Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə18/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   ...   10   11   12   13   14   15   16   17   18

 

xarici  ölkələrin  ali  təhsil  sahəsində  ixtisaslarının  tanınması  və 

ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) qaydalarını müəyyən etmək, 

ixtisasların tanınmasını və nostrifikasiyasını həyata keçirmək

 

təhsil  müəssisələrinin  pedaqoji  işçilərinin  dərs  yükü  normalarını  müəyyən 



etmək; 

 

təhsil  müəssisələrinin  tikintisinə,maddi-texniki  təchizatına  dair  vahid 



normaları  təsdiq  etmək,  ümumi  sanitariya-gigiyena  tələblərini,  şagird  yerləri  ilə 

təminat normativlərini müəyyənləşdirmək; 

 

təhsil  müəssisələrinin  fəaliyyətinə  xüsusi  razılıq  (lisenziya)  vermək  və  onu 



ləğv etmək; 

 

ilk  peşə-ixtisas,  orta  ixtisas  və  ali  təhsil  üzrə  ixtisasların  təsnifatını  təsdiq 



etmək; 

 

təhsil müəssisələrinə elmi-metodik rəhbərliyi və nəzarəti həyata keçirmək; 



 

təhsil  müəssisələrində  təhsilin  keyfiyyətinə  dövlət  nəzarətini  həyata 

keçirmək; 

 

təhsil  müəssisələrinin  akkreditasiyası  qaydalarını  müəyyən  etmək  və 



akkreditasiyanı həyata keçirmək; 

 

təhsil  müəssisələrində  təhsilverənlərin  və  təhsilalanların  attestasiyasının,  o 



cümlədən  yekun  attestasiyanın  aparılması  qaydalarını  müəyyən  etmək  və 

attestasiyanı həyata keçirmək; 

 

təhsili  idarəetmə  orqanlarının,  təhsil  müəssisələrinin  təhsillə  bağlı  ictimai 



birliklərin  və  qeyri-hökumət  təşkilatlarının  fəaliyyətinin  əlaqələndirilməsini  təşkil 

etmək; 


 

təhsil müəssisələrində aparılan elmi araşdırmaları əlaqələndirmək; 

 

təhsil  sisteminin  fəaliyyətini  tənzimləyən  normativ  hüquqi  aktlar  qəbul 



etmək, onları dəyişdirmək və ləğv etmək; 

 

təhsil  müəssisələri  üçün  dərsliklərin,  dərs  vəsaitlərinin  və  digər  tədris 



vəsaitlərinin hazırlanmasını, təsdiqlənməsini və nəşrini təmin etmək; 

 

elmi dərəcələrin və elmi adların verilməsi qaydalarını və şərtlərini müəyyən 



etmək; 

 

dövlət  təhsil  müəssisələri  işçilərinin  əməyinin  stimullaşdırılmasını,  o 



cümlədən  mükafatlandırılmasını  həyata  keçirmək,  xüsusi  istedadı  ilə  fərqlənən 

təhsilalanlar üçün adlı və məqsədli təqaüdlər təsis etmək

 

dövlət  təhsil  müəssisələrinin  tədris,  elmi,  elmi-metodik,  informasiya-



kommunikasiya  texnologiyaları  və  digər  texniki  vasitələrlə  təminatını  həyata 

keçirmək; 

 

baza tədris planlarını və proqramlarını təsdiq etmək; 



 

mütəxəssis-kadrlara,  o  cümlədən  pedaqoji  kadrlara  olan  real  tələbatı 

müəyyənləşdirmək və onların iş yerləri ilə təmin olunmasını tənzimləmək; 

 

icbari ümumi orta təhsilin həyata keçirilməsinə nəzarət etmək; 



 

dövlət təhsil müəssisələrində pulsuz tibbi xidməti təmin etmək; 

 

valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş yetkinlik 



yaşına  çatmayan  uşaqların  qəyyumluğa  (himayəyə)  götürülməsini,  internat  tipli 


dövlət  müəssisələrinə  göndərilməsini  təşkil  etmək,  qəyyumların  və  himayəçilərin 

öz  funksiyalarını  yerinə  yetirməsinə  nəzarət  etmək,  sağlamlıq  imkanları  məhdud 

uşaqların  müvafiq  olaraq  xüsusi  təhsil  və  sosial  müdafiə  müəssisələrinə  göndə-

rilməsini təmin etmək; 

 

təhsil  sahəsində  planlaşdırma,  proqnozlaşdırma,  əlaqələndirmə,  təminat, 



təchizat və qiymətləndirməni təmin etmək; 

 

8.9.2. Təhsil prosesinin iştirakçıları 

 

Təhsil prosesinin iştirakçıları aşağıdakılardır: 

-  təhsilalanlar  –  uşaqlar,  şagirdlər,  tələbələr,  kursantlar,  müdavimlər, 

magistrantlar, doktorantlar və başqaları; 

-  təhsilverənlər  (pedaqoji  işçilər)  –  müəllimlər,  assistentlər,  məsləhətçilər, 

tyutorlar, tərbiyəçilər, müəllim koməkçiləri, tərbiyəçi köməkçiləri, çağırışaqədərki 

hazırlıq  rəhbərləri,  defektoloqlar,  loqopedlər,  istehsalat  təlimi  ustaları,  praktik 

psixoloqlar, sosioloq-pedaqoqlar, məktəb uşaq birliklərinin rəhbərləri, metodistlər, 

təhsil müəssisəsinin dərnək və musiqi rəhbərləri, təhsil müəssisəsinin elmi işçiləri, 

bilavasitə pedaqoji proseslə məşğul olan mühəndis-texniki , tədris-köməkçi işçilər, 

dayələr,  təlimatçılar,  təhsil  müəssisəsinin  kitabxanaçıları,  nəşriyyat-redaksiya 

işçiləri,  təhsili  idarəetmə  orqanlarının  aparıcı  struktur  bölmələrinin  əməkdaşları, 

təhsil  müəssisələrinin  və  orqanlarının  təlim-tərbiyə  işi  ilə  məşğul  olan  rəhbərləri, 

təhsil müəssisəsində çalışan konsertmeystrlər və məşqçilər, sosial müdafiə, səhiyyə 

və digər orqanların bilavasitə pedaqoji fəaliyyətlə məşğul olan işçiləri; 

- valideynlər və ya digər qanuni nümayəndələr; 

- təhsili idarəetmə orqanları və bələdiyyələr; 

- təlim-tərbiyə prosesində iştirak edən fiziki və hüquqi şəxslər. 

 

8.9.3. Təhsilalanların hüquq və vəzifələri 

 

Təhsilalanların 

hüquq 

və 


vəzifələri 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasına,  “Təhsil  haqqında  Azərbaycan  Respublikasının  Qanunu”na  və 

digər  normativ  hüquqi  aktlara,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı 

beynəlxalq  müqavilələrə  uyğun  müəyyən  edilir.  Bütün  təhsil  müəssisələrinin 

təhsilalanları və məzunları bərabər hüquqlara malikdirlər. 

Təhsilalanların hüquqları aşağıdakılardır: 

 



qanunvericilikdə  nəzərdə  tutulmuş  qaydada  təhsil  müəssisəsinə  qəbul 

olunmaq; təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisası, təhsilalma formasını və 

təhsil dilini sərbəst seçmək; 

 



dövlət  təhsil  standartlarına  uyğun  keyfiyyətli  təhsil  almaq;  müvafiq 

qaydada  təhsilin  təmayülünü,  təhsil  proqramlarını  və  sinifdənkənar  məşğuliyyəti 

seçmək; 

 



ali  təhsil  müəssisəsinin  tədris  planlarına  uyğun  olaraq  tədris  fənlərini, 

semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyütorları sərbəst seçmək; 

 

təhsil  müəssisəsinin  mövcud  infrastrukturundan  (tədris-istehsalat,  elmi-



tədqiqat,  informasiya,  mədəni-məişət,  idman,  sağlamlıq  mərkəzlərindən, 


kitabxanalardan və s.) istifadə etmək

 



müəyyən edilmiş qaydada təhsil müəssisəsini və ixtisasını dəyişmək; 

 



elmi-tədqiqat fəaliyyəti ilə məşğul olmaq; fasiləsiz təhsil almaq; sağlamlıq 

üçün  təhlükəsiz  və  zərərsiz  təhsil  şəraiti  ilə  təmin  olunmaq;  insan  ləyaqətini, 

şərəfini alçaldan, insan hüquqlarına zidd hərəkətlərdən müdafiə olunmaq; 

 



müəyyən  edilmiş  qaydada  təhsil  müəssisəsində  təhsilini  müvəqqəti 

dayandırmaq;  müvafiq  icra  hakimiyyəti  orqanının  müəyyən  etdiyi  qaydada 

biliyinin yenidən qiymətləndirilməsini tələb etmək; 

 



dövlət orta-peşə ixtisas təhsili pilləsində və ali təhsilin hər bir səviyyəsində 

qanunvericiliyə uyğun olaraq yalnız bir dəfə pulsuz təhsil almaq; 

 

dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində dərsliklərlə pulsuz təmin 



olunmaq; 

 



təhsil prosesinin təşkilində və idarə olunmasında fəal iştirak etmək, öz fikir 

və mülahizələrini sərbəst ifadə etmək; 

 

təhsil  müəssisəsinin  elmi,  ictimai,  sosial  və  mədəni  həyatında,  elmi 



cəmiyyətlərin,  dərnəklərin,  assosiasiyaların,  birliklərin  və  digər  təşkilatların 

yaradılmasnda iştirak etmək, eləcə də ölkə və beynəlxalq səviyyəli belə təşkilatlara 

üzv olmaq; 

Təhsilalanların vəzifələri aşağıdakılardır

 



dövlət təhsil standartlarına uyğun bilik, bacarıq və vərdişlərə yiyələnmək; 

 



pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 

 



təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək; 

 



dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək

 



təhsil  sahəsində  qanunvericiliyin  tələblərinə,  etik  normalara  və  təlim-

tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək. 



 

8.9.4. Təhsilverənlərin hüquq və vəzifələri 

 

Təhsilverənlərin 

hüquq  və  vəzifələri  Azərbaycan  Respublikasının 

Konstitusiyası,  “Təhsil  haqqında  Azərbaycan  Respublikasının  Qanunu”  və  digər 

normativ  hüquqi  aktlar,  Azərbaycan  Respublikasının  tərəfdar  çıxdığı  beynəlxalq 

müqavilələr,  təhsil  müəssisəsinin  nizamnaməsi  və  daxili  intizam  qaydaları,  eləcə 

də  işə  götürənlərlə  təhsilverənlər  arasında  bağlanan  əmək  müqavilələri  ilə 

tənzimlənir. 



Təhsilverənlərin hüquqları bunlardır: 

 



normal  əmək,  elmi-pedaqoji  iş  və  təhsil  şəraiti,  müasir  standartlara  cavab 

verən texnologiyalarla təmin olunmaq; 

 

təhsil  müəssisəsinin  nizamnaməsinə  uyğun  olaraq  təhsil  prosesinin 



təşkilində və idarə olunmasında fəal iştirak etmək

 



tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seç-mək; 

 



şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək; 

 



təhsil  müəssisəsində  vəzifə  tutmaq  və  müvafiq  hallarda  seçkili  vəzifələrə 

seçmək və seçilmək; 

 

ixtisasını  artırmaq,  yeni  ixtisas  almaq,  staj  keçmək,  ixtisas  və  elmi 



dərəcəsini yüksəltmək; 


 

müəyyən  edilmiş  hallarda  və  qaydada  mükafatlandırılmaq  və  təltif 



olunmaq; 

 



təhsil  müəssisələrində  uzun  müddət  qüsursuz  çalışan  və  onun  elmi-

pedaqoji  həyatında  mühüm  xidmətləri  olan  professorlara  aylıq  əmək  haqqı  və 

əlavələr,  digər  güzəştlər  və  imtiyazlar  saxlanılmaqla,  akademik  və  inzibati 

vəzifədən azad olunmaq şərti ilə məsləhətçi-professor vəzifəsini tutmaq; 



Təhsilverənlərin vəzifələri aşağıdakılardır: 

- təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; 

- təhsil proqramlarının mənimsənilməsini təmin etmək; 

- təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik 

və  azərbaycançılıq  ruhunda  tərbiyə  etmək,  müstəqil  həyata  və  əmək  fəaliyyətinə 

hazırlamaq; 

şəxsi  nümunəsi  ilə  təhsilalanlarda  Azərbaycan  Respublikasının 



müstəqilliyinə,  Konstitusiyasına  və  qanunlarına,  dövlət  rəmzlərinə,  Azərbaycan 

xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri 

dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq; 

- pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək 

tutmaq, ziyalılıq nümunəsi göstərmək; 

- təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək; 

-  uşaq  və  gəncləri  fiziki  və  psixi  zorakılığın  bütün  formalarından  qorumaq, 

onları zərərli vərdişlərdən çəkindirmək; 

- ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, 

əlavə məşğələlər, sinifdənkənar və məktəbdənkənar tədbirlər keçirmək; 

- qanunvericilikdə müəyyən olunmuş qaydada attestasiyadan keçmək; 

- qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 

 

8.9.5. Valideynlərin və ya digər qanuni nümayəndələrin hüquq və vəzifələri 

 

Valideynlərin  və  ya  digər  qanuni  nümayəndələrin  təhsil  sahəsində 

hüquqlarına daxildir: 

 



yetkinlik  yaşına  çatmayan  övladları  (qəyyumluğunda  və  ya  himayəsində 

olan şəxslər) üçün təlim-tərbiyə müəssisəsini seçmək; 

 

təhsil  prosesinin  təşkili,  tədrisin  keyfiyyəti,  övladlarının  (qəyyumluğunda 



və  ya  himayəsində  olan  şəxslərin)  dərsə  davamiyyəti,  təhsilə  marağı  və  davranışı 

haqqında məlumat almaq

 

təhsilalanların  hüquqlarını  müdafiə  etmək,  təhsil  müəssisəsinin  idarə 



olunmasında iştirak etmək; 

 



təhsil müəssisəsi ilə əməkdaşlıq etmək, tədris prosesinin təkmilləşdirilməsi 

və  maddi-texniki  bazasının  yaradılması  üçün  təkliflər  irəli  sürmək  və  könüllü 

yardımlar etmək; 

 



qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək. 

Valideynlərin və ya digər qanuni nümayəndələrin təhsil sahəsində vəzifələrinə 

daxildir: 

 

övladlarının  (qəyyumluğunda  və  ya  himayəsində  olan  şəxslərin)  erkən 



yaşlarından  fiziki,  əxlaqi  və  intellektual  inkişafına  şərait  yaratmaq,  onların  icbari 


orta  təhsil  almasının  təmin  olunması  və  mənəvi  yetkinliyi  üçün  məsuliyyət 

daşımaq; 

 

övladlarını (qəyyumluğunda və ya həmayəsində olan şəxsləri) humanistlik, 



vətənpərvərlik,  azərbaycançılıq,  əməksevərlik, öz  dilinə,  ədəbiyyatına  və  tarixinə, 

milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək; 

 

qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. 



 


 

8.9.6. Təhsilalanların və təhsilverənlərin sosial müdafiəsi 

 

Aşağıdakılar “Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu” ilə 

rəsmiləşdirilmişdir.  

 

dövlət  ümumtəhsil  müəssisələrində  təhsilalanlar  dərsliklərlə  müəyyən 



edilmiş qaydada dövlət hesabına təmin olunurlar; 

 

dövlət  ilk  peşə-ixtisas,  orta  ixtisas  və  ali  təhsil  müəssisələrində 



təhsilalanların  fəaliyyətini  stimullaşdırmaq  məqsədi  ilə  onlara  qanunvericiliklə 

müəyyən edilmiş qaydada təqaüdlər, o cümlədən adlı təqaüdlər verir və yardımlar 

göstərir; 

 

təhsilalanlar  üçün  qanunvericiliyə  uyğun  olaraq  digər  sosial  müdafiə 



tədbirləri də tətbiq edilə bilər. 

 

özəl  təhsil  müəssisələrində  təhsilalanların  sosial  müdafiəsi  müəssisənin 



nizamnaməsi ilə tənzimlənir. 

 

dövlət  təhsilverənlərin  sosial  müdafiəsinə  təminat  verir.  Təhsil  işçilərinin 



əmək  haqqı  və  vəzifə  (tarif)  maaşları  işçilərin  funksional  öhdəlikləri,  peşə 

xüsusiyyətləri, ixtisas dərəcəsi və iş stajı nəzərə alınaraq təyin olunur. 

 

dövlət və bələdiyyə təhsil müəssisəsi öz sərəncamında olan büdcədənkənar 



vəsaitlər hesabına işçilərin əmək haqqına əlavələr və digər stimullaşdırıcı ödənişlər 

təyin edə bilər. 

 

dövlət  və  bələdiyyə  təhsil  müəssisələrində  işləyən  elmi-pedaqoji  kadrların 



vəzifə  maaşlarına  elmi  dərəcələrə  və  elmi  adlara  görə  əlavələrin  həcmi  müvafiq 

icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

 

sağlamlıq  imkanları  məhdud,  valideynlərini  itirmiş  və  ya  valideyn 



himayəsindən  məhrum,  ciddi  tərbiyə  şəraitinə  ehtiyacı  olan  uşaqlar  üçün  xüsusi 

təhsil  müəssisələrinin  ,  istedadlı  uşaqlar  üçün  təhsil  müəssisələrinin,  eləcə  də 

yüksək dağlıq və sərhədyanı ərazilərdə, ucqar yaşayış məntəqələrində çalışan təhsil 

işçilərinin əmək haqlarına və vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş 

qaydada əlavələr olunur. 

 

pedaqoji  profilli  ixtisaslar  üzrə  ali  və  orta  ixtisas  təhsili  müəssisələrini 



bitirmiş və ümumtəhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə 

güzəştlər  və  stimullaşdırıcı  tədbirlər  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən 

müəyyən edilir. 

 

təhsilverənlərə  qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  təhsil  və 



yaradıcılıq məzuniyyətləri verilir. 

 

Suallar və tapşırıqlar 

 

1.

 



“Təhsil” anlayışına tərif verin və fikrinizi əsaslandırın. 

2.

 



Azərbaycan respublikasında təhsilin əsas məqsədi nədir? 

3.

 



 Təhsil sahəsində dövlət siyasətinin əsas prinsiplərini səciyyələndirin. 

4.

 



“Təhsil sistemi” dedikdə nə başa düşülür? 

5.

 



Təhsilin məzmununa və təşkilinə hansı tələblər verilir. 


6.

 

Təhsilin və təhsilalmanın hansı formaları vardır? 



7.

 

Təhsil müəssisələrinin tipləri və növlərinin xüsusiyyətlərini açıqlayın. 



8.

 

Ümumi təhsil və ixtisas təhsili arasındakı fərqləri göstərin. 



9.

 

Ümumi orta təhsilin xüsusiyyətləri hansılardır? 



10.

 

“Təhsil subyektləri” dedikdə kimlər nəzərdə tutulur, onların hüquq və 



vəzifələrini göstərin. 

11.


 

Təhsil sahəsində dövlətin vəzifələri barədə nə bilirsiniz? 



 

Ədəbiyyat 

 

1.

 



Təhsil haqqında Azərbaycan Respublikasının Qanunu. Bakı: Qanun, 2010. 

2.

 



Mərdanov  M.C.  Azərbaycan  təhsili  yeni  inkişaf  mərhələsində. 

Bakı:Çaşıoğlu, 2009. 

3.

 

Mərdanov M.C. Azərbaycan təhsil tarixi. Bakı: Təhsil, 2011. 



4.

 

Mehrabov  A.O.  Müasir  təhsilin  konseptual  problemləri.  Bakı:  Mütərcim, 



2010. 

5.

 



Abdullayev B.A., Zülfüqarova Ş.V. Didaktika. Bakı: ADPU-nun mətbəəsi, 

2005, səh.50-65. 

6.

 

Əhmədov  B.A.,  Rzayev  A.Q..  Pedaqogikadan  mühazirə  konspektləri. 



Bakı: Maarif, 1983, səh. 94-134. 

7.

 



Əhmədov H.H. Azərbaycan təhsilinin strategiyası. Bakı: Elm, 2010.  

8.

 



Xəlilov  S.S..  Təhsil,  təlim,  tərbiyə.  Bakı:  Azərbaycan  Universiteti,  2005, 

səh. 43-51. 

9.

 

İbrahimov  F.N..  Ümumi  pedaqogikadan  mühazirələr.  Bakı:  Mütərcim, 



2010, səh.374-381. 

10.


 

Məktəb  pedaqogikası  (Q.İ.Şukinanın  redaktəsi  ilə).  Bakı:  Maarif,  1982, 

səh. 245-252. 

11.


 

Əhmədov H.H.Azərbaycan təhsilinin inkişaf strategiyası. Bakı: Elm, 2010. 

12.

 

Hüseynzadə  R.L.  Magistr  dissertasiyası.  (Metodik  vəsait)  Bakı:  Nurlar, 



2010. 

13.


 

Paşayev Ə.X., Rüstəmov F.A.. Pedaqogika. Bakı: Nurlan, 2007, səh. 122-

130. 

14.


 

Pedaqogika  (M.Muradxanovun  redaktəsi  ilə)  Bakı,  Azərtədrisnəşr,  1964, 

səh.6. 

15.


 

Sadıqov F.B.. Pedaqogika. Bakı: Adiloğlu, 2009. səh.94-108. 

16.

 

Введение в педагогику. М.: Просвещение, 1975, стр.22. 



17.

 

Леднев  В.С..  Содержание  образования.  М.:  Высшая  школа,  1989, 



стр.52. 

18.


 

Педагогика. М.: Просвещение, 1956, стр.15. 



19.

 

Куписевич  Ч..  Основы  обшей  дидактики.  М.:  Высшая  школа,  1986, 



стр.25-27. 

 

 

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə