Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə229/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   226   227   228   229   230   231   232   233   234

699

metodlar işlədilir. Fenotipik metodla mikroorqanizmlərin genlə-

rinin ekspressiyası, genotipik metodla – DNT-nin strukturu təyin 

edilir.


Xəstəxanadaxili infeksiyaların qarşısının alınması və onlarla 

mübarizə məqsədilə xüsusi tədbirlər sistemi işlənir, onların ara-

sında  sanitar-gigiyenik  tədbirlərə  mühüm  yer  ayrılır.  Bunların 

içəri sində xəstəxanalar üzərində sanitar nəzarətin aparılması, x ü-

su silə  qida  blokunun,  məhsulların  daşınmasını  yerinə  yetirən 

nəqliyyatın  sanitar-texniki  vəziyyəti,  inventarın  və  qabların  sax-

lan  ması, qidanın hazırlanması texnologiyasının gözlənilməsi, onun 

realizasiyası müddətlərinin, qabların yuyulması, dezinfek siya qay-

dalarının gözlənilməsi vacibdir.

Hospital infeksiyanın profilaktikasının komponenti tibb alət-

ləri  –  onun  zərərsizləşdirilməsinin  keyfiyyəti  üzərində  daimi 

nəzarətin aparılmasıdır. Birdəfəlik alətlərin istifadəsi zamanı yo -

luxma təhlükəsi minimaldır, lakin dəfələrlə işlədilən alətlərin tət-

biqi onların ciddi zərərsizləşdirilməsinə və nəzarətə məcbur edir.

Xəstəxanadaxili infeksiyaların profilaktikasının təşkilində m ü-

hüm  cəhət  epidemioloji  şəraitin  daima  fəaliyyətdə  olan  monito-

rinqi sistemidir. Hospital infeksiya üzərində epidnəzarətə xəstə-

lik lərin  qeydiyyatı,  etioloji  strukturun  açıqlanması,  patogen  və 

qeyri-patogen  mikroorqanizmlərin  dövr  etməsinin  öyrənil mə si 

daxildir.  Buraya  tibb  heyətinin  sağlamlığı  üzərində  nəzarət  də 

daxildir.  Əməliyyat  kabinetində  əksepidemik  tədbirlərin  aparıl-

ma

 



sına  da  xüsusi  diqqət  verilir.  Tibb  heyətinin  paltarı,  rezin 

əlcəklər, stenofonendoskop, eynəklər və digər ləvazimatlar qan 

və ya ifrazatlarla çirkləndikdə dezinfeksiya aparılır. Əllər dezin -

feksiya vasitələri (məsələn, 2%-li hidrogen peroksid məhlulu və 

70

0

 etil spirti) ilə səylə işlənir, gözlər su şırnağı ilə y u yulur, sonra 



1% gümüş-nitrat məhlulu (albusid) damızdırılır, ağız, burun 70

0

 



etil spirti ilə işlənir və ya 0,05%-li kalium-permanqanat məhlulu 

ilə yaxalanır.

Müasir  dövrdə  İİV-nin  xəstəxanadaxili  yoluxmalarının  pro fi-

laktikası  akutal  problem  sayılır.  Əgər  xəstəxanadaxili  infeksiya 

aşkar edilmişsə, onda həmin pasiyent üçün infeksiya mənbəyi kimi 

xidmət edən şəxs tapılmalıdır. Xəstəlik halları o zaman xəstə xa-




700

na daxili  infeksiya  sayılır  ki,  İİV-infeksiya  diaqnozu  pasiyentdə 

(stasionardan kənarda İİV-infeksiya ilə yoluxmanın risk amil lə-

ri nə malik olmayan) hospitallaşdırma anından etibarən 1-1,5 ay 

(minimal seroneqativ dövrün davametmə müddəti) tez olmaya-

raq qoyulur. Xəstəxanadaxili şəraitdə İİV-infeksiya ilə yoluxma 

riskinə malik şəxslərin aşkar edilməsi üçün təmasda olanlar m ü-

əy yən edilir, onlar İİV qarşı anticisimlərin tapılmasına görə m ü-

ayinə olunurlar. Xəstələr arasında parenteral əməliy yatlar yerinə 

yetirən və ya İİV-yoluxmuşların bioloji substrat larının müayi nə-

si ni  aparan  tibb  heyəti,  həmçinin  İİV-yoluxmuş  şəxsdə  olduğu 

kimi,  həmin  gündə  və  eyni  yerdə  eyni  parenteral  müdaxilələrə 

məruz qalan pasiyentlə təmasda olan şəxslər sayılırlar. Təmasda 

olanlarda İİV qarşı anticisimlərin aşkar lanmasına görə İFA m e-

todu ilə müayinələrin aparılmasının təkrarlığı İİV-infeksiyalı p a-

si yentin  aşkarlanmasının  vaxtından  asılıdır.  Bütün  hallarda  t ə-

masda olanlar üzərində müşahidə İİV-infeksiyalı şəxslərin təcrid 

edilməsi anından etibarən 1 il ərzində qoyulur. Tibb heyəti ara-

sında  İİV-infeksiyanın  təcili  profilaktikası  göstərişlər  olduqda 

təyin edilir.



Karantin xəstəlikləri, onların ölkə ərazisinə gətirilməsinin 

və yayılmasının qarşısının alınması üzrə ərazinin sanitariya 

mühafizəsi 

Ticarətin inkişafı, dəniz, dəmiryol və başqa nəqliyyat vasi tə-

lə rinin  meydana  gəlməsi,  müxtəlif  ölkələr  arasında  əla qə lə rin 

artması bütün dünyada epidemioloji vəziyyətin gərgin ləş məsinə 

səbəb  olurdu.  Müxtəlif  yoluxucu  xəstəliklərin  pandemik  y a yıl-

ması  təhlükəsini  törədirdi.  Ona  görə  də  belə  xəs tə liklərə  qarşı 

bey nəlxalq  sanitariya  qaydalarının  müəy yən ləş dirilməsi  fikri  y a-

ran dı ki, o da tibb sahəsində müasir bey nəl xalq əlaqələrə gətirib 

çıxartdı.

Dövlətlərarası epidemiyaəleyhinə mübarizə tədbirlərinin h a-

zı r lanmasında ilk addım İskəndəriyyə (1831), İstanbul (1839) və 

Teh ran (1867) sanitariya şuralarının yaranması ilə atıldı. Bu ş u-

raların məqsədi vəbanın Asiya ocaqlarından ziyarətçilər vasitə-



701

si lə Avropaya keçməsinin qarşısını almaq idi. XIX əsrin ortala-

rında  epidemiyalardan  qorunmaq  üçün  beynəlxalq  tədbirlərin 

hazırlanması üçün zəmin yarandı, iri kapitalist dövlətləri bu m ə-

sələni həll etmək üçün beynəlxalq sanitariya konfranslarının çağı-

rılması q ə ra rına gəldilər.

İlk belə konfrans Fransa hökumətinin təşəbbüsü ilə 1851-ci 

ildə Parisdə çağırıldı. Onun məqsədi beynəlxalq ticarətə maneçi-

lik törədən arasıkəsilməz vəba epidemiyalarına qarşı milli karan-

tin siyasətində dəyişiklik etməkdən ibarət idi. Sonralar – İkinci 

Dünya  müharibəsinə  qədər  vəba,  taun,  sarı  qızdırma,  çiçək  və 

səpgili yatalağa qarşı mübarizə və profilaktika tədbirləri üzrə bey-

nəlxalq qaydaların işlənib hazırlanmasına həsr olunmuş 13 bey-

nəl xalq sanitariya konfransı keçirilmişdir.

Venesiyada 1892-ci ildə keçirilmiş konfransda vəbaya qarşı 

d ə niz karantini qaydalarını tənzim edən ilk müqavilə bağlandı.

1903-cü  ildə  Parisdə  keçirilmiş  XI  konfransda  toplanmış 

elmi məlumatlara əsaslanaraq taun, vəba və sarı qızdırmanın g ə-

ti rilməsinin və yayılmasının qarşısını almaq üçün 184 maddədən 

ibarət beynəlxalq sanitariya konvensiyası imzalandı.

XIII  Paris  sanitariya  konfransı  (1926)  ümumdünya  miqya-

sında istifadə edilmək üçün yeni beynəlxalq sanitariya konvensi-

yasını qəbul etdi. Burada təkcə taun, vəba və sarı qızdırma deyil, 

t ə bii çiçək və səpgili yatalağa qarşı mübarizə tədbirlərinin də h ə-

yata keçirilməsi nəzərdə tutulurdu. XIII konfransın işində MDB 

nümayəndəsi vəba və təbii çiçəyin spesifik profilaktikası və sər-

həd sanitariya qaydaları haqqında təkliflər verdi. Müasir bey nəl-

xalq səhiyyə – sanitariya qaydaları 1973-cü ildə beynəlxalq tibb 

assambleyasında qəbul edilərək 1974-cü ilin yanvarında qüvvəyə 

mindi.


Bu qaydalarda vəba (El-Tor daxil olmaqla), təbii çiçək, taun, 

sarı qızdırmaya qarşı tədbirlər nəzərdə tutulmuşdu. Həmin xəs-

tə liklərə 1971-ci ilə qədər karantin xəstəlikləri deyilirdi, hazırda 

isə  beynəlxalq  sanitariya  qaydalarının  təmsil  etdiyi  xəstəliklər 

ad lanır. Səpgili və qayıdan yatalaqlar bu xəstəliklər sırasından ç ı-

xa rılaraq, poliomielit, qrip və malyariya ilə birlikdə Ümumdünya 

Səhiyyə Təşkilatının epidemioloji nəzarətində olan xəstəliklər q ru-

puna daxil edilib.




Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə