Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   15   16   17   18   19   20   21   22   ...   35

 
69 
uca  Tanrı  Turaya  dua  edilir.  Amma  düşünmək  olar  ki,  çox 
qədim  dövrlərdə  “Yer  ana”ya  yalvarılmış,  ona  müraciət 
olunaraq  dua  edilmişdir.  Ona  üstünlük  veilməsinin  izləri 
aydın cizgilərlə saxlanmışdır(17,371). 
Çox əski bir məlumata görə qərbi Afrika tayfalarından 
birində  hər  il  mart  ayında  bir  qadın  və  bir  kişini  öldürmək 
adəti  olmuşdur.  Öldürülənlərin  cəsədlərini  yeni  şumlanmış 
sahədə  basdırardılar.  Şimali  Afrikada  vameqi  tayfasında  isə 
sentyabr-oktyabr aylarında məhsul  yığımı və  yeni səpin vaxtı 
bir  qız  öldürərmişlər.  Lakin  bunun  əkinçiliklə  bağlı  qurban 
olması  birbaşa  göstərilmir(17,365).  Məhsul  üçün  insan 
qurbanı  vermək  adəti  Quayakilanın  (Ekvador)  sakinlərində, 
beçuanlarda, Mindanao adasında  yaşayan baqobolarda, Hind-
Çin  vai  və  şanlarında,  Hindistanın  qond  və  kxondlarında 
mövcud olmuşdur(17,365). 
Şimali  Amerika  hindularında,  adətən,  qarğıdalı  və 
digər  mədəni  bitkilər  “mais  anası”,  “bizim  həyatımız”,  “üç 
bacı” şəklində təcəssüm etdirilir(17,366). 
Avropa  kəndlilərində  taxıl  sahəsinin  hami  ruhları  xalq 
inanclarında  və  əkinçilk  adətlərində  öz  təcəssümünü  tapır. 
Məsələn: çörək qız, buğda adam, çörək ana və s. (17,366). 
V.Vundt  belə  “məhsuldarlıq  demonları”na  böyük 
əhəmiyyət  vermişdir.  O  bunları  “daxili  məhsuldarlıq 
demonları”  (torpaqda,  bitkidə,  meyvədə)  və  “xarici 
məhsuldarlıq  demonları”  (hava  ruhu,  yağış  ruhu,  günəş  ruhu 
və  məhsula  təsir  edən  digər  təbii  qüvvələr)  olaraq  iki  yerə 
ayırmışdır (Vundt V. Mif i reliqiya. S. 357-367). Bu məsələyə 
C. Frezer də geniş yer vermiş və “Qızıl budaq” əsərində bitki 
ruhunun  belə  təcəssümünü  ölüb  -  dirilən  tanrı  mifi  ilə 
əlaqələndirmişdir (Frezer D. Zolotaya vetv. Ql. XXIX-XLIII). 


 
70 
Bunlara  qədim  şərq  kultları  əsasında  qoruyan  və  dirilən 
tanrılar-Osiris,  Tammuz, Adonis,  yunan-frakiya əsaslı Dionis 
və  başqaları  aiddir  ki,  onların  da  əsasında  insan  qurbanı 
verməklə  insanın  istehsal  gücünü  tarlaya,  bağa  ötürmək 
məqsədi  daşıyan  araxaik  ritual  durur.  Bu  arxaik  ritualdan 
gələn  şərq  mənşəli  məhsuldarlıq  tanrısına  aid  element 
əhəmiyyətli 
dərəcədə 
İisus 
Xristos 
obrazına 
köçürülmüşdür(17,367). Türk xalq inanclarında bu tipli obraz 
Xızırdır.  Xızırın  əbədi  olaraq  hami  ruh  kimi  mövcud  olamsı 
və hər yerdə zühur edə bilməsi təsəvvürləri geniş yayılmışdır. 
Türk  mövsüm  mərasimlərindən  biri  də  Xidir-İlyas  və  ya 
Hıdırellezdir.  
Əlbəttə,  qeyd  etmək  lazımdır  ki,  təkcə  İisus  Xristos 
obrazı  deyil,  eyni  zamanda  şərq  və  antik  mənşəli  Osiris, 
Adonis,  Dionis  və  digər  obrazlar  öz  mənşəyinə  görə  kifayət 
qədər  mürəkkəbdir  və  onların  tərkibindəki  bitkiləri  təcəssüm 
etdirən  “əkinçilik”  elementi  onların  yalnız  (bəzən  çox,  bəzən 
də  az)  bir  hissəsini  təşkil  edir.  Onların  ümumi  çəkisini 
müəyyənləşdirmək üçün politeist panteonda hər bir personajın 
ayrıca  təhlili  aparılmalı  və  onun  tərkib  elementləri 
aşkarlanmalıdır(17,367). 
Xristianlıqda  “əkinçilik”  komponenti  ciddi  yer  tutur. 
Bu  dinin  daha  çox  o  dünyaya  istiqamətli  olması,  ölümdən 
sonra “ruhun xilası”na xidmət etməsi məlumdur. Lakin xalqın 
məişəti  və  inancları  buraya  mövcud  düzəlişlər  etmişdir. 
Avropa  kəndlisi  üçün  kilsə  mərasimlərindən  o  dünyadakı 
firavanlığa  aid  olanları  deyil,  onun  inancına  görə,  yaxşı 
məhsul  yetişdirməyə  yardım  edənləri  (toxuma  kilsədə  xeyir-
dua  vermək,  yağış  yağması  üçün  yalvarmaq,  qurağlığa  və 


 
71 
ildırım  vurmasına  qarşı  xaç  çevirmək  və  s.)  daha 
əhəmiyyətlidir(17,367).  
Xristian  müqəddəsləri  içərisində  müqəddəs  Vasiliy 
heyvanların  hamisi  (slavyanlarda  qədim  “boq  skota”  Veles), 
Yuriy  və  Yeqoriy  (yunanca  adı  Qeorqidir  və  hərfi  tərcüməsi 
“əkinçi”  deməkdir)  heyvan  və  məhsul  hamisi  kimi  tanınır. 
Əkinə  zərər  vura  bilən  qəzəb  (qnev)  tanrısı  da  vardır. 
Məsələn, İlya peyqəmbər ildırım və şimşək hökmdarıdır (zərb 
məsəldə:”İlya  qrozı  derjit,  İlya  xlebom  nadelyaet”).  Bu 
mənada  İlya  qədim  slavyan  “Perun”unu  əvəz  edir(17,368). 
Türklərdə  də  qədimdən  qəzəb  tanrısının  mövcudluğu  özünü 
bəzi deyimlərdə göstərir. Məsələn: “Əlinin qəzəb oğlu Həzrət 
Abbas  haqqı”  və  ya  “  Qəzəbli  ağam  Həzrət  Abbas  qənim 
olsun”  və  s.  Şimşək  çaxması  da  türklərdə  Tanrının  qəzəbi 
kimi  təsəvvür  olunmuşdur.Əlbəttə,  buraya  qəzəb  tanrısı 
haqqında təsəvvürlərin müəyyən ünsürləri daxildir.  
Heyvan  və  məhsul  hamisi  kimi  xristian  mənbələrində 
adı  keçən  və  adının  hərfi  mənasında  da  əkinçiliyi  simvolizə 
edən  Qeorqinin  Azərbaycan  variantı  Cərcizdir.  Cərciz 
peyqəmbərin məzarı da Azərbaycandadır.  
Qədim  yunan  əkinçilik  kultları  bir  sıra  mifoloji 
obrazlarda  ifadə  olunur.  Burada  əkinçilk  və  məhsuldarlıq 
hamiləri kişi  və qadın  mifoloji obrazlarında  müşahidə  olunur 
(Qe, Demetra, Kora, Baubo, Triptole, Kekrops, Erextey və b.) 
(17,369). 
Bəzi  slavyan  xalqalrında  əkinçilik  və  məhsuldarlıq 
kultu  ilə  bağlı  mərasimlər  dövrümüzə  qədər  gəlib  çatmışdır. 
Məsələn,  serblərdə  yaz  və  yay  aqrar  mərasimləri  Lazarits  və 
Kralits, quraqlığa qarşı magik mərasim Dodola, şum çıxarma 
mərasimi və s. keçerilir(17,370). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə