Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə231/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   226   227   228   229   230   231   232   233   234

705

uyğun operativ plan tərtib edir. Bu planlar müəssisənin rəhbəri 

tərə findən təsdiq edilir və GEM-lə razılaşdırılır. GEM bütün k a-

rantin tədbirlərinin təşkil edilməsi və aparılmasını həyata keçir-

mə yə məsuldur. 

Bəzi hallarda qrupşəkilli və təkrari xəstəliklər zamanı müvafiq 

ölkənin icra orqanları və ya səhiyyə orqanlarının təqdimatına əsa-

sən karantin – əksepidemik, gigiyenik və inzibati tədbirlər komp-

leksi qoyulur ki, bu da infeksiyanın ocaqdan kənara çıxmasınını 

qarşısını alır. Bu qərar SN ilə razılaşdırılır.

Karantin qoyulan andan əksepidemik, müalicə işinə rəh bər-

lik və bütün fəaliyyət növlərinin təşkili müvəqqəti fəa liy yət gös-

tə rən orqana – Sanitar Əksepidemik Komissiyaya (SƏK) verilir.

SƏK-nın vəzifələri müxtəlifdir. Bunlara təşkilati tədbirlər, əks -

epidemik  və  müalicə  işi  daxildir.  Bundan  başqa,  karantin  z o na-

sından çıxan bütün nəqliyyat magistrallarında müvəqqəti san i tar-

nəzarət  və  nəzarət-buraxılış  postları  təşkil  olunur.  Onları  DİN 

o r qanları ilə birlikdə yerli səhiyyə orqanları, Rabitə Nazirliyinin, 

mülki aviasiyanın tabeçiliyində olan tibb müəs sisələri yaradırlar. 

Epidemik ocaqda SƏK tərəfindən təşkil olunan 

epidemiya əleyhinə tədbirlər

İşin


məzmu nu

Görüləcək tədbirlər, icraçıları

Təşkilati iş

Nəqliyyat vasitələrinin, qüvvə və vəsaitlərin mobilizasiyası

Əraziyə giriş və çıxışın məhdudlaşdırılması (müs təsna hal larda)

Karantin zonasından gedən şəxslər üçün obser vatorların təşkili 

İcraçı: SƏK

Yüklərə, əşyalara və poçt göndərişlərinə qarşı sanitar tə ləblərin 

gözlənilməsi – İcraçılar: bey nəl xalq daşınmaları hə yata keçi rən 

idarələr və nazirliklər (rabitə, nəqliyyat, dəniz və çay do nan ması, 

mülki aviasiya)

İnfeksiyanın  yayılmasının  qarşısını  alan,  ocaqdan  kə nara  qi da 

məhsullarının və xammalın ema  lı, realiza siyası və da şınması ş ə-

raitinin tə min olunması – İcraçılar: yeyinti səna yesi, balıq tə  sə-

rrüfatı, ticarət və s. nazirliklərin müəs sisələri 



706

Sani


 tar

-gigi


 yenik 

Əhalinin keyfiyyətli içməli su ilə təmin olunması, çirkab sula rı-



nın zərərsizləşdirilməsi – İcraçılar: kommunal təsərrüfatı və di gər 

idarələrin müəssisələri

Əksepidemik  rejimin  sanitar-gigiyenik  norma  və  qay dalarının 

gözlənilməsi – İcraçılar: bütün müəssisələr, təşkilatlar, ayrı-ayrı 

şəxslər

Əksepidemik iş



Xəstələrin (şübhəli şəxslərin) aktiv aşkar lan ması, hos pi ta li za si-

ya sı və müalicəsi

Xəstələrlə təmasda olan şəxslərin aşkarlanması, onların müşa hi-

dəyə götürülməsi, müayinəsi, izol  yasiyası (göstə rişə əsasən), pro-

filaktik müalicəsi

Epidemik ocaqdan gedən sağlam şəxslərin observa torlarda m ü-

şa   hidəyə götürülməsi

Dezinfeksiya, dezinseksiya, deratizasiya– İcraçıları: əra zi və i d a-

tibb müəssisələri 

Məhdudlaşdırıcı 

tədbirlər

Epidemik ocaqda obyektlərin (hospitallar, morq  lar, laboratori-

yalar, izolyatorlar) müha fizəsi – İcraçıları: milis orqanları

Karantin zonasının xaricdən sərhədlənməsi – İcraçılar: Silahlı 

Qüvvələr

Bütün əksepidemik tədbirlər yoluxucu xəstəlik ocağının ləğv 

edilməsinə qədər aparılır. Karantinin götürülməsi icra orqan larının 

rəyi, dövlət subyektlərinin qərarı ilə həyata keçirilir. Bu q ə rar s ə-

hiyyə orqanlarının təqdimatı əsasında qəbul olunur.

Taunun  ölkə  ərazisinə  gətirilməsinin  qarşısının  alınması 

üzrə xüsusi tələblər

Qüvvədə olan Beynəlxalq tibbi-sanitar qaydalara əsasən, taun 

zamanı inkubasiya dövrü 6 gün təyin olunmuşdur.

Beynəlxalq daşınmaları təmin edən nəqliyyat vasitələrinin s a-

hibləri tabeçiliyindən və mülkiyyət formasından asılı olmayaraq 

nəq liyyat vasitələrini onlara gəmiricilərin düşməsinin qarşısının 

alın ması və onların ektoparazitlərinin məhv edilməsi üçün lazımi 

v a si tələrlə təmin etməlidir.




707

Dəniz  (çay)  gəmiləri  gəmiricilərdən  və  taunun  keçirici lə rin-

dən  azad  olmalıdır,  əks  halda  onlar  aşkar  edildikdə  göstərişlərə 

əsasən deratizasiya aparılır və bu haqda müvafiq şəhadətnamə v e-

rilir (deratizasiyadan azad olma və ya aparılmış deratizasiya haq -

qında şəhadətnamə) ki, o yalnız gəmilərin deratizasiyanı aparmaq 

üçün  lazımi  avadanlıqla  təchiz  olunmuş  və  xüsusi  kurs  keçmiş 

heyəti olan limanlarda verilir.

Belə  şəhadətnamə  verməyə  səlahiyyəti  olan  dəniz  və  çay 

limanlarında  Dövlət  sanepidemioloji  nəzarət  mərkəzləri  yalnız 

g ə mi nin gəmiricilərdən azad olduğunu təyin etdikdən sonra verə 

bilər. Bu şəhadətnamə o zaman verilir ki, gəminin müayinəsi a n-

bar boş olduqda, həmçinin yalnız tarazlığı saxlamaq üçün yük lə 

və ya gəmiriciləri cəlb edən materialla dolu olduqda aparılmışdır. 

Gəmini  müayinə  etdikdə  gəmiricilər  və  ya  onların  hə yat  f ə-

aliyyətinin  izləri  aşkar  edilibsə,  onda  gəminin  sahibi  Dövlət 

sanepidemioloji mərkəzlərin vəzifəli şəxslərinin nəzarəti altında 

deratizasiya həyata keçirməyə borcludur.

Gəminin  deratizasiyası  anbarlar  boşaldıqdan  sonra  (istisna 

ola raq yükü boşaltmaq mümkün olmadıqda da) aparılır. Dera ti-

za siya başa çatdıqdan sonra Dövlət sanepidemioloji mərkəzləri 

(x a rici ölkələrdə – limanın sanitar rəhbərliyi) deratizasiya haq-

qında şəhadətnamə verir.

Göstərilən  tədbirlər  həmçinin  gəmiricilər  və  onların  həyat 

fəaliyyətinin izləri aşkar edildikdə hava, dəmiryol və avtomobil 

nəq  liyyatı, lixter və konteynerlərdə aparılır. Deratizasiyadan azad 

olmaq və ya onun aparılması haqqında şəhadətnamə 6 ay ə r  zində 

etibarlıdır. Ağciyər taunu ilə xəstəlik halları qeydə alınmış ölkə-

dən beynəlxalq reyslərə göndərişlər olduqda hər nəqliyyat vasi tə-

si nə daxil olmuş hər bir şəxs 6 gün ərzində tibbi müşa hi də yə g ö-

tü rülür.

Gəmi, təyyarə, dəmiryolu qatarı və ya avtomobil nəqliy ya tın da 

taunla xəstə şəxs olarsa, o, yoluxmuş sayılır.

Nəqliyyat vasitəsi dayanacağa gəldikdə aşağıdakı hallarda ta-



unlayoluxmayaşübhəli hesab edilir:

– əgər taunla xəstə yoxdur, lakin sərnişinlər və ya heyət ara-

sında əvvəlki 6 gün ərzində xəstəlik baş vermişdirsə;



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə