Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik institutu



Yüklə 14,5 Mb.
Pdf görüntüsü
səhifə48/114
tarix19.07.2018
ölçüsü14,5 Mb.
#57270
1   ...   44   45   46   47   48   49   50   51   ...   114

dart-  çağdaş  türk  dillərində  fərqli  fonovariantlarda 
işlənir:  türk  tart-,  qaqauz daat-,  özbək tort-,  çuvas  turt-,  tuva 
tırt-, qırğız, başqırd tart-.  Bu felin qədim forması tart-  olmuş­
dur  (DT5,  538).  dart-  feli  qırğız  dilində  əsasən  “itələmək, 
çəkmək,  qonaqlıq  vermək,  hədiyyə  vermək,  çalmaq,  etmək, 
əyləndirmək”  anlamlarında  işlənir.  Aş  tart  “yemək  vermək”, 
surnay tart “zurna çalmaq”,  çapan caap,  at tarttı “xələt və  at 
hədiyyə etdi”.  Ümumilikdə,  bu sözün qırğız dilində  13  məna­
sı  var  (Kir.RS,703).  Başqırd  dilində  “itələmək,  oxşar  olmaq, 
üyütmək,  əldə  etmək”  (BRS,510),  noqay  dilində  “çəkmək, 
qonaqlıq  vermək,  vaxtı  yubatmaq,  cəlb  etmək”:  om   tabiat 
(artadı  (RNS,  638).Qıpçaq  qrupu  türk  dillərində  dart-felinin 
mənası  Azərbaycan  dilindəki  çək-  felinin  semantik  yükünü 
daşıyır.  Müqayisə edək:
A zərbaycan 
başqırd
siqaret çəkmək 
təməke tarmay
anasına çəkmək (oxşamaq) 
əsəhene tartmay
Fikrimizcə,  bu  tip  köklər  (yəni  CVCC  formalı)  sonra­
dan törənmədir.Yəni  onlar türk dillərinin sonrakı  inkişaf mər­
hələsində yaranmışdır.
Çağdaş  başqırd  dilində  bu  felin  “ifa  etmək,  musiqi  alə­
tində  çalmaq”  mənası  da  var.  Məsələn,  qarmon  tartıy  “qar­
mon çalmaq” .  Qırğız, qaraqalpaq dillərində də həmin mənada 
işlənir.  Burada  da  çəkmək  semantikasımn  izləri  müşahidə 
olunur,  Qaraqalpaq  dilində tart-  “çəkmək,  itələmək,  gərmək, 
geydirmək,  cəlb  etmək,  düzmək,  yaralamaq”:  kaçkır  kozunu 
tarttı:  ‘‘canavar  quzunu  yaraladı”'.  Ümumilikdə,  çağdaş  qara­
qalpaq dilində  bu  felin  21  mənası  var  (KRS,  624).  Türkoloji 
ədəbiyyatda dəfələrlə qeyd olunmuşdur ki, türk dillərində söz 
köklərinin  sonunda,  yəni  auslautda  samit  qoşalığı  qədimliyi
Baba MƏHƏRRƏMLİ.  Qıpçaq qrupu türk dillərinin kök morfentiərində
___________________
fonomcrfoloji, fonosemantik dəyişmələr
_________
Q ıpçaq qrupu  tü rk dillərinin  leksikası, səhifə 190
əks  etdirmir.  Ehtimal ki,  dart-felinin ilkin forması  *tar-+*ıt- 
olmuşdur.Yəni bu kök iki  arxaik kökün birikməsindən yaran­
mışdır.  Çünki  əski  türk fel kökləri  ya CV ya da CVC formalı 
olmuşdur.  Əslində,  çağdaş  türk  dillərində  işlənən  qorx-, 
dart-,  qalx-,  sürt- tipli köklər tarixən ikihecalı olmuşdur
A.M.Şerbak  bu  felin  tar at-,  A.Məmmədov  isə  darıt- 
formasmdan  yarandığını  qeyd  edirlər.  N.Katanovun  fikrinə 
istinad  edən  A.Məmmədov  bu  qənaətə  gəlir  ki,  sürt-,  dart- 
tipli  fellər  iki  kökün  birləşməsindən  yaranmışdır:  sür-küt, 
dar+ıt,  sonrakı  u-  kökü  “göndərmək,  buraxmaq”  mənasında 
olan qədim ıt-  felinin qalığıdır1.  Qeyd  edək ki,  it-//ıd~//id- feli 
Orxon-Yenisey abidələrində “göndərmək, yollamaq, yola sal­
maq”  mənalarında işlənmişdir:  kağanladuk  kağamn yitiri  id- 
mis'"  xaqan  qoyduğu  xaqanı  sona  yetirmiş”  (Kül  Tigin,  Şərq 
tərəfi,30,72).
Əksər  türkoloji  tədqiqatlar  sübut  edir  ki,  çağdaş  döv­
rümüzdə quruluşca sadə  hesab olunan bəzi  fel  kökləri tarixən 
iki  kökün birləşməsindən təşəkkül tapmışdır.  Q.Bağırov,  haq­
lı  olaraq  qeyd  edir  ki,  türk,  o  cümlədən  Azərbaycan  dilində 
olan  apar-  sadə  feli  tarixən  alıp  barmaq//varmaq  sözlərinin 
birləşməsindən yaranmışdır.  O göstərir ki, həmin fel sintaktik. 
yolla  yaranmış  alıp-ber  fellərinin  fonetik  dəyişikliyi  nəticə­
sində  formalaşmışdır.  Alimin  fikrincə,  qazax  və  qaraqalpaq 
dillərində  işlənən  alıp-bar  fellərindən  appar-,  alıp gei  fellə­
rinin  birləşməsindən  isə  akel  felinin  yarandığına  şübhə  yox­
dur*
 2.  B.Xəlilov bu tip fellərin samit  + sait köklərindən təşək-
AMEA  İ.Nəsimi adma Dilçilik İnstitutu türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri, III cild, Bakı,2012
'Мамедов  А.Тюркские согласные:анлаут  и  комбинаторика. 
Б .,
  1985, 
с.129-130.
2Bağırov 
Q.Azərbaycan 
dilində fellərin ieksik-scmantik inkişafı,Bakı,1971, s.66.
Q ıpçaq qrupu  türk dillərinin leksikası, səh ifə  191


kül  tapdığını  göstərir.  O,  Azərbaycan  dilindəki  dart-,  dürt-, 
yort-,  yırt-  fellərinin  eyni  sinkretik  kökün  allomorflanna 
qrammatik  ünsürlərin  -  şəkilçilərin  birikməsi  yolu  ilə  yaran­
dığını qeyd edir*
 1.
çal-•  qumuq  “kəsmək,  dişləmək”:  kaban  ayuvnu  a rt 
budlarını  çaldı  (Kum.RS,353),  qırğız  “bərk  zərbə  vurmaq, 
kəsmək,  sarımaq, bağlamaq, qarışdırmaq,  aldatmaq” (Kir.RS, 
838),  tatar  “kəsmək”,  başqırd  “kəsmək,  doğramaq”(BRS, 
460).  Altay  dilinin  kumandı  kiji  dialektində  çap-“kəsmək, 
örtmək”  mənasındadır2.  M.Kaşğari  bu  sözün  ilk  mənalarının 
“məlumat:  çatdırmaq,  xəbər  vermək,  yerə  atmaq,  zərbə  vur­
maq”  (MK,  1,276),  C.Klauson  “yerə  atmaq,  yerə  vurmaq” 
(GC,  417),  V.Yeqorov  “otu  kəsmək,  yolmaq”  (ESÇY,  206) 
olduğunu  göstərmişdir.  Bu  felin  ilkin  mənaları  “zərbə  vur­
maq, yerə salmaq, söz çatdırmaq” olmuşdur (DTS,  137).
Fikrimizcə,  türk  dillərində  işlənən  yol-//yul-//  çul-  feli 
ilə  çal-  felinin kökü  eynidir.  Fonosemantik inkişaf nəticəsin­
də  (ç~y) çal~yol felləri m üxtəlif leksik vahidlərə çevrilmişdir. 
Müqayisə edək:  ot çalmaq - ot yolmaq, 
sal-  feli  qumuq:  “yerə qoymaq,  buraxmaq, təşkil  etmək, 
vurmaq,  mühasirəyə  almaq,  boşamaq”:  katının salmak “arva­
dım  boşamaq”  (Kum.RS,  279),  tatar  “tökmək,  əymək,  səp­
mək,  çıxartmaq,  içmək” :  aşlık  salu  “buğda  səpmək”,  beraz 
saldım  “bir  az  içdim”,  ayaktan  salu  “ayaqqabını çıxartmaq” 
(Tat.RS,466),  qaraqalpaq  “qoymaq,  vurmaq,  naxış  vurmaq, 
içmək”:  atka  mindi  de  col  menen  salıp  ketti”  ata  mindi  və 
yolla hərəkət  etdi”  (KRS,  559),  qırğız  “tikmək,  əmizdirmək.
Baba MƏHƏRRƏMLİ.  Qıpçaq qrupu türk dillərinin kök morfemlərində
fonomorfoloji, fonosemantik dəyişmələr
1 Xəlilov B.Fellərin ilkin kökləri.Bakı,ADPU,1998, s.39
1
 Yenə orada.s.  266
Q ıpçaq qrupu tü rk dillərinin  leksikası, səhifə 192
hərəkət  etmək,  bala  salmaq,  qoymaq”  (Kir.RS,559).  Qədim 
praforması  *sa-  olan  bu  felin  qıpçaq  qrupu  türk  dilərində 
fonosemantik  diferensiallaşması  baş  vermişdir.  Qədim  türk 
dillərində  sal-  “tullamaq,  gətirmək,  çıxartmaq,  qoymaq, 
atmaq”  anlamlarında  olmuşdur  (DTS,  482).  “Kitabi-Dədə 
Qorqud”da  “sürmək”  mənasındadır.  Yürüyübən  kafərə  at 
saldılar,  qılıj  urdular  (KDQ,121).  C.Klauson  bu  sözün  ilk 
mənasının “hərəkət etmək” olduğunu göstərir (G C ,824).,,
yak-//yax-  türk  dillərində  müxtəlif fonovariantlarda  iş- 
ləniir:  türk, türkmən yak-,  qaraqalpaq  çak-,  Azərbaycan yax-. 
Azərbaycan  dilində yandırıb-yaxmaq  qoşa  felində  “yanmaq” 
mənası  izini  saxlamışdır.  Qumuq  “yandırmaq,  sürtmək,  ruh 
vermək,  ürəkləndirmək”  (Kum.  RS,  3891.  qaraqalpaq  “xosu- 
na  gəlmək,  sürtmək,  ocaq  qalamaq”:  ol mağan  çaktı  “o m ə­
nim  xoşuma  gəldi”,  baldı  nanğa  çaktı  “balı  çörəyə  sürtdü” 
(KRS,  215);  yax-  qaqauz  dilində  “yandırmaq,  od  qalamaq”, 
türkmən  dilində  “əsəbləşmək,  əzab  vermək”,  türk  dilində 
“yandırmaq, öldürmək” mənalarındadır.
Sözün  ilkin  praforması  *yaq-  şəklindədir  (DTS,  237). 
M.Kaşğarinin  lüğətində  “sürtmək,  yaxınlaşmaq”  (MK,  III, 
22),  C.Klausonun  etimoloji  lüğətində  isə  “yaxmaq,  yandır­
maq,  sürtmək”  (GC,896)  mənalarında  verilmişdir.  Fikrimiz­
cə, yan-,  yax-,  çax-  fellərinin  kökü  eynidir.  Çünki y~ç  əvəz­
lənməsi  türk  dillərində  geniş  yayılmışdır.  Məsələn,  ildırım 
çaxdı  ifadəsində  “yanmaq”  semantikası  Azərbaycan  dilində 
mühafizə olunmuşdur.
Qədim qaynaqlardan məlum olur ki, bu fel  kökü tarixən 
omonim  olmuşdur.  Çünki  yaxın  sözünün  kökü  də  yak-dır 
olmuşdur.  Moyun Çur abidəsində həmin formada işlənmişdir.
AMEA  İ.Nəsimi adına Dilçilik İnstitutu türk dilləri şöbəsi
Türk dillərinin tarixi-müqayisəli leksikologiyası məsələləri,  III cild, Bakı,2012
Q ıpçaq qrupu türk dillərinin  leksikası, səh ifə 193


Yüklə 14,5 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   114




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə