121
NOVRUZLA BAĞLI MIFOLOJI OBRAZLAR
VƏ ANLAYIŞILAR
Qışın yazla əvəzlənməsi – təbiətin ölüb dirilməsi – Bir
çox xalqlarda o sıradanda azərbaycanlılarda yazın qışı əvəz
etməsi mifologiyada vuruş kimi təsəvvür olunmuşdur. Bu
təbii hadisə xalq təfəkküründə özünə ayrıca yer tutmuş və
şifahi xalq ədəbiyyatında onunla bağlı törənlər yaranmışdır.
Yazın gəlişi onun qışın yazı əvəz etməsi ilə bağlı törənlər
Orta Asiyadan, Dağlıq Altaydan Azərbaycandan tutmuş və
başqa ölkələrə yayılmışdır. Bu törən – mərasim hər xalqın soy
kökündə onların həyat tərzi, məişəti əmək prosesi illə
bağlıdır. Onlarən təbiətə yanaşmasından yaranmışdır(72,9).
Xızır obrazı – Türk xalqlarının və eləcə də azərbaycanlı-
ların mifik təfəkkürünün yaratdığı Xızır və onunla bağlı məra-
sim yazın gəlişi ilə bağlıdır (73,103). Türk folklorunda xızırla
bağıl inanışların böyük qismi yazılı şərq qaynaqları ilə uyğun-
luq təşkil edir. Türk xalq inanclarında bir peyğəmbər olaraq
qəbul edilən Xızır darda qalaların dadına yetişən mübarək üz-
lü bir varlıqdır. Bərəkətli və tez tükənməyən şeylər haqqında
“Xızırın əli dəyibdi” – deyilər ki bu da onun başlanğıcında bir
funksiyasının belə bolluq hamisini göstərir(67,93).
Yaz özü ilə ağartı, mal – qara, qoyun – quzu üçün yem
artım balalama, əkinə istilik gətirirdi. Xalq bütün bu
nemətlərdən məhrum olmamaq üçün Xızırı çağırırdı:
Xızır, Xızır xız gətir,
Var dərədən od gətir.
Xızıra xızır deyərlər
Xızıra çıraq qoyarlar(74,30).
Xızırdan istilik, od istəmişlər insanlar yazın tez
gəlməsini təmin etmək üçün odu istini yardıma çağırırlar.
122
Qodu Obrazı - Günəşi çağırmaq üçün Qodu obrazında
da mifik səciyyə vardır. Birincisi və başlıcası günəşi çağırmaq
ikincisi isə yağışı kəsməkdir(73,18).
Qodu obrazı iki əksliyin başlanğıcıdır. O güləndə gün
çıxır, ağlayanda yağış yağır. Aramsız yağan yağışı kəsmək və
günəşi çağırmaq üçün Qoduya müraciət olunur:
Qodu Qodunu gördünmü?
Qoduya salam verdinmi?
Qodu burdan ötəndə,
Qırmızı günü gördünmü?
Təqvimdə Günəş:
Gün çıx, çıx, çıx
Kəhər atı min çıx
Oğlum qayadan uçdu
Qızın təndirə düşdü
Keçəl qızı qoy evdə
Saçlı qızı götür çıx
Gün getdi su içməyə
Qırmızı don biçməyə
Gün özün yetirəcək
Qarı tez götürəcək
Keçəl qızı aparacaq
Saçlı qızı gətirəcək (74,23).
Mahnıdan göründüyü kimi günəşin iki qızı var biri
keçək o biri isə saçlıdır. Bu qızların kimliyi indiyə kimi
diqqətdən kənar qalmışdır. Günəşin “keçəl qızı” qışın “saçlı
qızı” isə yazın başlanğıcıdır. Elə buna görədə əkinçiliklə
maldarlıqla bağlı olan xalq yazən gəlməsini istəyir(73,23).
Nə üçün günəşin qızları “keçəl” və “saçlı"dır? Buna
belə açıqlama gətirək. Çunki qışda ağaclar çılpaqdır, qışda
123
ağaclar artımsızdır, günəşdə gücsüzdür. Qızda buna görə
keçəldir. Bunu əksinə olaraq yaz verimlidir, artımlıdır, istidir,
təbiətə can verir. Buna görədə o saçlı təsəvvür olunur.
Buradan belə nəticəyə olar ki, günəşlə bağlı əkslikləri təmsil
edirlər. Nəğmədən aydın olur ki, başlanğıcların – yazın (saçlı
qızın) qışın (keçəl qızın) kökü birdir – günəşdir.
Kosa və Keçi obrazları – Kosa –kosa oyununda kosa qışın,
keçi isə yazın carçısıdır. Kosa uzun səfərə hazırlaşır bununla
mərasim iştirakçıları bilirlər ki, qış gedir yaz gəlir. Ancaq kosa
öz mövqeyini asnlıqla vermək istəmir. Axırda keçi – yaz kosanı
– qışı vurub öldürür. Mərasim iştirakçıları sevinirlər keçini
alqışlayırlar. Bu mərasimdə kosa – qışın mifik obrazı, xalqın
dünyanı dərk etməsinin əski görüşləri ilə bağlıdır(73,28).
Mərasimdə kosaya belə bir nəğmə oxunur:
Mənim kosam canlıdır
Qolları mərcanlıdır
Kosama əl vurmayın
Kosam ikicanlıdır(75,21).
Kosam ikicanlıdır ifadəsini bu mənada başa düşmək olar.
Kosa – qış, yazı doğacağı üçün ikicanlıdır. Yaz qışdan doğulur.
Qış istəsə də, istəməsə də bu “uşaq”-yaz doğulmalıdı. Qışın do-
ğacağı “uşaq”-yaz əkinçiliklə, maldarlıqla məşğul olanlar üçün
həyat idi. Mərasimin bir ucunda faciə, o biri ucunda isə kome-
diya vardır. Keçi – yaz, düşməni kosanı – qışı öldürür. Bu faciəli
durum öz-özlüyündə komik vəziyyət yaradır. Deməli, Azərbay-
canda yaranan faciə və komediyanın - əksliklərin kökü, mifik
durumu birdir. Qış - kosa ölürsə, faciəvi, keçi qalib gəlirsə,
komik durum yaranır. Keçi yaz bayramında aparıcıdır. Günəşlə
bağlıdır.Keçi yaxşılığı təmsil etmiş, insanlara ruzi vermişdir.
124
NOVRUZ HAZIRLIQLARI
Azərbaycanın elə bir regionu yoxdur ki, orada novruz
bayramı təntənə ilə qarşılanmasın. Martin 21 - dən 22 - ə
kecən gecə, gecə ilə gündüz bərabərləşir. Ana torpağa nəfəs
gəlir, yerin donu açılır, ağaclar bahar suyu içir, təbiət qış
yuxusundan oyanır, hər şey cana gəlir. Yurdumuza, elimizə,
obamıza yaz gəlir. İnsanlar böyük təntənə ilə novruz
bayramını qeyd edirlər. Novruz bayramı hər il mart ayının 20,
21, 22, də qeyd olunur. İnsanlarda, quşlarda hətta qarışqalarda
belə bir təlaş hiss edilməyə başlayır. Hər bir ailədə əsas yük
qadınların üzərinə düşür. Ev qadınları evin əşyalarını həyətə
tökər. Otaqlar ağardılar, qışın ağır havası evdən təmizlənər,
baharın birinci günü təmiz libas və təmiz vücudla qarşılanar.
Novruzun ilk dört günü ilin fəsilləri ilə əlaqələndirilmişdir.
Birinci gün günəşli keçsəydi, demək yaz yaxsı keçəcəkdi.
Əgər Novruzun üçüncü və dördüncü günündə yaqış yaqsaydı
adamlar odu düzəldib meydanlarda gəzər və günəşi çağıran
nəğmələr oxuyardılar (76,25).
Dostları ilə paylaş: |