Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   17   18   19   20   21   22   23   24   ...   35

 
76 
Ritualı icra edən ağsaqqalın ardından kişilər, qadınlar və 
uşaqlar əllərini göyə qaldırıb uca səslə təkrar edirlər: Biyik 
Tösre!( Böyük Tanrı!) Başqort xalqınıs donqaənın işet! 
(Başqırd xalqının dualarını eşit!) Telöktören qabul it! 
(Diləklərini qəbul et!)( Н е ф е д о в Ф.Д. Ушкуль. // 
Башкирия в русской литературе, 1990, с. 129-134) 
Arxaik qurbanvermə rituallarından biri ilk məhsulun simvolik 
qurban verilməsidir. Bu rituala görə meyvənin ilki, ovun ilki 
(bizim deyilişlə nübarı) və s. məhsul və ov hami ruhlarına 
qurban edilir.İlk məhsul qurban edilincəyə qədər onlardan 
istifadə yasaqdır. Yalnız qurban verdikdən sonra təntənəli 
şəkildə şənlik edilir və yasaq aradan qaldırılmış olur. Bizdə 
nübarı ailənin ağsaqqalına verirlər ki, bu da bir şəkildə həmin 
qurban vermənin türklərdə əcdad ruhu ilə əlaqəli olmasını 
göstərir. 
Novruzdan  sonra  bitkini,  təbiəti,  taxılı  və  çörəyi 
simvolizə  edən  “Səməni”nin  axar  suya  atılması  da  ilk 
məhsulun hami ruhlara qurban verilmə şəkillərindən biridir. 
İlk 
məhsulun 
qurban 
verilməsi 
ritualının 
bəzi 
elementləri 
türk 
xalqlarından 
biri 
olan 
çuvaşlarda 
qalmaqdadır.  Burada  ilk  məhsul  mərasim  duası  edilmədən 
yeyilmir. 
Arxaik  rituallardan  biri  də  ayrıca  olaraq  ət  qurbanı 
verməkdir.  Bu  ritual  zamanı  qurbanlıq  heyvanın  ətindən  bir 
parça ocağa atılır. Altaylarda məişətə uyğun olan içkilərin sağ 
əlin  şəhadət  barmağı  ilə  ruhların  şərəfinə  çilənməsi  adəti 
qalmaqdadır.  Azərbaycanda  qurbanlıq  qoyunun  qabaq 
qolunun  aypara  şəkilli  qığırdağını  (xəmmirçəy)  kəsib  niyyət 
duası  edərək  evin  tavanına  doğru  üç  dəfə  atırlar.  Əgər 


 
77 
qığırdaq  tavana  yapışıb  qalarsa,  bu  niyyətin  qəbul  olacağının 
əlamətidir. 
 Arxaik  qurban  rituallarından  biri  də  ibtidai  ovçuluq 
ənənəsi  ilə  bağlıdır.  Bu  Od  qurbanıdır.  Bu  həm  də  “Nübar 
qurbanı”  ilə  sarmaşıq  bir  şəkildədir.  Belə  sarmaşıqlıq  qədim 
Hindistanın Veda dinində müşahidə olunur. Burada od tanrısı 
Aqni  iki  rolda  çıxış  edir:  qurbanı  göyə  -  tanrıya  aparan 
vasitəçi  və  şəninə  himnlər  oxunan,  qurbanlar  verilən  əsas 
tanrılardan biri kimi(17,593). 
Sonralar  atəşpərəstlik  dinlərində  (məzdəkizim,  parsizm, 
iezidizm)  od  ilahi  qüvvə  kimi  deyil,  təmizləyici,  arındırıcı 
qüvvə  kimi  çıxış  edir.Amma  odla  arınma  ideyası  bir  sıra 
dinlərə  daxil  olur.  Hətta  nə  qədər  qəribə  görünsə,  də  orta 
əsrlərdə  fanatiklərin  odda  özünü  yandırmasında  da  arxaik 
ritual elementləri müşahidə olunur. 
Bir sıra Sibir xalqlarında sağ heyvan qurban vermə adəti 
vardır.  Qurbanlıq  üçün  seçilmiş  ağ  rəngli  maral  təsərrüfatda 
istifadə  olunmur  və  ruhlara  qurban  edilərək  azad  edilir.  Bu 
adət  xantı,  mansi,  nens,  selkup,  evenk  və  başqa  xalqlarda 
qalmaqdadır.  Türk  xalqlarından  tuvalarda  bu  adət  vardır. 
Altaylar, xakaslar, buryatlar tanrıya qurban dedikləri ağ rəngli 
atı sərbəst buraxırlar (17,593).Azərbaycan atalar sözündə sağ 
qurban  vermənin  izləri  müşahidə  olunur:”Balığı  burax 
dəryaya, balıq bilməsə də xaliq  bilər”.Burada  ibtidai övçuluq 
dövrünün  arxaik  qurban  ritualı  ilə  dini  təsəvvürlər  sarmaşıq 
şəkildə özünü göstərir. 
Qurbanı  sağ  vermək  və  onu  sərbəst  buraxmaq  “günah 
keçisi”  ilə  də  qismən  izah  oluna  bilər.  Bu  motiv  Bibliyanın 
“Əski çağırış”ında da  (Lev.16:10)  vardır. Bunun əsas mənası 
ondan  ibarətdir  ki,  sərbəst  buraxılan  qurban  həmin  yerin 


 
78 
bütün  günahlarını  götürüb  oradan  uzaqlaşdırır  və  bir  şəkildə 
arınmağa,  təmizlənməyə  xidmət  etmiş  olur.  Bəzi  xalqlarda 
hətta 
heyvanların 
ilahiləşdirilməsi 
inancı 
(məsələn, 
Hindistanda inəklər və ilanlar) da müşahidə olunur. 
İ.Kafesoğluna  görə,“bozqır  türklərinin  inanclarını  üç 
əsas nöqtədə ümumiləşdirmək olar: 
a)Təbiət qüvvələrinə inanma; 
b)Əcdad kultu; 
c)Gök Tanrı”(22,42). 
İbtidai  dövrün  xalq  inanclarında  bir  çox  tanrı  adları 
təbiət  qüvvələrini  göstərir.  Hind  tanrılarından  Aqnı  oddur, 
İndıra  ildırım  və  yağış  ilahəsəidir.Hind-İran  mifologiyasında 
Frangrasiyan  (Əfrasiyab)  savaş  tanrısıdır.  Sanskritcədəki 
Dyaus  “parlaq  səma”  mənasındadır.Əski  yunan  tanrılarından 
Apollon  günəş  və  gənclik,  Afrodita  bahar  və  eşq  ilahəsidir. 
Qədim  Misirdə  Nil  bərəkət  tanrısının  adıdır.  Zərdüşt  dininin 
baş tanrısı Ahuraməzdanın təmsilçisi oddur və s. (22,44). 
Buradan  çıxış  edərək  qurbanların  da  bunlara  uyğun 
olaraq verildiyini müəyyənləşdirmək olar. Yəni: 
1)Təbitət  qüvvələrinə  və  ya  təbiət  ruhlarına  verilən 
qurbanlar
 2)Əcdad ruhlarına verilən qurbanlar; 
3)Tanrıya verilən qurbanlar. 
Novruz bayramı ilə bağlı adətlərdə bu qurbanların izləri 
özlərini bu və ya başqa şəkildə göstərir: 
Səmənini  cücərdərək  və  sonra  onu  axar  suya  ataraq 
“nübar qurbanı”  veririk. Qeyd edək ki, Səməni  və Zəmi eyni 
mənşəli  anlayışlardır  və  məhsul  və  əkin  hami  ruhlarıdır. 
Səməni  bir  sıra  türk  xalqlarındakı  Saban  (Saman=Səmən)  ilə 
eyni termindir. Buna M.Kaşqarlının “Divan”ındakı savda rast 


 
79 
gəlirik  “Sabanda  sandırış  bolsa...).  Maraqlıdır  ki,  türkmənlər 
tonqala  Saman  otu  (odu)  deyirlər.  Azərbaycanda  qalmış 
Səməni  Saban  (səpin,  əkin,  taxıl  və  s.)  mərasiminin  (Saban 
toyunun-Sabantuyun)yalnız  bir  elemntidir.Digər  elementləri 
isə Volqaboyu türklərində qalmaqdadır. 
Yumurta  döyüşmək  və  xoruz  döyüşdürmək  kimi 
adətlərdə  də  əski  təbiət  qüvvələrinə  qurban  vermənin  izləri 
müşahidə  olunur.  Belə  döyüşlərin  səviyyələri  müxtəlif  ola 
bilər: quşlar səviyyəsində, heyvanlar səviyyəsində və insanlar 
səviyyəsində. 
Quşlar 
səviyyəsindəki 
döyüşü 
yumurta 
döyüşmə,  xoruz  döyüşdürmə  kimi  sonradan  oyun  və  əyləncə 
xarakteri  almış  adətlər  göstərməkdədir.  İt  boğuşdurmaq,  qoç, 
öküz, dəvə və s. döyüşdürmək isə heyvan səviyyəsini göstərir. 
İnsan  səviyyəsində  bu  güləşlə  ifadə  olunur.  Romalılara 
Etrusklardan  keçmiş  qladiator  oyunu  da  arxaik  qurban 
ritualının  insan  səviyyəsini  ifadə  etməkdədir.  İndi  sakral 
mahiyyətini  itirib  profanlaşmış,  oyun  və  əyləncəyə  çevrilmiş 
bu adətlərin arxaik ritual semantikası qurban verməkdir.  
Türk inanc sisteminin əsas komponentlərindən  biri olan 
əcdad  (ata)  kultu  və  onunla  bağlı  verilən  qurbanın  izlərinə 
Novruz adətlərində rast gəlirik.Bunun ən bariz forması məzar 
ziyarətləridir.  İnanca  görə  ata  öldükdən  sonra  onun  ruhu 
övladlarını,  qohumlarını  və  yaxınlarını  qorumaqda  davam 
edir.  Qaynaqlara  görə,  Asya  hunları  hər  ilin  may  ayının 
ortalarında  atalara  qurban  verirlərmiş.  Onlara  görə,  əcdad 
məzarları  müqəddəs  sayılmışdır.  Avropa  hun  tarixində 
Atillanın  ikinci  Balkan  səfərinin  (447)  səbəblərindən  biri 
olaraq  hun  hökmdar  ailəsi  qəbirlərinin  Marqos  (Belqrad 
yaxınlığında 
Dunay 
üzərində 
şəhər-qala) 
yepiskopu 
tərəfindən açılaraq qarət edilməsi göstərilir. Bənzər bir hadisə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə