Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə232/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   226   227   228   229   230   231   232   233   234

708

– naməlum etiologiyadan gəmiricilərin ölməsi faktı aşkar edil-

dikdə;

– taunun enzootik ocağından gələn nəqliyyat vasitəsində gəmi-



ricilər aşkar edildikdə;

– əgər sərnişinlər və ya heyət arasında ağciyər taunu ilə y o lux -

 ma təhlükəsinə məruz qalmış, lakin heyətin digər üzvlərindən və 

sərnişinlərdən izolyasiya olunmamış şəxs varsa. 

Gəmidə reys zamanı aşkar edilmiş taunla xəstə (şübhəli) şəxs 

gəminin izolyatorunda yaxın limana çatana qədər təcili hospita-

lizasiya edilir.

Xəstəyə kompleks terapiya, patogenetik və simptomatik tera-

piya aparılır. Etiotrop terapiya aparmazdan əvvəl xəstədən bakte-

rioloji müayinə üçün material (bəlğəm, burun-udlaqdan yaxma, 

imkan varsa – qan və bubonun punktatı) götürülür və steril, her-

metik  bağlanan  qablara  yerləşdirilir  ki,  limana  çatana  qədər  o, 

soyuducuda saxlanır, limanda taun törədicisini aşkar etmək üçün 

laborator müayinələr aparılır.

Xəstə ilə təmasda olanlar üzərində 6 gün ərzində xəstəlik əla-

mətləri  (38

0

C  və  yuxarı  temperatur,  intoksikasiya,  limfadenit, 



pnev moniya) olan şəxsləri erkən aktiv aşkarlamaq məqsədilə tib bi 

müşahidə  qoyulur.  Epidemioloji  göstərişlərə  əsasən  xəstə  ilə  t ə-

ma s da olan şəxslərə antibiotiklərlə təcili profilaktika aparılır. G ə-

midə dezinfeksiya, gəmiricilər aşkar edildikdə isə deratizasiya və 

dezinseksiya  aparırlar.  Ölmüş  gəmiricilərin  cəsədlərini  bakterio-

loji müayinə üçün soyuducuda saxlayırlar. 



Taunlayoluxmayaşübhəli gəmi, təyyarə, dəmiryol qatarı və 

a v to nəqliyyat vasitəsi ölkə ərazisinə gəldikdə aşağıdakı tədbirlər 

həyata keçirilir:

– nəqliyyat vasitəsi sanitar körpüyə, dayanacağa, dalana apa-

rılır;

– sərnişinlər və heyət üzvləri üzərində ölkə ərazisinə gəlmə 



anından  6  gün  ərzində  tibbi  müşahidə  qoyulur  və  epidemioloji 

gös tərişlərə əsasən təcili profilaktika aparılır;

– yoluxmuş hesab edilən nəqliyyat vasitəsinin müxtəlif his-

sə  lərinin və əşyaların dezinfeksiyası və dezinseksiyası, gəmi rici-

lər aşkar edildikdə isə deratizasiyası həyata keçirilir.



709

 Taunlayoluxmuş hesab edilən istənilən nəqliyyat vasitəsi öl kə 

ərazisinə gəldikdə aşağıdakı tədbirlər həyat keçirilir:

– nəqliyyat vasitəsi sanitar körpüyə, dayanacağa, dalana apa-

rılır;

–  1.2.011.94-cü  il  Sanitar  qaydaların  (SQ)  tələblərinə  (“I-II 



qrup  patogen  mikroorqanizmlərlə  işin  təhlükəsizliyi”)  mü vafiq 

ola raq əksepidemik rejim gözlənilməklə xəstə mütləq hospitaliza-

siya olunur;

– xəstə (şübhəli) şəxslə təmasda olan heyətin üzvləri və sə r-

ni şinlər gəlmə anından (gəmilər üçün – reysdə xəstənin izolyasi-

yası anından) 6 gün ərzində izolyasiya olunur və təcili profilak-

tika aparılır;

–  yoluxmuş  hesab  edilən  nəqliyyat  vasitəsinin  hissələri  və 

əş yalar, o cümlədən xəstə (şübhəli) şəxsin və xəstə ilə təmasda 

olanın yükü, yataq dəsti və paltarı dezinfeksiya (lazım gəldikdə 

d e  zinseksiya); gəmiricilər aşkar edildikdə deratizasiya edilir.

Vəbanın  ölkə  ərazisinə  gətirilməsinin  qarşısının  alınması 

üzrə xüsusi tələblər. Qüvvədə olan Beynəlxalq tibbi-sanitar qay-

dalara  əsasən,  vəba  zamanı  inkubasiya  dövrü  5  gün  təyin  olun-

muşdur.

Reysdə yoluxmuş ərazilərdən gələn nəqliyyat vasitəsinin sər-



ni şinləri və heyət üzvləri arasında vəba əlamətləri (diareya, qus-

ma)  olan  xəstə  aşkar  edildikdə  nəqliyyat  vasitəsinin  rəh bər liyi 

istənilən  ölkənin  yaxınlıqdakı  limanın,  aeroportun,  stansiyanın 

sanitar  rəh bərliyinə  xəstə  haqqında  xəbərdarlıq  etməli  və  onun 

hos pitaliza siya sına icazə almalıdır. 

Reysdə vəba ilə xəstə (şübhəli) şəxs aşkar edildikdə xəstə l i-

ma na çatana qədər gəmi izolyatorunda hospitalizasiya olunur və 

t ə cili patogenetik etiotrop terapiya aparılır. Etiotrop terapiyadan 

əv vəl gəmi həkimi bakterioloji müayinə üçün nəcis və qusuntu 

küt lə lə rin dən nümunələr götürür və bu nümunələr limana çatana 

qədər içə ri sin də 2%-li xörək duzu məhlulu olan hermetik bağlı 

bankalarda sax lanır. Vəba ilə xəstələrlə təmasda olanlar üzərində 

xəs tə li yin  əla mət lərini  aktiv  aşkar  etmək  məqsədilə  tibbi  m ü-

şahidə qoyulur, açıq-aydın yoluxma riski olduqda isə anti bi o tik-

lərlə təcili pro filaktika aparılır. 



710

Vəba ilə xəstə (şübhəli) şəxs aşkar edilmiş nəqliyyat vasitəsi 

ölkə ərazisinə gəldikdə aşağıdakı tədbirlər həyata keçirilir:

– nəqliyyat vasitəsi sanitar körpüyə, dayanacağa, dalana apa-

rılır;

– əksepidemik rejim gözlənilməklə xəstə mütləq hospita li za-



si ya olunur;

– sərnişinlər və heyət üzvləri izolyasiya olunur (yoluxma riski 

nəzərə alınmaqla epidemioloji göstərişlərə əsasən) və ya xəs təliyin 

inkubasiya dövrü ərzində onlar tibbi müşahidəyə götürülürlər;

– epidemioloji göstərişlərə əsasən vətəndaşların bakterioloji 

müayinəsi və profilaktik müalicəsi aparılır;

– nəqliyyat vasitəsinin, həmçinin qida məhsullarının emalı və 

saxlanması üçün avadanlığın, tullantıların, qida qalıq la rı nın, xəs tə-

nin ifrazatlarının və ona qulluq əşyalarının, çirkab sularının və eks-

krementlərin dezinfeksiyası həyata keçirilir.

Reys  zamanı  və  limana  gəldikdə  xəstənin  ifrazatlarının  və 

o n lara qulluq əşyalarının, çirkab sularının, tullantıların, qida q a-

lıq  larının, ekskrementlərin zərərsizləşdirilmədən üzmə rayo nun-

dan asılı olmayaraq axıdılması qadağan edilir. Reys zamanı həm-

çinin  su  ehtiyatı,  qida  məhsullarının  emalı  və  saxlanması  üçün 

avadanlıq da zərərsizləşdirilməlidir.

Vəba ilə xəstə aşkar olunmuş nəqliyyat vasitəsində gələn x a-

rici  vətəndaşlarda  nəcis  və  qusuntu  kütlələri  bakterioloji  müa-

yi nə üçün mütləq qaydada yalnız diareya və qusma olduqda g ö-

tü rülür:  bu  zaman  onların  düz  bağırsağından  materialın  g ö tü-

rülməsi üçün razılıq tələb etməyə icazə verilmir.

Reys zamanı vəba ilə xəstəlik hadisəsi aşkar edilən nəqliyyat 

vasitəsinin yükünə daxil olan qida məhsulları epidemioloji gös-

tə riş zamanı yalnız bu yük ölkə ərazisində istifadə üçün nəzərdə 

tu tul duqda bakterioloji müayinəyə məruz qalır. Yuxarıda gös tə-

rilən tələblər yerinə yetirildikdən sonra nəqliyyat vasitəsi öz h ə-

rə kətinə davam edir.

Sarı qızdırmanın ölkə ərazisinə gətirilməsinin qarşısının 

alınması üzrə xüsusi tələblər. Qüvvədə olan Beynəlxalq tibbi-

sanitar qaydalara əsasən, sarı qızdırma zamanı inkubasiya dövrü 

6 gün təyin olunmuşdur.



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə