Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 14,5 Mb.
Pdf görüntüsü
səhifə44/114
tarix19.07.2018
ölçüsü14,5 Mb.
#57270
1   ...   40   41   42   43   44   45   46   47   ...   114

m əqalədə1 də qazax dilinin kök sözlərinin təhlili verilmişdir.
A.T.Kaydarovun  1986-cı  ildə  yazdığı  “Qazax  dilində 
təkhecalı  kök  və  əsasların  strukturu”  əsərində  qazax  dilinin 
materialları  əsasında  3  minə  yaxın  kök  söz  müəyyənləşdiril­
mişdir.  Əsərdə qazax dilində olan kök morfemlərin geriş təh­
lili verilmişdir. M üəllif bu qənaətə gəlmişdir ki, qazax dilində 
kök  morfemlərin  bir  qismi  “ölü”  köklər  şəklində  qalmış,  di­
gər  bir  qismi  isə  öz  formasım  qoruyub  saxlaya  bilmişdir. 
Onun  fikrincə,  qazax  dilində  kök  morfemlərin  6  tipi  möv­
cuddur:  V,  CV,  VC,  VCC,  CVC,  CVCC.  Həmin  köklərin  ha­
mısı  təklıecalıdır.  Müəllifin  hesablamalarına  görə,  qazax  di­
lində  olan  kök  sözlərin  quruluş  modeli  ən  çox  CVC  tipində 
özünü göstərir.
A.Kaydarov  V,  CV,  VC  formalarım  daha  qədim  hesab 
edir  və  onun  fikrincə,  həmin  formalar prototürk  dövrünü əks 
etdirir.  5  fəsildən  ibarət  olan  bu  əsərdə  kök  morfemlərin  fo- 
noloji  strukturu,  struktur dəyişmələri,  rekonstruksi)a məsələ­
lərinə  toxunulmuşdur.  Əsərdə  qədim  türk  sözbrində  səs 
əvəzlənmələrinin  yaratdığı  köklü  dəyişmələr  geniş  təhlil 
olunmuşdur.  M üəllif türk  dillərinin  materiallarından  istifadə 
edərək qazax  dilində  kök  morfemlərin  strukturunon yaranma 
üsullarını  dəqiq təyin etmişdir.  Onun qənaətinə görə, türk dil­
lərində  elə  köklər  var  ki,  həmin  köklərin  onlarla  fonetik  va­
riantı  mövcuddur,  lakin  elə  köklər də  var ki,  onlar yalmz  bir 
form ada təzahür edir*
 2.
Baba MƏHƏRRƏMLİ.  Qıpçaq qrupu türk dillərinin kök morfemlərində
_____________ _ 
fonomorfoloji, fonosemantik dəyişmələr
_________
'Кайдаров  А.Т.Дажибеков  Е.З.  Из  опыта  этимологические  исследований 
корневых  моносиллабов  казахского языка//Теория  и  практика этимологи­
ческих исследований. М, Наука,  1985, с.42-46.
2  Кайдаров  А.Т.  Структура  односложных  корней  и  основ  в  казахском 
языке. Алма-Ата,  1986,с.70
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 174
AMEA  İ. Nəsimi adma Dilçilik İnstitutu türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı,2012
Qazax  dilində  .qədim  köklərin  fonetik,  morfoloji,  se- 
mantik  inkişafım  izləyən  A.T.Kaydarov  həmin  prosesin  ya­
ranma  səbəblərini  də  açıqlamışdır.  Tədqiqatçı  V,  CV,  VC 
formalı  kökləri  daha qədim hesab  edərək onların türk dilləri­
nin tarixi  inkişafını əks etdirdiyini göstərir1.
J.A.Mankeyevanm  1991-ci  ildə  yazdığı  “Qazax  dilində 
fel  əsaslı  ilkin köklərin rekonstruksiyası” adlı əsəri də maraq­
lı  tədqiqat  işlərindəndir.  O,  qazax  dilində  1000-ə  qədər  fel 
kökünü  rekonstruksiya  etmiş,  300-ə  qədər  “ölü”  fel  kökü 
müəyyənləşdirmişdir.  J.A.Mankeyeva qazax dilinin kök mor- 
femlərinin  söz  yaradıcılığı  prosesindəki  rolundan  da  bəhs 
edir.  O,  qeyd  edir  ki,  ölü  köklər  üçün  variativlik  xarakterik 
haldır. Kökün müxtəlif fonetik variantlarının müqayisəsi kök­
lərin  asemantikləşməsi  prosesinin  təhlilinə  kömək  edir. 
J.A.Mankeyeva 35-ə yaxın model əsasında müəyyən etmişdir 
ki,  qazax  dilində  1000-ə  qədər ikihecalı  leksem,  əslində, tari­
xi baxımdan düzəltmədir2.
M.X.Axtyamov  “Başqırd  dilində  təkhecalı  köklərin 
strukturu  və  səs  tərkibi”  məqaləsində  çağdaş  başqırd  dilində 
749  təkhecalı  kökün  işləndiyini  göstərir.  Onun  apardığı  sta­
tistika  göstərir ki,  başqırd dilində  təkhecalı köklər aşağıdakı 
quruluşda  və  saydadır:  CVC  -  75%,  VC  -  15,6%,  CVCC  - 
6,3%,  C V  -  1,6%,  VCC  -  1,2%,  V -  0,3%.  Bu  statistikaya 
əsaslanan  müəllif başqırd  dilində VC  və  CVC  heca tiplərinin 
dominantlıq  təşkil  etdiyini  göstərir.  Həmin  statistikaya  əsas­
Кайдаров А.Т. СтрУктУРа односложных корней и основ в казахском 
языке. Алма-Ата,  1986,s.l81
2Манкеева Ж.А.  Реконструкция  первичных  корней  глагольных  ос­
нов казахского языка. Алма-Ата, Гылым,  1991, с. 116 
______
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 175


lanan türkoloq  ehtimal  edir  ki,  türk  dilləri  üçün  ilkin  köklər 
CVC və VC quruluşlu monosillabik köklər olmuşdur  .
B.M.Yunusəliyevin  1953-cü ildə müdafiə etdiyi “Qırğız 
leksikologiyası”  (kök sözlərin  inkişafı) adlı  doktorluq disser­
tasiyası  1959 -cu  ildə  kitab  şəklində  çap  olunmuşdur.  Həmin 
əsər qıpçaq qrupu türk dillərinin kök morfemlərinə həsr olun­
muş  ilk  fundamental  tədqiqat  işlərindən  biridir.  Müəllif kök 
morfemlərin  leksik-semantik  inkişafım  öyrənərkən  onların 
om onim bşm əsi  məsələsinə  xüsusi  önəm  vermişdir.  Əsərin 
əvvəlində kök və kök söz anlayışlarının fərqi araşdırılır, Təd­
qiqatçının  fikrincə,  kök  ancaq  tarixi  anlayışdır,  kök  söz  isə 
m üasir  dildə  sadə  quruluşda olan əsaslardır.  O,  kök morfem­
lərin  formalaşması  prosesinə  təqlidi  sözlərin  təsirindən  də 
bəhs etmişdir. Tədqiqatçı alınma sözləri də kök morfemlər sı­
rasında tədqiq edir.
Fikrimizcə,  alınmaların da təhlilə cəlb olunması bu də­
yərli  əsərin  qüsurlu  cəhətidir.  Çünki  əsərin  ikinci  hissəsi 
“Kök  sözlərin  inkişafı”  adlanır.  Yəni,  alınma  sözlərin tədqi­
qat  obyektinə  çevrilməsinə  ehtiyac  yoxdur.  Türkoloq  burada 
kök  morfem  anlayışına həm  diaxronik,  həm də  sİnxronik  as­
pektdən yanaşır.
B.Yunusəliyev  qeyd  edir  ki,  qırğız  dili  üçün  tipik  olan 
ilkin kök morfemlərin heca quruluşu aşağıdakı kimidin 
Samit+sait:  sa-  “fikirləşmək”, yü- “yükləmək” 
Saitdsamit:  at “ad”
Sait:  u “yuxu”, o-  “fikirləşmək”
Sarnit+sait+samit: suğ  “su”, kel- “gəlmək” .
Baba MƏHƏRRƏMLİ.  Qıpçaq qrupu türk dillərinin kök morfendərində
fonomorfoloji, fonosemantik dəyişmələr
Ахтямов  M.X.  О  структуре  и  звуковом  составе  односложных  юрней  в
^ ш к и р ^ м ^ з ы к е ^ Т ю р к с к о е  языкознание.  Ташкент, 
1985,
с.
286-281.
Qıpçaqqrupu türk dillərinin leksikası, səhifə 176
АМЕЛ  İ.Nəsimi adma Dilçilik İnstitutu türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı,2012
Beləliklə,  qırğız  dilində  kök  morfemlərin  tarixi  inkişa­
fını  izləyən  B.M.Yunusəliyev  qırğız  dilinin  kök  sözlərini 
dörd formada bərpa etmişdir:  samit  +  sait,  sait + samit,  samit 
+  sait  +  samit,  sait1.  Beş  fəsildən  ibarət  olan  əsərdə  qırğız 
dilinin materialları  əsasında kök sözlərin geniş  şərhi verilmiş, 
problemin  tədqiqi  tarixinə  nəzər  yetirilmişdir.  Burada  kök 
sözlərin leksik-qrammatik inkişafı da tədqiq olunmuşdur.
B.Oruzbayevanın  1975-ci  ildə  “Sovet  türkologiyası” 
jurnalında qırğız dilində  VC  (sait +  samit)  tipli  kök morfem­
lərin  struktur-morfoloji  xüsusiyyətlərinə  dair  məqaləsi  çap 
olunmuşdur.  Məqalədə  qırğız  dilinin  VC  quruluşlu  kök  mor- 
femlərinin tarixi  inkişafına nəzər salınmışdır2.
N.Dmitriyevin  1940-cı  ildə  yazdığı  “Qumuq  dilinin 
qrammatikası”,  1948-ci  ildə  yazdığı  “Başqırd  dilinin  qram­
matikası”,  N.A.Baskakovun  1940-cı  ildə  yazdığı  “Noqay  dili 
və  onun  dialektləri”,  1952-ci  ildə  yazdığı  “Qaraqalpaq  dili” 
əsərlərində  də  qıpçaq  qrupu  türk  dillərində  kök  morfemlər 
mövzusuna toxunulmuşdur.  Bir  sözlə,  ayrı-ayrı  qıpçaq  dillə­
rinin qrammatikalarına həsr olunmuş əsərlərdə əhatəli olmasa 
da, kök morfemlərin ilkin strukturu məsələsi şərh edilmişdir.
İ.A.Batmanovun  1940-cı  ildə  yazdığı  “Qırğız  dilinin 
qrammatikası” əsərində  fellərin timsalında qırğız dilinin  ilkin 
kökləri  analiz  edilmişdir.  N.A.Baskakovun  və  İ.Batmanovun 
həmin  qrammatikalannda  müvafiq  olaraq  qaraqalpaq  və  qır­
ğız  dillərində  olan  kök  morfemlərin  fonetik  strukturu  təhlil 
olunmuşdur.
1 Юнусалиев Б.М.  Киргизская лексикология.  Фрунзе,  1959, с.50-51. 
2Орузбаева Б.  О  структурно-морфологических  особенностях  корне­
вых морфем типа ГС в  киргизском языке// СТ, Баку, 1975, №5.
Q ıpçaq qru pu  türk dillərinin leksikası, səh ifə  1 7 7


Yüklə 14,5 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə