Azərbaycan respublikasi məDƏNİYYƏt naziRLİYİ



Yüklə 12,77 Mb.
Pdf görüntüsü
səhifə20/121
tarix16.08.2018
ölçüsü12,77 Mb.
#63630
1   ...   16   17   18   19   20   21   22   23   ...   121

51 
 
4.Xalq artisti Səkinə İsmayılovanın anadan olmasının 60 illiyi (04.02.1956) 
“Tamaşaçı  öncə ifaçının simasına, geyiminə, sonra sənətinə qiymət verib alqışlayır. 
Səkinə xanım bu xüsusiyyətləri özündə cəmləşdirən, sevilən sənətkarlardandır.”  
                                                                                                       Xalq artisti Rəşid Behbudov 
 
Səkinə İsmayılova — müğənni, muğam ifaçısı. 
Azərbaycan Respublikasının xalq artisti (1992) 
 
 
 
 
Səkinə  Qulu  qızı  Ġsmayılova  4  fevral  1956-cı  ildə  anadan  olub.  Asəf  Zeynallı adına 
Musiqi Məktəbinin muğam sinfini (1974), Azərbaycan Dövlət Mədəniyyət və Ġncəsənət 
Universitetini bitirib  (1990).  Əməkdar  artist  (1988),  xalq  artisti  (1992)  Səkinə 
Ġsmayılova  muğamı  qavalla  ifa  edən  ilk  qadın  xanəndədir.  Opera  və  Balet  teatrının 
səhnəsində  əksər  muğam  operalarında  aparıcı  partiyaları  –  Leyli  "Leyli  və  Məcnun", 
Əsli "Əsli və Kərəm", Gülbahar "Gəlin qayası", ġahsənəm "AĢıq Qərib" və s. ifa etmiĢ 
və  etməkdədir.  Xalq  mahnıları  və  muğamların  əvəzədilməz  ifaçısı  olan  Səkinə 
Ġsmayılova  Azərbaycan  muğam  sənətini  dünyanın   bir  çox  ölkələrində 
Ġran,  
Türkiyə,  
Vyetnam, 
Yaponiya,  
Hindistan, 
 Avstriya, 
 Almaniya, 
Hollandiya,   Ġsveç,     Fransa,  Norveç,  Danimarka,  Macarıstan,  Lüksemburq,  ABġ   
və  s.  dəfələrlə  yüksək  səviyyədə  təmsil  etmiĢdir.  Səkinə  Ġsmayılova  ilk  dəfə  olaraq 
qadınlardan  ibarət  muğam  üçlüyü  yaradaraq  bu  kiçik  kollektivlə  son  illərdə  bir  sıra 
xarici  ölkələrdə  çıxıĢ  etmiĢdir.  Təcrübəli  muğam  ustası  rəsmi  dövlət  və  yubiley 
tədbirlərinin  fəal  iĢtirakçısı  olmaqla  bərabər,  son  illərdə Heydər  Əliyev  adına 
sarayda,   Azərbaycan  Dövlət  Filarmoniyasında keçirdiyi  solo  konsertlərlə  də 
tamaĢaçılarının  rəğbətini  qazamıĢdır.  Səkinə  Ġsmayılova Azərbaycan  Mədəniyyət  və 
Ġncəsənət  Universiteti,   Azərbaycan  Milli  Konservatoriyasının  müəllimidir.  Onun 
yetirmələri bu gün müxtəlif musiqi kollektivlərində uğurla çıxıĢ edir və populyardırlar. 
Prezident mükafatçısıdır. 
Filmoqrafiya:  Qəzəlxan  (film,  1991),  Hacı  Arif  (film,  1995),  Nəriman  Əliyev  (film, 
2005),  Biz qayıdacağıq (film, 2007),  Muğam (veriliĢ, 2007), Xalq Təranələri (film) və 
s. 
 
 
 
 
 


52 
 
 
12.Tarzən, xalq artisti Bəhram Mansurovun anadan olmasının 105 illiyi 
 (12.02. 1911-1985) 
“Bəhram Mansurov ilk azərbaycanlı musiqiçidir ki, onun ifasında“Çahargah”(1970) 
və “Rast”(1978)  muğamarı nota alınıb, “Bayatı-Şiraz”,”Humayun” CD- lərə yazılıb, 
bütün dünyaya yayılıb
.‖                                                               
                                                                                                                Xalq artisti
 
Eldar Mansurov.
  
Mansurov Bəhram Məşədi Süleyman bəy oğlu — tarzən, Azərbaycan SSR xalq 
artisti (10.01.1978) 
Bəhram  Mansurov  uĢaqlıqdan  evlərində  təĢkil  olunan  musiqi 
məclislərinin  Ģahidi  olub.  Babası  MəĢədi  Məlik  bəy  dövrünün 
açıq fikirli Ģəxslərindən biri, həm də istedadlı musiqiĢünas, mahir 
çalğıçı  idi.  Azərbaycanın  bütün  guĢələrindən  gələn  muğam 
biliciləri,  musiqiçilər,  xanəndələr  bu  məclislərə  toplaĢardılar.  Bu 
məclislərdən  nəinki  görkəmli  musiqiçilər  faydalanmıĢ,  həm  də 
Seyid Əzim, XurĢudbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev 
kimi  məĢhur  Ģair  və  ədiblərimiz  onunla  yaxın  əlaqədə  olmuĢ, 
onun  Ģəninə  Ģeirlər  yazmıĢlar.  Bu  məclislər  XIX  əsrin  ikinci 
yarısında  (1863-cü  ildən  baĢlayaraq)  bir  növ  "xalq 
konservatoriyası"  rolunu  oynayıb.  Bu  musiqi  ocağı  sonralar 
çoxları  üçün  bir  həyat  məktəbi  olub.  Bəhram  8  yaĢından  tarı  sinəsinə  basaraq  uĢaq 
arzularını tarın kövrək tellərinə kökləyib. Bəhram Mansurovun 19 yaĢı olanda Müslüm 
Maqomayev onu ilk notlu xalq çalğı alətləri orkestrinə, daha sonra isə Opera və balet 
Teatrına solist-tarzən kimi dəvət edir. Bəhram Mansurov opera səhnəsində Hüseynqulu 
Sarabski,  Yavər  Kələntərli,  Hüseynağa  Hacıbababəyov,  Əlövsət  Sadıqov,  Həqiqət 
Rzayeva  kimi  korifeylərlə  iĢləyir. Rübabə  Muradova,  Sara  Qədimova,  Əbülfət  Əliyev, 
Gülxar  Həsənova,  Zeynəb  Xanlarova,  Mais  Salmanov,  Bakir  HaĢımov, Qulu 
Əsgərov, Arif  Babayev, Nəzakət  Məmmədova, Baba  Mirzəyev və  baĢqa  sənətkarları 
teatra  cəlb  edərək  onları  tamaĢalara  hazırlayır.  Bəhram  Mansurov  ilk  azərbaycanlı 
musiqiçidir ki, onun ifasında Azərçaycan muğamları UNESCO xətti ilə vallara və CD-
lərə  yazılıb,  bütün  dünyaya  yayılmıĢdır.  O,  1978  və  1983-cü  illərdə  Səmərqənddə 
keçirilən  Beynəlxalq  Muğam  Simpoziumunda  Azərbaycanı  təmsil  etmiĢdir.  Bəhram 
Mansurov  Sadıqcandan  sonra  klassik  azərbaycan  muğamlarını  qoruyub  saxlayan  və 
təbliğ edən yeganə tarzən idi. Onun ifasından bütün muğamlar, dəraməd, diringə, təsnif 
və rənglər oğlu, bəstəkar Eldar Mansurov tərəfindən nota salınmıĢdır. 2011-ci il fevral 
ayının  12-də  Azərbaycan  Respublikasının  Prezidenti  Ġlham  Əliyevin  sərəncamı  ilə 
Bəhram  Mansurovun  anadan  olmasının  100  illiyi  münasibəti  ilə  yubiley  tədbirləri 
keçirilmiĢdir. 
Filmoqrafiya:
 
O olmasın, bu olsun (film, 1956), Muğamlar (film, 1965), Çalır Bəhram 
Mansurov (film, 1971), Üzeyir ömrü (film, 1981), Səni kim unudar... (film, 1995), Bakı 
bağları. ġüvəlan (film, 2007), Tarın sədaları. Mansurovlar (2013) və s. 


Yüklə 12,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə