Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/35
tarix07.11.2017
ölçüsü2,8 Kb.
#8901
1   ...   16   17   18   19   20   21   22   23   ...   35

 
72 
Bolqarlarda  qədim  aqrar  kultla  bağlı  yeni  il  ərəfəsində 
Suravki  mərasimi  və pəhriz oyunları “Kuker”lər keçirilir. Bu 
mərasimlərlə  bağlı  inanclar  serblərdə  və  bolqarlarda 
xristianlıq tərəfindən sıxışdırılıb sıradan çıxarılmışdır(17,370-
371). Slavyan xalqarında mövsümlə bağlı keçirilən və indi də 
davam  edən  əsas  mərasim  “Yanka  Kupala”dır.  Bu  mərasim 
iyun  ayında  ən  uzun  gündüzlə  başlanaraq  keçirilir. 
Göründüyü  kimi,  bu  mərasimin  də  həm  astroloji,  həm  də 
mövsimi əsasları vardır.  
Qafqaz  xalqlarında,  məsələn,  osetin,  abxaz,  çerkes, 
svan,  xevsurlarda  icma  dövründən  qalma  arxaik  ritual 
elementləri  müşahidə  olunmaqdadır.  Bu  xalqlarda  mayda  və 
ya  iyunda  bazar  günü  əkinçilklə  bağlı  mərasim  keçirilir.  Bu 
mərasimdə  heyvan  qurbanı  (qoyun  və  ya  inək)  kəsilir,  şərab 
içilir.  Sonra  məhsuldarlıqla  bağlı  dua  edilir.Məsələn,  duanın 
mətni  təxminən  belə  olur:  “Ey  uca  göylərin  Tanrısı,  bizə 
yazığın  gəlsin  və  bizə  öz  rəhmini  göndər;  torpaqlarımıza 
məhsuldarlıq ver ki, biz arvad-uşağımızla aclıqda və soyuqda 
qalmayaq,  dərd  çəkməyək...”(İnal  -İpa  Ş.  Abxaztsı,  istoriko-
etnoqrafiçeskie oçerki. Suxumi, 1960, s.367)(17,372).  
  
 


 
73 
NOVRUZ VƏ QURBAN 
 
Arxaik  ritualın  əsas  elementlərindən  biri  qurbandır. 
Mövsüm  mərasimlərinin  qurbanları  müxtəlif  xalqalrın 
yaşayaış  şərtlərinə  uyğun  olaraq  müəyyənləşir.  Novruzun 
içində yazın gəlişi, bir qədər fərqli deylişlə, bahar bayramı da 
vardır.  Bu  Novruzun  əsas  komponentlərindən  biridir.  Bahar 
bayramı  və  ya  yazın  qarşılanması  artıq  özlüyündə  mövsüm 
mərasimi  deməkdir.  Bu  mərasimin  tərkibində  isə  “günəşi 
qarşılama”,  “günəşi  çağırma”  ,  “günəşi  çıxarma”  kimi 
müxtəlif  deylişlərlə  ifadə  oluna  bilən  arxaik  ritual  vardır.  Bu 
ritual  əsasında  Tanrıçılıq  dövründə  “Günəş-tanrı”  və  ya 
“Tanq  Tenqri”  mərasimi  formalaşmışdır  ki,  onun  da  əsasını 
Günəşə qurban vermə elementi təşkil edir. 
Məsələn,  tuvalılar  Şaqaa  bayramlarında  “San  saları” 
ritualı  keçirirlər.  Bu  qədim  ritual  od  kultu  ilə  bağlıdır.Ritual 
milli  parkda  Kaa-Xem  çayının  sahilində  keçirilir.  Burada 
ritual  tonqalı  qalanır  və  Günəşin  ilk  şəfəqləri  görünəndə 
yandırılır. Şamanlar  yeni ildə Günəşi salamlayırlar. Qamlama 
davul sədaları və alqış səsləri altında icra edilir.Ritualın vacib 
elementi  Günəşin  kiçik  qardaşı  olan  “Od”a  qurban 
verilməsidir.Ənənəyə  görə  tonqala  ətin  ən  yaxşı  tikələri  və 
öncədən hazırlanmış şirniyyat qoyulur. 
 “Ünsiyyət  nəzəriyyəsi”nə  görə  qurban  ətinin  yeyilməsi 
sanki  “tanrının  yeyilməsi”dir.Bu  mərasim  müxtəlif  inkişaf 
etmiş dinlərdə də rast gəlinir(17,590).  
Alman  etnoqrafı  Konrad  Preysə  görə  qurban  dinin 
“sehr” nəzəriyyəsi ilə əlaqəlidir. Bu nəzəriyyəyə görə tanrılar 
sehrli  qüvvələrin  simvollarıdır.  Buradan  belə  qənaət  əldə 
edilir  ki,  qurban  vermənin  ilkin  məqsədi  ondan  ibarətdir  ki, 


 
74 
heyvan qurban etmək daxildəki sehrli qüvvədən xilas olmağa 
cəhd etməkdir(17,590).  
“Aldatma  nəzəriyyəsi”nə  görə  qurban  vermə  adəti 
aldadıcılar  tərəfindən  düşünülmüş,  guya  ruhlara,  əcdadlara, 
tanrılara  veirilirmək  adı  altında  sadəlövh  adamların  hesabına 
yaşamaq  məqsədi  izləmişdir.  Amerika  etnoqrafı  Pol  Radin 
sübut  etmişdir  ki,  aldatma  sisteminin  ilkin  rüşeymləri  hələ 
sinifli cəmiyyətə qədər mövcud olmuşdur(17,590). 
S.A.  Tokarev  qurban  ritualının  beş  əsas  aspektini 
göstərir: 
1)İbtidai  təsərrüfat  şərtləri  (ovçuluq,  maldarlıq  və 
əkinçilik); 
2)Yaş-cins qarşılıqlı münasibətləri; 
3)Ölülərə müraciət; 
4)Tayfalararası münasibət; 
5)Sosial təbəqələşmənin ilkin formaları (17,591). 
Tanrıya  qurban  vermə  ritualının  bir  sıra  komponentləri 
başqırd  türklərində  qalmaqdadır.  Burada  Tanrıcılıqla  bağlı 
xalq deyimləri, inanclar və mərasim mətnləri qorunmuşdur. 
 
Ey kiktö yöşöise Biyik Tösre!= Ey göydə yaşayan böyük 
Tanrı! 
Bez başqorttar izqe urınqa kildek! =Biz başqırdlar müqəddəs 
yerə gəldik! 
Bez ixlas yiröktön,= Bütün səmimi ürəkdən
Röxmötle yiröktön= Şükür dolu ürəkdən, 
Hin yaratqan qorbandarzınqı= Sən yaradan qurbandır ki, 
 Alıp kildek!=Alıb gəldik! 
 Bına əisö inəez, saf böröndör!= Buyur, saf qoyunlar! 
Harı qöröbölöy bal= Kəhraba kimi bal 


 
75 
Aq möryendöy tarı =Ağ inci kimi darı 
Haylap alqan arpa!= Seçib arınmış arpa 
Bilöktörze qabul it! =Əllərinə qəbul et! 
Üzes yaratqan xalqısa imenlek,= Özün yaratdığın xalqına 
Tınıslıq əöm böxet bilök it! =Dinclik və bəxt pay et! 
 Xalqısdan irken tartıp alma,=Xalqından azadlığın dartıb alma 
Hines boyoroq buyınsa irekle tıuzıq = Sənin buyruğun 
boyunca azad doğulmuşuq 
İrekle yöşörqö boyor! =Azad yaşamaq buyur! 
Yaman keşe yö en bezzes iitön baş bulmaəın!=Yaman adam 
və şər ruhlar başımız üstündə olmasın! 
Yalnqanlıq, mökerlek keşene aulamaəın! =Yalançıliq və 
məkrlilik insanı aldatmasın! 
At toqomon,= Yaxşı at göndər, 
Mal-tıuarzı aeqla, yiter =Mal-qaranı qoru! 
Yılı ebör, yaqtı bir= İşıq göndər, istilik ver! 
Vaqıtında Erqö yamnqır bir!= Vaxtında yerə yağış ver! 
Erzö arış mul yiəen, =Yerdə bol taxıl bitsin!  
Erzö arpa kip yiəen!= Yerdə çoxl arpa bitsin! 
Malnqa azıq kip buləın!= Mala azuqə çox olsun! 
Başqorttarnqa yöyölöyqö= Başqırd yayalaqlarında 
Sınqırınqa rizalıq bir! =Xeyir-bərəkət ver! 
Biyik Tösre!= Böyük Tanrı! 
Başqort xalqınıs donqaənın işet!= Başqırd xalqının duasın 
eşit! 
Horanqandı yitö!=Arzularını yerinə yetir! 
Biyik Tösre!= Böyük Tanrı! 
Başqort xalqınıs donqaənın işet! =Başqırd xalqının dualarını 
eşit! 
Telöktören qabul it! =Diləklərini qəbul et! 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə