61
törədilən xəstəliklərin xüsusi çəkisi böyükdür. Bun lar hələ yaxşı
öyrənilməmiş iltihabi xəstəliklər, cərrahi – irinli xəs tə lik lər, yara
infeksiyası, xolesistit, pielit, sistit və s. iltihabi pro ses lər dir.
İnsanın qeyri-patogen obliqat parazitlər tərəfindən törədilən
xəstəlikləri bəzən endogen infeksiyalar tipində gedir. Çox zaman
pato loji prosesin inkişafı spesifik qeyri-patogen parazitlərin
zədə lənmiş dəri və selikli qişalardan onlar üçün xas olmayan
yol la daxil olması nəticəsində baş verir. Bu zaman autoinfeksi-
yadan söhbət gedir. Lakin endogen infeksiyalar və autoinfeksiya
termini dəqiq deyildir. İstənilən mikroorqanizmlər insan orqa-
nizmini onun həyatının istənilən mərhələsində xaricdən yolux-
durur, yəni endogen əmələ gəlmir. Həm də insanların həyatı
boyu örtük toxumalarının qeyri-patogen mikroflorasının (mik-
roflora) mübadiləsi baş verir və xəstəlik bu mikroflora ilə çarpaz
yoluxmanın nəticəsində yarana bilər.
Beləliklə, şərti-patogen törədicilər qrupuna özünün bioloji-
ekoloji xarakteristikasına görə fərqlənən müxtəlif törədicilər
daxil edilir: heyvanların və insanın fakültativ parazitləri və təbii
şəraitdə patogen olmayan insanın obliqat parazitləri.
Parazitizmin fərdi xüsusiyyətləri. Epidemioloji bioamilin
xarak teristikasını verərkən infeksion xəstəlik törədicilərinin
pa razitizmini xarakterizə edən ümumi bioloji-ekoloji xüsusiy-
yət lərindən başqa, ayrı-ayrı törədicilərin insan orqanizmi və
ətraf mühitlə qarşılıqlı münasibətinin konkret formalarını da
nəzərə almaq lazımdır.
Epidemik prosesin gedişinə infeksiyanın aşağıdakı xüsu-
siyyətləri təsir göstərir: inkubasiya dövrünün davametmə müd-
də ti, infek si yanın tipik, atipik və simptomsuz gedişləri, sahib
orqanizmdən törədicinin xaric olma müddəti və xarakteri, törə-
di cinin ayrı-ayrı orqanlara tropluğu, xəstəliyin gedişinin müd-
dəti, postinfeksion immunitetin təzahür etməsi, xarici mühitin
əlverişsiz təsirinə qarşı davamlılığı.
62
EPİDEMİK PROSES HAQQINDA TƏLİM
Epidemik prosesin spesifikliyinin təbiəti
Parazitar sistemlərin fəaliyyətini aşağıdakı əlamətlər müəy-
yən edir: 1) spesifik sahibin populyasiyası ilə törədicinin qarşı-
lıqlı təsiri zamanı aşkar edilən bioloji xüsusiyyətləri; 2) törədici
populyasiyası ilə spesifik sahibin qarşılıqlı təsiri prosesində
aş kar edilən bioloji xüsusiyyətləri, ekologiyası və etiologiyası;
3) parazitar sistemlərin təkamül etdiyi sosial şəraitdə parazit və
spesifik sahib popul yasi yalarının qarşılıqlı təsiri.
Parazit və sahib populyasiyalarının qarşılıqlı təsirini
əks etdirən epidemioloji əlamətlər
Əlamət
Əlamətin məzmunu
1. Xəstə və törədicigəzdirənin
yo luxuculuğunun xarakteri
Törədicinin xaric edilmə yolu və yol ux-
ma mexanizmi. Törədicinin ma hi y yəti
və infeksion təbiəti ilə müəyyən olunur.
2. Xəstələrin yoluxuculuq dö -
v rü (müddəti)
3.İnkubasiya dövrü
Yoluxma və xəstələnmə arasındakı inter-
val
4. Xəstəliyin ağırlığının da-
vam etməsi
Letallıq və əmək qabiliyyətinin iti-
rilməsi göstəriciləri, həmçinin xəs tə-
liyin gedi şi nin ağırlıq dərəcəsinə görə
xəstələrin bölgüsü. Törədicinin pato-
genliyi sahibin həssaslığı ilə müəyyən
olunur.
5. Törədicigəzdirənlik və on un
kateqoriyaları
Rekonvalessentlərin və (və ya) infek-
si yanın simptomsuz forması ilə yo-
lux muş şəxslərin törədicini orqaniz-
m də saxlamaq qabiliyyəti. Törədicinin
sahibin immun mexanizmlərinin təsirini
dəf etmək qabiliyyəti ilə müəyyən olunur.
63
6. Əhalinin immunoloji
st rukturu
İnsan populyasiyalarının immunitetin
olub-olmamağına görə paylanması, im-
mun təbəqənin isə immunitetin gər gin-
li yinə və davam etmə müddətinə görə
paylanması. Törədicinin immunogenli-
yi və orqanizmin immunitet əmələ gə-
tir mək və onu saxlamaq qabiliyyəti ilə
müəyyən olunur.
7.Manifestlik
Xəstəlik əlamətləri olan yoluxmuş
şəxslərin payı. Törədicinin patogenlik
də rə cəsi və orqanizmin həssaslığı ilə
müəyyən olunur.
8.Kontagiozluq əmsalı
Qeyri-immun populyasiyada yoluxmuş
şəxslərin orta sayı. Törədicinin kon ta-
gi o z luğu və həssaslıq dərəcəsinə görə
spesifik sahibin populyasiyasının struk-
turu ilə müəyyən olunur.
9. Endemiklik
Xəstələnmənin proqressiv şəkildə art-
ma sı sürəti. Törədicinin kontagiozluq və
patogenlik göstəriciləri, həmçinin infek-
siyanın manifestliyi ilə müəyyən olunur.
Epidemiologiya problemlərinə münasibətdə populyasiya
(fransızca: “population” – əhali deməkdir) bioloji növün real
möv cudluq formasıdır. Növlər məkan və zaman daxilində pay-
lan mış populyasiyalardan təşkil olunmuşdur. Mikrobio logiyada
yo luxucu xəstəliklərin törədicilərinə uyğun olaraq, populyasiya
an layışı vəziyyətdən asılı olaraq müxtəlif mənalarda işlədilir.
Çox zaman populyasiya dedikdə becərilmə şəraitində olan
mikro orqa nizm lə rin məcmuyu başa düşülür.
Müvafiq olaraq epidemiologiyada insan populyasiyası ter-
mini ilə törədicilərin sirkulyasiyası hududunda, başqa sözlə, epi-
demik (endemik) ocaqların hüdudunda insanın ərazi, sosial,
məişət və yaş qrupları müəyyən edilir. Endemik ərazidə törədici
populyasiyası həmişə diskretdir. O, məkan və zaman daxilində
Dostları ilə paylaş: |