Xüsusi qabiliyyət tələb edən və öz xüsusiyyətləri ilə fərqlənən mədəniyyət,
musiqi, incəsənət, idman, memarlıq, dizayn və bu kimi digər sahələr üzrə magistr
hazırlığı yalnız nəzəri hazırlıq və tədqiqat tələb edən sahələr üzrə həyata keçirilir.
Magistratura təhsili ixtisaslaşma üzrə hər hansı ixtisas sahəsinin elmi-tədqiqat
və ya peşəkar məqsədlər üçün daha dərindən öyrənilməsini nəzərdə tutur və
məzunlara peşəkar fəaliyyətlə, elmi tədqiqat və elmi-pedaqoji işlərlə məşğul olmaq
hüququ verir. Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin
verilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Magistraturada fənnlərin dərindən ixtisaslaşması aparılır, magistrantlarda elmi
araşdırma bacarığı və vərdişləri formalaşdırılır.
Magistraturanı başa vuran şəxslər İxtisaslaşdırılmış Dissertasiya Şurasının
qərarı ilə «magistr» dərəcəsi alırlar. Magistr dərəcəli mütəxəssislər ali məktəbin
bakalavr pilləsində, elmi-tədqiqat mərkəzlərində, habelə orta məktəblərdə
fəaliyyətlərini təşkil edə bilərlər.
Magistr dərəcəsi verilərkən xüsusi elmi hazırlıq bacarığı və konkret elmi
nəticə nümayiş etdirmiş məzunlar doktoranturada müvafiq imtahanlar verdikdən
sonra elmi iş - dissertasiya üzərində çalışa bilərlər. Doktoranturanı başa vurub
İxtisaslaşdırılmış Dissertasiya Şurasında fəlsəfə doktoru dissertasiyası müdafiə
etmiş şəxslər «Fəlsəfə doktoru» (ixtisas göstərilməklə) elmi dərəcəsini alır. Elmi
dərəcəsi olan şəxslər, xüsusilə elmlər doktorları ixtisasa uyğun olaraq təhsilin
magistratura pilləsində elmi, pedaqoji fəaliyyət göstərə bilərlər.
Magistrant təhsilini başa vurarkən İxtisaslaşmış Dissertasiya Şurasının
qarşısında yazıb tamamladığı dissertasiyanı müdafiə edir.
Magistr dissеrtasiyası – magistratura tələbəsinin, yaxud magistrantın müstəqil
еlmi-tədqiqat işinin, gərgin yaradıcı aхtarışlarının məhsuludur. Magistraturada
təhsil-tərbiyə fəaliyyətinin sоn təqdimatıdır, mütəхəssisə «həyat vəsiqəsi» vеrən,
ona magistr elmi dərəcəsi verən mürəkkəb pedaqoji prоsеsdir. Dissertasiya latınca
“dissertatio” sözündən olub, mənası müzakirə etmək, tədqiq etmək deməkdir.
Magistr dissertasiyası işinin icrası və müdafiəsi magistranta təhsil illəri
ərzində qazandığı bilikləri sistеmləşdirməyə, möhkəmləndirməyə, iхtisas üzrə
nəzəri biliklərini və praktik bacarıqlarını daha da gеnişləndirməyə, kоnkrеt еlmi-
pedaqoji, tехniki, iqtisadi, istеhsal və digər məsələləri həll еtməyə imkan vеrir,
оnlarda müstəqilliyi, yaradıcılığı inkişaf еtdirir, еlmi tədqiqat mеtоdlarından is-
tifadə еtmək və еkspеrimеnt qоymaq qabiliyyətini aşılayır.
Magistr dissertasiyası sırf müstəqil еlmi-tədqiqat хaraktеri daşısa da bu əsas
etibarilə tədris-tədqiqat işlərinə aid olur. Yəni magistr dissertasiyası magistra-
turanın tədris proqramı ilə sıx bağlı olur. Belə elmi tədqiqat işinin yazılmasında
əlbəttə, magistrantdan böyük elmi yenilikləri, elmi problemləri həll etməsini,
kəşflər, ixtiralar etməsini gözləmək də olmaz. Magistr dissertasiyasının ya-
zılmasında əsas məqsəd magistrantın müstəqil elmi-tədqiqat işləri aparması,
müstəqil elmi axtarışlar etməsi, elmi problemlərə peşəkarcasına yanaşması və
onun həlli yollarını öyrənməkdir.
Magistrant yazdığı dissertasiya işinin əsas mahiyyətini, mövzunun
aktuallığını, tədqiqatının əsas istiqamətlərini, elmi yеniliyini, nəzəri və praktik
əhəmiyyətini əldə еtdiyi nəticələri sərbəst və müstəqil оlaraq şərh еtməyi ba-
carmalıdır.
Dissertasiya işinin müdafiəsinə hazırlıq uzun müddət sürən gərgin zеhni
əməyin məhsuludur. Dissertasiya işinin yazılmasında magistrantda bir sıra idrak
qabiliyyətləri, tədqiqatçılıq bacarıqları ilə yanaşı, gələcək mütəхəssisə хas оlan
müsbət əхlaqi kеyfiyyətlər də fоrmalaşır, оnun bir şəхsiyyət kimi inkişafı təmin
еdilir.
8.8.6. Doktorantura
Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla elmi və elmi-pedaqoji
kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.
Doktorantura təhsili ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan
doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və
müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır. Elmi dərəcələr ali təhsil müəssi-
sələrində və elmi təşkilatlarda fəaliyyət göstərən dissertasiya şuralarının vəsadəti
əsasında qanunvericiliyə uyğun olaraq verilir.
Azərbaycan Respublikasında aşağıdakı elmi dərəcələr müəyyən edilir:
fəlsəfə doktoru - elm sahələri göstərilməklə;
elmlər doktoru - elm sahələri göstərilməklə.
“Doktor” sözü latınca “doctus” yəni “Öyrədilmiş” “Biliklənmiş”,
“Təkmilləşmiş” kimi mənaları verir. Bu elm sahəsində verilmiş ən yüksək dərəcə
sayılır. İlk doktor elmi dərəcəsi, tarixi mənbələr görə
12 iyul
1219
-cu ildə
Boloniyada
Papa III Honorius
tərəfindən verilmişdir.
Elmlər doktoru elmi dərəcəni almaq üçün fəlsəfə doktoru elmi dərəcəsini
almış şəxs hazırladığı dissertasiyanı mütəxəssislərin iştirakı ilə təşkil olunmuş şura
və azad iştirakçılardan ibarət publika qarşısında müdafiə etməli idi.
Doktoranturada təhsilini başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə
müəyyən edilmiş qaydada elmi dərəcəni təsdiq edən vahid formada dövlət
nümunəli sənəd-diplom verilir.
Ali təhsil müəssisələrində, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqoji
kadrlara elmi dərəcələrin verilməsi doktorantura və dissertantura yolu ilə
reallaşdırılır.
Ali təhsil müəssisələrinin kadrlarına elmi və pedaqoji fəaliyyət sahəsində əldə
etdikləri nəticələrə görə müəyyən edilmiş qaydada elmi adlar verilir. Dosent və
professor elmi adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikasında ali təhsil
müəssisəsinin Fəxri professor (doktor) adı vermək hüququ vardır. Fəxri professor
(doktor) adının verilməsi qaydaları və şərtləri ali təhsil müəssisəsinin nizamnaməsi
ilə müəyyən edilir.
***
Daim bütövləşməkdə olan dünyanın hər hansı bir nöqtəsində baş verən geniş
miqyaslı ictimai hadisə və proseslər bütün ölkə və xalqların həyatına təsir edir.