Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu


Şakər^RJJCOVA.Q^ça^ qrupu türk dillərində etnonimlər



Yüklə 14,5 Mb.
Pdf görüntüsü
səhifə41/114
tarix19.07.2018
ölçüsü14,5 Mb.
#57270
1   ...   37   38   39   40   41   42   43   44   ...   114

Şakər^RJJCOVA.Q^ça^ qrupu türk dillərində etnonimlər
A sa n -tu k u m   -   qırğızlarda  cağ qanad buqu  onqunun 
17 qəbiləsindən birinin adıdır. Çuvaşiyada Asanovo toponi­
mində mühafizə edilmişdir.
A ta lık   -   qazaxlarda  nayman  və  oşaktı,  türkmənlərdə 
yom ut və  eski  qəbilələrinin  yarımbölməsi  adıdır.1  Qeyd  et­
mək lazımdır ki,  ümumiyyətlə,  ata komponentli etnonimlər 
türk  dillərində,  o  cümlədən,  qıpçaq  qrupu  türk  dillərində 
çox  geniş  yayılmışdır.  Orta  Asiyada  daha  çox  müşahidə 
olunur.  M əsələn,  ata  -  türkmən  qəbiləsi*
 2,  atabay-adıgine 
qəbiəsindən  olan  qırğızlar,  yemut/yomut  qəbiləsindən  olan 
türkmənlər,  atalar -  kesek qəbiləsindən  olan  qırğızlar,  atay 
-  bayulı  qəbiləsindən  olan  qırğızlar3  bu  yanmbölmədə  bir­
ləşirlər.
A ta  termini  semantik  cəhətdən  “əcdad”,  “ulu”  lek- 
semlərinə  çox  yaxmdır.  Bu  etnonimdəki  -lık  şəkilçisi  türk 
dillərinin çoxunda məhsuldardır.N.A.Baskakov və D.Q.Tu- 
maşeva  bu  şəkilçinin yeni  uyğur,  eləcə  də  bir  sıra türk dil­
lərində  “çoxlu”,  “dolu”  mənasını  verən  müstəqil  lik  sö­
zündən  törəndiyini  yazırlar.4  Fikrimizcə,  nə  olursa-olsun, 
bu etnonimdə “əcdad”,  “ulu” semantikasmın olduğu şübhə­
sizdir.  Çünki,  “ata” komponentli  etnonimlər türk etnonimi- 
yasında  çoxluq  təşkil  edir.  Məsələn,  Шаг, at a  (TPC,  1993, 
30),  qazax ‘.baba  (KPC,  2001,  46),  atalık  —  «erkək»(KPC, 
2001,  47),  türk,  ata  (TPPC,1994,25),  özbək:  ata,  atalik 
(УРС, 1959,308),  başqırd:  ata -   “valideyn”,  “atalıq”  (БРС, 
1996,  52), cuvas: amme “ ata” (РЧС,  1992,96).
1  Лезина  И.Н.,  Суперанская  А.В.Словарь-справочник  тюркских  родоплеменных 
названий.  М.,1994,  с.88.
’Атаниязов С.Словарь туркменских этнонимов.Ашхабад,  1988, с.26.
’Лезина  И.Н.,  Суперанская  А.В.  Словарь-справочник  тюркских  родоплеменных 
названий.  М.,1994,  с.90. 
'
а Татарская грамматика в трех томах, Казань,  1993, с.246-248.
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 162
A ğm an  etimonu  qazaxların  bayulı1,  türkmənlərin 
salır2  qəbilə  yarımbölməsinin  adıdır.  S.Ataniyazov  Əhməd 
Yasəviyə  istinad  edərək  (XII  əsr)  Türküstanda  iki  böyük 
qəbilədən(akman  və  karaman),  əfsanəyə  görə  isə,  qəbilə 
əsasmı  qoyan Akm an  və  Karaman  adlı  iki  qardaşın  m öv­
cudluğundan bəhs edir.
Həqiqətən də,  karaman -  arqın,  bayulı  və  oşaktı  (qa­
zax)  qəbilə  yarımbölməsi  olub,  türkmənlərdəki  yeganə 
salır  qəbilə  adıdır.  Knmdakı  Karaman-kaya  yüksəkliyini 
bu  etnonimlə  bağlayırlar.3  Türk  dillərində  -man  determi- 
nantımn  semantik mənasımn qazax  dilində -min,-pin  ,  tatar 
dilində  -min,  -men  və  I  şəxs  (tək)  sonluğu  olduğu  nəzərə 
almarsa,  bu etimonların izahını  belə vermək olar:  ak+m an- 
(mən adam), kara+man(mon qarayam).
Türk toponimiyasında  “qara” -  Qərb,  “sarı” -  Cənub, 
“qızıl” -  yüksək,  “mərkəzi”,  ağ -  Şərq,  işıqlar səltənəti  ad­
landırılmışdır.5  Ağman  və  karaman  etim onlanna  bu  me­
yardan yanaşsaq, o zaman ağmanların cənub və ya qərb sa­
kinləri,  qaramanlann isə şərq sakinləri  olduğu qənaətinə  də 
gəlmək  olar.  XIII  əsrin  I  yarısından  qaram anlann  Azərbay­
cana gəlməsi və müəyyən qisminin burada qalması tanxdən 
də  məlumdur.  Göyçay,  Salyan rayonlarında  Qaraman,  Qa- 
ramanlı kəndlərinin adı da bu etnonimlərdəndir.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəlt leksikologiyası məsələləri, III cild, Bakı, 2012
'Лезина  И .H,.Суперанская  А.В.Словарь-справочник  тюркских  родопле­
менных названий. М.,1994, с.62.
2Атаниязов 
С.Словарь туркменских этнонимов.Ашхабад,  1988, с. 17.
3  Крым.Географические  названия.Краткий  словарь.  Симферополь,  1998, 
с.61-62.
4 Бектуров Ш.К., Бектурова А.Ш.  Казак тили, Алматы,  1994, с. 110.
5 Кайдаров Ф.Т.  К историко- лингвистической характеристике этнонима
канглы// Тюркская ономастика, Алма-Ата,  1984._________________________
Qıpçaq qrupu türk dillərinin leksikası, səhifə 163


A ş ir   -   qırğızlarda:  bay sız  qəbilə  yanmbölməsinin 
adıdır.1  Türkmənlərdə  biı  etnonim  abdal  nəslinin  aşır-tir e 
yarımbölməsi adıdır.1
 2 Türk-müsəlman dünyasında,  eləcə də 
ərəblərdə  bu,  antroponim  səciyyəsi  daşıyır.  Ərəbcə  iki mə­
nası var:  1 .onuncu uşaq, 2.dost, tanış.3
V.V.Radlovun  lüğətində  bu  söz  aşır-astır4  şəklində 
“digərindən  böyük”  mənasında  da  verilir.  Bizcə,  bu  məna 
aşır etnonimi  üçün daha  uyğundur (aşır/aşırı -  yəni  “digər 
qəbilədən  daha  böyük  olan”).  Bu  sözün  dialektlərdə  də 
aşırı,  yəni “böyük,  “ziyadə” mənalarında da işlənməsi buna 
haqq  verir.  Bundan  başqa  “Qədim  türk  lüğəti”ndə  də  bu 
leksem  (A Ş R U   -   «həddindən  artıq»,  «yüksək  dərəcədə») 
eyni m ənadadır.5
B aiş -  qazaxlarda  ay qəbilə yanmbölməsi adıdır.
Bayqara  -   qazaxlarda  bu  etnonimin  kirey qəbilə  ya- 
rımbölməsi,  tuvinlərdə  isə  qəbilə  adı olduğu göstərilir.6 Bu 
etnonimin  qazax  və  tuvinlərə  bokara  adı  ilə  məxsus 
olduğu,  türkmənlərdə  isə  solır  qəbiləsi  yanmbölməsində 
olduğu da göstərilir.7
B ayandar  -   türkmənlərdə,  qırğız  və  noqaylarda 
goklan qəbiləsindən olan nəslin adıdır. V.V.Radlovun lüğə-
Şəkər ORUCOVA.Qıpçaq qrupu türk dillərində etnonimlər
Лезина И.Н„Суперанская А.В. Словарь-справочник тюркских 
^одоплеменных названий.  М.,1994, с.81.
Дтаниязов С.Словарь туркменских этнонимов.Ашхабад,  1988, с.25.
3
 Саттар Мулилле Г.  Татар исемнерэ ни сойли? Казан,  1998, с.88. 
'
4 Радлов В.В.  ОСТН.,1  часть,  1  том,  СП(б),1893,с.59б; 604.
5 Древнетюркский словарь. Л.,  1969, с.64.
Н.К.Фролов.Тюркские  этнонимы  междуречья  Тобола  и  Ишима 
//Этническая  история  Сибири  и  сопредельных  территорий.  Омск, 
1992,с.94.
7 ССГРПН,  1994, С.99;  100. 
___________
Qıpçaq qrupu türk dillərinin leksikast, səhifə 164
AMEA Nəsimi adına Dilçilik İnstitutunun türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı, 2012
tində də bu etnonim  bäjändär  («varlı»,  «çiçəklənən»)  kimi 
qeyd olunmuşdur.1 “Qədim türk lüğəti”ndə bu etnonim Bu­
yundur kimi oğuzların qəbiləsi kimi qeyd olunur.2
Qeyd edək ki,  bayandurlar Azərbaycanda Ağqoyunlu 
tayfalarından  biri  olmuş,  Ağqoyunlu  tayfa  ittifaqının  yara­
dılması,  möhkəmlənməsi,  ərazisinin  genişlənməsi  uğrunda 
mübarizədə  fəal  iştirak  etmişlər.3  Bu  etnonim  Azərbayca­
nın  bir  sıra  toponim  (Bərdədəki  Bayandurlu kəndi)  və  hid- 
ronim  (Laçmdakı  Bayandır  çayı)  adlarında  mühafizə  edil­
mişdir.
Bayırku  -   türklərdə  Şimali-Şərqdə  məskunlaşanların 
qəbilə adıdır.  “Qədim türk  lüğəti”ndə  bu etnonimin bajirqu 
kimi qeyd olunduğu və “Kül-Tiqin” abidəsində də işləndiyi 
göstərilmişdir.4  Bu  etnonim  V.V.Radlovun  lüğətində  ba- 
j'irku formasında türk qəbilə adı kimi göstərilir.5
Bayduqan  -   arqın  qəbiləsindən  olub,  qazax  etimo- 
nudur.  Fikrimizcə,  bu  etnonim  mürəkkəb  söz  olub,  iki  his­
sədən  ibarətdir.  Birinci  tərəf  bay  -   «varlı»,  «səxavətli»6; 
bayı//bayu  «varlanmaq»7 mənalarındadır.  Etnonimin ikinci 
hissəsi  duqatı  -   tuyan//toyan  formasında  “Qədim  türk  lü- 
ğ ə tf’ndə  verilmişdir.8  Bu  isə  “şahin”  anlamına  gəlir.  Ma­
raqlıdır ki, arquniann da qəbilə tamğası şahindir.
1 Радлов В.В.  OCTH.,2  часть,  IV том, СП(б),1893,с.596; 604.
2 Древнетюркский словарь. Л.,  1969, с.79.
3  Dünya xalqları.  Ensiklopedik məlumat kitabı,  В.,  1998, с.54.
4 Древнетюркский словарь. Л.,  1969, с.79.
5  Радлов  В.В. ОСТЫ., 2 часть,  IV том, СП(б),1911,с.1469.
6 Древнетюркский словарь. Л.,  1969, с.79.
7 Радлов  В.В. ОСТН., 2 часть,  IV том, СП (б),1911,с. 1468-1469.
8 Древнетюркский словарь. Л.,  1969, с.571.
Qıpçaq qrupu türk dillərinin leksikast, səhifə 165


Yüklə 14,5 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə