Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   19   20   21   22   23   24   25   26   ...   35

 
83 
Ber erzölö yuqəıs = Bir yerdə yoxsan,  
Bar erzölö barəıs! = Hər yerdə varsan!  
Hinnön yarzam, = Səndən yardım, 
Hinnön Fərman!= Səndən fərman! 
Bu  sabit  formullar  Tanrıya  müraciətlə,  yalvarışla 
Tanrıya  qurban  vermə  mərasimində  iştirakçılar  tərəfindən 
söylənir.  Belə  dualar  eyni  zamanda  bir  işə  başlayanda,  uzaq 
səfərə  çıxanda  və  həftənin  xüsusi  günlərində  və  ya 
ümumiyyətlə, Allahadan bir şey diləyəndə edilir: 
Ey, Tösre tönqölöm!! =Ey Tanrı böyük! 
Barəıs! =Varsan! Berəes! =Birsən!  
Tisdöşes vö= Tayın yox.  
Oqşaşın yuq! =Oxşarın yox.  
Ni boyorəas bula,=Nə buyursan olar.  
Boyorəmas yuq! =Buyurmadığın yox! 
Türk  xalqlarında  Tanrı  ilə  yanaşı  bəzi  bölgələrdə  Xuda 
deyilişi  ilə  də  rastlaşırız.  Məsələn,  Başqırdıstanın  bəzi 
rayonlarında (Çişmin, Urşak, Çermasan, Karmasan) Xuda adı 
saxlanmaqdadır.  Başqırdca  buna  kişi  tanrı-Əot,  Qot,  qadın 
tanrı-Mada deyilir. Qerman xalqlarında,  məsələn, ingilislərdə 
God-tanrı  (almanlarda-Gott),  Mother-ana  (almanlarda  –
Mitter).  Burada  qoşa  ilahi  varlıq  Əot/Qot  və  Mada/Maza  ilə 
qarşılaşırıq.  Ehtimal  edilir  ki,  bu  inanc  sisteminin  kökləri 
Tanrıçılıqdan da daha öncəki inanc sistemlərinə aiddir.  
Tölöqemdes barın bir! =Diləyimin hamısın ver! 
Dişömbe kinindö= Düşənbə günündə 
Bönqömbör tıunqan kinindö.= Peyqəmbər doğulan gündə 
Hinnön əorayım, =Səndən istəyirəm 
İxlas yalbaram.= Səmimiyyətlə yalvarıram, 
Hinnön əorayım.= Səndən istəyirəm 


 
84 
Ey, Xozayım! Ey, Tösrem! =Ey Xudam! Ey Tanrım! 
İzqe sönqöttö,= Xeyirli saatda dualarımı 
Qabul it!=Qəbul et! 
Bu  mərasim  duası  mətnində  ərəb  və  fars  sözlərinin 
işlənməsindən  də  göründüyü  kimi  o  İslam  dönəmində 
dəyişikliyə uğramış və İslami bir mahiyyət qazanmışdır. 
Ayrıca  olaraq  Xuda  inancının  izləri  yaz  mövsümü  ilə 
bağlı  mərasimlərdə  müşahidə  olunmaqdadır.  Azərbaycan 
folklorunda saxlanmış “Qodu-qodu” mərasimi Xudaya veilən 
qurbanla  bağlı  mərasimin  bəzi  ünsürlərini  təsəvvür  etməyə 
imkan verir: 
Qodu-qodunu gördünmü? 
Qoduya salam verdinmi? 
Qodu burdan keçəndə 
Qırmızı gün gördünmü? 
Bizcə  Qodu  Xuda  inancı  ilə  bağlıdır  və  onun  şərəfinə 
keçirilən mərasimdə onun rəmzi və xalq deylişi ilə ifadəsidir. 
Qodunun  (Xudanın)  da  günlə  (Günəşlə)  əlaqəli  olması  bu 
inancda  da  astral  kultların,  xüsusilə  də,  günəş  kultunun 
mövcudluğunu göstərir. Bu mənada “Günəşi çağırma” arxaik 
ritualının “Tanq Tenqri” və “Qodu-qodu” variantları arasında 
müqayisələr  aparmaq  mümkündür.  “Tanq  Tenqri”  ritualının 
izləri VI-VIII əsrlərə aid əski  yazılı mətnlərində (33;35;36;40 
və b.) qalmaqdadır: 
Tanq Tenqri kelti! 
Tanq Tenqri kelti!  
Tanq Tenqri özü kelti! 
Tanq  Tenqri  ritualında  olduğu  kimi,  Qot  (Xoda) 
mərasimi  də  tonqal  ətrafında  toplaşaraq,  əlləri  göyə  açaraq, 
yalvarış və dua etməklə keçirilir. 


 
85 
Başqırdlarda  müşahidə  olunan  inanc  sistemində  əsas 
yeri  Tenqri  tutmaqdadır.  Bunu  “Allanıs  da  Tösreəe  bar” 
(Allahın  da  Tanrısı  var)  deyimi  də  göstərməkdədir.  “Qot”un 
ondan daha öncəki inanc sistemi olduğu və  ya onunla paralel 
mövcud olduğunu ehtimal etmək olar, Amma bu hipotetik bir 
mülahizədir. Bizə görə tanrıçılıqda xüsusi sakral element olan 
Kut/Qut  universali  xarakterli  Qotla  ələqəli  ola  bilər. 
Tanrıçılıqda  “Kut”u  Tanrı  verir  və  suç  işləndiyi  zaman,  törə 
pozulanda,  tabuya  əməl  edilməyəndə,  yasaqlara  riayət 
etməyəndə və s.neqativ hərəkətlər baş verdikdə yenə də Tanrı 
alır.  Kutdan  məhrum  olan  adam  uğursuz  adamdır,  onun 
başına  hər  cür  bəlalar  gələ  bilər.  Çünki  onu  qoruyan  sakral 
mahiyyət  “Kut”  yoxdur.  Bəzi  şaman  rituallarında  qurban 
vermə  yolu ilə “Kut”u bərpa edirlər.Bütün hallarda qurbanlar 
Tanrı  adına  verilir  və  qurban  mərasimləri  Tanrı  adına 
keçirilir.  Ona  görə  də  bayramlarda  “Kutlu  olsun!”  alqışı 
söylənilir(İndi  biz  “Mübarək  olsun”  deyiriki  ki,  bu  da 
bərəkətli,  ruzili  olsun  deməkdir).  Bu  bayramın  sakral 
mahiyyət  qazanmasına  göstərilən  sosial  dəstəkdir.  Bayramın 
da  əsas  vəzifəsi  cəmiyyətdə  sosial-mənəvi  və  ruhi-psixoloji 
harmoniyanı  təmin  etmək,  nikbin  ovqat  yaratmaq  və  keçmiş 
mənəvi  dəyərləri  səfərbər  etməklə  gələcəyə  olan  inamı  daha 
da artımaqdır.  
Azərbaycanlıların  Novruz  bayramlarında  Tanrıçılıqdan 
gələn  bir  sıra  elementlər  işlənməkdədir.  Buradakı  Tonqal 
zərdüştlikdən  də  öncə  Tanrıya  qurban  vermə  mərasimi  və  ya 
arxaik ritualıdır. Əsas komponenti Günəş kultu olan bu arxaik 
ritual  Tanrıçılıq,  Zərdüştlik  və  İslam  dinlərinin  müəyyən 
təsirlərinə  məruz  qalsa  da  öz  mərasim  mühafizəkarlığını 
itirməmişdir. 


 
86 
Novruz  bayramının  ritual  əsaslarının  təhlilindən 
gəldiyimiz qənaətlərə görə o nə zərdüştliklə, nə də islam dini 
ilə  əlaqəli  deyil.  Çünki  burada  müşahidə  olunan  arxaik  ritual 
elementləri  şaman,  buddist,  xristian  və  müsəlman  türklərin 
mövsümlə bağlı icra etdikləri ortaq rituallardır.  
Novruzun  tərkibində  əfsanəvi  “Cəşni-Cəmşid”  və 
zərdüştliklə  bağlı  “Cəşni  Hörmüz”  elementləri  bayram 
simvolikası  səviyyəsində  (məsələn,  şirniyyat  və  bəzi 
yeməklər)  müşahidə  olunur.  Bu  da  olduqca  təbiidir.  Çünki 
Novruz rəsmi bayram  olduğu üçün  mədəniyyət  rəngarəngliyi 
onda  cəmlənərək  müəyyən  mənada  səfərbər  olmuşdur.  Belə 
bir  mədəni  səfərbərlik  həmişə  mərkəzi  bayram  mərasiminin 
üzərinə  düşür.  Amma,  bütün  bu  mürəkkəb  proseslər 
Novruzun  türklərэ  aid  olan  arxaik  ritual  əsaslarını 
sarsıtmamışdır.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə