Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   11   12   13   14   15   16   17   18   ...   35

 
53 
İlin axır çərşənbəsi müxtəlif mərasimlərlə qeyd olunur. 
Çərşənbədən  öncəki  axşam  od  yandırıb,  üstündən  atlanarlar. 
Odun  üstündən  atılanda  bu  sözləri  deyərlər:  “Ağırlığım, 
uğurluğum  düşsün  bu  od  üstünə”.  Bu  gecə  “yeddi  ləvin” 
hazırlanar.  “Yeddi  ləvin”  yeddi  növ  quru  yemişdən 
(meyvədən)  olur.  O  cümlədən,  iydə,  kişmiş,  çövüz,  /qoz/, 
badam, basdıq, tut qurusu və s. 
Bu  gecə  evlərdə  küftə  bişirilər,  sayı  ailənin  sayına  olar 
və  bir  dənə  də  “qayib  payı”  adı  ilə  artıq  salınar  ki,  qonaq 
yetişsə, onun da payı olsun. 
Arvadlar  və  qızlar  niyyət  edib  qonşu  qapılardan  qulaq 
asarlar, ya bir neçə nəfər danışan adamların yanından keçərək, 
eşitdikləri  sözləri  öz  yanlarında  təbir  edirlər.  Ona  görə  hər 
evdə  yaxşı  sözlər  danışmağa  çalışarlar  ki,  əgər  qulaq  asan 
olmuş olsa, xeyrə  yoza bilsin. Ata-ana uşaqlara, danışıqlarına 
məvazib  olmaq  üçün  təkid  edərlər.  Özləri  də  o  gecə  uşaqları 
danlamaqdan  və  qarğış  etməkdən  çəkinərlər,  xüsusilə  ölüm 
barəsində söhbət etməzlər.  
Bu  gecənin  rəsmlərindən  biri şal,  ya  bərək  sallamaqdır. 
Cavan  oğlanlar  qohum-qonşu  damına  gedərək,  şal,  ya 
bərəklərini  /bel  şalını/  bacadan  içəriyə  sallayarlar.  Ev  sahibi 
onun  ucuna  bayramlıq  olaraq  bir  zad  bağlayar,  nişanlı 
oğlanlar  qayınatanın  damına  gedib,  şal  sallayarlar.  Sabah 
hamı  səhər  tezdən  yuxudan  durarlar.  Oğlan  uşaqları  evdən 
çıxıb,  üç  dəfə  su  arxından  atılarlar.  Bəziləri  qəbiristanlığa 
gedib, orada olan daş qoçun qarnının altından keçərlər.  
Arvadlar  isə  obaşdan  özünü  kəhrizə  yetirərlər  və 
səhənglərini  doldurub  qayıdarlar.  Bu  su  gərək  gün 
çıxmamışdan  evə  yetişmiş  ola.  Su  qabı  evə  yetişincə  yerə 
qoyulmalıdır.  Bu  suya  çərşənbə  suyu  deyirlər.  O  gün  çay 


 
54 
gərək  bu  su  ilə  qoyulsun.  Deyərlər  çərşənbə  suyu  üçün  hər 
kimin muradı olsa, ona yetişər. 
Bayramdan qabaq evləri tökər, təmizlər və çırparlar. Ev 
çırpmaq  bu  mənadadır  ki,  qəbiristanlığın  şimalında  “Əliyar 
güneyinin” ətəyində olan, məxsus ağ /müxtəsər sarıya çalan / 
bir  torpaqdan  gətirib,  yekə  teştlərdə  suya  töküb,  süpürgəni 
ona batırıb divarlara çalarlar. Beləliklə, divarları ağardarlar.  
Tacikistanda  Novruz  martın  əvvəlindən,  21  mart 
günlərinəcən,  baharın  gəlişini  və  təbiətin  canlanmasını 
qarşılamaq məqsədilə qeyd edilir. Adətə görə süfrəyə qoyulan 
süd  təmizliyi,  şirniyyat  yaşama  sevincini,  şəkər  sərinlik  və 
istirahəti,  şam  atəşə  sitayişi,  daraq  qadının  gözəlliyini  təmsil 
edir.  İslam  dövründən  sonra  bunların  yerini  əsasən  “Ş”  ilə 
başlayan 7 nemət əvəz edir. Uşaqlar qapı döyüb bayram payı 
istəyir,  ancaq  gizlənmirlər.  Onlar  yaz  çiçəklərindən  dərib 
yığır,  qapıları  döyüb,  evsahiblərinə  çiçəklərdən  hədiyyə 
edirlər.  Ev  sahibi  isə  onlara  konfet,  yumurta,  ya  da  pul  verir 
(50). 
Əfqanıstanda  Novruz  şənliklərinin  mərkəzi  Məzari-
Şərif  şəhəridir.  İnsanlar  müqəddəs  ziyarətgah  sayılan  bu 
şəhərə  toplaşır,  xüsusi  mərasimlər,  şənliklər  təşkil  olunur. 
Novruzda  Məzari-Şərifdə  müxtəlif  oyunlar,  yarışmalar  da 
olur;xoruz  döyüşdürürlər,  it  boğuşdururlar  və  s.  Süfrəyə 
gətirilən  yeddi  meyvə  qurusundan-ərik,  fıstıq,  iydə,  badam, 
qoz  və  quru  üzümdən  hazırlanmış  “Həft  meyvə”,  Novruz 
külçəsi  adlı  xüsusi  qurabiyə,  qızardılımış  balıq  Novruz 
yeməklərinə aiddir. Smanak adlı xüsusi şirniyyatı isə qadınlar 
gecələr  xüsusi  nəğmələr  oxuyaraq  bişirirlər.  Bayram  günü 
hamı  yeni  paltarlarını  geyir,  yaxınlarına  qonaq  gedir, 
dünyadan  köçmüş  əzizlərinin  məzarlarını  ziyarət  edirlər. 


 
55 
Güləş,  oğlaq  və  çərpələng  uçurtma  oyunları  bayramın 
yaddaqalan  mərasimlərindəndir.  Bu  yarışmaların  mövsümü 
Novruzla başlayır. Sonra 3-4 ay davam edir (50). 
 Müqayisə  üçün  qeyd  edək  ki,  slavyanlarda  keçirilən 
Maslennitsa”  fevralın  ikinci  yarısından  martın  birinci 
yarısınadək  olan dövrdə keçirilir. Qışın  yola  salınması,  yazın 
qarşılanması  bayramıdır.  Bayram  bazar  günləri  və  ya  birinci 
günü  keçirilir.  Bu  bayramda  ev-eşik  təmizlənir,  bayram 
yeməkləri  hazırlanır.  Bayram  yeməkləri  içərisində  ağartı 
məhsulları üstünlük təşkil edir.Bilinçik bişirilir. 
Yaz  mövsümündə  keçirilən  mərasimlərdə  biri  də 
Pasxa”dır.  Burada  xalq  aqrar-  magik  hərəkətləri  Pasxa 
mıərasimi  içərisində  kilsə  ritualı  ilə  örtülmüşdür.  Pasxadan 
əvvəl 7 həftəlik Böyük post gəlir. Bu müddətdə ət  yeməkləri 
yeyilmir və axşamlar kilsəyə gedilir. 
 


 
56 
NOVRUZ VƏ ŞAMANLIQ 
 
Əski  türklərin  dini  mərasim  və  ayinlərinin  necə  icra 
edildiyini  bu  və  ya  başqa  şəkildə  Çin  və  ərəb  qaynaqları  ilə 
yanaşı  türk  boylarının  dastanlarından,  xalq  əfsanələri  və 
rəvayətlərindəki  məlumatlardan  öyrənirik.  Hazırda  əski 
ənənəvi  inancları  və  mərasimləri  qoruyub  saxlamış  Altay  və 
Yakut şamanlarının keçirdikləri böyük dini mərasimlər bizim 
əski türklərin ayinləri haqqında təsəvvürlərimizi genişləndirir.  
Şamançı  türklərin  müəyyən  vaxtlarda  keçirdikləri 
ayinlər  yaz,  yay  və  payız  mövsümlərində  baş  verir  ki, 
bunların da çox qədim dövrdən qaldığı şübhə doğurmur. Əski 
türk imperatorluğu dövründə bu ayinlərin dövlətin rəsmi dini 
bayramları  olduğu  Çin  qaynaqlarının  verdiyi  məlumatlardan 
aydın olur. Yaz və payız bayramlarında ayinlər icra olunması 
Hunların zamanından məlumdur. Əski türk dininin saxlandığı 
Monqol  imperatorluğu  dövründə  yaz  bayramı  və  bununla 
əlaqəli  mərasimlər  dövlətin  dini  bayramları  olmuş  və  bu 
bayramlarda möhtəşəm ayinlər icra edilmişdir.  
Türklərin  bu  yaz  bayramları  və  mərasimləri  əski  sami 
xalqlarında  „Peşah“  və  xristianlarda  „Paska“  bayramı  kimi 
mənşəyi  baxımından  „təbiətin  dirilməsi“  şərəfinə  keçirilən 
ayinlərdir.  Bu  yaz  bayramı  ayininə  yakutlar  „Isah“  deyirlər. 
Yakutlar  7  ay  çəkən  sərt  qış  mövsümündən  sonra  qısraqları 
sağaraq qımız hazırlayırlar. Bütün oba bir çəmənliyə toplanıb 
soyun qamı (şamanı)nın iradəsi altında ayin rəqsi edirlər, şeir 
söyləyirlər,  dua  edirlər.  Əgər  biz  “Novruz”a  ritual,  mərasim 
və bayram kimi diaxron sırada və ya sinxron cərgədə baxsaq, 
o zaman bu terminoloji tavtologiya kimi qəbul edilməməlidir. 
Çünki bunların hər birinin məsələnin bir tərəfini izah  etməyə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə