162
Gedirəm, əlimdə bayrağın, ay bahar!
(“Bahar”)
Təbiət gözəllikləri, lirik qəhrəmanı ehtizaza gətirir. O,
zəriflikdən yoğrulur, duyğu və düşüncələri Azərbaycanın təbii
gözəlliklərinə köklənir. “Şəlalə”, “Ürək qızıl gülə bənzər”, “Mənim
tələbələrim”, “Dağlara qalxıram”, “Bağda xəzan düşüncələri”,
“Ömrümdə Kür çayını bu rəngdə görməmişdim” (1962) və başqa
təbiət şeirləri eyni zamanda şair idealı üçün öyrənmək, görüb-
götürməkdir:
Süzülür qar suyu qarın altından,
Dupduru, tərtəmiz o sulara bax.
Tərlan çolpasını qanadlandırıb
Yuvadan çıxaran arzulara bax.
(“Dağlara qalxıram”)
Lirik qəhrəman zərifliyi təbiətdən öyrəndiyi kimi sərtliyi də
ondan öyrənir:
Mənəm bu dağların ilk hökmdarı,
Yansın ildırımlar.
Od tutub yansın.
Suya çəkmək üçün od qılıncları
Bulaqlar yanımda hazır dayansın.
(“Dağlara qalxıram”)
Şairin lirik qəhrəmanı təbiət hadisələrinə estetik
münasibət bildirir. Bu, əsasən, hissi idrakda, duyğu, davrayış,
təsəvvür qaynağındadır. Doğrudan da, “lirik şeir insan aləminin,
insan ehtirasının və fəaliyyətinin miniatür mənzərəsidir. Ən adi
təsvir şeirleri, peyzaj lirikası belə menzərənin bədii inikasıdır” [62,
s.13]:
Nədir bu təlatüm, nədir bu tufan?
Dağlarda iğtişaş qoparan mənəm.
Babəki, Nəbini, qoç Koroğlunu
Özüylə sabaha aparan mənəm.
(“Dağlara qalxıram”)
Lirik qəhrəmanın mənəvi-psixoloji hallarının kökü tə-
163
biətdədir (“Ən böyük səadət”, (1964); “Dağlara qalxıram”, 1965).
Mən ki kainatla qucaqlaşmışam,
Deyin dağlarmıdır məni coşduran?
Yoxsa, mənim arzum - diləklərimdir
Bu qoca dağları cavanlaşdıran?
(“Dağlara qalxıram”)
Şairin lirik qəhrəmanı bəzən təbiət gözəlliklərini mətn boyunca
mənalandırma yolu ilə gedir:
Sən şəfəqlər şairi, rənglər bəstəkarısan,
Fırçan büibüldür sənin, bahar nəğməkarısan
Gözəlliyi pozulan bu qat-qarış dünyada
gözəllik meyarısan
(“Səttar Bəhlulzadəyə”)
Lirik qəhrəman, ideyaları ilə torpağın bar-bərəkəti arasında
oxşarlıqlar arayır, sövti-təbii olaraq torpağı fikirlərinə tutalqa bilir:
Nə gözəldir yağışın
daş-kəsəyi deşməsi.
Torpaq yağış təşnəsi,
torpaq - günəş təşnəsi!
Sən bir yağışdan sonra
göyərən güllərə bax.
Çinarlar göyə qalxar,
buludları yararaq.
(“Mənim tələbələrim”)
Şairə, lirik qəhrəmana görə yağışların, güllərin qiyas edilmiş
obrazı canlı heyatdır, insandır:
Məsləkimin məşəli!
Məramımın mayağı!
Bu gün yağışlar yağır...
Yaz nəfəsli yağışlar
Yağışlar bu dünyaya
Yeni həyat bağışlar.
(“Mənim tələbələrim”)
164
60-cı illərin şeirlərində lirik qəhrəman onu əhatə edən ictimai
mühitdən, təbiətdən öyrənir, onun varlığı və estetik məzmunu
təzadlarda müəyyənlik tapır. 70-ci illərin əsərlərində lirik
qəhrəman ictimai etiraz mövqeyində durur, əksliklərdən güc alır,
bərkişir, mətinləşir. O, ictimai-siyasi təzadlar içərisindən məqam
və məramına doğru yol götürür. 80-ci illərin poeziyasında lirik
qəhrəman milli xarakter, şəxsiyyət səviyyəsində yetkinləşir; yəni
məqam və məram onu lirik-estetik qəhrəman səciyyəsindən çıxarıb
milli öndər səviyyəcinə qaldırır. Buna görə də 80-ci illərin əsərləri
məqam və məramın poeziyasıdır.
60-cı illərin əvvəllərindən başlayaraq Xəlil Rzanın
yaradıcılığında vətəndaşlıq, vətənpərvərlik ideyaları gücləndikcə
onunla hakim ideologiya, üstqurum arasında təzadlar da
güclənmişdir. Mərkəzi Komitə Xəlil Rzanı “nişangaha” almış,
nəzarətə götürmüşdür. Şair müsahibələrinin birində demişdir:
“Lefortovo zindanı əslində mənim üçün 1969-cu ilin 3 ocaq
(yanvar) günü başlanıb. Həmən gün APİ-yə, iş yerimə gələndə
gördüm ki, işdən azad edilməyim haqqında əmr verilib. Anladım
ki, işdən azad edilməyim... mənim fəaliyyətimi çoxdan bəri izləyən
DTK-nın tələsidir. Tələbələrimə çox bağlı idim, onların hər birinin
şəxsində Azərbaycanı düşdüyümüz fəlakətlərdən xilas edə biləcək
qəhrəman görmək istəyirdim. Başlıca məqsədim onlara milli şüur
enerjisi aşılamaqdır. DTK-ın maraqlandıran, həm də mənim bəzən
tələbələri Yazarlar birliyinə, Natəvan klubuna, disputlara, yazıçılar
ilə görüşə, filarmoniyaya, teatra aparmağım idi” [20].
X.Rza ona edilən haqsızlıqla əlaqədar olaraq 3 yanvar 1969-cu
ildə Azərbaycan KP MK-nın katibi Cəfər Cəfərova ərizə ilə
müraciət etmişdir. Həmin ərizəni olduğu kimi təqdim edirik:
“Sizə çoxdan məlumdur ki, Lenin adına APİ-nin rektoru uzun
zamandan bəri MK-dan dönə-dönə, təkidlə edilən zənglərə görə,
məni nəhayət, bu il yanvarın 3-də iş-
165
dən azad etməyə məcbur olmuşdur. Əmr məşğələlərə guya
vaxtında gəlmədiyim üçün verilmişdir. Munist yoldaşlardan bir
çoxu bu hadisəyə irtica və siyasi dələduzluq kimi baxırlar. Şəxsən
mən özüm bu fikrə o qədər də şərik deyiləm. Görünür, müəyyən
nöqsanlarım olub və bunlar sizin gözünüzdən yayınmayıb. Ancaq
öz xalqım, partiyam və vicdanım qarşısında üzü ağ olmağım, on
ildən bəri tələbələrimə candan bağlılığım, qarşılıqlı məhəbbətimiz,
rüşvətxorlara, nadanlara, milli simasını itirmişlərə qarşı bircə santi
belə güzəştə getmədən apardığımız mübarizə və bundan doğan
şəxsi ləyaqət duyğusu mənə böyük qüvvət verir. Yazı-pozu ilə
məşğul olduğum üçün ruhdan düşməyə əsla vaxtım yoxdur. Hər
cür mənəvi, iqtisadi blokadaya dözürəm. İnanın ki, qaz pulu, işıq
pulu, ev kirayəsi vermək zərurəti olmasaydı, balalarım gündəlik
ruzuya, duza, çörəyə, bir atımlıq çaya möhtac olmasaydı bu gün
ağız açıb sizdən iş istəməzdim, son altı ayda dözdüyüm kimi yenə
dözərdim.
Mənim nöqsanlarımı yalnız təbiətimdə aramayın. Ümummilli
gerilik həyatda, redaksiya və nəşriyyatlarda rast gəldiyimiz
karyerizm, namərdlik, bürokratlıq, canavarcasına qənimətçilik,
kommunist bileti ilə maskalanmış quldarlıq münasibətləri ilə
ideallarımızın təbiəti arasındakı kəskin təzadlar qaynar təbiətli saf
adamların səbr kasasını doldura bilər. İnstitutda müəllim, professor
heyəti, partiya təşkilatı və tələbələrin mənə bəslədiyi etimadı
qırmağa çalışmayın. Yenə dərs ilində işə başlamağım üçün günü bu
gün qayğınızı əsirgəməyin. İnanın ki, mənim üçün tələbələrə dərs
deməkdən böyük səadət yoxdur” (Şairin arxivindən. 3 yanvar
1969-cu il) [318].
Xəlil Rza 60-cı illərdə “Ana dili” (“Laylam mənim nərəm
mənim”), “ Məftillə sarınmış yaralar” (“ Apardı sellər Saranı”),
“Dəlidağ” kimi əsərlərini yazmaqla ideoloji məsələlərə bədii
üsullarla müdaxilə etmiş, KP MK plenumları, Yazıçılar İttifaqı
Rəyasət Heyətinin tənqid ob-
Dostları ilə paylaş: |