Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə216/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   212   213   214   215   216   217   218   219   ...   234

660

y a səməni rəngdə, xırda dənəlidir. Udulmuş eritrositlər qara rəng-

də dir. E. histolytica digər amöb növlərindən nüvənin quruluşuna 

görə fərqlənir. E. histolytica-da o, diametri 5 mkm-ə qədər olan 

q o vuqcuq  şəklindədir,  qişa  ilə  örtülmüşdür,  qara  rəngə  boyan-

mışdır,  ona  xromatin  dənələri  yapışmışdır.  Kario soma  həmişə 

nüvənin  mərkəzində  yerləşmişdir.  Sistaların  qişası  rəng lən mə-

miş dir, sito plaz ma göy-boz rəngə, nüvənin xromatini, kariosoma 

və xromatofil ci sim ciklər – qara rəngə boyanır. 4 nüvəli sistaları 

aşkar etmək lazımdır.



Amöblərinkultivasiyası: amöbiazın diaqnostikasının əlavə m  e  -

to dudur. Əkmələri Beka, Drolava, Pavlova və s. mühitlərinə apa-

rırlar. Kultivasiya temperaturu 37

0

 C-dir. Təzə mühitlərə y e nidən 



əkmə 24 və 48 saatdan sonra həyata keçirilir. Amöblər s ı naq ş ü-

şə lərinin  dibində  böyüyür. Amöblərin  böyüməsinə  ç ö kün tünün 

tək rari mikroskopiyası ilə nəzarət edirlər.

Bioloji  sınaqda  pişik  balalarını,  küçükləri,  dovşanları,  siço-

vulları, dəniz donuzlarını intrarektal yoluxdururlar. Heyvan larda 

3-8  gündən  sonra  amöbiazın  klinikası  inkişaf  edir.  Tö rədicilər 

hey  van ların nəcisində mikroskopik yolla aşkar olunur. Diaqnosti-

kanın  müvəffəqiyyətlə  aparılması  üçün  bir  xəstədən,  heç  o l-

mazsa, 5-6 preparat hazırlamaq və müayinə etmək vacibdir.

Qaraciyərin amöb absesində və bağırsaqdankənar digər zədə-

lən mələrdə nəcisdə amöbü tapmaq mümkün deyildir. Ona görə 

də belə hallarda diaqnostika üçün xəstənin qan zərdabında əks ci-

sim lərin  aşkarlanmasına  yönəldilmiş  Seroloji  diaqnostika  m e-

tod larını istifadə edirlər. Bu məqsədlə DHAR, həmçinin ENAR 

(REMA) reaksiyalarının işlədilməsi daha faydalıdır. Əkscisimlər 

xəstəliyi keçirmiş şəxslərdə də tapıla bilər, ona görə də titrin art-

masını qeydə alan cüt zərdabları müayinə etmək məq sə də uy ğun-

dur. Habelə toxu malarda əkscisimlərin və amöblərin aşkarlanması 

üçün  immun flüoressensiya  metodları,  immun fer ment  ü s ul ları  da 

tətbiq olunur. Bioloji sınaqlar da müəyyən əhə miyyət kəsb edir. 

Parazitoloji diaqnostika ex tempore götürülmüş yeni xaric edil-

miş nəcisdən hazırlanmış bir neçə nativ yaxmada amöbün vege-

tativ formalarının aşkar edilməsinə yönəldilmişdir.



661

Amöbiazın müalicəsi. Xəstəliyin müxtəlif formalarına və bak -

terial floraya törədicinin təsir mexanizmini və onların istiqa mətini 

nəzərə  alan  preparatların  istifadəsinə  əsaslanmış  kompleks  tera-

piya tətbiq olunur.

Spesifik müalicə üçün əsasən metronidazol (trixopol, flaqin, 

klion) istifadə edilir ki, o da böyüklərə 30 mq/kq sutqalıq dozada 

(0,6-0,8 q gündə 3 dəfə) 5-10 gün ərzində təyin edilir. Müalicə 

aparıldıqdan sonra amöbün boşluq formasından tam azad ol ma 

müm kün  olmadığı  üçün  əlavə  diloksanid  furoat  böyüklərə  500 

mq dozada gündə 3 dəfə 5-10 gün ərzində, uşaqlara sutqada 20 

mq/kq dozada 3 dəfə 5-10 gün ərzində təyin edilir. Kolit sindro-

munun qarşısının tezliklə alınması üçün metronidazolla aparılan 

müalicə kompleksinə enterosodiv 2 həb dozada sutqada 3 dəfə 

10  gün  ərzində  daxil  edirlər.  Bağırsaq  amöbiazında  tini dazol 

(fasicin) 0,6 dozada gündə 2 dəfə olmaqla 5 gün ərzində və orni-

dazol  (tiberal)  500  mq  dozada  gündə  2  dəfə  5-10  gün  ərzində 

təyin ed i lərsə, daha səmərəli nəticə verər.

Spesifik  terapiya  antibiotiklərin  (tetrasiklinlərin)  təyin  edil-

mə  si ilə tamamlana bilər. Adekvat dərman müalicəsi amöbo ma-

la rın i t məsinə gətirib çıxarır.



Mübarizə və profilaktika tədbirləri. Amöbiazla xəstələr müt  -

ləq hospitalizasiya olunmalı və stasionar şəraitdə müalicə almalı-

dırlar. Xəstəliyi keçirmiş şəxslərin evə yazılması labora toriya n ə-

z a rəti  altında  həyata  keçirilməlidir.  Epidemik  ocaqda  olan 

şəxs lər sistagəzdirməyə görə müayinəyə cəlb edilirlər. De zin fek-

siya  məqsədilə  3%-li  lizol  məhlulu  işlədilir.  Amöbiazın  pro-

filaktikasında sudan səmərəli surətdə istifadə edilməyə (su mən-

bə lərinin  nəcislə  çirklənmədən  qorunması),  ictimai  qidalanma 

m  ü    əs   sisələrində, uşaq müəssisələrində və su kəməri şəbəkəsinin 

fəh  lələri arasında xəstələrin və törədicigəzdirənlərin aşkar edil-

məsinə böyük diqqət verilir. Şəxsi gigiyena qaydalarının göz lə-

nilməsi vacibdir, bu zaman tərəvəz və meyvələrin isti su ilə y u-

yul masına ciddi yanaşmaq lazımdır. Kiçik çaylardan, arxlardan 

və digər açıq su mənbələrindən su içmək olmaz.

 



662

Qamçılılar sinfi

Qamçılıların fərqləndirici xüsusiyyəti bir və ya bir neçə qam-

çının olmasıdır. Qamçılıların bədənində xüsusi orqanoid – kine-

toplast  vardır.  Onun  funksiyası  qamçının  hərəkət  etməsi  üçün 

enerji hasil etməkdir. Bəzi növlərdə qamçılardan biri bədən b o-

yunca keçir və onunla nazik arakəsmə vasitəsilə birləşərək dal-

ğaşəkilli  membran  əmələ  gətirir.  Bu  membran  ibtidainin  h ə rə-

kətini təmin edir.

Adı çəkilən sinfin çoxsaylı növləri arasında insan üçün daha 

patogen  əhəmiyyətə  malik  olanlar  leyşmaniya  və  tripanoso ma-

lardır. Onlar insana qansoran keçiricilər vasitəsilə ötürülür. Digər 

nümayəndəsi lyambliyalar bağırsaqda, trixomonadların müx   təlif 

növləri bağırsaqda, ağız boşluğunda və sidik cinsiyyət orqanla-

rında yaşayır. Bu ibtidailər çox geniş yayılmışdır.



Leyşmaniozlar

İnsan üçün leyşmaniyaların bir neçə növü patogendir. Leish-



maniyatropica– antroponoz (şəhər) dəri leşmanio zunu, Leish-

mania macor  –  zoonoz  (səhra)  dəri  leyşmaniozunu  törədir. 

Leishmaniabraziliensis – cənubi Amerikada rast gəlinir və dəri-

selikli qişa (amerika) leyşmaniozunu törədir. Leishmaniadono-



vani  –  visseral,  daxili  (hind,  kala-azar)  leyşmaniozunu  törədir. 

Leishmaniainfantum – visseral (Aralıq dənizi) leyşmaniozunun 

törədicisidir.

Azərbaycanda leyşmaniyaların 2 növünə rast gəlinir: Leish-

mania tropica və Leishmania donovani.

Leyşmaniyalar 2 inkişaf mərhələsi keçirlər: qamçısız və qam-

çılı. Qamçısız  forma  ovalşəkillidir,  nüvəsi  dairəvi  olub,  h ü cey-

rənin 1/3- ni tutur. Onurğalı sahibin (insan, it, gəmiricilər) b ə də-

nində  rast  gəlinir,  makrofaqlarda,  sümük  iliyi,  dalaq,  qar a ci yər 

h ü  ceyrələrində hüceyrə daxilində parazitlik edirlər. Bir zədə lən-

miş hüceyrə daxilində onlarla leyşmaniya ola bilər. Sadə b ö lün-

 mə yolu ilə çoxalır.

Qamçılı forma hərəkətlidir. Onurğasız sahiblərdə – (mığmı-

ğalarda) hünülərdə və qidalı mühitlərdə inkişaf edirlər.



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə