Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə217/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   213   214   215   216   217   218   219   220   ...   234

663

Həyat tsikli. Leyşmaniozlar tranmissiv infeksiyalar qrupuna 

aid edilir. Keçiriciləri kiçik qansoran həşəratlar, hünülərdir. H ü-

nülər xəstə insan və ya heyvandan qan soran zaman yoluxurlar. 

İlk  sutqalarda  udulmuş  qamçısız  formalar  (leyşmanial  forma) 

qam çılı formaya (leptomonаd forma) çevrilir, çoxalır və 6-8 gün-

dən sonra hününün udlağında toplanır.

Yoluxmuş hününün insan və ya heyvanı dişləməsi zamanı h ə-

rə kətli forma udlaqdan yaraya keçir və leyşmaniyanın növün dən 

asılı olaraq dəri və ya daxili orqanların hüceyrələrinə daxil olur-

lar. Burada onlar qamçısız formaya çevrilirlər.

Leyşmaniozlar zamanı infeksiya mənbələri müxtəlif olur: hind 

visseral  (kala-azar)  leyşmanioz  zamanı  –  xəstə  adamlar, Aralıq 

d ə nizi visseral leyşmaniozu zamanı – çaqqal, tülkü, itlər və s.

Dəri leyşmaniozu zamanı infeksiya mənbəyi ya xəstə adam-

lar (antroponoz forma), ya da vəhşi gəmiricilər – böyük və qır-

mızı quyruq qum siçanlarıdır.



Klinik mənzərə. Visseral leyşmaniozla çox zaman uşaqlar xəs-

tələnirlər. Davametmə müddəti bir neçə həftədən bir neçə aya q ə-

dər  olan  inkubasiya  dövründən  sonra  xəstənin  bədən  tempera-

turu artır, adinamiya, rəngin avazıması, süstlük müşahidə olunur, 

i ş  taha azalır. Anemiya inkişaf edir. Xəstəlik bir neçə ay davam 

edir və spesifik müalicə almadıqda, adətən, ölümlə nəticələnir.

Dəri leyşmaniozunda inkubasiya dövründən sonra mığmığa-

ların  dişlədiyi  yerdə  qırmızı  rəngli,  orta  bərklikdə,  adətən,  az 

ağrılı  kiçik  düyüncüklər  əmələ  gəlir.  Düyüncüklər  tədricən  b ö-

yü yür və antroponoz forma zamanı 3-6 həftədən, zoonoz forma 

zamanı isə 1-3 həftədən sonra xoralaşırlar. Xəstəlik bir neçə ay, 

a n tro ponoz forma zamanı – bir ildən artıq davam edir və sağalma 

ilə  qurtarır.  Xora  yerlərində  çapıqlar  əmələ  gəlir.  Xəstəlikdən 

sonra immunitet formalaşır.

Visseral leyşmaniozun son diaqnozunu sümük iliyi yaxması-

nın  mikroskopiyası  zamanı  leyşmaniyaların  tapılmasına  əsasən 

qoyurlar. Sümük iliyini almaq üçün döş sümüyünün, qalça s ü mü-

yünün darağının və ya bud sümüyünün yuxarı hissəsinin punksi-

yasını həkim özü yerinə yetirir.

Preparatda leyşmaniyalar qrup şəklində və ya tək-tək, h ü cey-

rənin daxilində və ya xaricində yerləşə bilər. Dəri leyşmaniozu 



664

z a manı materialı düyüncükləri və ya infiltratı skalpellə boz-qanlı 

maye görünənə qədər qaşımaqla alırlar.

Leyşmaniyalar xoralanmanın erkən mərhələlərində asan lıqla 

aşkar edilir. Xoraların irinli ifrazatında yalnız deformasiya olun-

muş və parçalanmış leyşmaniyalar aşkar edilir ki, bu da diaqnozu 

qoy mağı  çətinləşdirir.  Xoraların  sağalma  mərhələsində  leyşma-

niyalar az hallarda aşkar edilir. Bəzən bakterioloji metoddan da 

istifadə olunur.

Profilaktikası  – Visseral leyşmanioz zamanı xəstələri erkən 

aşkar etmək üçün həyətbəhəyət müayinələrin aparılması, sahibsiz 

itlərin qırılması və qiymətli cinslərdən olan itlərin baytar həkim 

tərəfindən müayinəsi lazımdır. Zoonoz dəri leyşmaniozu zamanı 

vəhşi gəmiricilərin qırılması, profilaktik peyvəndlərin aparılması 

məs ləhətdir.

Bütün  növ  leyşmaniozlarla  xəstələnmənin  qarşısını  almaq 

məq sədilə hünüləri qırır, onların yumurta qoyduqları yerləri ləğv 

edir, yaşadıqları yerləri kimyəvi maddələrlə işləyir, həmçinin h ü-

nüləri  insanları  dişləməsindən  qorumaq  üçün  tədbrlər  planı  h a-

zırlayırlar (repellentlər).

Dəri leyşmaniozu

Şəhər  tipli  dəri  (antroponoz)  leyşmaniozu.  Kəskin  inva-

zion xəstəlik olub, törədicinin daxil olduğu yerdə dərinin xoralı 

zədələnmələri  və  sonradan  tipik  çapıqlaşma  ilə  səciyyələnir. 

Dəri leyşmaniozunun bu formasına (gec xoralaşan) bəzən Boro-

vski xəstəliyi, aşxabad, il yarası da deyilir. 

Törədici.  Şəhər  tipli  dəri  leyşmaniozunun  törədicisi  qam-

çılılar sinfindən olan Leishmaniatropicaminor (leyşmaniyanın 

kiçik forması) sayılır. 

Leyşmaniyalar 2 inkişaf mərhələsi keçir: qamçısız, hücey rə da-

xili (leyşmanial) mərhələ onurğalı sahibin orqanizmində – bu tip-

də  insanda;  qamçılı, leptomonad,  hərəkətli  forma  –  keçiricinin 

(hününün) orqanizmində yerləşir.

Kulturalarda süni mühitlərdə leyşmaniyalar leptomonad for-

malar  şəklində  inkişaf  edirlər.  Parazitin  leyşmanial  mərhələsi 



665

oval və ya armudşəkilli formaya malikdir, ölçüsü 3-5×1-3 mkm. 

Lep  tomonad mərhələ hərəkətlidir, qamçısı vardır, 10-12×5-6 mkm 

ölçüdə uzunsov formadadır, qamçının uzunluğu 16-26 mk m, orta 

h  e  sabla  20  mkm-ə  çatır.  Leyşmaniyalar  müxtəlif  q i da lı  mühit-

lər də  (duru,  yarıduru,  bərk)  yaxşı  böyüyür.  Onlar  üçün  klassik 

mühit NNN-aqar mühiti (dovşanın steril defibrin ləş di ril miş q a-

nın da) sayılır.



İnvaziya mənbəyi. İnvaziya mənbəyi xəstə insandır.

İnvaziya mənbəyinin yoluxduruculuq dövrü. İnvaziya m ən    -

bə yi xoralar olduqda xəstəliyin bütün inkişaf dövründə (t ə q ri bən 

1 il ərzində) yoluxdurucudur. Xoralar çapıqlaşdıqdan son ra o n lar 

təhlükəsiz olur. 



Yoluxma mexanizmi və yolları. Törədicinin yoluxma mexa-

nizmi – transmissivdir. Yoluxma Phlebotomus cinsi hünülərinin 

h e matofaq dişi fərdlərinin dişləməsi zamanı, əsasən də bədənin 

açıq hissələrini, xüsusən də üzü dişlədikdə, baş verir. 

Şəhər  dəri  leyşmaniozunun  törədicisi  Ph.sergenti,  Ph.cau ca-

sicus, Ph.papatasii hünüləri ilə yayılır ki, bunlar da şəhər və kənd-

lərdə sinantrop həyat tərzi keçirlər. 

Həssaslıq və immunitet. Şəhər tipli dəri leyşmaniozuna həs-

saslıq  ümumidir,  keçirilmiş  xəstəlik  nəticəsində  reinvaziyalara 

qarşı  immunitet  formalaşır.  Humoral  immunititet  az  miqdarda 

ə m ə lə  gələn  qeyri-spesifik  əkscismlərlə  şərtlənir.  Bunun  əksinə 

ola raq, T-hüceyrə immuniteti inkişaf edir ki, o daha davamlı və gər -

gin olur.



Epidemik prosesin təzahürü. O ölkələrdə yayılmışdır ki, ora -

da minimum 1,5-2 ay ərzində sutqalıq temperatur +20

0

C-dən a ş a   ğı 



deyildir (Afrika, Asiya, Latın Amerikası ölkələri, İtaliya, Portuqa-

liya, Almaniya, Albaniya, Fransa və s.). MDB ölkələ rin də leyş-

manioz praktik olaraq ləğv edilmişdir.

Təkrari  yoluxmalara  qarşı  əmələ  gələn  rezistentlik  davam-

lıdır və xəstəlikdən 6 ay sonra inkişaf edir. Şəhər tipli leyşmani-

ozla keçiricinin arealında yerləşmiş böyük kənd və şəhərlərin s a-

kin ləri  yoluxur.  Xəstəliyə  bütün  il  ərzində  rast  gəlinir,  ən  çox 

ş ə hərin sıx məskunlaşmış yerində yaşayan uşaqlar və böyüklər xəs-

tələnir. Xəstəliyin invaziya mənbələrinin yaşadığı ayrı-ayrı kvartal-

lara uyğunlaşması müəyyən edilir.




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə