705
uyğun operativ plan tərtib edir. Bu planlar müəssisənin rəhbəri
tərə findən təsdiq edilir və GEM-lə razılaşdırılır. GEM bütün k a-
rantin tədbirlərinin təşkil edilməsi və aparılmasını həyata keçir-
mə yə məsuldur.
Bəzi hallarda qrupşəkilli və təkrari xəstəliklər zamanı müvafiq
ölkənin icra orqanları və ya səhiyyə orqanlarının təqdimatına əsa-
sən karantin – əksepidemik, gigiyenik və inzibati tədbirlər komp-
leksi qoyulur ki, bu da infeksiyanın ocaqdan kənara çıxmasınını
qarşısını alır. Bu qərar SN ilə razılaşdırılır.
Karantin qoyulan andan əksepidemik, müalicə işinə rəh bər-
lik və bütün fəaliyyət növlərinin təşkili müvəqqəti fəa liy yət gös-
tə rən orqana – Sanitar Əksepidemik Komissiyaya (SƏK) verilir.
SƏK-nın vəzifələri müxtəlifdir. Bunlara təşkilati tədbirlər, əks -
epidemik və müalicə işi daxildir. Bundan başqa, karantin z o na-
sından çıxan bütün nəqliyyat magistrallarında müvəqqəti san i tar-
nəzarət və nəzarət-buraxılış postları təşkil olunur. Onları DİN
o r qanları ilə birlikdə yerli səhiyyə orqanları, Rabitə Nazirliyinin,
mülki aviasiyanın tabeçiliyində olan tibb müəs sisələri yaradırlar.
Epidemik ocaqda SƏK tərəfindən təşkil olunan
epidemiya əleyhinə tədbirlər
İşin
məzmu nu
Görüləcək tədbirlər, icraçıları
Təşkilati iş
Nəqliyyat vasitələrinin, qüvvə və vəsaitlərin mobilizasiyası
Əraziyə giriş və çıxışın məhdudlaşdırılması (müs təsna hal larda)
Karantin zonasından gedən şəxslər üçün obser vatorların təşkili
–İcraçı: SƏK
Yüklərə, əşyalara və poçt göndərişlərinə qarşı sanitar tə ləblərin
gözlənilməsi – İcraçılar: bey nəl xalq daşınmaları hə yata keçi rən
idarələr və nazirliklər (rabitə, nəqliyyat, dəniz və çay do nan ması,
mülki aviasiya)
İnfeksiyanın yayılmasının qarşısını alan, ocaqdan kə nara qi da
məhsullarının və xammalın ema lı, realiza siyası və da şınması ş ə-
raitinin tə min olunması – İcraçılar: yeyinti səna yesi, balıq tə sə-
rrüfatı, ticarət və s. nazirliklərin müəs sisələri
706
Sani
tar
-gigi
yenik
iş
Əhalinin keyfiyyətli içməli su ilə təmin olunması, çirkab sula rı-
nın zərərsizləşdirilməsi – İcraçılar: kommunal təsərrüfatı və di gər
idarələrin müəssisələri
Əksepidemik rejimin sanitar-gigiyenik norma və qay dalarının
gözlənilməsi – İcraçılar: bütün müəssisələr, təşkilatlar, ayrı-ayrı
şəxslər
Əksepidemik iş
Xəstələrin (şübhəli şəxslərin) aktiv aşkar lan ması, hos pi ta li za si-
ya sı və müalicəsi
Xəstələrlə təmasda olan şəxslərin aşkarlanması, onların müşa hi-
dəyə götürülməsi, müayinəsi, izol yasiyası (göstə rişə əsasən), pro-
filaktik müalicəsi
Epidemik ocaqdan gedən sağlam şəxslərin observa torlarda m ü-
şa hidəyə götürülməsi
Dezinfeksiya, dezinseksiya, deratizasiya– İcraçıları: əra zi və i d a-
rə tibb müəssisələri
Məhdudlaşdırıcı
tədbirlər
Epidemik ocaqda obyektlərin (hospitallar, morq lar, laboratori-
yalar, izolyatorlar) müha fizəsi – İcraçıları: milis orqanları
Karantin zonasının xaricdən sərhədlənməsi – İcraçılar: Silahlı
Qüvvələr
Bütün əksepidemik tədbirlər yoluxucu xəstəlik ocağının ləğv
edilməsinə qədər aparılır. Karantinin götürülməsi icra orqan larının
rəyi, dövlət subyektlərinin qərarı ilə həyata keçirilir. Bu q ə rar s ə-
hiyyə orqanlarının təqdimatı əsasında qəbul olunur.
Taunun ölkə ərazisinə gətirilməsinin qarşısının alınması
üzrə xüsusi tələblər
Qüvvədə olan Beynəlxalq tibbi-sanitar qaydalara əsasən, taun
zamanı inkubasiya dövrü 6 gün təyin olunmuşdur.
Beynəlxalq daşınmaları təmin edən nəqliyyat vasitələrinin s a-
hibləri tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq
nəq liyyat vasitələrini onlara gəmiricilərin düşməsinin qarşısının
alın ması və onların ektoparazitlərinin məhv edilməsi üçün lazımi
v a si tələrlə təmin etməlidir.
707
Dəniz (çay) gəmiləri gəmiricilərdən və taunun keçirici lə rin-
dən azad olmalıdır, əks halda onlar aşkar edildikdə göstərişlərə
əsasən deratizasiya aparılır və bu haqda müvafiq şəhadətnamə v e-
rilir (deratizasiyadan azad olma və ya aparılmış deratizasiya haq -
qında şəhadətnamə) ki, o yalnız gəmilərin deratizasiyanı aparmaq
üçün lazımi avadanlıqla təchiz olunmuş və xüsusi kurs keçmiş
heyəti olan limanlarda verilir.
Belə şəhadətnamə verməyə səlahiyyəti olan dəniz və çay
limanlarında Dövlət sanepidemioloji nəzarət mərkəzləri yalnız
g ə mi nin gəmiricilərdən azad olduğunu təyin etdikdən sonra verə
bilər. Bu şəhadətnamə o zaman verilir ki, gəminin müayinəsi a n-
bar boş olduqda, həmçinin yalnız tarazlığı saxlamaq üçün yük lə
və ya gəmiriciləri cəlb edən materialla dolu olduqda aparılmışdır.
Gəmini müayinə etdikdə gəmiricilər və ya onların hə yat f ə-
aliyyətinin izləri aşkar edilibsə, onda gəminin sahibi Dövlət
sanepidemioloji mərkəzlərin vəzifəli şəxslərinin nəzarəti altında
deratizasiya həyata keçirməyə borcludur.
Gəminin deratizasiyası anbarlar boşaldıqdan sonra (istisna
ola raq yükü boşaltmaq mümkün olmadıqda da) aparılır. Dera ti-
za siya başa çatdıqdan sonra Dövlət sanepidemioloji mərkəzləri
(x a rici ölkələrdə – limanın sanitar rəhbərliyi) deratizasiya haq-
qında şəhadətnamə verir.
Göstərilən tədbirlər həmçinin gəmiricilər və onların həyat
fəaliyyətinin izləri aşkar edildikdə hava, dəmiryol və avtomobil
nəq liyyatı, lixter və konteynerlərdə aparılır. Deratizasiyadan azad
olmaq və ya onun aparılması haqqında şəhadətnamə 6 ay ə r zində
etibarlıdır. Ağciyər taunu ilə xəstəlik halları qeydə alınmış ölkə-
dən beynəlxalq reyslərə göndərişlər olduqda hər nəqliyyat vasi tə-
si nə daxil olmuş hər bir şəxs 6 gün ərzində tibbi müşa hi də yə g ö-
tü rülür.
Gəmi, təyyarə, dəmiryolu qatarı və ya avtomobil nəqliy ya tın da
taunla xəstə şəxs olarsa, o, yoluxmuş sayılır.
Nəqliyyat vasitəsi dayanacağa gəldikdə aşağıdakı hallarda ta-
unlayoluxmayaşübhəli hesab edilir:
– əgər taunla xəstə yoxdur, lakin sərnişinlər və ya heyət ara-
sında əvvəlki 6 gün ərzində xəstəlik baş vermişdirsə;
Dostları ilə paylaş: |