Az rbaycan Respublikas t hsil Nazirliyinin



Yüklə 5,13 Mb.
Pdf görüntüsü
səhifə233/234
tarix25.03.2018
ölçüsü5,13 Mb.
#33233
1   ...   226   227   228   229   230   231   232   233   234

711

Nəqliyyat vasitəsində reys zamanı və ölkə ərazisinə gəldikdə 

sarı  qızdırma  ilə  xəstə  (şübhəli)  şəxs  aşkar  edildikdə  sonuncu 

in feksion stasionarda (reys zamanı – ayrı kayutda) hospita li za si ya 

olunur.

Sarı  qızdırmaya  görə  qeyri-sağlam  ölkədən  gələn  hər  hansı 



nəq liyyat vasitəsində dezinseksiyanın aparılmasına dair məlumat 

olmalıdır ki, o da dəniz sanitar bəyannaməsinə və ya hava nəq-

liy yatı vasitəsinin ümumi bəyannaməsinin sanitar hissəsinə qeyd 

olunmalıdır.  Sarı  qızdırmaya  görə  qeyri-sağlam  ölkədən  gələn 

hava  nəqliyyatı  vasitəsinin  komandirinə  ağcaqanadların  olması 

fak tı məlumdursa, bu zaman nəqliyyat vasitəsində dezinseksiya 

aparılır.

Sarı qızdırmaya qarşı vaksinasiya haqqında şəhadətna mə nin 

o l ması sarı qızdırma ərazisində yerləşmiş istənilən liman və ya 

aeroportdan istifadə edən gəmi və təyyarənin hər bir üzvü üçün 

v a cibdir.  Sarı  qızdırmaya  görə  qeyri-sağlam  ərazilərin  siyahısı 

ÜST tərəfindən müəyyən edilir və məlumat digər ölkələrə yayı-

lır.

Sarı qızdırmaya görə qeyri-sağlam ərazilərə gedən ölkə v ə-



tən daşlarına  peyvənd  məntəqələrində,  müvafiq  tibb  müəssisə-

lərində  profilaktik  vaksinasiyanın  edilməsi  tövsiyə  olunur.  Bu 

z  a  man sarı qızdırmaya qarşı aparılmış vaksinasiya və ya revak-

sinasiya  haqqında  beynəlxalq  şəhadətnamə  verilir.  Bu  sənədin 

o  l  maması  vətəndaşa  ölkədən  çıxmağa  maneçilik  törət mir,  lakin 

həmin  şəxs  Dövlət  sanepidemioloji  xidmətin  məsul  işçisi  tərə-

findən onun sarı qızdırma ilə yoluxma təhlükəsinə məruz qalması 

və  gedəcəyi  yerin  aeroportunda  (limanda)  onun  saxlanılması 

haqqında  xəbərdarlıq  edilir.  Sarı  qızdırmaya  görə  qey ri-sağlam 

ölkələrə  gedən  şəxslərin  qeydiyyatı  jurnalında  pey vənd dən 

imtina barəsində və ona edilən xəbərdarlıq haqqında qeyd edilir 

və o, vətəndaş tərəfindən imzalanır.



Kontagioz virus hemorragik qızdırmaların ölkə ərazisinə 

gətirilməsinin qarşısının alınması üzrə xüsusi tələblər. Qüv-

və də olan Sanitar qaydalara əsasən Lass, Ebol, Marburq virus h e-

mor ragik  qızdırmalarının  inkubasiya  dövrü  21  gün  təyin  olun-

muşdur.



712

Dəniz (çay) nəqliyyat vasitəsində reys zamanı kontagioz virus 

hemorragik qızdırmaları ilə xəstə (şübhəli) şəxs aşkar edil dik də 

aşağıdakı tədbirlər həyata keçirilir:

– xəstə (şübhəli) şəxs söndürülmüş sorucu ventilyasiyası olan 

g ə minin izolyatoruna və ya ayrıca kayuta yerləşdirilir;

–  xəstə  (şübhəli)  şəxslə  bilavasitə  təmasda  olanlar  ayrı  k a-

yut da izolyasiya edilirlər;

– xəstə (şübhəli) şəxslə bilavasitə təmasda olmayanlar ayrıca 

k  a  yutda izolyasiya edilmirlər; onlar üzərində tibbi müşahidə qoyu-

lur və yaşadığı əraziyə gəldikdə yerli səhiyyə orqanları 21 gün ə r-

zində tibbi müşahidəni davam etdirirlər.

Ölkə  ərazisinə  gələn  nəqliyyat  vasitəsində  kontagioz  virus 

h  e  mor ragik qızdırmaları ilə xəstə (şübhəli) şəxs aşkar edildikdə 

dövlət sərhədinin keçid məntəqələrində xəstəni izolyatora (hos-

pi talizasiya üçün briqada gələnə qədər) yerləşdirmək (bu zaman 

otaq hermetik olmalı və sorucu ventilyasiya sistemi sön dürül mə-

li dir) lazımdır.

Kontagioz  virus  hemorragik  qızdırmaları  ilə  xəstə  (şübhəli) 

şəxs  aşkar  edilən  nəqliyyat  vasitəsini  sanitar  körpüyə,  dayana-

cağa, dalana aparırlar.

Kontagioz  virus  hemorragik  qızdırmaları  ilə  xəstə  (şübhəli) 

şəxs aşkar edilən xaricdən gələn istənilən nəqliyyat vasitəsində 

müt ləq yekun dezinfeksiya, dezinseksiya və deratizasiya aparılır.

Kontagioz  virus  hemorragik  qızdırmaları  ilə  xəstə  (şübhəli) 

şəx  sin daşınması 1.2.011.94-cü il Sanitar qaydaların (SQ) tələb-

lə rinə (taunun ağciyər formasında olduğu kimi – “I-II qrup pato-

gen mik ro orqanizmlərlə işin təhlükəsizliyi”) müvafiq olaraq əks-

epi  de mik  rejim  gözlənilməklə,  imkan  varsa  –  alçaq  təzyiqli 

pl a s  t mas boks  larda həyata keçirilir.

Kontagioz  virus  hemorragik  qızdırmaları  ilə  xəstə  (şübhəli) 

şəxs hermetik şərait yaratmaqla və sorucu ventilyasiyası söndü-

rül məklə infeksion stasionarların bokslarına (imkan varsa – al çaq 

təzyiqli plastmas bokslara) hospitalizasiya olunurlar.

Kontagioz  virus  hemorragik  qızdırmaları  ilə  xəstə  (şübhəli) 

şəxslər üçün infeksion stasionarda iş xüsusi hazırlıqlı heyət tərə-

fin dən I tip qoruyucu geyimdə taunun ağciyər formasında olduğu 

kimi  əksepidemik  rejim  gözlənilməklə  (1.2.011.94-cü  il  SQ  – 

“I-II qrup patogen mikroorqanizmlərlə işin təhlükəsizliyi”) apa-

rılır.



713

Ədəbiyyat:

1.  Беляков В.Д., Яфаев Р.Х. Эпидемиология: М.,Мос ква , 

1989, 414с.

2.  Белозеров Е.С., Иоанниди Е.А. Курс эпидемиологии: 

АПП “Джангар”, 2005, 136с.

3.  Васильев К., Шляхов Э. Методы исследования в эпи де-

мио логии: Картя Молдовеняска, 1971, 186с.

4.  Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология: Санкт-Пе тер-

бург, Фолиант, 2006, 716с.

5.  Клименко  Е.П.,  Попов  В.П.  Эпидемиологический 

ана лиз: М., Медицина, 1983, 192с.

6.  Покровский  В.И.,  Пак  С.Г.,  Брико  Н.И.  Инфек ци он-

ные болезни и эпидемиология: М., Москва, 2006, 810с.

7.  Попов В.Ф. Руководство по эпидемиологическому ана-

ли зу: М., Медицина, 1973, 216с.

8.  Флетчер Р., Флетчер С., Вагнер Э. Клиническая эпи де -

мио ло гия: Изд-во Медиа Сфера, Москва, 1998, 346с.

9.  Черкасский Б.Л., Амиреев С.А., Кноп А.Г. Эпидемио-

логи ческий надзор за зоонозами: Изд-во “Наука”, Алма-Ата, 

1988, 148с.

10. Шкарин В.В., Шафеев М.Ш. Дезинфектология: Изд-во 

НГМА, Нижний Новгород, 2003, 358с. 

11. Ющук Н.Д. Эпидемиология: М., Москва, 1998, 336с.

12. Ющук Н.Д., Мартынов Ю.В. Краткий курс эпи де ми-

ол огии: М., Москва, 2005, 196с.

13. Ягодинский  В.,  Рейнару  И.  Элементы  эпидемиоло-

гичес кого надзора: Таллин “Валгус”, 1987, 272с.

14.  Бронштейн А.М., Токмалаев А.К. Паразитарные б о лез ни 

человека: протозоозы и гельминтозы // РУДН, 2004, с. 207.

15. Никитин А.Ф., Жоголев Д.Т., Захаркив Ю.Ф., Мок ро-

у сов В.Н. Лабораторная диагностика паразитарных болез ней  

// Меди цинские технологии. М., Интермедика, 1998, т. 1, с. 

327-388



Yüklə 5,13 Mb.

Dostları ilə paylaş:
1   ...   226   227   228   229   230   231   232   233   234




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə