43
27.Xalq yazıçısı Əli Vəliyevin anadan olmasının 115 illiyi (27.02.1901-02.02.1983)
“Əli Vəliyev haqqında danışmaq həyatın dibindən dırmana-dırmana qalxan bir
bahadır haqqında danışmaq deməkdir.”
Xalq şairi
Məmməd Rahim
“Əli Vəliyev uzun illərdən bəri bir əlində qələm tutmuş, gözəl, səmimi, dolğun əsərlər
yaratmış, bir əli ilə də ədəbiyyata yeni gələn gənclərin qolundan tutub qaldırmışdır.”
Şair Qasım Qasımzadə
Əli Vəliyev nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1937),
Azərbaycan SSR xalq yazıçısı (1974), M.F.Axundov adına
Dövlət mükafatı laureatı (1958).
Əli Vəliyev 1901-ci il fevralın 27-də Zəngəzur mahalının
Ağudi kəndində anadan olmuĢdur. 1923-cü ildə ġuĢa firqə
məktəbinə daxil olmuĢdur. ġuĢa firqə məktəbindən sonra Bakı
mərkəzi firqə məktəbində və mühazirəçilər qrupunda təhsilini
davam etdirmiĢdir.
1933-1934-cü illərdə "ġərq qapısı" qəzetinin
redaktoru vəzifəsində çalıĢmıĢdır. 1945-1950-ci illərdə Kommunist
qəzetinin məsul redaktoru vəzifəsində çalıĢmıĢdır. 1950-1954-cü illərdə Azərbaycan
Yazıçılar Ġttifaqının məsul katibi vəzifəsində iĢləmiĢdir. 1954-cü ildə M.F.Axundov
adına
Respublika
Dövlət
mükafatına
layiq
görülmüĢdür. 1954-1959-cu
illərdə "Azərbaycan" jurnalının məsul redaktoru vəzifəsində çalıĢmıĢdır. 1937-1941-ci
illərdə "Qarlı dağlar", "Qəhrəman", "Ordenli çoban" və "Sübut" kitabları çap
edilmiĢdir. 1941-1942-ci illərdə Böyük Vətən müharibəsi cəbhələrində yazıçı-jurnalist
kimi iĢtirak etmiĢ, gördüyü, Ģahidi olduğu insanlar və onların qəhrəmanlığı haqqında
"Cəbhə hekayələri" kitabını yazmıĢdır. 1942-1945-ci illərdə "Ərköyün", "Sovqat"
kitablarını çap etdirmiĢdir. 1945-1950-ci illərdə "GülĢən" povesti və "Hekayələr"
kitabları nəĢr edilmiĢdir. 1954-cü ildə "GülĢən" povesti və "Çiçəkli" romanı
M.F.Axundov adına Respublika Dövlət mükafatına layiq görülmüĢdür. 1954-1959-cu
illərdə yazıçının "Madarın dastanı", "Ürək dostları", Azərbaycan, rus və Ukrayna
dillərində "Çiçəkli" romanı, "SeçilmiĢ əsərləri"nin I cildi oxuculara təqdim olunmuĢdur.
Əli Vəliyev 2 fevral 1983-cü ildə Bakı Ģəhərində vəfat etmiĢdir.
Əsərləri:‖Allahın səyahəti‖ (1930), ‖Nənəmin cəhrəsi‖ (1930), ‖Qarlı dağlar‖ (1938),
―Dostlar‖ (1939), ‖Ordenli çoban‖ (1939), ‖Qəhrəman‖ (1940), ‖Sübut‖ (1941), ‖Cəbhə
hekayələri‖ (1942), ‖GülĢən‖ (1953), ‖Çiçəkli‖ (1955), ‖Turaclıya gedən yol‖ (1961),
―Anaqız‖ (1965), ‖Bir cüt ulduz‖ (1967), ‖Bir cüt tərlan‖ (1968), ‖SeçilmiĢ əsərləri,(6
cilddə)‖(1968), Ürək dostları‖ (1970), ‖Samovar tüstüləri‖ (1971), ‖Durna qatarı‖
(1972), ‖Budağın xatirələri‖(1974), ―Zamanın ulduzları‖ (1976), ‖Narahat adam‖
(1978), ‖Oçerklər‖ (1978), ‖Ötən günlər‖ (1981), ‖Madarın dastanı‖ (1988) və s.