55
İnfeksion prosesdə mikroorqanizmin rolu
Mikroorqanizm ilə makroorqanizmin görüşməsinin nə ticəsi
so nuncunun ümumi immunoloji reaktivliyindən əhəmiyyətli dərə-
cədə asılıdır.
İnfeksion xəstəliklərin inkişafını və gedişini öyrənərkən mak-
roorqanizmin vəziyyətini həmişə nəzərə almaq lazımdır. Tə bii
rezistentliyin və spesefik immunitetin yüksək səviyyəsi orqaniz-
min patogen mikroba münasibətdə mütləq və ya nisbi davam-
lılığını təmin edir. Müəyyən vəziyyətlər, məsələn, dərman y u xusu
və s. orqanizmin ümumi reaktivliyini aşağı saldığı üçün i n feksion
prosesi dəf edir və hətta qarşısını alır.
Məlumdur ki, epidemiyalar zamanı və ya kollektivdə infek-
sion xəstəlik baş verdikdə heç də mikroorqanizmlə görüş müş
bütün şəxslər xəstələnmirlər. Burada orqanizmin fərdi həs sas-
lığının böyük əhəmiyyəti vardır. Fərdlik amili geniş hüdudda
variasiya edir və infeksiyanın xüsusiyyətlərindən asılıdır. Təbii
çiçək, qızılca və s. infeksiyalar zamanı kontagiozluq indeksi
vahi də yaxınlaşır, törə di cilərlə yoluxmuş və immunizasiya olun-
mamış şəxslər tez xəstələnirlər. Əksinə, poliomielit, difteriya
zamanı və ya digər xəstəliklərdə infeksiya mənbəyi ilə təmasda
olmuş şəxslərin az bir hissəsi xəstələnir (kontagiozluq indeksi
0,01 – 0,1%) . Belə hallarda yalnız bəzi səbəblərə görə (həmin
şəxsin mikrob və ya onun toksininə qarşı həssaslığının artmasını
müəyyən edən səbəblərə görə) infeksiyaya qarşı daha həssas
olan şəxslər xəstələnirlər. Şübhəsiz, bu zaman orqanizmə düş-
müş infeksion agentin dozası da mühüm rol oynayır.
İnfeksion prosesin gedişinə təsir göstərən müxtəlif amillərə
mü qayisəli qiymət verərkən immunitetin həlledici rolunu bir daha
qeyd etmək lazımdır.
İnfeksion xəstəliklərin törədiciləri parazitlərə aiddir və epi-
de mik prosesin bioamili törədicilərin – parazitlərin xüsusiy yət-
lə ri ilə müəyyən edilir.
Parazit– digər orqanizmdən qida mənbəyi və yaşayış mü hi ti
kimi istifadə edən orqanizmdir (başqa sözlə, parazit digər növün
hesabına yaşayan orqanizmdir). Parazit öz həyatının az və ya çox
56
hissəsini həmin orqanizmlə bioloji və ekoloji cəhətdən bağlı ş ə-
kil də keçirir. Parazitlər sahib orqanizmdən daimi və ya mü vəq-
qəti yaşayış mühiti kimi istifadə edirlər. Parazitin yaşayış mühiti
sa hibin orqanizmidir.
Sahib parazitin qida mənbəyi və ya yaşayış mühiti kimi isti-
fa də etdiyi orqanizmdir. Parazitin bioloji növ kimi mövcud o l-
ması üçün əhəmiyyətindən asılı olaraq spesifikvəqeyri-spesifik
sahiblər ayırd edilir.
Yaşayış mühiti – bioloji növün həyat fəaliyyətini təmin edən
şəraitlərin cəmidir. Bioloji növün saxlanmasında iştirakına görə
i n feksion xəstəlik törədiciləri üçün əsas (spesifik), əlavə və təsa-
dü fi yaşayış mühiti fərqləndirilir.
Parazitizm – qida mənbəyi və yaşayış mühiti kimi bir canlı
orqanizmin başqa orqanizm tərəfindən birtərəfli istifadə olunma-
sını xarakterizə edən növlərarası münasibətlər formasıdır.
Parazitar xəstəliklər
Bu termin bütün sistematik qruplardan olan parazitlər tərə-
fin dən törədilən xəstəliklərin ümumi adıdır – orqanizmə pato gen
törədicilərin daxil olması, çoxalması və həyat fəaliyyəti nəti cə-
sin də inkişaf edən xəstəliklərdir: protozoozlar, helmin tozlar.
Qeyd etdiyimiz kimi, parazitin təbii yaşayış mühiti sahibin
orqa nizmidir. Ümumiyyətlə, sahibin orqanizmi özünün morfo-
loji, fizioloji və müdafiə xüsusiyyətləri ilə bərabər, parazit üçün
bi rinci xarici mühit sayılır. Parazit həmin orqanizmə təkamül
prosesində adaptasiya olmuşdur. Bu mühit parazitlərə bilavasitə
təsir edir. Xarici mühit isə (ikinci sıra xarici mühit) parazitlərə
d o layı yolla, yeni sahib orqanizm vasitəsi ilə təsir göstərir.
Təbii təkamülün müxtəlif mərhələlərində canlı orqanizmlərin
bəzi növləri parazit həyat tərzinə keçmişdir. Belə ki, bir çox s a p-
ro fit mikroorqanizmlər parazitlərə çevrilmişlər. Bunun nəti cə-
sində onların orqanizmində maddələr mübadiləsində xeyli dəyi-
şik liklər baş vermiş və son nəticədə bu törədicilər yalnız digər o r-
qa nizmin hesabına yaşamağa qabil olmuş və həmin orqa niz m lər
onlar üçün yaşayış mühitinə çevrilmişlər. Parazitlər sahibin
57
təkcə fiziki-kimyəvi mühitinə adaptasiya olmamışlar, onlar həm
də müdafiə qüvvələrinə qarşı müəyyən dərəcədə da vam lılıq
qazanmışlar. Parazit mikroorqa nizmlərin birincili lokalizasiya
yer ləri xarici örtüklər, tənəffüs və həzm yolunun selikli qişaları
olmuşdur. Əksər mikroorqanizmlər indi də bu sistemlərdə yaşa-
yır. Digər parazitlər sahib orqanizmin daha dərin qatlarına –
daxili mühit toxumalarına keçmişdir.
Parazitlərin sahib orqanizmə sonrakı adaptasiyası ixtisas-
laşma yolu ilə getmişdir, yəni onlar müəyyən toxumalarda para-
zitlik etmək qabiliyyəti qazanmışlar: məsələn, dizenteriya törə di-
cisi yalnız bağırsaq divarında, quduzluq virusu sinir t o xu masında
çoxalır. Təka mül prosesində müəyyən bir parazit formaları bir
və ya bir neçə növ sahib orqanizmə (parazitlərin dar spesifik-
liyi), digərləri isə daha çox sahiblərə adaptasiya etmişlər (spesi-
fikliyin olmaması). Qızılca və qarın yatalağının törədicisi yalnız
insanı zədələyir. Quduzluq virusu isə bütün məməliləri zədələyə
bilər.
Xəstəlik törədicilərinin insan orqanizmində adaptasiyası müx-
təlif yollarla getmişdir. Sərbəst vəziyyətdən parazitizmə bila va-
si tə keçid vəba vibrionlarında baş vermişdir.
İnfeksion və invazion xəstəliklər sərbəst yaşayan bir növün
(müxtəlif bitki və heyvan qruplarından) digər orqanizmlərdə p a-
ra zitizmə keçməsi nəticəsində əmələ gələ bilər.
Parazit – təkcə başqa orqanizmdən qida mənbəyi və yaşayış
mühiti kimi istifadə edən orqanizm deyildir. O həm də ona zərər
yetirir.
Çox zaman parazitləri yalnız parazitik qidalanma tiplərinə
görə bölürlər və ona görə infestasiyaları işarə etmək üçün indiyə
qədər ümumi qəbul olunmuş termin yoxdur. Parazitozlar termini
daha məqsədəuyğun hesab olunur.
Parazitizmin təzahürləri. İnfeksion xəstəlik törədiciləri o r-
qa nizmlərin müxtəlif qruplarına aid edilir. Bu yaxınlara qədər
hesab edirdilər ki, parazitlər yalnız heyvani mənşəlidir. Buna
görə də parazitar xəstəliklərə ibtidailər, helmintlər, həmçinin b u-
ğum ayaqlılar tərəfindən törədilən xəstəlikləri daxil edirdilər.
Ənənəyə uyğun olaraq, bu xəstəliklərin epidemio lo giyasına tibbi
Dostları ilə paylaş: |