100
Bu mərhələdə yanma prosesinin davam etməsinə baxmayaraq silindrin həcminin böyüməsi
nəticəsində təzyiqin azalması baş verir.
14.2. Dizel mühərriklərində yanma prosesinin gedişi və mərhələləri.
Qığılcımla alışdırmalı mühərriklərdən fərqli olaraq dizel mühərriklərində alışma yanacağın
qızğın hava mühitinə düşməsi zamanı öz-özünə alovlanması nəticəsində baş verir. Ona görə də bu
mühərriklərdə yanıcı qarışıq yanacaq silindrə püskürüldükdən sonra və əsasən də yanma vaxtı
hazırlanır. Yanacaq sıxma prosesinin sonuna yaxın porşen y.ö.n.-ə təxminən 15÷25° qalmış
püskürülür, püskürülmə və yanma dirsəkli valın 40÷60° dönməsi üçün sərf olunan vaxt ərzində
başa çatır. Bu vaxt az olduğundan dizellərdə yanacağın hava ilə yaxşı qarışması qığılcımla
alışdırmalı mühərriklərə nisbətən təmin olunmur. Ona görə də yanacağın tam yanmasını təmin
etmək üçün hava artıqlıq əmsalının qiymətini xeyli artırmaq lazım gəlir ki, bunun da nəticəsində
silindrdəki havadan yaxşı istifadə olunmur. Bundan başqa, dizel mühərriklərində alışma bir
mərkəzdən yox, eyni zamanda yaranan çoxlu miqdarda mərkəzlərdən baş verir və qızğın hava
mühitinə düşən hər bir yanacaq zərrəciyi alışma mərkəzinə çevrilir.
Şəkil 14.2-də dizel mühərriklərində yanma prosesinin gedişi və onun mərhələləri
göstərilmişdir. Şəkildən göründüyü kimi (şəkil 14.2, a) dizel mühərriklərində yanma prosesi nəzəri
olaraq qarışıq sikl üzrə, yəni yanmanın bir hissəsi sabit həcmdə (
V = const), bir hissəsi isə sabit
təzyiqdə (
P = const) baş verir.
Lakin həqiqətdə bu mühərriklərdə də yanma prosesi həcmin dəyişməsi ilə müşayiət
olunduğundan təzyiq
fc''z
h
z'' xətti üzrə dəyişir və
z
z
P
P
h
qəbul olunur. Bu zaman
h
z nöqtəsi
porşen y.ö.n- dən təxminən 6÷10° keçmiş alınır.
ЫЫЫЫВ
a) b)
Şəkil 14.2. Dizel mühərriklərində yanma prosesində təzyiqin dəyişməsi və yanmanın
mərhələləri.
Qığılcımla alışdırmalı mühərriklərdən fərqli olaraq dizel mühərriklərində yanma prosesi şərti
olaraq dörd mərhələyə bölünür (şəkil 14.2, b).
I mərhələ yanacağın püskürülməyə başladığı andan (
f nöqtəsi) görünən yanmanın başlanğıcına
qədər (
f nöqtəsi) davam edir və ona
alışmasının gecikmə periodu və ya
induksiya periodu deyilir.
Bu periodda verilən yanacaq özüalışma temperaturuna qədər qızıb, alışmağa hazırlanır. Müasir
avtomobil və traktor dizel mühərriklərində induksiya periodu valın 8÷12° dönməsi ərzində baş
verir.
II mərhələ görünən yanmanın başlanğıcından (
f nöqtəsi) silindrdəki təzyiqin maksimuma
çatdığı (
z
h
nöqtəsi) ana qədər keçən vaxtı əhatə edir.
Bu mərhələ alışma mərkəzlərinin və alovun yayılmasının inkişaf mərhələsi və yaxud
sürətli
yanma mərhələsi adlanır.
II mərhələ silindrdəki təzyiq və temperaturun kəskin yüksəlməsi ilə xarakterizə olunur.
Temperaturun belə yüksəlməsi mərhələnin sonunda yanacağın forsunkadan çıxdıqca yanmasına