xarici ölkələrin ali təhsil sahəsində ixtisaslarının tanınması və
ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək,
ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək;
təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarını müəyyən
etmək;
təhsil müəssisələrinin tikintisinə,maddi-texniki təchizatına dair vahid
normaları təsdiq etmək, ümumi sanitariya-gigiyena tələblərini, şagird yerləri ilə
təminat normativlərini müəyyənləşdirmək;
təhsil müəssisələrinin fəaliyyətinə xüsusi razılıq (lisenziya) vermək və onu
ləğv etmək;
ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil üzrə ixtisasların təsnifatını təsdiq
etmək;
təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və nəzarəti həyata keçirmək;
təhsil müəssisələrində təhsilin keyfiyyətinə dövlət nəzarətini həyata
keçirmək;
təhsil müəssisələrinin akkreditasiyası qaydalarını müəyyən etmək və
akkreditasiyanı həyata keçirmək;
təhsil müəssisələrində təhsilverənlərin və təhsilalanların attestasiyasının, o
cümlədən yekun attestasiyanın aparılması qaydalarını müəyyən etmək və
attestasiyanı həyata keçirmək;
təhsili idarəetmə orqanlarının, təhsil müəssisələrinin təhsillə bağlı ictimai
birliklərin və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsini təşkil
etmək;
təhsil müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirmək;
təhsil sisteminin fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar qəbul
etmək, onları dəyişdirmək və ləğv etmək;
təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris
vəsaitlərinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək;
elmi dərəcələrin və elmi adların verilməsi qaydalarını və şərtlərini müəyyən
etmək;
dövlət təhsil müəssisələri işçilərinin əməyinin stimullaşdırılmasını, o
cümlədən mükafatlandırılmasını həyata keçirmək, xüsusi istedadı ilə fərqlənən
təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər təsis etmək;
dövlət təhsil müəssisələrinin tədris, elmi, elmi-metodik, informasiya-
kommunikasiya texnologiyaları və digər texniki vasitələrlə təminatını həyata
keçirmək;
baza tədris planlarını və proqramlarını təsdiq etmək;
mütəxəssis-kadrlara, o cümlədən pedaqoji kadrlara olan real tələbatı
müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını tənzimləmək;
icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək;
dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək;
valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş yetkinlik
yaşına çatmayan uşaqların qəyyumluğa (himayəyə) götürülməsini, internat tipli
dövlət müəssisələrinə göndərilməsini təşkil etmək, qəyyumların və himayəçilərin
öz funksiyalarını yerinə yetirməsinə nəzarət etmək, sağlamlıq imkanları məhdud
uşaqların müvafiq olaraq xüsusi təhsil və sosial müdafiə müəssisələrinə göndə-
rilməsini təmin etmək;
təhsil sahəsində planlaşdırma, proqnozlaşdırma, əlaqələndirmə, təminat,
təchizat və qiymətləndirməni təmin etmək;
8.9.2. Təhsil prosesinin iştirakçıları
Təhsil prosesinin iştirakçıları aşağıdakılardır:
- təhsilalanlar – uşaqlar, şagirdlər, tələbələr, kursantlar, müdavimlər,
magistrantlar, doktorantlar və başqaları;
- təhsilverənlər (pedaqoji işçilər) – müəllimlər, assistentlər, məsləhətçilər,
tyutorlar, tərbiyəçilər, müəllim koməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki
hazırlıq rəhbərləri, defektoloqlar, loqopedlər, istehsalat təlimi ustaları, praktik
psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliklərinin rəhbərləri, metodistlər,
təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri,
bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki , tədris-köməkçi işçilər,
dayələr, təlimatçılar, təhsil müəssisəsinin kitabxanaçıları, nəşriyyat-redaksiya
işçiləri, təhsili idarəetmə orqanlarının aparıcı struktur bölmələrinin əməkdaşları,
təhsil müəssisələrinin və orqanlarının təlim-tərbiyə işi ilə məşğul olan rəhbərləri,
təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial müdafiə, səhiyyə
və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri;
- valideynlər və ya digər qanuni nümayəndələr;
- təhsili idarəetmə orqanları və bələdiyyələr;
- təlim-tərbiyə prosesində iştirak edən fiziki və hüquqi şəxslər.
8.9.3. Təhsilalanların hüquq və vəzifələri
Təhsilalanların
hüquq
və
vəzifələri
Azərbaycan
Respublikasının
Konstitusiyasına, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na və
digər normativ hüquqi aktlara, Azərbaycan Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə uyğun müəyyən edilir. Bütün təhsil müəssisələrinin
təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər.
Təhsilalanların hüquqları aşağıdakılardır:
qanunvericilikdə nəzərdə tutulmuş qaydada təhsil müəssisəsinə qəbul
olunmaq; təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və
təhsil dilini sərbəst seçmək;
dövlət təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq; müvafiq
qaydada təhsilin təmayülünü, təhsil proqramlarını və sinifdənkənar məşğuliyyəti
seçmək;
ali təhsil müəssisəsinin tədris planlarına uyğun olaraq tədris fənlərini,
semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyütorları sərbəst seçmək;
təhsil müəssisəsinin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi-
tədqiqat, informasiya, mədəni-məişət, idman, sağlamlıq mərkəzlərindən,
kitabxanalardan və s.) istifadə etmək;
müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək;
elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq; fasiləsiz təhsil almaq; sağlamlıq
üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq; insan ləyaqətini,
şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq;
müəyyən edilmiş qaydada təhsil müəssisəsində təhsilini müvəqqəti
dayandırmaq; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;
dövlət orta-peşə ixtisas təhsili pilləsində və ali təhsilin hər bir səviyyəsində
qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq;
dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin
olunmaq;
təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir
və mülahizələrini sərbəst ifadə etmək;
təhsil müəssisəsinin elmi, ictimai, sosial və mədəni həyatında, elmi
cəmiyyətlərin, dərnəklərin, assosiasiyaların, birliklərin və digər təşkilatların
yaradılmasnda iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara
üzv olmaq;
Təhsilalanların vəzifələri aşağıdakılardır:
dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək;
pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;
təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;
dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;
təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalara və təlim-
tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək.
8.9.4. Təhsilverənlərin hüquq və vəzifələri
Təhsilverənlərin
hüquq və vəzifələri Azərbaycan Respublikasının
Konstitusiyası, “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” və digər
normativ hüquqi aktlar, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq
müqavilələr, təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları, eləcə
də işə götürənlərlə təhsilverənlər arasında bağlanan əmək müqavilələri ilə
tənzimlənir.
Təhsilverənlərin hüquqları bunlardır:
normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab
verən texnologiyalarla təmin olunmaq;
təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin
təşkilində və idarə olunmasında fəal iştirak etmək;
tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seç-mək;
şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;
təhsil müəssisəsində vəzifə tutmaq və müvafiq hallarda seçkili vəzifələrə
seçmək və seçilmək;
ixtisasını artırmaq, yeni ixtisas almaq, staj keçmək, ixtisas və elmi
dərəcəsini yüksəltmək;
müəyyən edilmiş hallarda və qaydada mükafatlandırılmaq və təltif
olunmaq;
təhsil müəssisələrində uzun müddət qüsursuz çalışan və onun elmi-
pedaqoji həyatında mühüm xidmətləri olan professorlara aylıq əmək haqqı və
əlavələr, digər güzəştlər və imtiyazlar saxlanılmaqla, akademik və inzibati
vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-professor vəzifəsini tutmaq;
Təhsilverənlərin vəzifələri aşağıdakılardır:
- təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;
- təhsil proqramlarının mənimsənilməsini təmin etmək;
- təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik
və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə
hazırlamaq;
-
şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının
müstəqilliyinə, Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan
xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri
dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;
- pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək
tutmaq, ziyalılıq nümunəsi göstərmək;
- təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;
- uşaq və gəncləri fiziki və psixi zorakılığın bütün formalarından qorumaq,
onları zərərli vərdişlərdən çəkindirmək;
- ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq,
əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək;
- qanunvericilikdə müəyyən olunmuş qaydada attestasiyadan keçmək;
- qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
8.9.5. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri
Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində
hüquqlarına daxildir:
yetkinlik yaşına çatmayan övladları (qəyyumluğunda və ya himayəsində
olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək;
təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladlarının (qəyyumluğunda
və ya himayəsində olan şəxslərin) dərsə davamiyyəti, təhsilə marağı və davranışı
haqqında məlumat almaq;
təhsilalanların hüquqlarını müdafiə etmək, təhsil müəssisəsinin idarə
olunmasında iştirak etmək;
təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi
və maddi-texniki bazasının yaradılması üçün təkliflər irəli sürmək və könüllü
yardımlar etmək;
qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələrinə
daxildir:
övladlarının (qəyyumluğunda və ya himayəsində olan şəxslərin) erkən
yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq, onların icbari
orta təhsil almasının təmin olunması və mənəvi yetkinliyi üçün məsuliyyət
daşımaq;
övladlarını (qəyyumluğunda və ya həmayəsində olan şəxsləri) humanistlik,
vətənpərvərlik, azərbaycançılıq, əməksevərlik, öz dilinə, ədəbiyyatına və tarixinə,
milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək;
qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
8.9.6. Təhsilalanların və təhsilverənlərin sosial müdafiəsi
Aşağıdakılar “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” ilə
rəsmiləşdirilmişdir.
dövlət ümumtəhsil müəssisələrində təhsilalanlar dərsliklərlə müəyyən
edilmiş qaydada dövlət hesabına təmin olunurlar;
dövlət ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil müəssisələrində
təhsilalanların fəaliyyətini stimullaşdırmaq məqsədi ilə onlara qanunvericiliklə
müəyyən edilmiş qaydada təqaüdlər, o cümlədən adlı təqaüdlər verir və yardımlar
göstərir;
təhsilalanlar üçün qanunvericiliyə uyğun olaraq digər sosial müdafiə
tədbirləri də tətbiq edilə bilər.
özəl təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi müəssisənin
nizamnaməsi ilə tənzimlənir.
dövlət təhsilverənlərin sosial müdafiəsinə təminat verir. Təhsil işçilərinin
əmək haqqı və vəzifə (tarif) maaşları işçilərin funksional öhdəlikləri, peşə
xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin olunur.
dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar
vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər
təyin edə bilər.
dövlət və bələdiyyə təhsil müəssisələrində işləyən elmi-pedaqoji kadrların
vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə əlavələrin həcmi müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və ya valideyn
himayəsindən məhrum, ciddi tərbiyə şəraitinə ehtiyacı olan uşaqlar üçün xüsusi
təhsil müəssisələrinin , istedadlı uşaqlar üçün təhsil müəssisələrinin, eləcə də
yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil
işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş
qaydada əlavələr olunur.
pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini
bitirmiş və ümumtəhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə
güzəştlər və stimullaşdırıcı tədbirlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
təhsilverənlərə qanunvericilikdə müəyyən edilmiş qaydada təhsil və
yaradıcılıq məzuniyyətləri verilir.
Suallar və tapşırıqlar
1.
“Təhsil” anlayışına tərif verin və fikrinizi əsaslandırın.
2.
Azərbaycan respublikasında təhsilin əsas məqsədi nədir?
3.
Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini səciyyələndirin.
4.
“Təhsil sistemi” dedikdə nə başa düşülür?
5.
Təhsilin məzmununa və təşkilinə hansı tələblər verilir.
6.
Təhsilin və təhsilalmanın hansı formaları vardır?
7.
Təhsil müəssisələrinin tipləri və növlərinin xüsusiyyətlərini açıqlayın.
8.
Ümumi təhsil və ixtisas təhsili arasındakı fərqləri göstərin.
9.
Ümumi orta təhsilin xüsusiyyətləri hansılardır?
10.
“Təhsil subyektləri” dedikdə kimlər nəzərdə tutulur, onların hüquq və
vəzifələrini göstərin.
11.
Təhsil sahəsində dövlətin vəzifələri barədə nə bilirsiniz?
Ədəbiyyat
1.
Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2010.
2.
Mərdanov M.C. Azərbaycan təhsili yeni inkişaf mərhələsində.
Bakı:Çaşıoğlu, 2009.
3.
Mərdanov M.C. Azərbaycan təhsil tarixi. Bakı: Təhsil, 2011.
4.
Mehrabov A.O. Müasir təhsilin konseptual problemləri. Bakı: Mütərcim,
2010.
5.
Abdullayev B.A., Zülfüqarova Ş.V. Didaktika. Bakı: ADPU-nun mətbəəsi,
2005, səh.50-65.
6.
Əhmədov B.A., Rzayev A.Q.. Pedaqogikadan mühazirə konspektləri.
Bakı: Maarif, 1983, səh. 94-134.
7.
Əhmədov H.H. Azərbaycan təhsilinin strategiyası. Bakı: Elm, 2010.
8.
Xəlilov S.S.. Təhsil, təlim, tərbiyə. Bakı: Azərbaycan Universiteti, 2005,
səh. 43-51.
9.
İbrahimov F.N.. Ümumi pedaqogikadan mühazirələr. Bakı: Mütərcim,
2010, səh.374-381.
10.
Məktəb pedaqogikası (Q.İ.Şukinanın redaktəsi ilə). Bakı: Maarif, 1982,
səh. 245-252.
11.
Əhmədov H.H.Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı: Elm, 2010.
12.
Hüseynzadə R.L. Magistr dissertasiyası. (Metodik vəsait) Bakı: Nurlar,
2010.
13.
Paşayev Ə.X., Rüstəmov F.A.. Pedaqogika. Bakı: Nurlan, 2007, səh. 122-
130.
14.
Pedaqogika (M.Muradxanovun redaktəsi ilə) Bakı, Azərtədrisnəşr, 1964,
səh.6.
15.
Sadıqov F.B.. Pedaqogika. Bakı: Adiloğlu, 2009. səh.94-108.
16.
Введение в педагогику. М.: Просвещение, 1975, стр.22.
17.
Леднев В.С.. Содержание образования. М.: Высшая школа, 1989,
стр.52.
18.
Педагогика. М.: Просвещение, 1956, стр.15.
19.
Куписевич Ч.. Основы обшей дидактики. М.: Высшая школа, 1986,
стр.25-27.
Dostları ilə paylaş: |