Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə219/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   215   216   217   218   219   220   221   222   ...   234

669

 Visseral leyşmanioz

Xronik gedişli, temperaturun dövri surətdə artması, proqres-

siv ləşən  qanazlığı,  leykopeniya,  qranulositopeniya,  hepa to sp le-

no meqaliya və kəskin şəkildə arıqlama ilə səciyyələnir. Xəstəlik 

həm çinin kala-azar, uşaq leyşmaniozu, daxili leyşmanioz da a d-

landırılır.

Visseral leyşmaniozun 2 əsas formaları ayırd edilir: Hin dis tan 

kala-azarı və Aralıq dənizi.



Törədici. Visseral leyşmanioz qamçılılara aid olan Leishma-

nia donovani  (infantum)  tərəfindən  törədilir,  onun  biologiyası 

bəzi fərqlər istisna olmaqla şəhər tipli dəri leyşmaniozuna oxşar-

dır. Bu fərqlər: leyşmanial formalar (qamçısız) visseral leyşma-

niozda  dalaq,  qaraciyərin  qan  və  limfa  kapillyarlarının  endotel 

h ü ceyrələrində, limfa düyünlərində, makrofaqlarda, sümük iliyi-

nin mielositlərində (retikulo-endotelioz) aşkar edilir. 



İnvaziya  mənbəyi.  İnvaziya  mənbəyi  çaqqallar,  tülkülər, 

o x   lu kirpilər, qum siçanlarıdır. Onlar vasitəsilə invaziyanın rezer-

vuarına sinantrop və ev heyvanları da (itlər, bəzən pişiklər də) cəlb 

olunur. 


Visseral  leyşmaniozun  Aralıq  dənizi  formasında  invaziya 

mən bəyi qismində itlər böyük epidemioloji təhlükə təşkil edir.



İnvaziya mənbəyinin yoluxduruculuq dövrü. Visseral leyş -

ma niozla xəstə olan heyvanlar xəstəliyin bütün dövründə y o lux -

durucudur, xüsusən də keçiricilərin dişləməsi üçün dəri xoraları 

əlçatan  olduqda.  İnfeksiya  yoluxmadan  sonra  3-4  ay  ərzində 

d avam edə bilər və simptomsuz gedişdə 3 il müddətində sürə b i-

lər. Visseral leyşmaniozla xəstə insan epidemioloji rol oynamır. 



Yoluxma  mexanizmi  və  yolu.  Törədicinin  yoluxma  mexa-

niz  mi  –  transmissivdir.  Leyşmaniyaların  keçiriciləri  Phleboto-

mus  cinsi  hünüləridir.  Keçirici  yarımsəhra  zonasında  yerləşmiş 

ev  lə rin arasında bitən ağajlarda, bitkilərdə yuva salır. 



Həssaslıq və immunitet. İnsanlar, xüsusən də uşaqlar visse-

ral  leyşmanioza  qarşı  yüksək  dərəcədə  həssasdırlar.  Bir  qayda 

o la raq,  keçirilmiş  invaziyadan  sonra  davamlı  immunitet  əmələ 

gəlir və homoloji reinvaziya hallarına nadir təsadüf edilir. Lakin 




670

qazanılmış  immunitetin  yaranması  çox  vaxt  xəstənin  reak tiv-

liyindən  və  müalicənin  başlanması  müddətindən  asılıdır.  Dəri 

leyşmaniozunun hər iki tipinə qarşı çarpaz immunitet müşahidə 

edilmir.

Epidemik prosesin təzahürləri. Visseral leyşmaniozun əsas 

ojaqları tropik və subtropik ölkələrdə: Şərqi və Şimali Hindistan, 

Şri-Lanka,  İraq,  İran,  Aralıq  dənizi  sahillərində,  Afrikada  yer-

ləşmişdir.

MDB ölkələrində visseral leyşmanioza Orta Asiya, Zaqafqa-

ziya və cənubi Qazaxıstanda rast gəlinir. Bütün ojaqlarda, Hin-

distandan  başqa,  visseral  leyşmaniozun  Aralıq  dənizi  forması 

m ü şa hidə  edilir.  İnsanlar,  xüsusən  də  uşaqlar  (“uşaq”  leyşma-

nio zu) vis seral leyşmanioza çox həssasdırlar. Yaş artdıqca xəstə-

lən mə aza lır və çox nadir hallarda reinfeksiya halları qeydə alı-

nır.  Keçi ril  miş  xəstəlikdən  sonra  visseral  leyşmanioza  qarşı 

gər gin i m mu nitet yaranır, lakin bu, dəri leyşmaniozu ilə yolux-

madan q o ru mur.

İnkubasiya dövrü. Adətən, 2-4 aydır, 2 həftədən 2 ilə qədər 

davam edə bilər. 



Əsas  klinik  əlamətlər.  Visseral  leyşmaniozun  klinik  şəkli 

proq  ressivləşən anemiya, dəri örtüklərinin avazıması, qara ci yərin 

və  dalağın  xeyli  böyüməsi,  qızdırma  ilə  səciyyələnir.  Müa li cə 

olunmayan  hallarda  xəstəlik  qısa  müddət  ərzində  kaxeksiya  və 

letal nəticə ilə başa çatır. Uşaqlarda xəstəlik sürətlə inkişaf edir, 

ağır gedişi ilə xarakterizə olunur, 3-6 aydan sonra ölümə g ə tirib 

çıxarır. Böyük uşaqlarda və böyüklərdə xəstəlik çox vaxt xronik 

şəkildə bir neçə ilə qədər sürür. 

Müalicədə solyusurmin (solyustibozan) tətbiq edilir. Para zi-

tin sürməyə rezistent formaları da vardır.



Laborator  diaqnostika.  Müayinə  üçün  material  –  sümük 

iliyindən  (adətən,  döş  sümüyündən,  yaxud  baldır  sümüyündən, 

az hallarda qaraciyərdən) punktat götürülür, yaxma hazırlanır və 

əkmələr  aparılır.  Müayinələr  dəri  leyşmaniozunda  olduğu  kimi 

yerinə yetirilir. 

Profilaktik  və  əksepidemik  tədbirlər  kənd  tipli  dəri  leyş-

ma  nio zunda olduğu qaydada həyata keçirilir. Rekon va les sent lər 




671

xəs təliyi keçirdikdən sonra 6 ay ərzində dispanser müşahidə a l-

tında saxlanılır; xəstəliyin residivləri baş verdikdə onlarla tək ra ri 

müalicə kursu aparılır. 



Tripanosomozlar

Tripanosomozların törədicisi müxtəlif tripanosomalardır. Tri-

panosomalar arasında insan üçün patogen olan növlərin sayı üç -

dür:  Trypanosoma gambiense  və  Trypanosoma rhodesiense A f-

rika  tripanosomozunu  (yuxu  xəstəliyi)  törədir;  Trypanosoma

cruzi – Amerika tripanosomozunun (Şaqas xəstəliyi) törə di ci si dir.

Yuxu  xəstəliyində  tripanosomanın  həyat  tsiklinin  birinci 

hissəsi Se-se milçəyinin həzm kanalında, ikinci hissəsi – sahibin 

orqanizmində gedir.

Onurğalı  sahiblərdə  (insan  və  ya  vəhşi  heyvanlar)  tripano-

somalar qanda olur və keçiricinin dişləməsi zamanı onun mədə-

si nə  düşürlər.  Afrika  tripanosomozunun  törədicisinin  keçiricisi 

Gl o s sina cinsindən olan qansoran milçəklər və ya Se-se milçəyi, 

Amerika triponosomozunun keçiricisi isə taxtabitidir.

Profilaktikada  şəxsi  və  ictimai  tədbirlər  həyata  keçirilir. 

Şəx  si profilaktika – dərman preparatlarının qəbulu; ictimai – k e-

çi  ricilərin  məhv  edilməsi,  onların  yumurta  qoyduqları  yerlərin 

ləğv edilməsidir.



Lyamblioz

Qamçılılır  sinfinin  digər  mühüm  epidemioloji  əhəmiyyətə 

malik növü lyambliyalardır (Lamblia intestinalis).

Lyambliyalar  həm  vegetativ  formada  mövcud  olur,  həm  də 

sis ta əmələ gətirmək qabiliyyətinə malikdir. Vegetativ forma ak -

tiv hərəkətli və armudabənzər formadadır. Bədənin ön ucu gir də -

lənmiş,  arxa  ucu  itiləşmişdir.  Bədənin  ön  ucunda  –  yarıq  şək-

lində sorucu disk vardır. İki nüvəsi, 4 cüt qamçıları vardır.

Hərəkəti xarakterikdir, parazit uzununa oxu boyu fırlanma h  ə -

rə kəti sayəsində yanı üstə çevrilir. Preparatda lyambliyalar otaq 

temperaturunda  qısa  müddətdə  məhv  olur.  Qidanı  bütün  b ə dən 

sət hi ilə sorurlar. Uzununa, bölünmə yolu ilə çoxalırlar.




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə