Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 14,5 Mb.
Pdf görüntüsü
səhifə49/114
tarix19.07.2018
ölçüsü14,5 Mb.
#57270
1   ...   45   46   47   48   49   50   51   52   ...   114

“Qədim  türk lüğəti”ndə yax-  felinin  qədim  mənalarından  biri 
kim i  “yaxınlaşmaq”  mənası  verilmişdir.  Deməli, yax-  felinin 
ilkin mənaları “sürtmək, yandırmaq, yaxınlaşmaq” olmuşdur.
Bu kökün “yandırmaq” mənası  Azərbaycan ədəbi  dilin­
də arxaikləşsə də,  digər türk dillərində mühafizə olunmuşdur. 
Çağdaş  türk  dilində  yaklaşm ak  felində ya k  forması  “yaxın” 
semantikasını mühafizə edə bilmişdir.
sür-  feli  noqav:“idarə  etmək,  həyata  keçirmək” :  bir 
orunnan  bir  orunqa  avısıp yürüv  “bir yerdə  başqa  yerə  qaç- 
m aq”(RNS,37);  qırğız:  “irəli  getmək”  (Kir.  RS,  672),  tatar: 
sörw-“göndərmək,  qovmaq, sürgün etmək” (Tat.RS,  502).
sür-  feli  qədim  *sü-  (qoşun  çəkmək,  ordu)  sinkretk kö­
kündən  törəmişdir.  Fikrimizcə,  türk  dillərində  işlənən  yür- 
//yürü-//yüyür-  feli  ilə  sür/sürü-  feli  eyniköklüdür.  Çağdaş 
yakut  dilində  həmin  felin  süür-  forması  “qaçmaq”  mənasın­
dadır.  Faktlardan  da  göründüyü  kimi,  çağdaş  qıpçaq  dillərin­
də  monosillabik  fel  kökləri  morfosemantik  divergensiyaya 
məruz  qalmışdır.Tarixən  fonetik  səviyyədə  baş  verən parça­
lanmalar  kök  morfemlərin  sürətli  inkişafını  təmin  etmişdir. 
Həmin hadisə  ilə paralel  olaraq  semantik istiqamətdə baş  ve­
rən təkam ül  prosesi m üasir türk dillərinin leksik qatında mə­
lum  ayrılmalara  gətirib  çıxarmışdır.  Aparılan  araşdırma  gös­
tərir ki, kök sözlərdə  fonetik fərqlər artdıqca semantik fərqlər 
də güclənmişdir.
//иг-feli  türk  dillərində  aşağıdakı  variantlarda  işlənir: 
türk,  qaqauz:  dur-,  başqırd,  tatar:  tor-,  qaraqabaq,  türkmən, 
qırğız,  noqav:  tur-,  çuvaş:  tar-,  qazax:  tür.  Göründüyü kimi, 
dur-//tur-  felinin  anlautda  kar  variantı  müasir  türk  dillərində 
daha fəaldır.  Həmin fakt da cingiltiləşmənin  sonradan  yaran­
dığını sübut edir.
Baba MƏHƏRRƏMLİ. Qıpçaq qrupu türk dillərinin kök morfemlərində
____________________
fonomorfoloii, fonosemantik dəyişmələr
__________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 194
AMEA  İ. Nəsimi adma Dilçilik İnstitutu türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı,2012
Həmin  felin  qıpçaq  qrupu  türk  dillərində  bu  mənaları 
var:  qaraqalpaq:  “dayanmaq,  durmaq,  ayağa  qalxmaq,  yer­
ləşmək,  yaşamaq” :  sen  aulda  turasan  ba?  “sən  aulda  yaşa- 
yırsanmı?”;  “hansı  qiymətə  malik  olmaq” :  kanşı  turadı  “ne- 
çəyədir?”(KRS,654);  başqırd:  “durmaq,  yaşamaq”  (BRS, 
533);  qırğız:  “durmaq,  yaşamaq” (Kir.  RS,  767),  tatar “ayağa 
qalxmaq, hansı qiymətdə olmaq” (Tat.RS,  547).
Yuxarıdakı faktlar göstərir ki, dur-Htur-  felinin türk dil­
lərində  fərqli  fonetik  və  semantik  variantları  yaranmışdır. 
Müasir Altay dilində də bəzi  türk dillərində olduğu kimi  “ya­
şamaq”  mənasında  işlənir.  Türk  dillərində  işlənən  dur-//tur- 
şəkilçisinin  bu  feldən  yarandığı  ehtimal  olunur.  Əksər  türk 
dillərində  “durmaq,  dayanmaq,  ayağa  qalxmaq”  mənaları 
aparıcı  olsa  da,  digər  fərqli  mənaların  mövcudluğu  diferen- 
siallaşma faktını  təsdiq  edir.  Bu  felin  “yaşamaq”  mənası  əsa­
sən  qıpçaq  qrupu  türk  dilləri  üçün  daha  çox  səciyyəvidir. 
Türkmən dilində “başlamaq” və “yaranmaq”, tuva  və qaqauz 
dillərində  “yaşamaq,  yorulmaq”,  digər  türk  dillərində  “hər 
hansı dəyərə malik olmaq” tipli  mənaların yaranması çoxmə­
nalılıq  və omonimləşmə hadisələri ilə bağlıdır.
Qədim  qaynaqlar  sübut  edir  ki,  bu  felin  tur-  variantı 
daha  qədimdir.  Həmin felin anlautda (söz əvvəlində) cingiltili 
variantları  sonradan  yaranmışdır.  “Qədim  türk  lüğəti”ndə 
“ayağa  qalxmaq,  durmaq,  dayanmaq,  arıqlamaq”  tipli  məna 
variantlarında  verilmişdir  (DTS,  586-587).  Deməli,  hələ  qə­
dim  dövrlərdən  həmin  fel  geniş  semantik  yük  daşımışdır. 
“Kitabi-Dədə  Qorqud”  dastanında  “yerindən  qalxmaq,  da­
yanmaq”  anlamlarmdadır:  Bir gün  Ulaş  oğlu  Qazan  bəg y e ­
rindən  turmışdı  (KDQ,68J,  Boz  ayğır  dəxi  Beyrəgi  görüb
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 195


tayandı,  iki  ayağının  üzərinə  tur du,  kişnədi  (KDQ,60y.  Qə­
dim uyğur dilində,  cağatay türkcəsində tur-  “dayanmaq” mə­
nasında  olmuşdur.  İ.Batmanov  Yenisey  abidələrində  tur-  sö­
zünün  “yaşamaq”  mənasında  olduğunu  göstərir1.  M.Kaşğa- 
rinin lüğətində tur-  feli “arıqlamaq” mənasında işlənm işdim / 
turdı:  “ä f   anqladı”  (MK,II,198).  XII-XIII  əsrlərə  aid  təfsir­
lərdə  tur-  “dayanmaq,  yaşamaq,  gəlib  çatmaq,  ayağa  qalx­
maq”  mənalarında  işlənmişdir*
 2.  Semantik  təkamül  nəticəsin­
də bu felin mənası  bəzi türk dillərində daralmış, bəzi  türk dil­
lərində isə,  əksinə,  genişlənmişdir.  Müqayisə üçün qeyd  edək 
ki,  digər  dillərdə  də  bu  köküiı  paralelləri  müşahidə  olunur: 
şumer  taf  “mal-he^vdii'säxlanan  yer”,  tunqus-mancur  tura 
“torpaq”, monqol  tura  “qala”.
az-  feli  çağdaş türk dilində  “dənizin,  çayın suyunun  qa­
barması,  daşması”. Deniz azdı -“dətıiz daşdı”; “xəstəliyin təh­
lükəli vəziyyətə gəlməsi”-Bazılarının bronşiti,  bazılarımn ro- 
mantizması azmış (A.Haşim);  “tərbiyəsi pozulmaq”(TS,  169), 
qaraqalpaq dilində “yanılmaq,  arıqlamaq çaşmaq;  yorulmaq”: 
akillmın atı  azbas,  tonu  tozbas:  “ağıllının  atı  yorulmaz,  pal- 
tan  cırılmaz”(məsəl)  (KRS,22),  qaqauz  dilində  “irinləmək; 
çaşmaq”  (QRMS,  30),  başqırd  dilində  “pis  hərəkət  etmək, 
biabırçılıq  etmək”  (BRS,  23),  çuvaş  dilində  “dəcəllik  etmək, 
artmaq,  əxlaqı  pozulmaq,  şiddətlənmək”  (ÇRS,43),  qumuq 
dilində  “biabırçılıq etmək”  (Kum.  RS,52),  qırğız dilində  “yo­
lundan  çıxmaq,  arıqlamaq,  kasıblamaq”  (Kir.RS,25)  məna- 
larındadır.  Qədim  türk  yazılı  abidələrinin  dilində  bu  məna­
’Б аязи това  Ф .С .  ' Говоры  '  татар  кряш ен   в  сравнительном  освещ ении. 
М осква,  Н аука,,  1986.  с.84. 
-
2Б оровков  А .Л екси ка  средн еазиатского  теф сира  XI1-XIII  вв.,  М .,  1963. 
с.311
Baba MƏHƏRRƏMLİ.  Qıpçaq qrupu tiirk dillərinin kök morfemlərində
____________________
fonomorfoloji, fonosemantik dəyişmələr
_________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 196
AMEA  İ.Nəsimi adma Dilçilik İnstitutu türk dilləri şöbəsi
Türk dillərinin tarixi-mttqayisəli leksikologiyası məsələləri, III cild, Bakı,2012
larda  işlənmişdir:  l) “yolu  səhv  salmaq” :  az'ip  iüsrür  erdim 
aju  berdi  jo l  “mən  yolu  çaşdım,  o  mənə  düz  yol  göstərdi”; 
2)  “səhv  etmək,  yolundan  çıxmaq”  (məcazi  mənada);  ko- 
niliktä azmış özüm:  “mən həqiqət yolunu azdım” (DTS, 72)
az-  feli  qazax,  Altay,  tuva,  xakas,  çuvaş  dillərində as- 
şəklində işlənir.
XII-XIII  əsrlərə  aid  təfsirlərdə  bu  fel  “yolun-dan  çıx­
maq, yolunu itirmək” anlamlarında işlənmişdir (ESÇY,33).
E.Sevortyan  müasir türk  dillərindəki  azaş-  və adaş-  fel­
lərinin kökünün az- feli olduğunu göstərir (ESTY,I,95).
Hal-hazırda qaraqalpaq, başqırd, özbək dillərində adaş-, 
qazax,  noqay  dillərində  adas-,  çuvaş  dilində  ataş-  felləri 
“səhv  etmək,  yolundan  çıxmaq”  mənalarında  işlənir  ki,  bu 
söz də  *az- felinin derivatıdır.
Ehtimal ki, qədim abidələrin dilində işlənən yaz- (günah 
etmək,  səhv etmək)  feli  ilə az- feli eyniköklüdür.
Türkoloq  V.İ.Aslanov  XV  əsrə  qədərki  yazılı  qaynaq­
larda  yaz-  felinin  “günah  etmək,  səhv  etmək”  mənalarında 
işləndiyini  göstərir1.  N.A.Baskakov  da  az-  (azmaq)  və  yaz- 
(səhv  etmək)  sözlərini  eyniköklü  hesab  edir.  Onun  fikrincə, 
yaz-  felində  sonradan  reduksiya  nəticəsində  j   səsi  düşmüş­
dür2. Biz də bu qənaətdəyik.
V.Yeqorov  sataş-  (tatar),  /ıntoy-(başqırd),  sapaş-  (qa­
zax)  “ağlını  itirmək”  mənasında  çataş-  (qırğız)  fellərinin 
məhz  az-  felindən  yarandığını  qeyd  edir  (ESÇY,36).  Qədim
'A sla n o v   V. 
Azərbaycan dilinin tarixinə  dair tədqiqlər.  II d id  -
  П роблем ы   и с­
то р и ческ о й   лексикологи и  азерб ай дж анского  язы ка  (В н утрен н яя  рекон­
струкц и я  исконно тю ркской   лексики).  Bakı,  Elm,  2003,  s.257 
"Баскаков.  Н.А.  И стори ко-ти п ологи ческая  м орф ологи я  тю р кски х   язы ков. 
М.,  1979.  с.35_______________________________________________________________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 197


Yüklə 14,5 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə