Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə215/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   211   212   213   214   215   216   217   218   ...   234

657

sesə  yoğun  bağırsağın  distal  şöbələri  cəlb  olunduqda)  dia metri 

2-20 mm olan xoralar, ən çox büküşlərin zirvəsində, aşkar edilir. 

B a ğırsağın rentgenoskopiyası və rentgenoqrafiyası yoğun bağır-

sağın şöbələrinin qeyri-bərabər dolmasını, spazmın olmasını və 

bağırsağın sürətlə boşalmasını aşkar etməyə imkan verir. 

  Bağırsaq  amöbiazının  kəskin  klinik  əlamətləri  pasiyentdə, 

bir qayda olaraq, 4-5 həftə saxlanılır. Sonra remissiya fazası baş 

verir  ki,  onun  davametmə  müddəti  bir  neçə  həftədən  bir  neçə 

aya  qədərdir.  Remissiya  simptomatikanın  residivləri  ilə  əvəz 

olunur. Xəstəlik xronik gedişli xarakter alır və spesifik terapiya 

aparılmadıqda bir çox illər və on illərlə davam edir. 



Bağırsaqdankənar amöbiaz

Parazitozun  bu  forması  arasında  ən  çox  aşağıdakı  təza hür lər 

qeydə alınır: 1) Qaraciyəramöbiazı. O, bağırsaq amöbiazının həm 

kəskin  təzahürləri  zamanı,  həm  də  bir  neçə  ay  (illər)  sonra  baş 

verə bilər. Qaraciyər amöbiazının iki klinik forması təsvir edilmiş-

dir: a) amöb hepatiti və b) qaraciyər absesi.

Kəskin  hepatit,  adətən,  bağırsaq  amöbiazının  əlamətləri  fo -

nu n da inkişaf edir. Sağ qabırğa altında ağrılarla birgə hepato m e-

qa liya  qeydə  alınır.  Palpasiya  bu  orqanın  bərkiməsi  haqqında 

dəyərli məlumatlar verir, bu zaman qaraciyər əlləndikdə bir q ə-

dər ağrılı olur. İkterus nadir hallarda inkişaf edir. Hərarət sub fe b-

ril dir, bəzən yüksəlmələrlə gedir, lakin dəyişməyə də bilər. Qan-

da mülayim leykositoz qeyd olunur.

Qaraciyərin amöb absesi: o, çox vaxt qaraciyərin sağ pa yının 

y u xarı  hissəsində  lokalizasiya  edir.  Qaraciyər  absesinin  daimi 

ə la  mət ləri hepatomeqaliya və ağrılardır ki, o da sağ çiyinə yayılır: 

xəstə hərəkət edərkən və dərindən nəfəs alarkən ağrılar güclənir. 

Qızdırma 39

0

C və yuxarı olur, temperatur əyrisi re mis siya, hek-



tik  və  ya  daimi  xarakterdədir.  Hərarətin  qalxması  tit rətmələrlə 

müşayiət olunur, hərarət aşağı düşdükdə tər ifrazı müşahidə edi-

lir. İntoksikasiya olduqca kəskin nəzərə çarpır. Dərinin turqoru 

azalmışdır, torpaq rəngi alır.

2) Ağciyəramöbiazı parazitlərin ağciyərlərə hematogen yolla 

düş məsi və ya qaraciyər absesinin plevra boşluğuna açılması z a-




658

manı  inkişaf  edir.  Bu  formanın  simptomatikası  –  spesifik  plev-

rap nevmoniya  və  ya  ağciyər  absesidir.  Xəstələr  çoxlu  miqdarda 

qanlı bəlğəm ifraz edirlər, bunu, adətən, obrazlı şəkildə “şokolad” 

bəlğəmi adlandırırlar. Amöb absesləri irinli plevritlərə, empie ma-

lara, piopnevmotoroksa, perikarditə, qaraciyər-ağciyər fistulları na 

və digər ağırlaşmalara səbəb ola bilər.

Uyğun  klinik  simptomlarla  təzahür  edən  beyin,  dalaq,  yu -

mur  talıqlar, böyrəklərin amöb abseslərinə çox nadir hallarda rast 

gəlinir və mahiyyətcə kazustik ağırlaşmalara və ya bağırsaq dan-

kənar amöbiazın formalarına aid edilir.

3) Dəriamöbiazı çox vaxt ikincili Patoloji proses sayılır. Dəri 

örtüklərində, əsas etibarilə perianal nahiyədə, aralıqda və sağ rı n a-

hi yəsində eroziv və (və ya) xoralaşmış zədələr formalaşır. Amöb 

xoraları qaraciyərin irinli fistulları ətrafında və ya amöb a b sesləri 

yarıldıqdan sonra əməliyyat tikişlərinin yaxınlığında yaranır. X o-

ra lar kifayət qədər dərindir, az ağrılıdır. Onların k ə nar ları qaral-

mışdır,  xoradan  pis  qoxu  gəlir.  Xoralı  zədələrdən  götürülmüş 

qaşıntılarda parazitin vegetativ formaları aşkar olunur.

Proqnoz – amöbiazın spesifik müalicəsi aparılmadıqda çox cid-

didir  və  qeyri-qənaətbəxşdir,  bağırsaqdankənar  amöbiazın  g e cik -

dirilmiş diaqnostikasında və ağırlaşmalar baş verdikdə letal nəti cə-

lər lə qurtarır. Erkən düzgün diaqnostikada və adekvat müalicədə 

proq noz əlverişli ola bilər.



Diaqnostika. Amöbiazın diaqnozu səylə yığılmış epidemio-

loji anamnez məlumatlarının, xəstəliyin anamnezinin, xəstəliyin 

kli nik mənzərəsinin və protozooloji müayinələrin müsbət nəticə-

lə rinin  (insanın  nəcisində  amöb  tapıldıqda)  əsasında  qo yulur. 

N a tiv yaxma praktik olaraq dizenteriya amöbünün toxu ma form a-

larının  aşkarlanmasının  ən  yaxşı  metodu  sayılır  və  sadəliyi  ilə 

fərq lənir və yalnız “nəm” şəraitdə (yığılmış nəcisi defe kasiyadan 

dərhal  sonra  müayinə  etmək  lazımdır)  amöblərin  hərə kəti  sayə-

sin də onları etibarlı surətdə təyin etməyə imkan verir. Nəcisi uzun 

müddət  saxladıqda  və  ya  onları  dezinfeksiya  vasitələrinin  i  z  ləri 

olan qaba yığdıqda amöblər məhv olur ki, bu da amöbiazın hipo-

diaqnostikasının başlıca səbəbidir. Xəstənin nəcisini və ya y  o  ğun 

b a ğır saqdan rektoro manoskopiya zamanı götürülmüş s e liyi müa-

yi nə edirlər.




659

Bağırsaqdankənar  amöbiaz  zamanı  qaraciyər  abseslərindən, 

ağciyərlərdən və ya digər orqanlardan onların punksiyası və ya 

y a rıl ması zamanı götürülmüş irin müayinə edilir. Nümunə hə min 

anda müayinə olunur, çünki amöblər hətta onları qısa müd dətdə 

saxladıqda belə tez ölür.



Nativ preparatların mikroskopiyası:  materialın  kiçik  porsi-

yasını əşya şüşəsinin üzərinə köçürür və örtük şüşəsi ilə örtürlər. 

Əvvəldə  pre parat  kiçik  böyüdülmədə  öyrənilir,  sonra  isə  ×40 

obyektivi a l tında baxılır. Amöblər girdə və ya oval törəmələr şək-

lindədir.  O n ların  ölçüsü  15  mkm-dən  40  mkm-ə  qədərdir.  S i-

toplazma iki qata ayrılmışdır. Xarici qatı (ektoplazma) psevdo-

podiyalar əmələ g ə tirir. Ektoplazma dənəvərdir. Udulmuş erit ro-

sitlər  (he ma tofaqlar  və  ya  eritrofaqlar)  olan  amöblər  də  aşkar 

edilir, qeyri-patogen amöb lər belə xüsusiyyətlərə malik deyildir. 

Sistalar da aşkar edilə bilər: onların forması dairə vidir, ölçüləri 

12 mkm, sitoplazma xırda dənə li dir, udulmuş hissəciklər yoxdur. 

Nativ preparatlarda nüvə görünmür.



Rənglənmiş preparatlar:  yaxmalar  şüşə  üzərinə  bakterioloji 

ilgək vasitəsilə yayılır. Şaudin məhlulu ilə fiksə edirlər (1 hissə 

s ü ley mani məhlulunun doymuş məhlulu və 1 hissə 96

0

 etanol, 2-5 



damcı  buzlu  sirkə  turşusu  əlavə  edirlər),  20-25  dəqiqə  fiksə 

edirlər, sonra 5 dəqiqə 70

0

 etanolda saxlayır, 70



0

 yodlu spirtdə y u-

yur və n ə hayət, təkrar 5 dəqiqə ərzində 70

etanolda fiksə edir lər.



Preparatları 70

etanolda aylarla saxlamaq olar. Onları Hey-



denhayn üzrə boyayırlar: yuyulmuş preparatları 4,5%-li dəmir-a-

m  monyaklı zəy məhluluna yerləşdirir, yuyur və rəng ləmək üçün 

1%-li  hematoksilin  məhlulunda  12-24  saat  ərzində  saxlayırlar. 

Sonra  preparatı  yuyur  və  1-2%-li  dəmir-ammonyaklı  zəy  məh-

lu lu ilə işləyirlər ki, bunu da mikroskop altında müşahidə edirlər 

(nüvə əmələ gələnə qədər). Preparatı yuyur, dərəcəsi artırılmaqla 

(70

0

, 80



0

, 96


0

) etanolda hər biri 3-5 dəqiqə olmaqla susuzlaşdırır 

və nəticədə uzunmüddətli istifadəyə yararlı preparat alınır. A m-

öb lərin  boyanması  üçün  digər  vasitələr  də  məlumdur  (Faust, 

Hanzen, Delyafild və b. görə).

Mikroskopikşəkil: toxuma forması dairəvi və ya oval forma-

da dır, endo- və ektoplazma dəqiq ayrılmışdır. Endoplazma boz-




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə