Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə13/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   9   10   11   12   13   14   15   16   ...   35

 
47 
Türkiyədə  yaz  bayramı  həm  Novruzda,  həm  də 
Hıdırellezdə qeyd olunur.Novruz daha çox Anadolu sahəsində 
yayğındır.Hıdırellez  ise  Türkiyədə  ən  geniş  yayılmış  yaz 
mövsüm  mərasimidir.Novruz  martın  21-də,  Hıdırellez  isə 
may  ayının  6-da  bayram  edilir.Azərbaycanda  fevral  ayında 
keçirilən  Xıdır  Nəbi  mərasiminin  Hıdırelleze  müəyyən 
bənzərliyi  olsa  da,  fərqli  xüsusiyyətləri  də  vardır.Xıdır  Nəbi 
qışın  ortasında,  Xıdırellez  ise  yazın  ortasında  keçirilir. 
Mərasimin mövsümlə əlaqəsindən belə anlaşılır ki, bunlardan 
biri  qışın  yola  salınmasına  göstərilən  sakral  ritual  dəstəyi, 
digəri  isə  yazın  gəlişinin  təntənəsidir.Birincidə  misteriya, 
ikincidə isə karnavallıq aparıcı mövqedədir. 
 Əski türk mövsüm mərasimlərindən biri olan Hıdırellez 
bayramı hər il yazda, may ayının beşindən altısına keçən gecə 
keçirilir. Novruza bənzər xüsusiyyətləri vardır. Eyni zamanda 
digər  türk  xalqlarında  müşahidə  etdiyimiz  mövsüm 
mərasimləri  ilə  ortaq  cəhətləri  də  kifayət  qədərdir.  Türk  və 
islam  mifologiyasında  xüsusi  bir  yeri  olan  Xızır  obrazı 
özündə  əski  ritual  və  inancların  izlərini  saxlamışdır.  Qışın 
bitib  baharın  gəlməsi  mövsüm  mərasimi  olaraq  qeyd 
edilməkdədir.  Burada  Xızır  baharı  simvolizə  edir.  Bu 
bayramda  insanlar  müxtəlif  törənlər  təşkil  edər,  müxtəlif 
ayinlər  icra  edərlər.  İslam  inancına  görə  Xızır  haqq  vergisi 
almış  şəxsiyyətdir.  Tanrı  tərəfindən  müsəlmanlığı  qorumaq 
vəzifəsi verilmişdir. İstənilən zaman zühur edə bilən mübarək 
bir  şəxsiyyətdir.  Rəvayətə  görə,  Xızır  ilə  İlyas  qardaş  və  ya 
dostdur. Xızırın ab-i həyat suyu içərək ölümsüzlük qazanması 
söylənilir.  Əsas  vəzifəsi  darda  qalanlara  yardım  etmək, 
yaxşılıq  etmək,  təbiətin  yaşıllanmasını  tə`min  etmək,  bolluq, 
bərəkət,  qismət  və  sağlamlıq  verən  bir  vəlidir,  kəramət 


 
48 
sahibidir.  Xidirellez  bayramının  da  əsas  xarakterini  bu 
xüsusiyyətlər 
müəyyənləşdirir. 
Xızır 
ən`ənəsində 
mərasimlərin keçirildiyi günə ümumi olaraq Ruzi-Xızır və  ya 
Xıdırellez adı verilmişdir. Ruzi-Xızır və Ruzi Qasım deyə iki 
mövsümə  ayıran  təqvim  mə`lumatları  Ruzi  Xızırı  yaz 
mövsümünün  başlanğıcı  sayıb  6  maydan  8  noyabra  qədər 
davam  edən  müddəti  186  günlük  bir  dövrü  əhatə  etdiyi 
bildirilir.  Rumi  23  aprelə  təsadüf  edən  bu  tarix  indi  də 
işlətdiyimiz  miladi  təqvimlə  6  maya  uyğun  gəlir.  İlin  9 
noyabrdan 5 maya qədər olan hissəsi isə Ruz-i  Qasım isə qış 
mövsümünü  bildirir.179  gün  olan  bu  dönəmə  Qasım  günləri 
də deyilir. 
 Xıdırellez hazırlıqlarına bir həftə öncədən başlanılır. Evlərdə 
təmizlik  işləri  görülür,  yeməklər  hazırlanır.  Hər  kənddə 
Xıdırellez  şənliklərinin  keçirildiyi  mə`lum  bir  yer  olur.  Bu 
yerin  suyu,  ağacı  olan  geniş  bir  yer  olması  lazımdır.  Əsasən 
böyük ağaclar, müqəddəs sayılan bulaq başı seçilir. Xıdırellez 
günü  oğlaqlar,  quzular  kəsilir.  Bayramdan  bir  gün  öncə 
sağmal  heyvanı  olmayan  ailələrə  süd  paylanır.  Xüsusilə, 
süddən  börək  və  sütlaç  hazırlanır.  Hazırlanan  yeməklərin 
çoxu  xəmir  yeməkləri  olur.  Bunlara  börək,  yumurta, 
peksimet,  pogaça,  kolaç,  kalburüstü  aiddir.  Eyni  zamanda 
qarğıdalı  bişirilir,  noxudlu  çörək  hazırlanır.  Xıdıellezden  bir 
gün  əvvəl  axşam  kənddə  olanlar  Xıdırellezə  çağırılır.  Bu 
bayramın  da  Novruz  kimi  bir  sıra  mərasimləri,  inancları  və 
oyunları  vardır.  Ayrıca  olaraq,  fevral  ayının  ortalarında 
Anadolu ələviləri Xızır cəmi mərasimi keçirirlər. Naxçıvanda 
fevral ayında Xıdır (və ya Xıdır Nəbi) bayramı keçirilir. Xıdır 
bayramında  əsasən  un  məhsullarından  xəmir  xörəkləri 
hazırlanır. Xıdır bayramında Xıdır Nəbini çağırmaq mərasimi 


 
49 
də keçirilir. 
Tatarlarda  yaz  bayramı  “Karqa  butkası”dır.  Bu  bayram 
yazın  gəlişi  münasibətilə  keçirilir.  Bayramda  gənclər  idman 
yarışları təşkil edir, oxuyur, oynayırlar.Tatarstanda “yaz işləri 
ilə  bağlı  bayramların  ən  böyüyü  Sabantuy  və  ya  “Səpin 
toyu”dur.  Bu  bayram  yazdakı  səpin  ilə  bağlıdır.  Müasir 
dövrdə  yaz  şumu  çıxarıldıqdan  və  torpaq  əkin  üçün 
hazırlandıqdan  sonra  keçirilir.  Sabantuy  xalqın  könüllü 
şəkildə  bir  yerə  toplanaraq  qeyd  etdikləri  musiqili-dramatik 
tamaşadır.  Kənddə  yaranan  bu  bayram  sonralar  şəhərlərə  də 
yayılmış və təntənəli şəkildə qeyd olunmağa başlanmışdır (8, 
62).  
Sabantuyda: 
1) Uşaqlar yeyən yeməklər bişirilir. Məsələn, “Zərə botkası”; 
2) Uşaqların boyanmış yumurta döyüşdürməsi; 
3)  At  minən  gənclərin  yumurta  döyüşməsi  və  çay  qırağında 
və ya meşədə gəzməsi; 
4) Müxtəlif geyimlər geymiş kişilərin yumurta döyüşməsi; 
5) Sabantuya “büləklər jıyu”; 
6) Meydanda yarışlar təşkil etmək; 
7) Gənclərin könül açmaları. 
Meydan  yarış  və  tamaşalarına  10  gün  qalmış  gənclərin  at 
cıdırı  təşkil  olunur.  Buna  “at  ayağın  qızdırmaq”  deyilir  (8, 
62). 
Tuvalılarda  yeni  il  bayramı  “Şaqaa”dır.  Bu  buryatların 
Şaqaalqan”  bayramına  bənzərdir.  Şaqaa  yeni  ayın 
göründüyü  ilk  gün  başlanır.  Şaqaa  Çin  yeni  ili  ilə  uyğun 
gəlmir.  Məsələn,  yeni  il  Çində  2009-cu  il  yanvarın  26-  da 
girirsə,  Şaqa  yalnız  fevralın  25-də  girirdi.  Tibet  və  monqol 
təqvimlərində  olduğu  kimi  Tuvada  da  yeni  il  fevral-mart 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə