Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə221/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   217   218   219   220   221   222   223   224   ...   234

675

Trixomonozlar

Trixomonadlar  –  İnsanda  trixomonadın  üç  növü  yaşayır: 

Trichomonashominis – bağırsaq trixomonadı yoğun bağırsaqda, 

Trichomonastenax – ağız Trixomonadı – ağız boşluğunda

Trichomonasvaginalis –– sidik cinsiyyət (uşaqlıq yolu) tri-

xomonadı sidik-cinsiyyət yollarında.

Bağırsaq  trixomonadı  bölünmə  yolu  ilə  çoxalır.  Sista  əmələ 

g ə tirmir. Maye nəcisdə çoxlu miqdarda aşkar edilir. Bəzi hallarda 

yoğun  bağırsaq  xəstəliklərinin  inkişafında  və  gedişinin  ağır laş-

ma sında müəyyən rol oynayır.

Ağız  trixomonadı  öz  quruluşuna  görə  bağırsaq  trixomo na-

dı na oxşayır. Ağız boşluğunun, dişlərin müxtəlif xəstəlikləri olan 

şəxslərdə rast gəlinir. Trixomonadlar ağciyər xəstəliyi olan xəs-

tə lərin bəlğəmində, həmçinin cərrahi yolla çıxarılmış bronxoek-

tozlarda və ağciyər abseslərində tapılır.

Sidik-cinsiyyət trixomonadları sista əmələ gətirmir. Ətraf m ü-

hitdə  tezliklə  məhv  olurlar.  Sidik-cinsiyyət  sisteminin  patolo-

giyasında, xüsusilə qadınlarda mühüm rol oynayır. Uzunmüd dətli 

simptomsuz parazitgəzdirənlik də, xüsusilə kişilərdə, müşa hidə o lu -

nur. Sidik-cinsiyyət trixomonadlarının əsas simptomları q a şın ma, 

ağrı, yanğı hissi, seroz-irinli ifrazatdır.

Diaqnoz  trixomonadları  nativ  preparatlarda  və  Roma novski 

üsulu  ilə  boyanmış  preparatlarda  tapdıqda  qoyulur.  Mikrosko-

piya zamanı mənfi nəticələr alındıqda (parazitgəz dirənliyə şübhə 

olduqda, müalicədən sonra nəzarət və s.) qidalı mühitlərə əkmə 

metodlarından və Seroloji metodlardan istifadə olunur.




676

Sporlular sinfi

 

Sporlularda cinsi çoxalma prosesində erkək və dişi cinsi h ü-



cey rələrin  birləşməsi  zamanı  spor  (sista)  əmələ  gəlir,  onlardan 

isə sporozoitlər formalaşır. Sonra müxtəlif yollarla sporozoitlər 

bir sahib orqanizmdən başqasına ötürülür.

 

Koksidiyalar

Koksidiyalar – sporlular yarımsinfinə aiddir. Əsasən onurğa-

sız və onurğalı heyvanların hüceyrədaxili parazitləridirlər. Əksər 

hallarda koksidiyalar darspesifikdir, yəni yalnız müəy yən növ hey -

vanda–sahibdə parazitlik edirlər. Həyat tsikli qeyri-cinsi ç o xal ma 

(meroqeniya), cinsi prosesin və sporoqe niyanın bir-birini d ə qiq 

əvəz etməsindən ibarətdir. Sporlar olan oosistalar x a rici m ü hitdə 

bir  ildən  artıq  həyat  qabiliyyətini  saxlayır.  Əsasən  alimentar 

yolla yayılırlar.

İnsan üçün bəzi nümayəndələri patogendir: kriptospo ridilər, 

izosporlar,  toksoplazmalar.  Bu  parazitlər  opportunist  protozoy 

i  n  va ziyalara aiddir. Bu infeksiyalar birincili-patogen mikroor q a-

niz mlər  tərəfindən  törədilir  ki,  onların  da  patogenlik  potensialı 

yalnız hüceyrə immundefisiti fonunda təzahür edir. İİV-infeksiya 

zamanı letal nəticələrin əksəriyyəti məhz oppor tunist infeksiya-

larla bağlıdır. İİV-infeksiya ilə törədilən immundefisit üçün krip-

tosporidioz,  pnevmosist  pnevmoniya,  toksoplazmoz  xarak terik-

dir. 

Toksoplazmoz

İnvazion  xəstəlik  olub,  polimorf  klinik  şəklə  malikdir,  b ö-

yük lərdə əksər hallarda simptomsuz gedir.

Etiologiyası. Törədicisi – ibtidai Toxoplasma gondii sporlu-

lar sinfinə aiddir, hüceyrədaxili parazitdir.

Ölçüləri  –  eni  2-4  mkm,  uzunluğu  7  mkm,  naringi  dənəsi 

(  a  y   para) formasındadır. Həssas orqanizmdə toksoplazmalar müx -

tə lif forma alır və toxumaların hüceyrələrinə daxil olur, ora da b oy -

lama bölünmə ilə 2 hissəyə bölünür və beləliklə, çoxalırlar. Təkrar 




677

bölünmələr nəticəsində hüceyrədə qız parazitlərin – psevdosista-

ların toplanması baş verir. Çoxsaylı bölünmədən sonra psevdo-

sistalar sahibin dağılmış hüceyrəsindən xaricə çıxır. Azad olmuş 

parazitlər yeni hüceyrələrə daxil olur və tsikl yenidən təkrarlanır.

Bununla bərabər, çoxalma tumurcuqlanma ilə də gedir. Pişik-

lər  ailəsinin  nümayəndələrində  toksoplazmalar  cinsi  çoxalma 

tsik li keçirir və oosistalar əmələ gəlir. İnvaziyalaşmış pişik nəcis 

ilə birlikdə külli miqdarda oosistalar xaric edir. Bəzən oosistala-

rın sayı milyarda çatır. Həmin oosistalar torpağın əlverişli tem-

peratur və nəmliyi şəraitində 2-5 gün müddətində sporosistalara 

çev  rilir.  Bir  oosistadan  hərəsində  4  sporozoit  olan  2  sporosista 

əmələ gəlir. Onlar həyat qabiliyyətlərini bəzən 2 ilə qədər saxlaya 

bilirlər.

Sporozoitlər torpaqdan müxtəlif heyvanlar və quşların bağır-

sağına düşür, onların ekosistalaşması başlayır və intensiv şəkildə 

selikli epitel hüceyrələrə yayılırlar. Sonradan taxizoitlərə çevri-

lir, limfa və qan damarlarına keçərək bütün orqanizmə yayılır və 

in tensiv çoxalmağa başlayırlar. Sonra taxizoitlərin çoxalma pro-

sesi yavaşıyır, toxuma sistası əmələ gəlir. Bu sistaya əkscisimlər 

daxil ola bilmir. Yetkin toxuma sistasında minlərlə yavaş inkişaf 

edən bradizoitlər olur, bunlar uzun illər və bəzən də sahibin bütün 

ömrü boyu sağ qala bilir.

Toksoplazmozun  xronik  və  latent  formaları  zamanı  sahibin 

toxumalarında (baş beyin, ürək və skelet əzələsi, göz toxuması, 

bəzən  ağciyərlər,  uşaqlıq  divarları)  həqiqi  sistalar  əmələ  gəlir. 

O n  lar dairəvi və ya bir qədər oval olurlar. Ölçüləri içəridə yer lə-

şən parazitlərin sayından (bir neçə fərddən 3-5 mln qədər) asılı 

ola raq 5 mkm-dən 100-150 mkm-ə qədər çatır. Oosistalarda olan 

parazitlər əkscisimlərin təsirindən və kimyəvi terapevtik prepa-

ratlardan müdafiə olunurlar. Lakin sistanın divarı dağıl dıqda tok-

soplazmalar azad olur və Patoloji prosesin inkişafına səbəb olurlar.

Yoluxmuş  və  ölmüş  heyvanların  orqanlarında  toksoplaz-

maların həyat qabiliyyəti 20

0

C temperaturda 3 gün ərzində saxla-



nır, t=4-10

0

C-də – 18 gün, 45



0

C-də – 15 dəqiqədən sonra, 50

0

C-də 


isə  ani  məhv  olurlar.  1%-li  duz  turşusunda  1  dəq,  1%-li  for  ma-

lində – 20 dəq, 1%-li fenolda – 10 dəqiqədən sonra ölürlər. Oosis-




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə