130
cə də digər Şərq ölkələrinin məşhur alim və şairlərinin adları tez-tez
xatırlanır. Bunlardan Əbu Əli ibn Sinanı, Xaqanini, Nizamini,
Fələkini, Həllac Mənsuru, Fəzlüllah Nəimini, Şeyx Mahmud Şəbüs-
tərini, Əvhədi Marağalını və başqalarını göstərə bilərik.
Nəsimi “Bulunmaz” rədifli qəzəlində insanlıqdan danışarkən
göstərir igidlik iddiasında olan kişi bunu əməli işində göstərməlidir.
Sözü ilə əməli bir olmayan, hər çalma qoyan, amma xalqının işinə
yaramayanları, hünər, mənsəb sahiblərinin insanlara yardım
etməməsini kişilik saymaq olmaz:
Hər bihünər insafı yox, uş mənsəbi tutdu,
Sahib hünərə mənsəbü idrar bulunmaz,
Xəlqin əməli azdı, könül yıxıcı ögüş,
Bir xəstə könül yapıcı memar bulunmaz.
Yaradıcılığının ilk dövrlərində Nəsimi də ustadı Nəimi kimi
sufizm mövqeyində dayanmış və tanınmış sufi şeyxi Şiblinin təli-
mini davam etdirmişdir. Bu mərhələdə şair öz əsərlərini "Hüseyni",
"Seyid Hüseyni", "Seyid" təxəllüsləri ilə yazmışdır. Lakin X əsrin
sufi şairi Həllac Mənsurun təlimi Nəsiminin ruhuna daha yaxın idi.
Nəsimi yaradıcılığının mərkəzində lirik qəhrəmanın aşiq
olduğu, onu yüksəldən, kamilləşdirən və öz nuruna qərq edən gözəl
Allah, ilahi eşq dayanır. İnsan üçün ən yüksək, ülvi duyğu həmin
sevgilinin vüsalına yetişmək, ona qovuşmaq, onda əriyib yox ol-
maqdır. Şair yazır ki, eşqi günah sayanların sözlərinə baxmayaraq,
o, bu yoldan çəkinməyəcək. Çünki yalnız bu yol insanı tanrıya, hə-
qiqətə çatdıra bilər. Nəsiminin bu düşüncələrini poetik tərzdə ifadə
edən məşhur şeir də bu fikri təsdiq edir:
Məndə sığar iki cahan, mən bu cahanə sığmazam,
Gövhəri laməkan mənəm, kövnü məkanə sığmazam.
İnsanın əxlaqi keyfiyyətlərini ürək açan keyfiyətlərini ifadə
etməklə bərabər, həmçinin insanı qəmgin edən rəzil əlamətlərini də
Nəsimi öz şeirində belə ifadə etmişdir:
Həyadır birisi, biri ədəbdir,
Biri dəxi nədir: xövfi-qiyamət.
Dəxi könlü edər üç nəsnə qəmgin,
Qulaq ur kim, edəm sana hekayət.
131
Yaman qonşu, yaman yoldaşi-bədxu,
Yaman övrət siyasətdir, siyasət.
Nəsimi, sən yəqin əhli-nəzərsən,
Bu üç nəsnəyi qıl kəndunə adət:
Biri lütfü kərəm, həm xülqi-niku,
Biri – heç kimsəyə baxma həqarət.
Bu sözlər xoş nəsihətdür bilənə,
Səadətdir, vəli eyni-səadət.
Hürufilik təsəvvüf xətti ilə orta əsrlərin tərbiyə və təhsilində,
pedaqoji fikrində, ədəbiyyatında öz qüvvətli təsirini buraxmışdır.
4.9. Əxilikdə tərbiyə
Əxilik qədim türk mədəniyyətinin bir qoludur. Türk toplumu-
nun dini, əxlaqi, mənəvi dəyərləri, fəlsəfəsi, sosial -iqtisadi anlayışı
əxilikdə öz əksini tapmışdır. Əxiliyin məqsədi insanların dünya və
axirətdə rahatlıq içində olmalarını təmin etmək və bununla bərabər
İslam adət və ənənələri ilə səsləşən kamil insan tipini tərbiyə
etməkdir. Əxiliyin bir məqsədi də bu olmuşdur ki, zənginlə kasıb,
istehsalçı ilə istehlakçı, əməklə sərmayə, xalq ilə dövlət arasında sıx
və sağlam əlaqələr quraraq “Sosial ədalət”i gerçəkləşdirməkdir.
Əxilik dini-fəlsəfi təlim kimi XII əsrdə İranda, Anadoluda,
Azərbaycanda yayılmış və insanların təlim-tərbiyəsində, dünyagö-
rüşündə böyük rol oynamışdır. XII əsrdə Anadoluda Əxiliyi təşki-
landıran, onu inkişaf etdirən “Əxi Evrən” adı ilə məşhur olan azər-
baycanlı Şeyx Nəsirəddin Mahmud olmuşdur. O 1171-ci ildə Azər-
baycanın Xoy şəhərində anadan olmuşdur. “Əxi” sözünün izahmda
iki mülahizə vardır. “Əxi” ərəbcə “Qardaş” və ya türkcə “Aki”-
“Alicənab” (Aka, qədim türk sözü olub “Alicənab”, “Comərd”,
“Əliaçıq”) mənalarını verir. İnsanpərvərlik, əliaçıqlıq, xeyirxahlıq
Əxiliyin təməl görüşlərindən biridir. Bu görüşə bağlı olaraq, Əxilik
bir sinfin, bir zümrənin və ya bir adamın hökmranlığına qarşı çıx-
132
mamış, insanlar arasında ayrılıq güdməmiş, əksinə onların bərabər-
liyini qoruyub saxlamışdır.
Əsasən şəhər sənətkarlarını, ticarətlə məşğul olanları birləş-
dirən Əxi təşkilatlarının xüsusi nizamnamələri olmuşdur ki, buna
"Fütuvvətnamə" (Ərəbcə “Fəda” sözünün cəmidir. Yəni - "mərd-
lik", "igidlik", "səxavətlilik") demişlər. Onların toplaşdığı yerə
“Təkyə” və ya “Zaviyə” deyilmişdir. İslam qaydalarına müvafiq
özlərinə məxsus düşüncə və davranış tərzləri, ədəb və əxlaq qayda-
ları olmuşdur. Fütuvvətnaməyə əsasən dörd dini əxlaq normasına -
şəriətə, təriqətə, mərifətə, həqiqətə əməl etməli, yoxsullara, kimsə-
sizlərə, qəriblərə yardım göstərməli, istismarçılara qarşı mübarizə
aparmalı, əxlaqı daim saflaşdırmalı idilər.
Əxiliyə girənlər bellərinə bağladıqları qurşağa “Vəfa şəddi”
deyirdilər. Bunun mənası belə idi: «Belimə bağlayıram ki, sözümdə
durum. Şeytana uymayın və daim ona düşmən olun. Dünya malına
göz dikməyim. Tanrının qəzavü-qədərinə səbr edim. Haraya getsəm
bu qurşaq məndə olsun. Tanrının bunda hikməti vardır”.
Əxilikdə yüksək mərtəbəyə çatanlara “Əxi Ata” statusu veril-
mişdir ki, bu öz xüsusiyyətlərinə görə qədim şamançılara çox yaxın
olmuş və hamısı “Kəramət” sahibi sayılmışdır. Əxi birliklərində
sənətkarlıq yüksək qiymətləndirilmiş və sənətə "hikmət" adı veril-
miş və bu hikmətin kimsələrdən qorunması tövsiyə edilmişdir. Əxi-
lər gündüz çalışar, axşamlar isə “Təkyəyə”yə gəlib, ibadətlərini
edər, söhbətlər keçirər, yeməklərini birlikdə yeyərdildər. Bu təkyə-
lərdə qonaq, yolçu heç vaxt əksik olmazdı. Əxilər zalım və haq-
sızlara qarşı mübarizə apardıqları kimi, öz aralarında da hər hansı
biri Əxi prinsiplərini pozarsa, müştərilərini aldadarsa, yalan söylər-
sə dərhal Əxi -Ata tərəfəindən mühakimə edilib cəzalandırılardı. Bu
cəhətdən də Əxilik təşkilatı islami ticarət anlayışını qoruyan, bir
iman, igidlik, cihad, əxlaq və mənəviyyat ocağı olmuşdur.
Əxilərin özlərinə məxsus məktəbləri, təlim mərkəzləri olmuş
və burada təhsil alanlara aşağıdakılar öyrədilmişdir: Dinin əsasla-
rını oxuyub öyrənmək, yazmaq; insanlıq tərbiyəsi-təmizlik, paklıq və
əxi ocağının qanunlarına əməl etmək; ilahilər- şeirlər, rəqslər və
nağıllar öyrənmək; yeddi müxtəlif formada qurşaq bağlamağı və
açmağı öyrənmək ki, bunun da mənası belədir: Nəfs və tamah
qapısını bağlayıb, mərdlik qapısını açmaq; zülm etmək qapısını
Dostları ilə paylaş: |