Azərbaycan respublikasinin təHSİl sistemi Əhatə olunan məsələlər



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə12/18
tarix08.09.2018
ölçüsü0,94 Mb.
#67530
1   ...   8   9   10   11   12   13   14   15   ...   18

Bütün bu prosesləri 1992-ci ildə Maastrixtdə keçirilmiş görüş daha da möh-

kəmlətmişdir. Belə ki, bu görüşdə AİB-yi ölkələri öz aralarında sərhədləri götürə-

rək  vahid  pul,  siyasi  və  iqtisadi  dövlətlər  ittifaqı  yaratmaq  haqda  müqavilə  im-

zalayaraq qarşılarına Vahid Təhsil Sistemi yarat-maq məqsədini də qoymuşlar.  

Avropa  Universitetləri  rektorlarının  iştirakı  ilə  1988-ci  ildə  Boloniya  Uni-

versitetinin 900 illiyinə həsr olunmuş görüşdə “Universitetlərin Ümumi Xartiyası” 

qəbul edilmişdir. Beləliklə, Avropada ali məktəblərin struktur dəyişikliyinin müasir 

dövrü başlanmış və bu proses Boloniya prosesi adlanır.  

Avropa özünün ali təhsil sistemində islahatlar keçirərək addımlar atanda ilk 

növbədə maraqlarından çıxış edir. Bu prosesə qoşulan hər bir dövlət, xüsusən də 

ümumavropa  məkanından  kənarda  olan  və  bu  məkana  can  atan  postsovet  ölkəsi 

bilməlidir  ki,  özünün  imkanlarından,  inkişaf  səviyyəsindən  asılı  olaraq  orada 

müxtəlif rollarda təmsil oluna bilər: bu prosesin tam hüquqlu iştirakçılarına və ya 

təsir  obyektinə  çevrilmək  olar.  Tam  hüquqlu  iştirakçı  olmaq  üçün  ölkənin  ali 

məktəblərinin  səviyyəsinin  yüksəldilməsi,  rəqabət  qabiliyyətinin  gücləndirilməsi 

istiqamətində  köklü  dəyişikliklərin  edilməsi,  onların  maddi-texniki  bazasının  tam 

təmin olunması tələbi qarşıya çıxır. Ən başlıca vəzifə isə tədrisin və aparılan elmi 

tədqiqat  işlərinin  keyfiyyətinin,  uyğun  olaraq,  hazırlanan  mütəxəssislərin  pe-

şəkarlıq səviyyəsinin Avropa standartları səviyyəsinə qaldırılmasıdır. Yalnız bun-

dan  sonra  standartları  yüksək  olan  ümumavropa  ali  təhsil  məkanına  tam  dəyərli 

qoşulmaqdan söhbət gedə bilər. Əks halda ölkə bu sahədə həmin məkanın perife-

riyasına çevrilmək, daim geridə qalmaq təhlükəsi ilə üzləşə bilər.  

Boloniya prosesi Avropada ali təhsili müasir dövrün tələbləri səviyyəsinə qal-

dırmaq,  onu  dövrün  mürəkkəb  sosial-iqtisadi,  siyasi,  mədəni  və  digər  problem-

lərinin  həllində  öz  funksiyalarını  yerinə  yetirə  bilmək  qabiliyyətini  təmin  etmək 

üçün  onu  yeniləşdirmək,  ən  başlıcası  isə  bu  işlərdə  Avropa  potensialını  səfərbər 

edərək bütün ölkələrin imkanlarından tam istifadə etmək məqsədi daşıyır. Boloniya 

prosesi  Avropa  ali  təhsil  sistemini  əhatə  edən  və  yalnız  bu  sahənin  çərçivəsində 

məhdudlaşan  tədbirlər  toplusu  deyildir,  o,  Avropanın  ümumdünya  miqyasında 

yeritdiyi  qlobal  strategiyanın  bir  hissəsidir.  O,  özündə  çoxşaxəli  fəaliyyət  və 

tədbirlər kompleksi nəzərdə tutur. 

Boloniya prosesinin Azərbaycanda tətbiqinin ən  böyük problemlə-rindən biri 

onun fəlsəfəsinin axıra kimi dərk edilməsi, mahiyyətinin aş-karlanması, məqsəd və 

vəzifələrinə aydınlıq gətirilməsində olan çatış-mazlıqlarla bağlıdır.  

Yeri  gəlmişkən  qeyd  edək  ki,  80-ci  illərin  sonuna  kimi  Qərbi  Avropada  in-

teqrasiya  proseslərinin  inkişafı  ilə  əlaqədar  olaraq  qarşıya  qoyulmuş  məqsəd  – 

SSRİ-də olan səviyyəyə çatmaq cəhdlərindən ibarət olmuşdur. O vaxt SSRİ çərçi-

vəsində  bütün  respublikalarda  diplomlar  tanınmışdır,  tələbələr  eynihüquqlu  idi, 

müəllimlər və tələbələr üçün azad surətdə yerdəyişmə mövcud idi. SSRİ-nin dağıl-

ması ilə əlaqədar vəziyyət birdən-birə dəyişdi. SSRİ-nin əldə etdiyi hər şey dağıldı. 

Subyektiv anlamımıza dayanaraq belə qənaətdəyik ki, Rusiya və digər MDB üzvləri 

olan ölkələrə çox vaxt lazımdır ki, onlar Avropa Birliyi Ölkələrinin Təhsil Məkanı 

xarakteristikalarına uyğunlaşa bilsinlər.  

Rusiya  2003-cü  ilin  sentyabrında  Boloniya  Deklorasiyasını  imzaladı.  Rusi-

yanın Təhsil naziri V.M.Filippov burada yalnız aşağıdakı kate-qoriyaları qeyd et-


mişdir: 

– 3-4 illik bakalavriat; 

– 1-2 illik magistratura

– məqbullar vahidi sistemini yaratmaq; 

– ümumi qəbul edilmiş keyfiyyətə nəzarət sistemi. 

“Müqayisəli  Təhsil  Siyasət  Mərkəzi”  aşağıdakıları  da  bura  əlavə  etmişsə  də, 

Boloniya deklorasiyası tamamilə əhatə olunmamışdır:  

 

asan  başa  düşülən  və  layiqli  akademik  dərəcələr  sistemi,  işə  düzəldilməyə 



şərait yaradan və Avropa təhsil sisteminin beynəlxalq miqyasda rəqabətə davam-

lılığını artıran diploma əlavələrin tətbiq sistemi; 

 

azad  hərəkəti həyata  keçirərkən qarşıya çıxan  maneələri dəf  etmək  yolu  ilə 



tələbələrin çevikliyinə (mobil olmasına) təsir göstərməli

 

ali  təhsil  sahəsində,  xüsusən  universitetlərarası  əməkdaşlıq  bölməsində 



tədris planlarının hazırlanması, birgə elmi-tədqiqat və tədris proqramlarının çevik 

(mobil) sxeminin qurulması işində Avropa baxışlarına təsir göstərməli.  

Ümumiyyətlə, yadda saxlamaq lazımdır ki, ümumi standartların tətbiqi, asan 

başa düşülən və müqayisə oluna bilən ixtisasların, üçpilləli ali təhsil sistemlərinin 

tətbiqi,  tələbənin  biliyinin  ölçülməsi  və  tədris  yükünün  zəruri  həcminin  müəyyən-

ləşdirilməsi üçün kreditlərin tətbiqi, diplomlara Avropa əlavəsinin verilməsi, tələ-

bələrin,  müəllimlərin  və  tədqiqatçıların  mobilliyinə  nail  olunması,  təhsilin  keyfiy-

yətinin təmin edilməsi, ali təhsil müəssisələrinin muxtariyyətinin qorunması, dokto-

ranturanın  ali  təhsil  sisteminə  daxil  edilməsi,  ali  təhsildə  Avropa  dəyərlərinin 

üstünlüyünün təmin olunması, Avropa ali təhsilinin rəqabət qabiliyyətinin, cəzbe-

diciliyinin artırılması, ali təhsilin sosial rolunun reallaşmasına dönüş, ömür boyu 

təhsil,  ümumavropa  təhsil  və  tədqiqat  məkanlarının  ayrılmazlığı  Boloniya 

prosesinin  əsas  xüsusiyyətləridir.  Boloniya  prosesi  Avropada  asanlıqla  gedən  və 

heç  bir  problemi  olmayan  bir  proses  deyildir,  o,  davam  etdikcə  dəqiqləşdirilir, 

mübahisəli,  ziddiyyətli  məqamlar  işin  gedişində  aradan  qaldırılır,  hətta  əsaslı 

dəyişikliklər də edilir.  

Boloniya prosesinin vacib şərtlərindən biri bütün Avropa ali təhsil məkanında 

Avropa  Kredit  Transfer  Sistemi  (AKTS)  əsasında  kredit  vahidlərinin  tətbiq 

edilməsidir. AKTS və yaxud ECTS (European Credit Transfer System) 1989-cu ildə 

Erasmus proqramı çərçivəsində tətbiq olunmuşdur (Erasmus hal-hazırda Sokrates 

proqramının bir hissəsidir). Bu sistem yoxlanılmış və bütün Avropada tətbiq edilən 

yeganə  sistemdir.  İlk  əvvəl  bu  sistem  tədris  nəticələrinin  tanınması  üçün  nəzərdə 

tutulurdu. Bir müddət olar ki, həmin sistem toplama (akkumlyasiya) sistemi keyfiy-

yətinə  kimi  inkişaf  etdirilibdir.  ECTS  sistemi  əsasında  bütün  tələbələr  –  yerli  və 

xarici  təhsil  gedişini  daha  rahat  anlaya  və  müqayisə  edə  bilərlər.  Bu  sistem 

mübadiləni  və  akademik  tanınmanı  yüngülləşdirir,  həmçinin  ümumilikdə 

Avropanın ali təhsilini digər qitələrdən olan tələbələr üçün cəzbedici edir. Tədrisin 

nəticələrinin  asan  başa  düşülən  və  müqayisə  olunan  olması  üçün  onların  vahid 

sistem çərçivəsində qiymətləndirilməsi lazımdır. Kredit vahidləri sistemi iki başlıca 

funksiyanı  yerinə  yetirir.  Birincisi  –  alınan  kursun  qiymətləndirilməsidir,  dərs 

yükünün  ölçülməsidir.  Bu,  tələbənin  aldığı  dərs  yükünün  onun  digər  ali  təhsil 

müəssisəsi  tərəfindən  müqayisə  edilə  bilməsi  və  tanınması  üçün  vacibdir.  İkinci 


Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə