimi, onların yaratdıqları dastanların formalaşmasında da önəmli rol oynamışdır.
Göründüyü kimi, dastanda gerç
ək sevgi ilə rəmzi məhəbbətin bədii inikasını
Aşıq Şenlik özünəməxsus bir çəkildə göstərmişdir. Dastanın dini-ürfani məzmununun
tamamlanmasında əhəmiyyətli yer tutan bu epizod orta çağ dastançılıq ənənəsindən
g
əlmə motiv kimi diqqəti cəlb edir.
Professor E.Aslan Aşıq Şenliyin qəhrəmanlarının iki sevgili olmasını onun
şəxsi həyatı ilə bağlayır. Bəllidir ki, Aşıq Şenlik gəncliyində Hürü adlı bir qızı sevsə
d
ə, onu ala bilməmişdi. Bir müddətdən sonra Mürvət adlı bir qızla evlənsə də,
uşaqları olmadığından ikinci dəfə evlənmişdi. Bu evliliklərin heç biri aşığı xoşbəxt
ed
ə bilməmiş, ilk sevgisini heç vaxt unutmamışdı. E.Aslan həmin faktlara söykənərək
239
bu q
ənaətə gəlir ki, Aşıq Şenlik “yaratdığı dastanlarda qəhrəmanları iki sevgili ilə
xoşbəxt yaşatmış, beləcə özünün tapa bilmədiyi xoşbəxtliyi və ailə rahatlığını
q
əhrəmanlarına vermişdir” [164, 29].
Alimin bu fikri il
ə razılaşmaq çətindir. Qeyd etdiyimiz kimi, dastan
q
əhrəmanlarının iki sevgili olması ədəbi bir priyomdur, aşıqlıq gələnəyinin ifadəsidir.
M
əsələn, “Şah İsmayıl-Gülzar” dastanında Şah İsmayıl üç gözəllə - Gülzar xanım,
R
əmdar Pəri və Ərəbzəngi ilə evlənir.
Aşıq Şenliyin dastanları maraqlı süjet və kompozisiyaya, zəngin ifadə və dil
göz
əlliyinə, güclü milli-regional koloritə, əlvan etnoqrafik cizgilərə malikdir. Aşığın
b
ədii təfəkkürü, əski eposçuluq ənənəsindən, türk-müsəlman mədəniyyətindən
yaradıcı şəkildə qaynaqlanması onun dastanlarını, xüsusilə “Lətif şah” və “Salman
b
əy”i klassik xalq romanları ilə bir sırada araşdırmağa imkan verir. Məlumdur ki,
m
əhəbbət dastanlarının özünəməxsus süjet və kompozisiyası vardır. Məhəbbət
dastanlarının struktur-semantik məzmunu, poetik-üslubi xüsusiyyətləri, süjet
quruluşu, kompozisiya spesifikası və s. məsələlər ardıcıl şəkildə araşdırılmışdır.
“Aşıq tərəfindən ifa edilən hər bir dastan üç hissədən: ustadnamə, dastan özü və
duvaqqapmadan, b
əzən də cahannamə və ya vücudnamədən ibarətdir...
Ustadnam
ədən sonra dastanın əsas süjeti gəlir ki, onu da şərti olaraq dörd mərhələyə
ayırmaq mümkündür:
1.Q
əhrəmanın qeyri-adi, möcüzəli doğuluşu;
2.Buta alma m
ərhələsi;
3.Qabağa çıxan maneələr və onlara qarşı mübarizə;
4.Sınaqdan çıxma, müsabiqə və qələbə” [34, 598].
Stabil s
əciyyəli bu model Azərbaycan folklorşünaslığında qəbul olunmuş bir
bölgü kimi Aşıq Şenliyin dastan yaradıcılığında da müşahidə olunmaqdadır.
Qeyd olunan buta m
ərhələsi ilə bağlı folklorşünaslığımızda M.H.Təhmasib,
M.H
əkimov, M.Seyidov, Q.Paşayev, M.Cəfərli, M.Qasımlı, M.Allahmanlı və başqa
aliml
ərin maraqlı fikirləri mövcuddur. “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci
cildind
ə buta motivinin dastanlarımızda əsasən beş təzahür şəkli olduğu göstərilir. Bu
t
əzahür şəkillərini qısaca olaraq bu cür ifadə etmək olar: a) dastan qəhrəmanı qızın
Dostları ilə paylaş: |