Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 14,5 Mb.
Pdf görüntüsü
səhifə45/114
tarix19.07.2018
ölçüsü14,5 Mb.
#57270
1   ...   41   42   43   44   45   46   47   48   ...   114

A.A.Yuldaşev  başqırd  dilinin  fellərinə  həsr etdiyi  əsər­
d ə1  müasir başqırd dilində 200-ə qədər fel kökünün təkhecalı 
olduğunu  qeyd  edərək,  həmin  fel  köklərinin  əsas  hissəsinin 
qapalı,  yalnız  cüzi  hissəsinin  açıq  hecalı  olduğunu  göstərir: 
CVC  formalı  kök  fellər:  hat-  “satmaq”,  yıy-  “yığmaq”,  bıs- 
“kəsmək”,  bül-  “bölmək”,  höy-  “sevmək”,  hau-  “sağmaq” , 
töş-  “yıxılmaq” .  M üəllif göstərir  ki,  VC  tipi  başqırd  dilində 
azdır:  ör-“hürmək,  əsmək”,  ot-  “udmaq”,  im-  “əmmək”,  or- 
“vurmaq”,  iç-  “əsmək”,  es-  “içm ək”.  CVCC  tipli fellər:  tart- 
“çəkmək”,  yırt-  “deşmək”,  kayt-  “geri  dönmək”,  VCC  tipli 
fellər:  art-  “artmaq”, əyt-  “demək”. Türkoloq, düzgün olaraq, 
qeyd edir ki,  başqırd dilində olan bütün təkhecalı  fellərə  ilkin 
köklər  kimi  baxmaq  olmaz,  məsələn,  kayt-  “qayıtmaq”,  əyt- 
“demək”, yırt-  “yırtmaq”,  hin-  “sınmaq”  və  sair bu tipli  kök­
lər tarixən düzəltmədir2.
Qıpçaq  qrupu  türk  dillərinin  kök  sözlərini  Azərbaycan 
və  ya  ümumiyyətlə,  oğuz  qrupu  türk  dilləri  ilə  müqayisə  et­
dikdə fonetik fərqlər aydın müşahidə olunur:
Baba MƏHƏRRƏMLİ.  Qıpçaq qrupu türk dillərinin kök morfenüərində
____________________
fononıorfoioji, fonosemantik dəyişmələr
__________
Azərbaycan
qaraqalnaa
d~t 
daş-
taş > *taş
Azərbaycan
tatar
o~u 
don
tun  > * ton
toy
tuy> *toy
ot
ut> *ot
Azərbaycan
qırğız
x ~ q  
ax-
aq-> *ak
'Юлдашев  А.А.  Система словообразования  и спряжение  глагола  в 
башкирском языке.  Издательство АН СССР, М.,  1958, с. 195.
2 Yenə orada s.,21-24.
Q ıpçaq qrupu türk dillərinin  leksikası,  səhifə  178
AMEA  İ.Nəsimi adma Dilçilik İnstitutu türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli teksikologiyası məsələləri, III cild, Bakı,2012
ş~s

as> *as
daş
tas> *taş
türk
qırğız
y~ ç
yıl
çıl>  *yıl
türk
basaırd
o~u
ok
uk
oy
uy
o
ul
Azərbaycan dilində söz köklərində anlautda  h  və səs­
lərinin  protetik  səs  olması  qırğız  dili  ilə  müqayisədə  ortaya 
çıxır:  Azərbaycan  hər — qırğız ar,  Azərbaycan  vur —  qırğız 
ur.
Türkologiyada  hələ  də  mənşəyi  dəqiq  müəyyənləşdiril­
məyən  kök  morfemlərdə  ilkin  uzanma  hadisəsi,  az  da  olsa, 
çağdaş  qıpçaq  qrupu  türk  dillərində  (əsasən  qırğız  dilində) 
müşahidə  olunur.  Sonrakı  (ikinci)  uzanma  hadisəsi  də  qırğız 
dilində  mövcuddur:  too  “dağ”>  *tağ,  saa-  “sağmaq”>sağ, 
tuu-  “doğmaq”>  toğ-.  Həmin  uzanma  hadisəsi  faktlardan  da 
göründüyü kimi, reduksiya (səs düşümü) hadisəsi ilə bağlıdır.
N.K.  Dmitriyev  “Qumuq  dilinin  qrammatikası”  (1940) 
əsərində qədim türk  yazılı  abidələrinə əsaslanaraq karlaşmanı 
birinci  qəbul  edən  dilçilərə  etiraz  edərək  göstərir  ki,  həmin 
fakt  həlledici  deyil.  O, qumuq dilinin materiallarına əsaslana­
raq cingiltiləşməni  ilkin hesab edir1.  Çünki çağdaş qumuq di­
lində  oğuz  qrupu  türk  dillərindən  fərqli  olaraq  cingiltiləşmə 
daha güclüdür.  Məsələn, Azərbaycan, türk kişi - qumuq qış i.
1 Дмитриев H.K.  Грамматика кумыкского языка.  М-Л,  1940 ,  с.14-15 
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 179


N.K.Dmitriyev  qumuq  dilini  ona  areal  cəhətdən  yaxın 
olan  noqay  dili  ilə  müqayisə  edərək  qumuq  dilində  cingilti- 
ləşmənin  daha  güclü  mövqeyə  malik  olduğunu  müəyyənləş­
dirmişdir:
q u m u q  
noqay
qun 
кип
qet- 
ket-
quç- 
kuş-
Müqayisə  üçün  qeyd  edək  ki,  Azərbaycan  dilində  kök 
morfemlərdə  anlautda    ilə  deyilən  sözlər  çağdaş  qumuq  və 
noqay dillərində t ilə deyilir:
A zərbaycan 
qum u q  
noqay
daş 
taş 
tas
diş 
tiş 
tis
Bu  müqayisələr bir  daha  sübut  edir ki,  oğuz qrupu  türk 
dillərinə  nisbətən,  qıpçaq  qrupu  türk  dillərində  kök  sözlərdə 
karlaşma daha çox mühafizə olunmuşdur.  Bu karlaşma qədim 
türk söz kökünün səciyyəvi əlamətlərindən biridir.
N.K.Dmitriyev  göstərir  ki,  qumuq  dilindəki  b~m  əvəz­
lənməsi  bu dili  qıpçaq qrupu türk dillərinə aid dil xüsusiyyəti 
kimi bir daha səciyyələndirir*
 2.
Qumuq  dilinin  kök  sözlərində  anlautda  q~x  əvəz­
lənməsi də xarakterik haldır.
N. A.Baskakov  “Qaraqalpaq  dili”  (1952)  əsərində  qara- 
qalpaq  dilinin  kök  sözlərini  iki  qrupa ayırır:  1)  Birinci  yara-, 
nan köklər,  yəni  ilkin köklər,  məs.:  at,  kol,  al-,  sal-;  2)  ikinci 
yaranan, yəni tarixən düzəltmə köklər:  ay+t-,  kar+ın,  or+un.
Baba MƏHƏRRƏMLİ.  Qıpçaq qrupu türk dilbrinin kök morfemlərində
fonomorfoloji, fonosemantik dəyişmələr
_________
'Дмитриев H.K.  Грамматика кумыкского языка. М-Л,  1940, с. 14-15
2 Yenə orada, s.16
Qıpçaq qrupu türk dilbrinin leksikası, səhif а 180
O,  qaraqalpaq dilində ilkin kök morfemlərə bu quruluşlu kök­
ləri aid edir:
C+V+C:  tas,  kel- 
V+C: at,  al- 
C+Y: je-, de- 
-Y-:  e- “olmaq”.
Türkoloqun fikrincə, qaraqalpaq dili üçün bu qədim kök 
formaların  ən  əskisi  C+V+C  heca tipidir.  Çünki  bu heca tipi 
ən əski  kök  strukturunu özündə ehtiva edir,  digər üç heca tipi 
sonralar yaranmışdır.  O belə hesab edir ki, çağdaş qaraqalpaq 
dilindəki  V+C hecalı  kök  morfemlər məhz  (Q + V+ C  formalı 
köklərdə  ilkin  samitin  reduksiyası  nəticəsində  yaranmışdır. 
Məsələn, qaraqalpaq bol- oğuz dillərində ol.
N.A.Baskakovun  ehtimalına  görə,  bu  tipli  köklər  an­
lautda əsasən  h, y,  v  samitlərinin  düşməsi  nəticəsində  yaran­
mışdır.  C+V tipli  köklərdə  isə  axırıncı  samit  düşmüşdür:  C+ 
V+(C).  Müəllif göstərir  ki,  C V kök  forması  həm  qaraqalpaq, 
həm  də  digər  türk  dillərində  çox  az  müşahidə  olunur.  Qara­
qalpaq  dilində  bu  formalı  ancaq  iki  söz  var.ce-  (ye-),  de-. 
Tədqiqatçıya  görə,  görə,  həmin  köklərin  sonunda  tarixən  у  
samiti  olmuşdur1.  O,  irəli  sürdüyü  fikri  əsaslandırmaq  üçün 
qaraqalpaq  dilində  həmin  kök  feldən  düzəlmə  bəzi  sözlərdə 
bu  halın  müşahidə  olunduğunu  qeyd  edir:  ceymen-//ciymen 
“yeyəcəyəm”;  der-//diyer  “deyər”.  Türkoloqun  fikrincə,  axı­
rıncı  -f-(sait)  heca  forması  da  tarixən  (C+V+C  kök  forma­
sından  reduksiya və  ilkin  samitin  düşməsi  nəticəsində  yaran­
mışdır.
ЛМЕА  İ.Nəsimi adına Dilçilik İnstitutu türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı,2012
Т а с к а к о в   H .А .К аракалп акский  язы к.  ч.2.Ф онетика  и  м орф ологи я.  М осква, 
1952,  с. 100
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 181


Yüklə 14,5 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə