Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   7   8   9   10   11   12   13   14   ...   35

 
39 
NOVRUZ VƏ SABANTUY 
 
Volqaboyu 
türklərinin 
“Yaz 
işləri 
ilə 
bağlı 
bayramlarının  ən  böyüyü  Sabantuy  və  ya  Səpin  toydur.  Bu 
bayram  yazdakı  səpin  ilə  bağlıdır.  Müasir  dövrdə  yaz  şumu 
çıxarıldıqdan  və  torpaq  əkin  üçün  hazırlandıqdan  sonra 
keçirilir.  Sabantuy  xalqın  könüllü  şəkildə  bir  yerə  toplanaraq 
qeyd  etdikləri  musiqili-dramatik  tamaşadır.  Kənddə  yaranan 
bu bayram sonralar şəhərlərə də  yayılmış və təntənəli şəkildə 
qeyd olunmağa başlanmışdır (8,62).  
Sabantuyda: 
1)  Uşaqlar  yeyən  yeməklər  bişirilir.  Məsələn,  “Zərə 
botkası”; 
2) Uşaqların boyanmış yumurta döyüşdürməsi; 
3)  At  minən  gənclərin  yumurta  döyüşməsi  və  çay 
qırağında və ya meşədə gəzməsi; 
4)  Müxtəlif  geyimlər  geymiş  kişilərin  yumurta 
döyüşməsi; 
5) Sabantuya “büləklər jıyu”; 
6) Meydanda yarışlar təşkil etmək; 
7) Gənclərin könül açmaları. 
Meydan  yarış  və  tamaşalarına  10  gün  qalmış  gənclərin 
at  cıdırı  təşkil  olunur.  Buna  “at  ayağın  qızdırmaq”  deyilir 
(8,62).  
Volqaboyu  türklərində  Novruz  bayramı  ənənəvi  yaz 
bayramı kimi qeyd olunur. 
 
 


 
40 
NOVRUZ VƏ HIDIRELLEZ 
 
 Əski  türk  mövsüm  mərasimlərindən  biri  də  Hıdırellez 
bayramıdır.  Bu  mərasim  hər  il  yazda,  may  ayının  beşindən 
altısına  keçən  gecə  keçirilir.  Novruza  bənzər  xüsusiyyətləri 
vardır.  Eyni  zamnda  digər  yürk  xalqlarında  müşahidə 
etdiyimiz  mövsüm  mərasimləri  ilə  ortaq  cəhətləri  də  kifayət 
qədərdir.  Türk  və  islam  mifologiyasında  xüsusi  bir  yeri  olan 
Xızır  obrazı  özündə  əski  ritual  və  inancların  izlərini 
saxlamışdır.  Qışın  bitib  baharın  gəlməsi  mövsüm  mərasimi 
olaraq  qeyd  edilməkdədir.  Burada  Xızır  baharı  simvolizə 
edir.Bu  bayramda  insanlar  müxtəlif  törənlər  təşkil  edər, 
müxtəlif  ayinlər  icra  edərlər.  İslam  inancına  görə  Xızır  haqq 
vergisi  almış  şəxsiyyətdir.Tanrı  tərəfindən  müsəlmanlığı 
qorumaq vəzifəsi verilmişdir. İstənilən zaman zühur edə bilən 
mübarək bir şəxsiyyətdir.Rəvayətə görə Xızır ilə İlyas qardaş 
və  ya  dostdur.  Xızırın  ab-I  həyat  suyu  içərək  ölümsüzlük 
qazanması  söylənilir.Əsas  vəzifəsi  darda  qalanlara  yardım 
etmək,  yaxşılıq  etmək,  təbiətin  yaşıllanmasını  təmin  etmək, 
bolluq, bərəkət, qismət və sağlamlıq verən bir vəlidir, kəramət 
sahibidir.  Xidirellez  bayramının  da  əsas  xarakterini  bu 
xüsusiyyətlər müəyyənləşdirir. Xızır ənənəsində mərasimlərin 
keçirildiyi günə ümumi olaraq Ruzi-Xızır və ya Hıdırellez adı 
verilmişdir.  Ruzi-Xızır  və  Ruz-I  Qasım  deyə  iki  mövsümə 
ayıran  təqvim  məlumatları  Ruz-I  Xızırı  yaz  mövsümünün 
başlanğıcı  sayıb  6  maydan  8  noyabra  qədər  davam  edən 
müddəti 186 günlük bir dövrü əhatə etdiyi bildirilir. Rumi 23 
aprelə  təsadüf  edən  bu  tarix  indi  də  işlətdiyimiz  Miladi 
təqvimlə 6 maya uyğun gəlir. İlin 9 noyabrdan  5 maya qədər 


 
41 
olan  hissəsi  isə  Ruz-I  Qasım  isə  qış  mövsümünü  bildirir.179 
gün olan bu dönəmə Qasım günləri də deyilir. 
Xıdırellez  hazırlıqlarına  bir  həftə  öncədən  başlanılır. 
Evlərdə  təmizlik  işləri  görülür,  yeməklər  hazırlanır.  Hər 
kənddə Xıdırellez şənliklərinin keçirildiyi məlum bir yer olur. 
Bu  yerin  suyu,  ağacı  olan  geniş  bir  yer  olması 
lazımdır.Əsasən  böyük  ağaclar,  müqəddəs  sayılan  bulaq  başı 
seçilir.  Xıdırellez  günü  oğlaqlar,  quzular  kəsilir.  Bayramdan 
bir  gün  öncə  sağmal  heyvanı  olmayan  ailələrə  süd  paylanır. 
Xüsusilə,  süddən  börək  və  sütlaç  hazırlanır.  Hazırlanan 
yeməklərin  çoxu  xəmir  yeməkləri  olur.  Bunlara  börək, 
yumurta,  peksimet,  pogaça,  kolaç,  kalburüstü  aiddir.  Eyni 
zamanda  qarğıdalı  bişirilir,  noxudlu  çörək  hazırlanır. 
Xıdıellezden  bir  gün  əvvəl  axşam  kənddə  olanlar  Xıdırellezə 
çağırılır.  Bu  bayramın  da  Novruz  kimi  bir  sıra  mərasimləri, 
inancları  və  oyunları  vardır.  Ayrıca  olaraq,  fevral  ayının 
ortalarında  Anadolu  ələviləri  Xızır  cəmi  mərasimi  keçirirlər. 
Naxçıvanda  fevral  ayında  Xıdır  (və  ya  Xıdır  nəbi)  bayaramı 
keçirilir.  Xıdır  bayramında  əsasən  un  məhsullarından  xəmir 
xörəkləri  hazırlanır.  Xıdır  bayramında  Xıdır  nəbini  çağırmaq 
mərasimi də keçirilir.  


 
42 
NOVRUZ VƏ TÜRK XALQLARININ  
MÖVSÜM MƏRASİMLƏRİ 
 
Altayda  martın  21-də  “Yilqayak”  bayramı  qeyd  edilir. 
Bu  bayram  da  Novruz  kimi  baharın  gəlişi,  təbiətin 
canlanması,  yeni  bir  ilə  qədəm  qoyulması  üçün  keçirilir. 
Süfrəyə  bal  qatılmış  qatıq,  dondurulmuş  və  qurudulmuş  ət, 
qoyun  və  mal  dırnağından  yeməklər  təqdim  edilir.Altaylarda 
yaz  mövsümü  ilə  bağlı  keçirilən  “Yılqayak”  mərasimində 
alqış  edilir,  şeir  söylənir,  mahnı  oxunur.  Altaylarda  xalq 
bayramı  Çaqa  bayram  (Ağ  bayram)  Yeni  ildiir.  Bu 
bayramda  “San  saları”  mərasimi  keçirilir.  Mərsimdə  oda 
səcdə  edilir  və  ondan  rəhm  dilənir.  “Çaqa”nın  bayram 
edilməsi  Kosmosdan  asılıdır.  Meçin  ulduzu  (Pleada  bürcü) 
Ayın  yanından  keçəndə  Çaqa  bayramı  başlanır.  Bayramda 
icrası  vacib  olan  ritual  uşaqların  və  böyüklərin  qarda 
yuvarlanmasıdır.  Bununla  ruhun  və  bədənin  şərdən  və 
qaranlıqdan  təmizlənməsi  gerçəkləşdirilmiş  olur.  “San 
saları”  mərasimi  yeni  ay  görünəndə  başlanır  və  ona 
əvvəlcədən hazırlaşırlar. Evin şərq tərəfində  yüksək bir  yerdə 
daş  qoyulur.  Günəş  şüaları  görünəndə  daşın  üstündə  od 
yandırırlar.  Odun  ətrafına  süd  məhsulları  qoyurlar  və  dua 
edirlər.  Odun  üstünə  süd  çilənir  və  Yeni  il  üçün  diləklər 
dilənir. Bu bayramda adamlar bir-birlərinə hədiyyələr verirlər. 
Eyni  zamanda  bu  bayramda  adamalr  bir-birlərindən 
soruşurlar:”Yıldı  kandın  çıkkan”?(İldən  necə  çıxdın)  sualına 
“ie”  (yaxşı)  cavabı  verilməlidir.  Bundan  sonra  xalq  gəzintisi 
və milli idman oyunları başlanır.  
Başqırdların 
yaz 
bayramı 
“Habantuy”dur. 
Habantuyun  mifoloji  mənası  kult  mərasimi  və  yarışlardan 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə